Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2462/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsinin əsasları; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “mülkiyyətə nüdaxilənin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 13 may 2024-cü il tari xli, 2(103)-2032/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia tələbini mülkiyyət hüququna dayanaraq irəli sürmüşdür.
2. İddiaçının müllkiyyətində olan əmlak daha əvvəl onun atasının mülkiyyətində olmuşdur.
3. İddiaçının atası X2 cavabdehlərə qarşı eyni əsaslarla eyni iddia tələbinə artıq baxılmış və yekun məhkəmə aktı qəbul edilmişdir. (Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-257/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi.) İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarş ı “mülkiyyətə müdaxilənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilərək iddiaçının sahibliyinə qaytarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş ünvan 1 ünvanında yerləşən 30 saylı torpaq sahəsi və qeyri-yaşayış sahəsinin boşaldılması, cavabdehlər tərəfindən 8000 manat məbləğində vurulmuş maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 4 (yeni qaydalarla AZ-1039, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0403 h a iddiaçının mülkiyyətində olan torpaq sahəsində təsərrüfat otağı kimi inşa edilmiş texniki pasportda öz əksini tapmış ümumi sahəsi 83.8 kv.m qeyri-yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindən alınması, zəbt olunmuş həmin sahə boşaldılaraq iddiaçının istifadə və sahibliynə qaytarılması, cavabadehlər tərəfindən iddiaçıya vurulmuş 8000 manat məbləğində maddi ziyan tutulması xahiş olunur.
6. İddiaçı iddia tələbini onunla əsalandırılmışdır ki,. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (yeni qaydalarla: ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin mənzilin iddiaçının mülkiyyətində olmağına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı Şəhər Ərazi İdarə si tərəfindən ona xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 543 kv.metr torpaq sahəsi üzərində tikilən qeyri-yaşayış sahəsi (mağaza) də iddiaçıya məxsusdur. Əvvəllər həmin mağaza babası tərəfindən cavabdehlərə icarəyə verilmişdir. Hal-hazırda isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindədir. İddiaçı qanunun qeyd olunan tələblərinə uyğun olaraq tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin torpaq və qeyri-yaşayış sahəsindən çıxmaması maneəçilik törədir. Həmçinin cavabdehlər tərəfindən bu illər ərzində qeyri-yaşayış sahəsinin icarəyə götürülməsinə baxmayaraq heç bir icarə haqqı ödənilməmişdir. Bununla da cavabdehlər tərəfindən iddiaçıya hər ay 2000 manat icarə haqqı məbləğində maddi zərər vurulmuşdur. (4 ay x 2000 = 8000 manat).
7. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-4229/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim N. Cəfərli) iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisə yaratmayan halı ondan ibarətdir ki, hazırki iddiaçıya məxsus olan 0.0403 ha olan torpaq sahəsi Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-257/2022 nömrəli mülki iş üzrə ilkin iddia üzrə iddiaçı olan X2 (atasının) mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.0543 ha olan torpaq sahəsinin bir hissəsini təşkil edir. Eyni zamanda işin mübahisə olunmayan halı həmdə ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)-257/2022 nömrəli mülki iş üzrə xx.xx.2022-ci il tarixdən sonra nə iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində, nədəki hazırda cavabdehlər tərəfindən istifadə olunan qeyri-yaşayış sahəsində hər hansı bir yeni quraşdırılma halı olmamışdır. Məhkəmə iclası zamanı məhkəmənin vermiş olduğu suallara cavab verərkən həmçinin iddiaçı tərəf bildirmişdir ki, hazırki iddia tələbində qeyd edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0403 ha olan iddiaçının mülkiyyətində olan torpaq sahəsində təsərrüfat otağı kimi inşa edilmiş texniki pasportda öz əksini tapmış ümumi sahəsi 83.8 kv.m qeyri yaşayış sahəsi əvvəlki mülki iş üzrə mübahisə predmeti olan Maştağa-Nardaran avtomobil yolunun kənarında yerləşən 88.2 kv.m-lik mübahisəli qeyriyaşayış sahəsidir. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə mübahisəli qeyri yaşayış obyektinin ünvan 5 ünvanında yerləşmədiyi müəyyən edilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlərin istifadəsində olan qeyri-yaşayış sahəsi iddiaçıya məxsus olan torpaq sahəsində yerləşmədiyindən iddiaçının hazırki tələb ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi ilk hissədə təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsinə 8000 manat dəymiş ziyanın tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, iddia tələbi ilk hissədə təmin edilməmişdirsə ikinci hissədə də təmin üçün əsaslar mövcud deyildir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 139.1, 139.3, 146.1, 146.2, 152.1, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 82.3, 88, 107, 119, 233.3-cü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək, iddiaçının mülkiyyətində torpaq sahəsində təsərrüfat otağı kimi inşa edilmiş texniki pasportda öz əksini tapmış ümumi sahəsi 83.8 kv.m. qeyri-yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindən alınaraq, zəbt olunmuş həmin torpaq sahəsi əmlakı boşaltmaqla iddiaçının istifadə və sahibliyinə qaytarılması, vurulmuş 8000 manat məbləğində m addi ziyanın tutulması ilə bağlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi və üzərindəki tikililər iddiaçının mülkiyyətində olmağına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 543 kv.m. torpaq sahəsi üzərində tikilən qeyri-yaşayış sahəsi (mağaza) də iddiaçıya məxsusdur. Əvvəllər həmin mağaza babası tərəfindən cavabdehlərə icarəyə verilsə belə, onlar arasında icarə müqaviləsi bağlanmamışdır. Halhazı rda isə cavabdehlərin qanunsuz sahibliyindədir. İddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin torpaq və qeyri-yaşayış sahəsindən çıxmaması maneəçilik törədir. Həmçinin cavabdehlər tərəfindən bu illər ərzində qeyri yaşayış sahəsinin icarəyə götürülməsinə baxmayaraq heç bir icarə haqqı ödənilməmişdir. Bununla da cavabdehlər tərəfindən iddiaçıya hər ay 2000 manat icarə haqqı məbləğində maddi zərər vurulmuşdur. (4 ay x2000=8000 manat). Göründüyü kimi cavabdehlər həmin yaşayış sahəsinin iddiaçıya məxsus olduğunu bilə-bilə qanunsuz sahibliyə davam etmiş və iddiaçıya ciddi ziyan vurmuş, vurmağa da davam edirlər. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində isə bu hallar nəzərə alınmamışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin halları hər tərəfli araşdırılmamış, maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisi al əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzib edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada m üəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları vəiclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstəril məlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Bu da özlüyündə yuxarıda qeyd etdiyi tələblərinin ciddi şəkildə pozulmasıdır. Bakı şəhər Sabunçu Rayon Məhkəməsi qətnaməsi ilə iddiaçının cavabdehlərə qarşı işi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-257/2022 saylı qətnaməsinə istinad etmişdir. Lakin, hazırki işdə İddiaçıdur, yəni prosesdə iddiaçı tərəf dəyişmişdir. Beləliklə, Sabunçu Rayon Məhkəməsi Azərba ycan Respublikası MPM-nin 82.3-cü maddəsini (Preyudisiya institutunu) tətbiq etməklə prosessual hüquq pozuntusuna yol vermişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. İşə məhkəmədə baxılan zaman, yenidən ekspertizanın keçirilməsi ilə bağlı şifahi vəsasət verilsə də, məhkəmə tərəfindən ekspertiza tələbi rədd edilərək vəsatətin təmin edilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixində e-2(008)-4229/202 saylı qərardad çıxarmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi və torpaq sahəsinin İd diaçı məxsus olması ilə bağlı heç bir araşdırılma aparılmamış, yalnız əvvəlki məhkəmə qətnaməsinə istinad edilərək qətnamə çıxarılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2032/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər: G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki iş üzrə icraata xitam verilməsi qırara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, 2(103)257/2022 saylı mülki iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi v ə qeyri yaşayış sahəsindən çıxarılma, həmin qeyri-yaşayış sahəsinə görə ödənilməli olan icarə haqqının ödənilməsini tələb etmişdir.
14. Həmin mülki işdə olan sənədlərdən müyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0.0543 hektar torpaq sahəsi və üzərindəki 48.3 kv.m. daşınmaz əmlak X5 və X6 paylı mülkiyyətində olmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyri-yaşayış sahəsindən çıxarılma və.s tələbinə diar iddia tələbi təmin edilməmişdir.
16. Hazırki mülki iş üzrə isə İddiaçıdur. Bildirir ki, mülkiyyətindəki əmlakı ona atası bağışlamışdır.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququi şəxsin xx.xx.2023-cü il ta rixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0403 hektar torpaq sahəsi və üzərindəki 48.3 kv.m. daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətindədir. 18.. Göründüyü kimi iddiaçının atasının paylı mülkiyyətində 0.0543 ha torpaq sahəsi və üzərindəki 48.3 kv.m. daşınmaz əmlak olmuşdur. İddiaçı tam mülkiyyətində olan hissə nisbətən az 0.0403 hektar torpaq sahəsi və üzərindəki 48.3 kv.m. daşınmaz əmlakdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi iddiaçının atası tərəfindən verilən iddia tələbi ilə eynilik təşkil edir. İddiaçının atası da öz iddia tələbində cavabdehlərdən mağaza olan qeyri-yaşayış sahəsini və həmin sahəyə görə ödənilməli olan icarə haqqının tələb edirdi. Hazırda iddiaçı da eyni tələbi eyni cavabdehlərə qarşı irəl i sürür. Özü də iddia ərizəsində göstərmişdir ki, əvvəllər həmin mağaza babası tərəfindən cavabdehlərə icarəyə verilmişdir.
20. Hazırda iddiaçının nümayəndə və vəkilinin apellyasiya şikayətinin dəlili odur ki, hazırki tələb eyni tələb olsa da, eyni cavabdehlərə qarşı yönəlsə də iddiaçı ata yox, artıq oğuldur. Yəni tərəflər eyni deyil.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki tələbə artıq baxıla bilməz. Çünki mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin qeyd edilən normasından aydın görünür ki, tərəflərin hüquqi varisləri də eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər.
23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin iddia üzrə məhkəmə araşdırması yekunlaşmışdır. Hazırda oğul eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməz. Çünki, İddiaçı mülkiyyətindəki əmlak atasına məxsus olmuşdur. Atası tərəfindən eyni cavabdehlərə qarşı eyni predmet və eyni əsaslarla iddia qaldırılmışdır. 24.. İddiaçının nümayəndə və vəkili məhkəmə iclasında əlavə olaraq bildirir ki, iddia tələbi eyni olsa da İddiaçı mülkiyyətindəki əmlakın texniki pasportunda təsərrüfat otağı adlandırılan sahə vardır.
25. Bununla əlaqə dar qeyd edilməlidir ki, 2(103)-257/2022 saylı mülki iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, əmlaka dair müxtəlif tarixlərdə tərtib edilmiş texniki pasport olmuşdur. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportda da həyətyani tikililərin və qurğuların texniki göstəriciləri bölməsində “təsərrüfat otağı” qeyd edilmişdir (2(103)-257/2022 saylı mülki iş, ikinci cild səhifə 42). Yəni həmin texniki pasport, habelə evin eskiz layihəsi, 2018-ci il tarixli Lisenziya, baş plan 2(103)-257/2022 saylı mülki iş materiallarına əlavə olunub. Hətta 04 may 2022-ci il tarxili məhkəmə iclasının protokolunda qeyd olunur ki, iddiaçının nümayəndə və vəkili 2021-ci il tarixli texniki pasportu təqdim etdiyini və orada qeyd edilən sahəyə istinad etdiyini bildirir. Bu halı aydınlaşdırmaq üçün ekspertin məhkəmə iclasına çağrılmasını xahiş edir. ( 2(103)257/2022 saylı mülki iş, ikinci cild səhifə 53). 32. 01 iyun 2022-ci il tarixli məhkəmə iclasında iştirak edən ekspert Teymur Məmmədov izahatında bildirir ki, faktiki istifadədə olan sahə 703 kv.m.dir, həmin ərazidə artıq torpaq sahəsi mövcuddur. Qeyri yaşayı sahəsi həmin artıq sahədə yerləşir... O, tədqiqat zamanı müəyyən etdiyi sahə üzrə tədqiqat aparmışdır. Texniki pasportda olan tikililərlə faktiki tikilmiş tikililər fərqli də ola bilər. Bəzi tikili göstərilir, bəzisi isə yox. ( 2(103)- 257/2022 saylı mülki iş, ikinci cild səhifə 58).
26. Həmin mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4890 nömrəli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan müətəxəssis rəylərinə və keçirilmiş baxışın nəticəsinə əsasən müəyyən olunmuşdur ki, X4 məxsus ünvan 7 ünvanında yerləşən 0.0543 ha torpaq sahəsində tikilmiş 48.3 kv.m 1 mərtəbəli yaşayış evinə bitişik tikilmiş bir mərtəbəli yaşayış evi, 8.6 kv.m sanitar qovşağı 0.0543 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Sözügedən 88.2 kv.m qeyri-yaşayış sahəsi isə həmin torpaq sahəsinin hüdudlarından kənarda yerləşir.
27. O cümlədən, həmin iş üzrə X1 xx.xx.2020-ci il tarixli, 201 nömrəli rəyindən görünür ki, ünvan 8 ünvanında yerləşən hazırda ½ payla X2 mülkiyyətindəki sahəsi 543 kv.m olan (faktiki istifadəsində olan 728 kv.m) torpaq sahəsinin artıq 185 kv.mlik hissəsinin, o cümlədən yolun kənarında yerləşən 84 kv.m olan qeyri yaşayış sahəsinin “Dövlət mülkiyyətində olan avtomobil yolla rının qorunma zolaqlarının ölçülərinin təsdiq edilməsi haqqında Azərbaycan Rspublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 298 nömrəli qərarının rəhbər tutulmaqla Maştağa Nardaran avtomobil yolunun qorunma zonasına düşmüş olduğu müəyyən edilmişdir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Maştağa-Nardaran avtomobil yolunun kənarında yerləşən 88.2 kv.m-lik mübahisəli qeyri-yaşayış sahəsi X3 mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşdiyindən onun hazırki tələb ilə çıxış etmək üçün subyektiv hüququ olmamış və bu səbəbdəndə irəli sürülmüş tələb təmin edilməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının istinad etdiyi hallar onun atasının iddiasına baxılarkən mövcud olmuşdur və əvvəlki mülki iş üzrə məhkəmə tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-257/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinə artıq baxılmamalıdır. Çünki, hazırki iddia tələbi eyni cavabdehlərə qarşı eyni əsaslarla eyni tələbdir. Sadəcə indi iddiaçı ata yox, oğuldur. Yəni bu tələbə artıq başqa məhkəmə tərəfindən baxılıb qiymət verilmişdir. Həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir.
31. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının a pellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-in 233.3, 261.0.2, 387.2.8-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin icraata xitam verilməsi barədə qəbul etmiş olduğu 2(103)-2032/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qa nunun qeyd olunan tələblərinə uyğun olaraq tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin torpaq və qeyriyaşayış sahəsindən çıxmaması maneəçilik törədir. Bildirmək istəyirlər ki, İddiaçı atası Hüseynov Şamil vaxtı ilə birinci instansiya məhkəməsinə vərəsəliklə keçmiş əmlakın boşaldılması ilə əlaqədar iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi ekspertiza, yerli baxış keçirmiş və iddianı təmin etmişdir, apellyasiya instansiyası da qətnaməni qüvvədə saxlamışdır. Ali Məhkəmə isə o əsasla qətnaməni ləğv etmişdir ki, paylı mülkiyyətdir və sənəd yoxdur. Hüseynov Şamilin ora hüququ olsa da, konkret olaraq o mağaza onun hüquqlarına daxildir, yoxsa qardaşına aiddir, bu hal müəyyən olmadığı üçün subyektiv hüququn olması səbəbindən qətnaməni ləğv edərək apellyasiya instansiya məhkəməsinə geri qaytarmışdır. Apellyasiya intansiya məhkəməsi də eyni əsasla iddianı rədd etmişdir ki, bura paylı mükiyyətdir. Apellyasiya instansiya məhkəməsi rədd edərkən sadəcə subyektiv hüquq məsələsini əsas tutmuşdur. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04/563 saylı texniki pasport verilmiş və həmin texniki pasportda Həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri siyahısına 83.8 kv.m təsərrüfat otağı da daxildir. Nəzərə çatdırmaq istəyir ki, Texniki pasport müvafiq qaydalarla təsdiq edilmiş sənəddir və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarışın ayrılmaz bir hissəsidir. 1)Belə ki, əvvəlki məhkəmə mübahisəsi (Hüseynov Şamilin) işi araşdırılan zaman onun paylı mülkiyyətində olan əmlakının xx.xx.2019-cu il tarixli texniki pasporta uyğun şəkildə araşdırılmış və həmin texniki pasportda hazırki mübahisə predmeti olan təsərrüfat otağı öz əksini tapmamışdır. 2021-ci il tarixində həmin əmlak mülkiyyətçi tərəfindən qeydiyyata alınaraq yeni hüquq münasibətləri yaranmışdır. Əvvəlki məhkəmə predmeti olmuş əmlakın ümumi sahəsi 88.2 kv.m olduğu halda hal-hazirki mübahisə predmeti olan əmlakın ümumi sahəsi 83.8 kv.m-dir. 2) Hazırki məhkəmə işində İddiaçıdur, yəni prosessdə iddiaçı tərəf dəyişmişdir. Həmin torpaq sahəsi və üzərindəki tikili lər iddiaçının, İddiaçı mülkiyyətində olmağına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ona xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” da verilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)- 2032/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə qərardadında qeyd edilmişdir ki, hazırki iddia tələbinə artıq baxılmamalıdır, çünki hazırki iddia tələbi eyni cavabdehlərə qarşı eyni əsaslarla eyni tələbdir. Sadəcə indi iddiaçı ata yox, oğuldur. Yəni bu tələbə artıq başqa məhkəmə tərəfindən baxılıb qiymət verilmişdir. Həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
35. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman mülki iş üzrə iddiaçı tərəflərin və mübahisə edilən əmlak sahəsində mübahisə predmetində dəyişiklik olmasını nəzərə alınmadan qanunsuz və əsassız olaraq icraata xitam verilməsi barədə 2(103)2032/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmişdir.
36. Hazırki mülki iş üzrə cavabdeh tərəf ünvan 1 ünvanında ye rlə şə n fərdi yaşayış evi (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 83.8 kv.m qeyri-yaşayış sahəsinin (təsərrüfat otağının) məhkəmə prosesslərində israrla onlara məxsus ol masını, iddiaçı tərəfin həmin sahəyə heç bir mülkiyyət hüquqlarının olmadığını bildirmişdir. Lakin, cavabdeh tərəf 83.8 kv.m qeyri-yaşayış sahəsinin onlara məxsus olmasını təsdiq edəcək heç bir hüquq müəyyən edici sənəd təqdim edə bilməmiş, İddiaçı mülkiyyət hüquqlarını yalnız formal mülahizələrə əsaslanaraq dövlət tərəfindən tanınan mülkiyyət hüquqlarından istifadə etməsinə maneə törədirlər. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04/563 saylı verilmiş texniki pasportda həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri siyahısına 83.8 kv.m təsərrüfat otağı da daxil edilməsinə baxmayaraq, cavabdehin əksinə həmin təsərrüfat otağının iddiaçıya aid olması ilə bağlı sübut olsa da məhkəmə tərəfindən buna heç bir qiymət verilməmiş və icraata xitam verilməsi barədə 2(103)-2032/2024 saylı xx.xx.2024-cü il tarixli qərardad qəbul edilişdir.
37. Bundan əvvəlki məhkəmə mübahisəsi (Hüseynov Şamilin) işi araşdırılan zaman onun paylı mülkiyyətində olan əmlakının xx.xx.2019-cu il tarixli texniki pasporta uyğun şəkildə araşdırılmış və həmin texniki pasportda hazırki mübahisə predmeti olan təsərrüfat otağı öz əksini tapmamışdır. 2021-ci il tarixində həmin əmlak mülkiyyətçi tərəfindən qeydiyyata alınaraq yeni hüquq münasibətləri yaranmışdır. 38. 18.03.2024-cü il tarixində tərəfindən məhkəmə iclası zamanı iş üzrə qeyd edilən Texniki pasportun tədqiq edilməsinə dair ekspertizanın keçirilməsinə dair vəsatət verilmiş, lakin məhkəmə tərəfindən vəsatətə münasibətin 2019-cu il tarixli texniki pasporta baxış keçirildikdən sonra mümkün ola biləcəyini bildirərək, iş üzrə sənədləri tədqiq etmək məqsədilə məhkəmə prosessini təxirə salmış, mülki iş üzrə ekspertizanın aparılması zərurəti olduğu halda Ekspertizanın aparılması üzrə vəsatəti təmin etməmişdir. Belə ki, son dövrlər ərzində Ali Məhkəmənin Plenum qərarlarında və hüquq mühafizə sahəsində sübuların toplanılması, vəsatətlərin təmin edilməsi, ekspertizaların təyin olunmasına xüsusi önəm verilir və bu sahədə Ali Məhkəmə tərəfidən dəfələrlə məhkəmələrə tövsiyyələr edilməsinə baxmayaraq, bir vəkil kimi Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova tərəfindən onun MPM ilə nəzərdə tutulmuş hüquqlarımın pozulmağı ilə yanaşı həm də işin tam obyektiv qaydada araşdırılmasına maneələr yaradılmışdır.
39. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 127, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, Azərbaycan Respublikasının MPM-in 9.1, 9.3, 88, 97, 217.1, 217.3- cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhk əmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
42. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 4
7. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir.
49. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməsi barədə qəraradad qəbul edilərkən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilə n hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaratdığından və onların dəlillərinə hüquqi qiymət verdiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2024-cü il tarixli 2(103)2032/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.