Məhkəmə qərarları › İş №2(102)-2463/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2463/2023

12.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2463/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırda Mənzil Tikinti Komitəsi) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2463/2023 (Açar sözlər: mülkiyyətindən məhrum edilmə nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırda Mənzil Tikinti Kooperativi) qarşı “mülkiyyətindən məhrum edilmə nəticəsində vurulmuş maddi və mənəvi z iyanın, habelə xərclərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-305/2023 nömrəli, 27 fevral 2023cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya MA, №0014424 nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında dövlət mülkiyyətində olmaqla istifadədə olan 0,01844 ha torpaq sahəsində yerləşən 126,6 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinin payının 1/2 hissəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, 1/2 hissəsi isə xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli reyestr kitabının 11560 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.

2. Həmin əmlakın yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 nömrəli, 03 noyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmiş, bundan sonra MMC, iddiaçının razılığı olmadan fərdi yaşayış evini sökmüş və onun yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binası inşa etmişdir.

3. Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunun 1996-cı ilin iyul ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndiril məsinə aid pasport”unda, İddiaçı mülkiyyətinin yerləşdiyi ünvanda cəmi 140,7 kv.m. açıq torpaq sahəsi olması öz əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

4. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırda Mənzil Tikinti Kooperativi) qarşı “mülkiyyətindən məhrum edilmə nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi qismində torpağın dəyəri olaraq 490.000 manatın, evin dəyəri qismində 336.000 m anatın, evində məhv edilmiş əşyaların dəyəri qismində 86.090 manatın, ümumilikdə 912.090 manat maddi zərərin əvəzinin, mənəvi zərərin əvəzi qismində 50.000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2.500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi və ona dəyişiklik edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, № ******* saylı Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi 2009-cu ildən onun xüsusi mülkiyyətində və 0,1844 ha həyətyanı torpaq sahəsi isə istifadəsindədir. 2017-ci ilin may ayında özünü "xxxx" MMC-nin işçisi kimi təqdim edən Pərviz adlı şəxs evinə gələrək, Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına istinad edərək, ona məxsus mülkiyyətdə daxil olmaqla həmin ərazidə yerləşən binaların sökülərək, yerində müasir tələblərə cavab verən binanın tikintisinin "xxxx" MMC-yə həvalə edildiyini bildirmişdir. Bu məqsədlə, mülkiyyətinin onlar tərəfindən alınmalı olduğunu və evinin hər kv.m. üçün şirkət tərəfindən ona 1.500 manat ödəniləcəyini, istifadəsində olan torpaq sahəsi üçün isə heç bir ödəniş edilməyəcəyini bildirmişdir. Bundan sonra, 2017-ci ilin may-iyun aylarında "xxxx" MMC ilə evinin və istifadəsində olan torpaq sahəsinin alınması müqabilində ona ödəniləcək kompensasiyanın məbləği ilə bağlı danışıqlar olmuşdur. "xxxx" MMC tələb etmişdir ki, onun təklif etdiyi şərtlərlə müqavilə bağlayıb, mülkiyyətin də olan evi və torpaq sahəsini onlara təhvil verisin. Belə ki, "xxxx" MMC onun evinin alınması müqabilində həmin sahədə tikiləcək 5 il müddətinə binada ona ümumi sahəsi 150 kv.m. ev təklif edir və torpaq sahəsinin isə heç bir əvəz ödənilmədən ondan almağı təklif etmişdir. Şirkətin təklifi qanuni qane etmədiyi üçün və istifadəmdə olan torpağa görə şirkət hər hansı ödəniş etməkdən imtina etdiyi üçün şirkətin təklifi ilə razılaşmamışdır. Təkliflə razı olmadığından, onu öz təkliflərinə razı salmaq üçün MMC ona təzyiqlər göstərmiş, ailəsini zorla evdən çıxaracağı, əşyalarını bayıra atacağı, evini söküb məhv edəcəyi ilə bağlı hədələmişdir. Bütün bu təzyiqlərə baxmayaraq, mülkiyyətçi olaraq tələblərinin təmin edilməsində israrlı olmuş və MMC-nin təklifinə razı olmadığı üçün MMC onu evindən çıxm ağa məcbur etmək üçün ilk öncə evinin kommunal təchizat xətlərini kəsərək, evinə su, qaz və elektrik enerjisinin verilməsinə imkan verməmişdir. Bundan başqa, ətrafda yerləşən evləri sökərək, qazıntı işləri apardı və evinə gediş-gəliş yolunu bağlamışdır. Evində yaşamaq artıq mümkünsüz olmağına, belə ki, qaz, işıq, su xətləri kəsilməyinə baxmayaraq ailəsi ilə birlikdə evdə yaşamağa davam etmişlər. Mülkiyyətdən istifadəmə yaradılmış maneənin aradan qaldırılması üçün 2017-ci ilin iyununda "xxxx" MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddianın təmini tədbiri qismində fərdi yaşayış evindən istifadə hüquqlarına qəsdən yaradılan maneələrin dərhal aradan qaldırılması, evin ətrafındakı xarabazarlığın dərhal təmizlənməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasını, habelə cavabdehə, eləcə də digər şəxslərə onların əmlakı barədə hər hansı hərəkətlərin edilməsinə qadağan qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsi 07 iyul 2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsi təmin etməmişdir. Bu qərardaddan verdiyi şikayətə baxılmamış, yəni 24 iyul 2017-ci il tarixdə onun və ailəsinin qohumumgildə olmağından istifadə edərək, gecə evinin bir hissəni uçurmuşlar. Bundan sonra o, "xxxx" MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə “Əmlaka vurulmuş maddi ziyanın bərpa edilməsi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi” təqdim edərək, mülkiyyətində olan evin bir hissəsinin məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunl a qadağan edilmiş özbaşına əməlləri nəticəsində vurulmuş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddia ərizəsi ilə yanaşı iddianın təmini tədbiri qismində mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında aparılan, sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyan hər hansı qazıntı-tikinti və sair işlərin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 11 avqust 2017-ci il tarixli qərardadı ilə iddiasının təmini tədbiri barədə ərizəsini rədd etmişdir. Bundan sonra o, həmin qərardaddan şikayət vermişdir. Məhkəmədə hər iki iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyi müddətdə, Nəsimi Rayon Məhkəməsi 11 avqust 2017-ci il tarixli qərardadından şika yət verdiyi halda, evi "xxxx" MMC tərəfindən tamamilə uçurularaq, yerlə yeksan edilmışdır. Bakı Apellyasiya Məhkəməsi 08 sentyabr 2017-ci il tarixli qərardadı ilə birinci məhkəmə işi üzrə Nəsimi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qərardadını ləğv etmiş və iddianın təmini barədə ərizəsini qismən təmin edərək, evdən istifadə hüquqlarına cavabdeh tərəfindən qəsdən yaradılan maneələrin aradan qaldırılmasına qərar vermişdir. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı qüvvəyə minsə də, evi artıq mövcud olmadığından, yəni qanunsuz olaraq şirkət tərəfindən məhv edildiyindən, qərardadı icra etmək mümkün olmamışdır. Odur ki, bundan sonra o, ikinci məhkəmə işi üzrə Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2017-ci il tarixli qərardadından verdiyi şikayətin heç bir mərası qalmadığı üçün bu şikayə tinin geri qaytarılmasını xahiş etmiş və Bakı Apellyasiya Məhkəməsi 16 oktyabr 2016-cı il tarixli qərardadı ilə bu ərizəsi təmin edilərək, şikayətinin geri qaytarılmasına qərar verilmişdir. Cavabdeh onun razılığı olmadan evi sökmüş və evinin yerləşdiyi ərazidə çoxmənzilli yaşayış binası inşa etmişdir. Odur ki, mülkiyyətinin qanunsuz və əvəzi ödənilmədən alınması ilə bağlı, yəni Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA, №0014424 saylı Çıxarışa əsasən mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəmdə olan həyətyanı torpaq sahəsindən məhrum edilməyi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq, torpağın dəyəri olaraq 490.000 manat, evin dəyəri olaraq 336.000 manat və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manat yəni, ümumilikdə 912.090 (doqquz yüz on iki min doxsan) manat zərər dəymişdir. Həmçinin mənəvi zərərin əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində vəsait, hüquqi xidmət üçün ödənilməli olan 2.500 manat məbləğində vəsait və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. 6. "xxxx" MMC-nin QXM/120M saylı, 17 mart 2018-ci il tarixli rəyinə əsasən, ünvan 4 ünvanda yerləşən 192 kv.m. tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyərinin 576.000 manat, 140,7 kv.m. açıq torpaq sahəsinin bazar dəyəri – 351.750 manat müəyyən olunmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 nömrəli, 13 iyun 2018ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia qismən təmin edilərək, vurulmuş maddi ziyana görə 288.000 (ik i yüz səksən səkkiz min) manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının iddiaçıya aid edilməsi, 15 manatının isə Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspert rəyinə əsasən hesab etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15 ünvanında yerləşən 7 saylı fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı mülkiyyətində olduğundan vurulmuş maddi ziyana görə həmn məbləğin yarısı- 288.000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

9. Məhkəmə iddia tələbinin evin sökülməsi nəticəsində evdəki əşyaların məhv olması ilə bağlı dəymiş 86.090 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı evinin sökülməsi nəticəsində evdə olan 86.090 manat dəyərində əşyaların məhv olması ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi bu hissədə təmin edilməməlidir.

10. Məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdeh MMC-nin hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir.

11. Məhkəmə iddia tələbinin hüquqi xidmət üçün ödənilməli olan 2.500 manat məbləğində vəasitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı tərəf hüquqi xidmət ü çün 2.500 manat vəasitin ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia qeyd olunan hissədə də əsasslz hesab edilməli və təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 1096.1, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.

14. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv olunması və iddianın tam təmin olunmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, MA seriyalı, ******* saylı çıxarışa əs asən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi 2009-cu ildən xüsusi mülkiyyətində, 0,1844 ha həyətyanı torpaq sahəsi isə istifadəsində olmuş, 2017-ci ilin may ayında özünü Cavabdeh MMC-nin işçisi kimi təqdim edən Pərviz adlı şəxs evinə gələrək Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına istinadən ona məxsus mülkiyyət də daxil olmaqla həmin ərazidə yerləşən binaların sökülərək yerində müasir tələblərə cavab verən binanın tikintisinin MMC-yə həvalə edildiyini, bu məqsədlə mülkiyyətinin onlar tərəfindən alınmalı olduğunu və evinin hər kv.m. üçün şirkət tərəfindən ona 1.500 manat ödəniləcəyini, istifadəsində olan torpaq sahəsi üçün isə heç bir ödəniş edilməyəcəyini bildirmişdir. Bundan sonra 2017-ci ilin may-iyun aylarında MMC ilə evinin və istifadəsin də olan torpaq sahəsinin alınması müqabilində ona ödəniləcək kompensasiyanın məbləği ilə bağlı danışıqlar olmuş, MMC, evinin alınması müqabilində həmin sahədə 5 il müddətinə tikiləcək binada ona ümumi sahəsi 150 kv.m. mənzil, torpaq sahəsinin isə heç bir əvəz ödənilmədən ondan almağı təklif etmiş, şirkətin təklifi onu qane etmədiyi və istifadəsində olan torpağa görə şirkət hər hansı ödəniş etməkdən imtina etdiyi üçün razılaşmamışdır. Təkliflə razı olmadığından öz təkliflərinə razı salmaq üçün MMC ona təzyiqlər göstərmiş, ailəsini zorla evdən çıxaracağı, əşyalarını bayıra atacağı, evini söküb məhv edəcəyi ilə bağlı hədələmişdir. Bütün bu təzyiqlərə baxmayaraq, mülkiyyətçi olaraq tələblərinin təmin edilməsində israrlı olmuş, MMC-nin təklifinə razı olmadığından, MMC onu evindən çıxmağa məcb ur etmək üçün ilk öncə evinin kommunal təchizat xətlərini kəsərək evinə su, qaz və elektrik enerjisinin verilməsinə imkan verməmiş, ətrafda yerləşən evləri sökərək qazıntı işləri aparmış, evinə gediş-gəliş yolunu bağlamışdır. Evində yaşamaq artıq mümkünsüz olduğuna, yəni qaz, işıq, su xətləri kəsilməsinə baxmayaraq, ailəsi ilə birlikdə evdə yaşamağa davam etmişlər. Mülkiyyətdən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması üçün 2017-ci ilin iyun ayında Cavabdeh MMC-yə qarşı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iddianın təmini tədbiri qismində fərdi yaşayış evindən istifadə hüquqlarına qəsdən yaradılan maneələrin dərhal aradan qaldırılması, evin ətrafındakı xarabazarlığın dərhal təmizlənməsinin cavabdehin üzərinə vəzifə qoyulması, habelə cavabdehə, eləcə də digər şəxslərə onların əmlakı barədə hər hansı hərəkətlərin edilməsinə qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsini təmin etməmiş, bu qərardaddan verdiyi şikayətə isə baxılmamışdır. xx.xx.2017-ci il tarixdə ailəsinin qohumlarının evində olmasından istifadə edən MMC-nin işçiləri gecə evinin bir hissəni uçurmuş, bundan sonra o, MMC-yə qarşı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi təqdim edərək, evinin bir hissəsinin məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş 50.000 manat dəyərində mənəvi ziya nın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu iddia ərizəsi ilə yanaşı iddianın təmini tədbiri qismində mülkiyyətində olan fərdi yaşayış evinin ətrafında aparılan və sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyan hər hansı qazıntı-tikinti və sair işlərin aparılmasının cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını istəmiş, lakin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizəsini rədd etmişdir. Bu qərardaddan şikayət vermiş, məhkəmədə hər iki iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyi müddətdə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından şikayət verdiyi halda ev MMC tərəfindən tamamilə uçurularaq yerlə yeksan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2017- ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli qərardadını ləğv etmiş və iddianın təmini barədə ərizəni qismən təmin edərək, evdən istifadə hüquqlarına cavabdeh tərəfindən qəsdən yaradılan maneələrin aradan qaldırılmasına qərar vermişdir. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadı qüvvəyə minsə də, ev artıq mövcud olmadığından, yəni qanunsuz olaraq şirkət tərəfindən məhv edildiyindən qərardadı icra etmək mümkün olmamışdır. Buna görə də, yəni ikinci məhkəmə işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadından verdiyi şikayətin heç bir mənası qalmadığı üçün bu şikayətinin geri qaytarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2017-ci il tarixli qərardadı ilə şikayətinin geri qaytarılmasına qərar vermişdir. Mülkiyyətinin qanunsuz və əvəzi ödənilmədən ondan alınması ilə bağlı məhkəməyə iddia ərizəsi verməklə yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Nəsimi Rayon İcra Hakimiyyəti də daxil olmaqla bir sıra dövlət orqanlarına yazılı müraciətlər etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarının1.2-ci hissəsinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunver iciliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasının həyata keçirilməsi müvafiq icra hakimiyyətlərinə, o cümlədən Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırılmış, bu qərarın 1.2ci hissəsinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılmışdır. Mülkiyyətinin ondan qanunsuz olaraq alınması ilə bağlı Nazirlər Kabineti və Nəsimi Rayon İcra Hakimiyyətinə etdiyi müraciətlərinə cavab olaraq, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2017-ci il tarixli R-70, R-70/2, və R-70/3 saylı məktublarla cavab verilmişdir ki, onu n mülkiyyətinin yerləşdiyi ərazi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 208 nömrəli 03 noyabr 2016-cı il qeydiyyat tarixli sərəncamı ilə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarı rəhbər tutularaq icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Daha sonra məktubda göstərilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və sair ilə bağlı sakinlərin kirayə edilmiş mənzillərdə yerləşdirilməsi və onlara tikiləcək binada ev verilməsi Cavabdeh MMC-yə tapşırılmışdır. Qeyd edilənlərdən göründüyü kimi nə Cavabdeh MMC, nə Nazirlər Kabineti, nə də Nəsimi Rayon İcra Hakimiyyəti ondan mülkiyyətinin alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməmişdir. Onun mülkiyyət hüququna müdaxilə baş vermiş və bu müdaxilə mülkiyyətdən məhrum edilmə formasında ol muşdur. Belə ki, mülkiyyəti razılığı olmadan və heç bir qanunvericilik aktının tələbinə uyğun olmadan uçurulmuş və yerində Cavabdeh MMC tərəfindən bina tikilir. Mülkiyyətdən məhrum edilməyinin qanuni əsası olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən məhkəmənin qərarı olmadan heç kim mülkiyyətindən məhrum edilə bilməz. Lakin o, məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilmişdir. Mülkiyyətdən məhrum edilməsi məhkəmə qərarı olmamaqla yanaşı dövlət ehtiyacı üçün də olmamışdır. Belə ki, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunun 3-cü maddəsində torpaqların dövlət ehtiyacları üçün yalnız bu qanunda nəzərdə tutulmuş hallarda alına bilməsi göstərilmişdir. Həm Nəsimi Rayon İcra Hakimiyyəti, həm də Cavabdeh MMC tərəfindən mülkiyyətindən məhrum edilməsinin Azərbaycan Respu blikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarı əsasında həyata keçirildiyi bildirilmişdir. Həmin qərarda isə mülkiyyətin alınmasının əsasları kimi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması göstərilmişdir. Göründüyü kimi, bu əsaslar da torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunun 3-cü maddəsində göstərilən dövlət ehtiyaclarına daxil deyildir. Mülkiyyətindən məhrum edildiyi üçün ona hər hansı kompensasiya ödənilməmişdir. Halbuki, ali qanun olan Konstitusiya tələb edir ki, hətta mülkiyyət dövlət ehtiyacları üçün alınarsa belə onun əvəzi əvvəlcədən ödənilməli dir. Onun isə qeyd etdiyi kimi, mülkiyyətdən məhrum edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarı əsasında olmuşdur. Mülkiyyətdən məhrum edilməsinin əsası kimi həm Nəsimi Rayon İcra Hakimiyyəti, həm də həmin sahədə tikinti işlərini aparan şirkət qeyd edilən qərara istinad etsələr də, həmin qərarın tələblərinə riayət etməmişlər və bu qərarın tələblərinə riayət edilməsinə nəzarət etməli olan Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün qərarının tələblərinə və digər qanunların tələblərinə zidd mülkiyyətindən məhrum edilməsinə göz yummuşdur. Ali hüquqi qüvvəyə malik olan Konstitusiya əmlakın tam müsadirəsini qadağan edir və dövlət ehtiyacları üçün alındıqda mülkiyyətin dəyərinin əvvəlcədən ədalətli ödənilməsini tələb edir. Lakin mülkiyy ətindən məhrum edilməsi ilə bağlı ona kompensasiya verilmədən əmlakı məhv edilmişdir ki, bunun da nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Faktiki hallardan göründüyü kimi, o, mülkiyyətini Cavabdeh MMC-yə təhvil vermədiyi halda, onun və ailə üzvlərinin evdə olmadığından istifadə edərək evini uçurtmuşlar və həmin vaxt evində olan ona məxsus əmlak məhv edilmişdir. Evini özü satmış olsaydı, evinin və istifadəsində olan torpaq sahəsinin hər kvadrat metrini ən azı 3.500 manata sata bilərdi. Çünki evi yüksək səviyyədə təmirli olmuş, şəhərin mərkəzində və əlverişli yerdə yerləşmiş və həmin ünvanda yaşayış və ya qeyri-yaşayış sahəsinin kvadrat metri 3.500 manatdan aşağı olmamışdır. Mülkiyyətində 96 kv.m. yaşayış sahəsi olmuşdur. Beləliklə, əlindən uçurularaq alınmış evinin dəyəri 336.0 00 manat, istifadəsində olmuş 140 kv.m. torpaq sahəsinin isə əvəzi ödənilmədən alınması nəticəsində ona vurulmuş maddi zərər 490.000 manat olmuşdur. Həmçinin, evinin uçurulması zamanı onun və ailəsinin istifadəsində olan aşağıdakı əşyalar məhv edilmişdir - “Bosch” markalı soyuducu - 1.200 manat, mətbəx mebeli – 2.300 manat, paltaryuyan maşın - 540 manat, qaz plitəsi - 470 manat, mikrodalğalı soba - 350 manat, aspirator - 280 manat, qabyuyan maşın - 120 manat, ariston - 140 manat, qaz kolonkası - 70 manat rakovina - 200 manat, unitaz - 150 manat, duş-kabina - 400 manat, paltar dolabı - 290 manat, masa+6 stul – 1.300 manat, 2 ədəd “Samsung” markalı televizor – 1.300 manat, DVD+ev kinoteatr – 1.400 manat, “Toshiba” markalı audiomagnitofon, “Panasonic” markal videomagnitofon, 2 ədəd kondisione r – 1.000 manat, divan- 500 manat, 2 ədəd kreslo - 700 manat, qoz ağacından kitab şkafı –800 manat, 2 nəfərlik çarpayı - 1.400 manat, paltar dolabı - 460 manat, podservantnik – 350 manat, kamin – 4.000 manat, masa+6 stul (qonaq otağı) – 1.900 manat, servant – 700 manat, qorka – 1.000 manat, divan+kreslo - 800 manat, 4 otaq üçün pərdə - 1.000 manat, karniz (5*250) – 1.250 manat, seyf qapı – 1.800 manat, 3 ədəd plastmas masa - 600 manat, 20 ədəd plastmas kreslo – 1.000 manat, 20 ədəd plastmas taburetka - 600 manat, manqal+şiş - 550 manat, 1913-cü ilin samovarı – 2.000 manat, medallar, 9 ədəd kişi kostyumu – 4.500 manat, 3 ədəd palto – 1.200 manat, 4 ədəd gödəkçə - 780 manat, 10 ədəd kişi köynəyi - 700 manat, 7 ədəd sviter - 630 manat, 4 ədəd şalvar - 480 manat, 3 ədəd cins - 420 manat, 6 cüt ayaqqabı – 1.200 manat, dublyonka – 1.700 manat, 8 ədəd köynək - 560 manat, parfum (Creed Aventus) - 400 manat, parfum (Shaikh) - 650 manat, parfum (Tom Ford) - 300 manat, 6 ədəd xalça – 4.200 manat, Kobalt serviz çay+obed 24 – 8.000 manat, gümüş qaşıq+çəngəl+bıçaq – 4.000 manat, gümüş qaşıq və lopatka – 1.000 manat, Çexiya istehsalı serviz 12 - 350 manat, Polşa istehsalı serviz 12 - 700 manat, xrustal qablar – 1.000 manat, Çexiya istehsalı çılçıraq - 500 manat, Şuba (Karakul) – 500 manat, Şuba (Norka) – 2.000 manat, qadın geyimləri – 2.400 manat, brilliant kulon – 10.000 manat, brilliant və sapfir kulon – 5.000 manat, cəmi isə 86.090 manat dəyərində əşyalar. Beləliklə, evinin və torpağının əvəzi ödənilmədən alınması nəticəsində ona 912.090 manat məbləğində maddi zərər vurulmuşdur. Cavabd ehin qanunvericiliyin tələblərini pozması səbəbindən o, vurulmuş maddi və mənəvi zərərin tələb edilməsi üçün hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi məqsədilə "xxxx" MMC şirkətilə hüquqi xidmət göstərilməsi üçün müqavilə bağlamalı olmuşdur. Hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin tələblərinə əsasən o, "xxxx" MMC şirkətinə 2.500 manat ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, hüquqi xidmət üçün ödəməli olduğu 2.500 manat da cavabdeh tərəfindən dəymiş zərərin əvəzi kimi ona ödənilməlidir. Eyni zamanda, ev 1890-cı ildə ata-babaları tərəfindən tikilmiş və sonrakı illərdə müəyyən təmir işləri görülmüşdür. Yəni evin onun üçün tarixi və mənəvi dəyəri olmuşdur, evdə çox xatirələri mövcuddur. Evinin və həmin xatirələri yaşadan əşyaların fiziki cəhətdən mövcudluğu həmin xatirələrini daim hazırda mövcudmuş kimi canlanmasına səbəb olmuşdur. Evin uçurdulması və bu zaman evinin içərisində olan əşyaların məhv olması ilə onun xatirələrini də əlindən almışlar. Bütün bunlar ona və ailəsinə ciddi sarsıntı yaşatmışdır. Bu sarsıntı o qədər böyük olmuşdur ki, yaşlı atası xəstələnmiş və xəstəxanaya düşmüşdür. Evlə yanaşı ailəsi, qohumları və dostları ilə birlikdə istirahət etmək üçün daima həyətindən istifadə etmişdir. Həmin həyətyanı sahənin də heç bir əvəz ödənilmədən ondan alınması onu daimi olaraq bu şəkildə istirahət etmək imkanından da məhrum etmişdir ki, bu da onun ciddi sarsıntı keçirməsi ilə nəticələnmişdir. Baş verənlər nəticəsində ona vurulmuş mənəvi zərəri 50.000 manat məbləğində dəyərləndirir.

16. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətna mənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən ünvanın 1/2 hissəsi paylı mülkiyyət hüququ ilə iddiaçının, digər 1/2 hissəsi isə X2 mülkiyyətində olmuş, Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə ola n binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş, eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi MMC-yə həvalə edilmişdir. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə də əşyaların daşınması xərcləri ödənilmək şərtilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış sahələri sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, iddiaçı və onun əmisi oğlu olan X5 (fərdi yaşayış evinin digər 1/2 hissəsinin mülkiyyətçisi) ilə qarşılıqlı razılıq əldə edilmiş, onlara kirayə haqları ödəni lməsi və tikiləcək yeni hündürmərtəbəli binada mənzillərin verilməsi şərtilə evlərindən köçmələri qərara alınmışdır. Ondan sonra, mübahisəli fərdi evin mülkiyyətçiləri bütün əşyalarını daşımışlar və aylıq kirayə haqlarını qabaqcadan almaqla kirayə evlərə köçmüşlər, o cümlədən fərdi evlərini sökmüşlər. Mübahisəli evin 1/2 hissəsinin mülkiyyətçisi olan X5 Cavabdeh MMC ilə yeni mənzil üçün müqavilə imzalamış, lakin İddiaçı aylıq kirayə haqqını almasına baxmayaraq, şifahi razılaşmanın şərtlərini qismən pozaraq, heç bir məntiqə sığmayan tələblər irəli sürərək, yeni mənzil üçün Cavabdeh MMC ilə müqavilə bağlamaqdan faktiki imtina etmişdir. İddiaçı Cavabdeh MMCyə qarşı məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən evin bir hissəsini məhv edilməsi və zədələnməsi nəticəs ində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi, habelə cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş 50.000 manat dəyərində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı xx.xx.2017-ci il tarixdə başqa cavabdehin cəlb edilməsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdeh olaraq işə cəlb edilməsi və iddia ərizəsi üzrə tələblərin Cavabdeh MMC ilə yanaşı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən də təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2018-ci il tarixdə başqa cavabdehlərin işə cəlb edilməsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət e dərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdeh qismində işə cəlb edilməsini və hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinin nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq, torpağın dəyəri olaraq 490.000 manatın, evin dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 80.090 manatın, yəni ümumilikdə 912.090 manatın və mənəvi zərərin əvəzi olaraq 100.000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı xx.xx.2018-ci il tarix də iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət etmiş, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı çıxarışa əsasən mülkiyyətimdə olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinin nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 490.000 manatın, evin dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın, yəni ümumilikdə 912.090 manatın, mənəvi zərərin əvəzi olaraq 50.000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2.500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı ilk öncə ünvan 6 ünvanı nda yerləşən evin bir hissəsini məhv edilməsi və zədələnməsi nəticəsində əmlakına vurulmuş maddi ziyanın cavabdeh tərəfindən bərpa edilməsi və cavabdehin qanunla qadağan edilmiş özbaşına əməlləri nəticəsində ona vurulmuş 50.000 manat dəyərində mənəvi ziyanın tələb etmişdir. Yəni, iddiaçı iddia etmişdir ki, onun mülkiyyətində olan evinin bir hissəsi uçurulub yerlə-yeksan edilmişdir, evin içində olan mebel və digər əmlakı zədələnmişdir. İddiaçının iddia etdiklərinin dogru olduğu fərz olunsa əgər, onda bir hissəsi məhv edilmiş evin və zədələnmiş əmlakın məntiqlə foto və video görüntüləri mütləq çəkməli idi. Lakin bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı, əmlakın (mebelin və digər əşyaların) qismən zədələndiyini gördüyü halda, niyə həmin əmlakının mühafizəsini tə şkil etməmiş, daşımamışdır?. İkincisi, iddia tələblərinin tez-tez dəyişdirilməsi barədə ərizələr verməklə və hər dəfə müxtəlif rəqəmlər qeyd etməklə, əslində iddiaçı sadəcə fürsətdən istifadə etməklə asan yolla qazanc, mənfəət əldə etməyə çalışdığını biruzə vermişdir. Belə ki, xx.xx.2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizədə, evində məhv edilmiş əşyaların dəyəri olaraq 80.090 manat və mənəvi zərərin əvəzi olaraq 100.000 manat (ilk iddia ərizəsində mənəvi zərər 50.000 manat) tələb etdiyi halda, xx.xx.2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizədə evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manat, mənəvi zərərin əvəzi olaraq 50.000 manat tələb etmişdir. Eləcə də, məhkəmə kobud prosessual pozuntulara yol vermişdir. Belə ki, xx.xx.2017-ci il tarix li və xx.xx.2018-ci il tarixli ərizələrdə, iddiaçı Nəsimi Rayon İcra Hakimiyyətini və Azərbaycan Respublikası Nazirlər Kabineti iş üzrə cavabdehlər qismində cəlb edilməsini məhkəmədən xahiş etmiş, sonradan həmin təşkilatların cavabdehlər siyahısından çıxarılması barədə heç bir ərizə və yaxud məhkəmə qərardadı olmamasına baxmayaraq, qətnamədə məhkəmə işin bu hallarına heç bir hüquqi qiymət verməmiş, yalnız Cavabdeh MMC-ni cavabdeh qismində göstərmiş və ona nisbətdə iddia tələbini qismən təmin etmişdir. O cümlədən, iddiaçı xx.xx.2018-ci il tarixli iddia tələbinin dəyişdirilməsinə dair ərizədə “hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MA, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməyinin nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 490.000 manatın, evin dəyəri olaraq 336.000 manatın və evində məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın, yəni ümumilikdə 912.090 manatın, mənəvi zərərin əvəzi olaraq 50.000 manatın, hüquqi xidmət üçün ödənilməli olan 2.500 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin cavabdehin adını konkret göstərməmiş, yəni iş üzrə cavabdeh olan 3 hüquqi şəxsin hansından tutulmasını dəqiqləşdirməmiş, məhkəmə də bu qeyri-müəyyənliyə aydınlıq gətirmədən, qətnamədə Cavabdeh MMC-dən iddiaçının xeyrinə maddi ziyanın tutulmasını qət etmişdir. Məhkəmə qətnaməsində ümumiyyətlə digər cavabdehlərlə bağlı heç bir məl umat göstərilməmişdir. Məhkəmə qətnaməsinin 7-ci səhifəsinin 9-cu abzasında göstərilir ki, “məhkəmə iddia tələbinin evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən ünvan 7 ünvanında yerləşən 192 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyəri 576.000 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, ünvan 6 ünvanının 1/2 hissəsi İddiaçı mülkiyyətində olduğundan vurulmuş maddi ziyana görə həmin məbləğin yarısı288.000 manat Cavabdeh MMC-dan alınaraq iddiaçıya ödənilməlidir”. Birincisi, məhkəmənin özəl bir təşkilatı "xxxx" elan etməyi, həmin MMC-nin işçilərini də (təhsilləri, iş stajları bəlli olmayan şəxsləri) ekspert qismində tanınması absurddur. Halbuki mövcüd təcrübədə müstəqil, özəl şirkətlər mütəxəssis qismində cəlb edilməklə aidiyyəti dövlət təşkilatına ekspertizanın həvalə edilməsi praktikası vardır. İkincisi, məhkəmə öz qərardadında ekspertlərə Cinayət Məcəlləsinin 297 və 298-ci maddələri ilə xəbərdarlıq edilməsini tapşırsada, "xxxx" MMC verdiyi rəyində kiməsə (daha doğrusu ekspert olmadığı üçün) belə bir xəbərdarlıq edildiyini qeyd etməmişdir. Üçüncüsü, məhkəmə ekspertiza təyin etsə də, "xxxx" MMC ekspertiza rəyi yox, qiymətləndirmə rəyi vermişdir. Həmin MMC-nin direktoru Orxan Əsədli adlı şəxs ümumi sözlərdən ibarət bir qiymətləndirmə rəyi vermiş, tərəf olaraq onların iştirakını təmin etməmiş, hətta mübahisəli evə yerində belə baxış keçirməmişdir. Dördüncüsü, məhkəmə ekspertiza ilə bağlı 18 yanvar 2018-ci il tarixdə qərardad qəbul edildikdən sonra və mülki iş "xxxx" olan-"xxxx" MMC-yə göndərəndən sonra İddiaçı 06 mart 2018-ci il tarixdə "xxxx" qiymətləndirmə şirkətinə müraciət edir və ekspert rəyi alır. Bundan sonra "xxxx" MMC xx.xx.2018-ci il tarixdə qiymətləndirmə rəyi verir və həmin rəydə "xxxx" qiymətləndirmə şirkətinin ekspert rəyinə istinad edir. Ən maraqlısı "xxxx" MMC-nin rəyinin 4-cü maddəsində qeyd edilənlərdir. Orada göstərilir ki, qiymətləndirmə tarixində ev mövcüd olmadığına görə, evin bazar dəyəri təqdim edilmiş sənədlər və mülkiyyətçinin məlumatları əsasında, həmin sənədlərlə yanaşı "xxxx" MMC tərəfindən verilmiş rəydir. Açıq-aşkar görünür ki, "xxxx" MMC tam qeyriqanuni bir rəy vermişdir. Bundan əlavə, ekspertiza rəyində qiymətləndirmə obyektinə aid təqdim edilmiş sənəd yalnız ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin m ülkiyyət hüququna dair iddiaçıya verilmiş MA ******* saylı, xx.xx.2018-ci il tarixli Çıxarış (baxmayaraq rəy xx.xx.2018-ci il tarixdə verilmişdir), əslində iddiaçının adına ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evə görə verilmiş, DƏDRX tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli Çıxarışa əsasən evin ümumi sahəsi 126.6 kv.m, həyətyanı tikili və qurgular isə 6.4 kv.m. olmaqla, cəmi 133 kv.m.-dən ibarətdir (bu rəqəmləri iddiaçınınm məhkəməyə təqdim etdiyi 11/955 saylı, xx.xx.2017-ci il tarixli arayış, forma-1-də təsdiq edir). Nəzərə alınsa ki, iddiaçının həmin evə yalnız 1/2 hissə payı vardır, onda 66,5 kv.m. tikili sahəninin, əmlakın qiymətləndirilməsi aparılmalı idi. Lakin rəydə 192 kv.m. sahənin qiymətləndirildiyi göstərilir. Həmin həcmdə sahəni (192 kv.m. rəqəmi haradan götürüldüyü) h ansı əsasla qiymətləndirildiyi anlaşılmaz olaraq qalmışdır. Məhkəmə pilot layihələrinin mahiyyətinə varmadan, məqsədin vətəndaşların mənzil-məişət şəraitin yaxşılışdırılması olduğunu nəzərə almadan, işin hallarını araşdırmadan, mübahisəli evin hissəvi payla iddiaçıya məxsus olduğunu, digər hissəsinin sahibi ilə müqavilə bağlandığı, iddiaçının özünün hər ay kirayə pulu aldığını və digər önəmli hallara diqqət etmədən mübahisənin mahiyyətinə zidd qətnamə çıxarmışdır. 18. "xxxx" MMC-nin QXM/120M saylı, 17 mart 2018-ci il tarixli rəyi, Cavabdeh MMCnin iddia tələbinə əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir.

