Məhkəmə qərarları › İş №2(102)-2458/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2458/2025

14.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2458/2025 14.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" MMC və "xxxx" MMCnin cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankına və LPO Cavabdeh1 ASC-yə qarşı iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı ilkin iddiası cavabdeh LPO Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiaçılara qarşı qarşılıqlı iddiasına dair bir icraatda birləşdirilmiş işlər üzrə (Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abba sov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3997/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı3 (vəkil və Nümayəndə3), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, İddiaçı4, İddiaçı5, İddiaçı2 və İddiaçı1 (onların nümayəndəsi və vəkili Vəkil2) kassasiya şikayətlərinin mümkünlüyünə 14 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" MMC cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh1 Açıq Səhmdar Cəmiyy ətinə qarşı “ipoteka müqavilələrinin ləğv edilməsi və sair tələbləri dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ipoteka müqavilələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «öhdəliyə xitam verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC-nin birtərəfli qaydada onların adına rəsmiləşdirdiyi xx.xx.2013-cü il tarixli, 280/13 saylı və xx.xx.2013-cü il tarixli, 281/13 saylı kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. Ləğv pro sesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu da İddiaçı1 və İddiaçı2 qarşı «kredit üzrə əsas borcun tutulması və hesablanmış faizlərin ödənilməsi tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı2 LPO Cavabdeh1 ASC-nin xeyrinə 15.000.000 manat məbləğində əsas, 856.250,35 manat müddət sonuna hesablanan faiz borcunun, 2.508.333,00 manat cərimənin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 1.922.922,50 manat məbləğində faiz borcunun, cəmi 20.287.505,85 manat məbləğində borcun tutulması, cavabdeh İddiaçı1 LPO Cavabdeh1 ASC-nin xeyrinə 14.000.000 manat məbləğində əsas, 764.731,22 manat müddət sonuna hesablanan faiz borcunun, 2.330.222,21 manat cərimənin və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əs asən hesablanan 1.693.607,67 manat məbləğində faiz borcunun, cəmi 18.788.560,67 manat məbləğində borcun tutulması, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-400/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. (hakim Rəşid Səmədov)

6. Nəsimi Rayon Məhkəməsinin 2(006)-400/2017 saylı, 18 yanvar 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin ləğv edicisi olan Əmanətlərin Sığortalanması Fondu və cavabdeh Mərkəzi Bank ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişdir.

7. Nəsimi Rayon Məhkəməsinin 2(006)-230/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçılar və Cavabdeh1 ASC-nin ləğvedicisi olan Fondun isə ayrıca apellyasiya şikayətləri vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4919/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)

9. Bir icraatda birləşdirilmiş işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4919/2020 nömrəli iş üzrə 2020-ci il 9 oktyabr tarixli qətnaməs indən cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və LPO Cavabdeh1 ASC tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərarı ilə qətnamə qismən, ipoteka müqavilələrinin ləğv olunması və əmlakın yüklülükdən azad edilməsi tələblərinin təmin olunması (Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-400/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması) hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3997/2024 nömrəli, 03 dekabr 2024-cü il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(006)-400 /2017 nömrəli qətnaməsi ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakların ipoteka yüklülüyündən azad edilməsi tələblərinin təmin olunduğu hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddianın rədd edilməsi qət edilmişdir. (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Günay Axundova, Xəyal Sarıyev)

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 29 dekabr 2024-cü il tarixdə İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə3 elekton kabinetinə yerləşdirilmişdir.

13. Qətnamədən İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil2 elektron kabinet vasitəsilə 23 iyun 2025-ci il tarixdə kassasiya şikayəti təqdim etmiş və ötürülmüş prosessual müddətin üzrlü sayılması barədə ərizə də vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Komme rsiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müva fiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə s ənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilmə sinə dair qərardad qəbul edilir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.200 7-ci il tarixli Qərarı “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı2 nümayəndəsi olmuş vəkil Nümayəndə3 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 29 dekabr 2024-cü il tarixdə yerləşdirilmişdir. (İV cild, iş v.278)

15. İddiaçı2 yeni nümayəndəsi olan Vəkil2 tərəfindən tərtib edilmiş kassasiya şikayəti 23 iyun 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş, həmçinin ərizə də verərək ötürülmüş prosessual müddətin üzrlü sayılmasını xahiş etmişdir.

16. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müd dətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

17. Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

18. Qeyd olunan qanunvericilik normalarının tələbinə görə məhkəmə qətnaməsinin İddiaçı2 nümyəndəsi və vəkili olan Nümayəndə3 elektron kabinetinə 29 dekabr 2024-cü il tarixində yerləşdirilməsi nəzərə alınarsa, qətnamədən kassasiya şikayəti vermə müddətinin sonu 28 fevral 2025-ci ildir. Belə olan halda, iddiaçı şikayəti ən geci 28 fevral 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirməli idi. Buna baxmayaraq, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, iddiaçı şikayəti 23 iyun 2025-ci il tarixdə elektron sistemə yükləmişdir. Bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət 4 aya yaxın ötürülmüşdür.

19. Eyni zamanda müddətin üzrlü sayılması (faktiki olaraq bərpası) barədə vəsatət də verilmişdir.

20. Göründüyü kimi, İddiaçı2 kassasiya şikayətini 2 aylıq müddət ərzində verməmiş, apellyasiya məhkəməsi də müddətin ötüb-ötməməsinə, üstəlik müddətin bərpası ilə bağlı vəsatətə qi ymət verməmişdir. Nəticədə prosessual müddət ötürülməklə verilən kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir.

21. Halbuki Mülki Prosessual Məcəllənin 409-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

22. Məhkəmə kollegiyası onu da izah edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdaf iəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir.

23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə İddiaçı2 kassasiya şikayəti icraata qəbul edilməməli və mülki iş müddətin bərpası barədə vəsatətə qiymət verilməsi, eləcə də kassasiya şikayəti ilə bağlı MPM-in 409-cu maddəsinin tələblərinə əməl edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

24. Göstərilənləri və MPM-in 404-1.2, 407, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 (nümayəndə-Vəkil2) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3997/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və mülki iş müddətin bərpası barədə vəsatətə qiymət verilməsi, eləcə də kassasiya şikayəti ilə bağlı MPM-in 409-cu maddəsinin tələblərinə əməl edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar