Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2461/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2461/22 Açar sözlər: gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9615/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 15.0 8.2009-cu ildə nikaha daxil olmuşduir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1503/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklara payların müəyyən edilməsi” tələbi qismən təmin edilərək Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən "xxxx" MTK-nın inşa etdiyi 12 saylı evin 52 saylı mənzili Cavabdeh, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576cı məhəllədə yerləşən “Renessans Palace” yaşayış kompleksinin 2 saylı binasının E blokunun, 11-ci mərtəbəsindəki 580 və 581 saylı mənzillər isə İddiaçı verilməsi, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi və pulun tutulması” tələbinin qismən təmin edilməsi, "xxxx" ASC tərəfindən Cavabdeh ödənilmiş 926806,50 manat məbləğində pulun ½ hissəsin dən, yəni 463403,25 manatdan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renessans Palace” yaşayış kompleksinin 2 saylı binasının E blokunun, 11-ci mərtəbəsindəki 580 və 581 saylı mənzillərə görə tərəflərin birgə yaşadıqları dövrdə ödədikləri 131920 manatın ½ hissəsi yəni İddiaçı Cavabdeh ödəməli olduğu 65900 manat çıxmaqla, 397 443,25 manat, habelə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsində yerləşən, "xxxx" MTK-nın inşa etdiyi 12 saylı evin 52 saylı mənzilinə görə 12500 manat Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.01.2019-cu il tarixli, 2(103)1503/2019 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfinin 20 may 2021-ci il tarixli məktubunda göstərilir ki, görülmüş icra tədbirləri nəticəsində borclu tərəfindən tələbkara bu günədək 226674,96 manat pul vəsaiti ödənilmişdir. İcra vərəqəsi üzrə qalıq 183268.29 manat pul vəsaitinin ödənilməsi istiqamətində icra tədbirləri tərəfimizdən davam etdirilir.
3. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 24.01.2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsi üzrə iki il ödənilməmiş 209554,10 manat məbləğində pul vəsaitinin 5 faizi həcmində, yəni 20955,41 manat pul vəsaitinin ödənilməsini gecikdirməsi səbəbindən cavabdehdən tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək rədd edilməsini, qətnamə üzrə ödənişləri hər ay əmək haqqından tutulmalar hesabına ödəyəcəyini bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 yanvar 2019-cu il tarixli, 2(103)1503/2019 saylı qətnaməsi üzrə iki il ödənilməmiş 209554,10 manat məbləğində pul vəsaitinin 5 faizihəcmində, yəni ümumilikdə 20955,41 manat həcmində faizin, hüquqi xidmət üçün ödənilmiş 400 manat, 30 manat dövlət rüsumu olmaqla, cəmi 21385,41 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsindən heç bir tərəf şikayət verməmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Qətnamənin icrası üzrə icraata 2019-cu ilin avqust ayından başlanmasına baxmayaraq keçən iki il ərzi ndə 409 945,25 manat məbləğində vəsaitdən 209 554,1 manat məbləğində vəsait Cavabdeh tərəfindən indiyədək ödənilməmişdir. 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq qətnamənin icra edilməyərək 209 554,1 manat vəsaitin ödənilməməsi nəticəsində İddiaçı ədalətli məhkəmə araşdırması və mülkiyyət hüququnun pozuntusu baş vermişdir. Odur ki, cavabdeh İddiaçı pul vəsaitini ödəməklə yanaşı, bu vəsaitin qanunsuz saxlandığı bütün müddət üçün faiz və vurulmuş zərəri də İddiaçı ödəməlidir. Cavabdeh İddiaçı ödəməli olduğu vəsaitin icrasından qəsdən yayınır. Halbuki, cavabdehin bu pul vəsaitini rahat şəkildə ödəməsi üçün kifayət qədər imkanı var. Belə ki, 01.10.2019-cu il tarixdə Cavabdeh məxsusbank hesabında 625.421,13 manat məbləğində pul vəsaiti olub. Bu fakt "xxxx" ASC-nin 18 yanvar 2021-ci il tarixli m əktubu ilə öz təsdiqini tapmışdır. Qeyd edilən məktubda yazılır ki, "xxxx" ASC ilə "xxxx" MMC-nin əməkdaşı Cavabdeh arasında bağlanmış HYS-00558/16 saylı həyatın yaşam sığortası şəhadətnaməsi üzrə 367.894,78 USD Cavabdeh bank hesabına köçürülmüşdür. Göründüyü kimi, cavabdehin bank hesabında pul vəsaitinin olmasına baxmayaraq, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qəsdən tam icra etməmişdir. Cavabdeh qətnamə əsasında İddiaçı ödənilməli olan 409945,25 manat vəsaitdən cəmi 200391,15 manat vəsaiti ödəmişdir. Cavabdeh bu vəsaitin 49391,15 manat məbləğində hissəsini Binəqədi rayon İcra şöbəsi vasitəsilə pul şəklində ödəmişdir. 160000 manat pul vəsaitinin əvəzinə isə 27 sentyabr 2019-cu il tarixdə "xxxx" MTK tərəfindən ünvan 1 ünvanda yerləşən binanın 2-ci giriş, 3-cü mərtəbəsindəki 92,12 kv.m sahəsi olan 2 otaqlı 52 saylı mənzili verilib. Beləliklə, verilmiş ev və ödənilmiş pul vəsaiti ilə birlikdə cavabdeh tərəfindən İddiaçı cəmi 200391,15 manat vəsait ödənilmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq, Cavabdeh tərəfindən Nigar Həsənovaya ödənilməli olan 209.554,10 manat pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 5 % ödəməyə borcludur. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı qətnaməsinin qanuni qüvvəsini almasını və məhkəmədə mülki işə baxılmasının 3 ayadək uzanmasını nəzərə alaraq, Cavabdeh pul vəsaitinin ödənişini gecikdirdiyi müddət 2 il təşkil edir. 2 il üçün 5 % həcmində, yəni ümumilikdə 20955,41 manat faiz ödənilməlidir. Hüquqi xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən Nigar Həsənova vəkilə 400 man at pul vəsaiti ödəyib. Odur ki, Nigar Həsənovanın hüquqi xidmət üçün ödədiyi 400 manat cavabdeh tərəfindən dəymiş zərərin əvəzi kimi ona ödənilməlidir.
6. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında bildirmişdir ki, borc məbləğləri birgə nikah dövründə yaranmışdır. Əmlaklar birgə nikah dövründə alınmış və həmin əmlakların təmiri dostlarından alınmış borclar hesabına edilmişdir. Borc məbləğini dollar ilə aldığından devalvasiya nəticəsində borcları artmışdır. Bu səbəbdən ödəniş edə bilməmişdir. Başqa əmlakı yoxdur. 900000 manat məbləğində pul vəsaitinin hamısı borclara xərclənmişdir. İddiaçının hesabına aylıq 7000 manat olan əmək haqqından icra tərəfindən təxminən alimentlə birlikdə 3-4 min manat pul tutulur. Borcunun olmasını qəbul edir, bunu inkar etmir. Sadəcə olaraq fakti ki ödənişlərini hazırki vaxtda əldə etdiyi qazanc hesabına edir. Hissə-hissə əmək haqqından ödənişlər edəcək. Hazırda paşa Holdinqdə maliyyə müşaviridir. İddiaçıya verilən ev hazırda ipotekadadır. İpoteka ödənişlərini isə özü aylıq 380 manat olmaqla ödəniş edir. Mənzili iddiaçıya əmlak kimi yox, borc qarşılığında vəsait kimi vermişdir. Borcdan əlavə 45000 manat məbləğində ipoteka ödənişləri edir. İddiaçının bu tələbi onun yenidən ailə qurmağından qaynaqlanır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(103)-1503/2019 saylı icra vərəqəsi üzrə 183268,29 manat məbləğində qalıq borca 2 il müddətində illik 5 faizlə hesablanmış 18326,83 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi,hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: «"xxxx" ASC tərəfindən Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə ünvanlanan 13 aprel 2018-ci il tarixli məlumatdan göründüyü kimi Cavabdehla "xxxx" ASC arasında həyatın yaşan sığortası üzrə iki müqavilə bağlanılmışdır. Qeyd edilir ki, 24.09.2013-cü il tarixli C-ELİ-0189/13 saylı sığorta müqaviləsinin müddəti 24.09.2016-cı il tarixində bitmişdir. "xxxx" ASC tərəfindən 27.09.2016-cı il tarixdə müqavilənin şərtlərinə əsasən sığorta təminatı üzrə faydalanan şəxslərə ümumilikdə 1048882,79 AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta müq aviləsinə əsasən bankdan götürülmüş kredit borcu məbləğinə münasibətdə faydalanan şəxs "xxxx" ASC müəyyən edilmiş və bu səbəbdən 122076,29 manat məbləğində vəsait adıçəkilən banka köçürülmüşdür. 926806,5 manat məbləğində sığorta ödənişi isə digər faydalanan şəxs olan Cavabdeh hesabına köçürülmüşdür.
9. Mübahisənin xülasəsi ondan ibarətdir ki, iddiaçı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək, cavabdehin icra sənədi üzrə ödənilməli olan məbləğin gecikdirilməsinə görə, yəni Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixdən 2 il müddət üçün hər il 5 faizlə hesablanmış məbləğ tələb edir. Daha dəqiq deyilsə məhkəmə qətnaməsi ilə tutulmalı olan vəsaitdən qalıq məbləğin 10 faizi miqdarda cavabdehdən pul tələb edilir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək yaranmış borcun kredit münasibətlərindən deyil, birgə əmlakın bölünməsindən irəli gələn öhdəlik olduğunu bildirir. Eyni zamanda cavabdehin başqa əmlakı olmadığından aliment və həmin icra sənədi borclunun əmək haqqından tutulur. Yəni cavabdeh borcun ödənilməsindən qərəzli olaraq yayınmır. Yekun olaraq iddiaya etirazı ondan ibarətdir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından və Mülki Məcəllənin 445.7-ci maddəsi müqavilə münasibətlərinə aid edildiyindən iddia tələbinin qanuni əsası tapılmır və iddia rədd olunmalıdır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş fa iz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
11. Azəbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmi ş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
12. Konstitusiya Məhkəməsinin qərarındakı mövqedən aydın olur ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tələb edilən 5 faiz məbləğ nə vurulmuş zərərdən, nə pul öhdəliklərinin icra edilməsi ilə bağlı məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 449-cu maddəsindən asılı deyildir. Bu isə onu deməyə əsas verir ki, həmin norma icranın gecikdirilməsi nəticəsində vurulmuş zərər və ya öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyəti üçün sanksiya olmamaqla, borclunun təqsiri ilə bağlı olan halı özündə ehtiva etmir. Həmin norma pul öh dəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələrini müəyyən edir. Yəni kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etmirsə və ya həmin məbləği sübut edə bilmirsə ən azı 5 faiz tələb etmək hüququ var. Qanunun bu norması kreditora onun qarşılaşdığı maliyyə itkisini minimal qaydada kompensasiya etmək imkanı tanıyır.
13. Bu baxımdan məhkəmə cavabdehin icra sənədi üzrə borcunun onun təqsiri olmadan yaranması və təqsiri olmadan ödənilə bilməməsi barədə dəlilini əsaslı hesab etmir. Bundan başqa məhkəmə cavabdehin Mülki Məcəllənin 445.7-ci maddəsinin yalnız müqavilə münasibətlərinə şamil edilməli olması barədə dəlilinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 385-ci maddəsində qeyd edilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
15. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əməl ə gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Bundan başqa həmin məcəllənin 14.2.3-cü maddəsi Mülki hüquqları və vəzifələri müəyyənləşdirən məhkəmə aktlarını Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biri kimi müəyyən etmişdir.
17. Eyni zamanda Məhkəmə qərarı əsasında öhdəliyin yaranmış olması Mülki Məcəllənin öhdəliklərə xitamı ilə bağlı 551.2.4-cü maddəsində öz əksini tapmışdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi öhdəliyin yaranmasının Mülki Məcəllədə nəzərdə tutulan digər əsaslarından biri də məhkəmə qərarının olmasıdır. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında borclunun kreditor(tələbkar) qarşısında öhdəliyi yaranmışdır.
18. Tələb olunan məbləğə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddi a ərizəsi verilən zaman cavabdehin 209554.1 manat borcunun qaldığını bildirsə də, iş materiallarına əlavə edilmiş icra məmurunun məktubundan borclunun faktiki olaraq 183268.29 manat qalıq borcunun olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə qətnaməsi əsasında 24.01.2019-cu il tarixdə verilmiş icra vərəqəsindən 2 il müddət keçdiyindən cavabdehdən qalıq borc məbləğinin 10 faizi miqdarda vəsait tutulmalıdır.»
19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 386.1, 443.1, 443.2, 445.7 maddələri ilə əsaslandırmışdır.
20. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9615/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və mər uzəçi), N.Cəfərov və X.Sarıyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-cu il tarixli, 2(001)-3489/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi, Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına istinad edərək göstərilmişdir ki, tərəflər arasında məhkəmə qərarından irəli gələn öhdəlik münasibətləri olsa da, iddiaçı bazar iqtisadiyyatının subyekti və ya kredit təşkilatı deyil, ödənilməsi müəyyən edilmiş pul məbləğindən gəlir əldə edilməsi üçün həmin pul məbləğini faizlə kreditə verilməsi ilə məşğul olmur. Həmçinin iddiaçı cavabdeh tərəfindən öhdəliyinin hissəhissə icrası zamanı ona hansı zərərin dəyməsini əsaslandırmamış və buna dair dəlilləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qərarının vaxtında və tam şəkildə icra olunmaması yaxud da icranın üzürsüz səbəblərdən ağlabatan müddəti aşan şəkildə yubadılması borclunun məsuliyyət sferasına aid olduğundan, tələbkər belə halların neqativ nəticələrindən indeksasiya mexanizmi vasitəsi ilə qorunmasını tələb etməkdə haqlı sayılmalıdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə
442. Öhd əliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdiri lmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 34. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 35. 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya b axışının hədləri 36.
16. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
37. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsa s ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası kassatorun iddiaçının bazar iqtisadiyyatının subyekti və ya kredit təşkilatı olmaması ilə bağlı irəli sürdüyü dəlillə bağlı qeyd edir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəlləsinin 445.7-ci maddəsində gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi hüququ kreditora a id edilmişdir. Bu normada nəzərdə tutulan “kreditor”un təkcə kredit təşkilatı və ya bazar iqtisadiyyatı subyekti olması barədə fikir heç bir hüquqi əsasa malik deyildir.
42. Qanunvericilik “kreditor” dedikdə, öhdəliyə əsasən xeyrinə hərəkət edilməli olan şəxsi nəzərdə tutur. Bu nəticə Mülki Məcəllənin 385.1-ci maddəsindən irəli gəlir. Həmin normada deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9615/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.