19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08 fevral 2019-cu il tarixli məktubunda qe yd edilmişdir ki, qiymətləndirmə işinin həyata keçirilməsi üçün daşınmaz əmlakların bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədi ilə əmlaka mühəndis-qiymətləndirici tərəfindən baxış keçirilməlidir. Qərardadda qeyd olunan əmlak söküldüyündən bazar dəyərinin hesablanması mümkün olmamışdır. 20. "xxxx" MMC-nin 15 may MB12/545 saylı rəyində qeyd edilmişdir ki, ünvan 8 ünvanında yerləşən 96,0 kv.m. ümumi sahədən ibarət olan 7 saylı fərdi yaşayış evinin 166,35 kv.m. torpaq sahəsinə tam mülkiyyət hüququ olduğu halda 15 may 2019-cu il tarixinə hesablanmış bazar dəyəri 483.000 (dörd yüz səksən üç min) manat təşkil edir. 21. "xxxx" MMC-nin 18 iyul MB12/675 saylı 15 may MB12/545 saylı ekspert rəyinə əlavədə qeyd edilmişdir ki, ünvan 8, ev 7 nömrəli (hazır da sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə olan orta bazar dəyəri 458.000 (dörd yüz əlli səkkiz min) manat təşkil edir. Yuxarıda göstərilən qiymət "xxxx" MMC qiymətləndirmə şirkətinin mənzil bazarında aylıq topladığı məlumat bazasına əsaslanıb. 22. "xxxx" MMC-nin 31 iyul MB12/709 saylı 15 may 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul tarixli Arayışa əlavədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, 7 nömrəli (hazırda sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə mövcud olan real bazar dəyəri 916.000 (doqquz yüz on altı min) manat təşkil edir; 23. "xxxx" MMC 01 avqust MB12/711 saylı məktubunda göstərmişdir ki, 15 may 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019-cu tarixli Arayışlara əlavə olaraq bildirir: 1) 15 may 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019 tarixli Arayışlarda aşkar edilmiş texniki səhvlər nəzərə alınmaqla etibarsız hesab edilsin. 2) ünvan 1 nömrəli (hazırda sökülmüş) həyətyanı tikili və qurğular nəzərə alınmaqla fərdi yaşayış evin (Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınma/ Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarış), yerləşdiyi (istifadəsində olduğu 0,01844 ha) torpaq sahəsi ilə birlikdə yenidən aparılmış hesablama nəticəsində orta bazar dəyəri 458.000 (dörd yüz əlli səkkiz min) manat təşkil edi r. 3) Yuxanda göstərilən qiymət Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışa əsaslanıb.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1369/2019 nömrəli, 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və İkram Şirinov) Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 saylı, 13 iyun 2018-cı il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh MMC-dən alınmalı olan maddi ziyanın məbləğinin 229.000 manat müəyyən edilməsi, qətnamənin Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı apellya siya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 nömrəli, 13 iyun 2018-ci il tarixli qətnaməsinin İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh MMC-dən 150 manat qiymətləndirmə xərcinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər qətamənin ləğv edilməsi, ilk iddianın tam təmin olunması üçün əsas deyil, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər isə iddianın təmin edilən maddi ziyanın məbləği hissəsində dəyişdirilməsi üçün əsasdır.

26. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin işin materialları üzrə gəldiyi n əticələrə əsasən mübahisə predmeti olan və hazırda sökülmüş fərdi yaşayış evi ilə bağlı "xxxx" MMC-nin 01 avqust 2019-cu il tarixli yekun rəyi (məlumatı) mötəbər hesab etmişdir. Çünki, bu rəy mübahisə predmeti olan (hazırda sökülmüş) evin həyətyanı tikili və qurğuları, həmçinin evə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda olan bütün məlumatlar, göstəricilər, eləcə də evin yerləşdiyi, dövlət mülkiyyətində olan, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsi ilə birlikdə nəzərə alınmaqla qiymətləndirilmişdir. Əks halda, yəni həyətyanı tikili və qurğuları da nəzərə alınmaqla cəmi 133 kv.metr olan fərdi yaşayış evinin 458.000 (dörd yüz əlli səkkiz min) manat dəyərində olması inandırıcı və ağlabatan deyildir. Ona görə də, iddiaçı mübahisəli, hazırda sökülmüş fərdi yaşayış evinin ikidə bir hissəsinin mülkiyyətçisi olduğundan, həmin məbləğin yarısı, yəni 229.000 (iki yüz iyirmi doqquz min) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə iddiaçı həyətyanı torpaq sahəsindən məhrum edilməsinə görə 490.000 (dörd yüz doxsan min) manat maddi ziyan tələb etsə də, bu tələb əsaslı hesab edilə bilməz. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışda göstəriləndən əlavə ona hansısa ölçüdə həyətyanı torpaq sahəsinin məxsus olması mötəbər sübutlarla təsdiq olunmur. Yəni, iddiaçının adına istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsindən əlavə, hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət rey estrində hər hansı bir hüquqla onun adına qeydiyyatdan keçməmişdir. Belə vəziyyətdə, yəni həyətyanı torpaq sahəsi hesab edib iddia etdiyi, lakin hansısa hüquqla ona məxsus olmayan torpaq sahəsinə görə tələb edilən maddi zərər təmin oluna bilməz.

28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat:

29. Qətnamədən iddiaçı (Vəkil X3) tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, qətnamənin cavabdehin apellyasiya şikayətinin təmin olunmadığı hissədə dəyişdirilmədən saxlanılması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.

30. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.2-ci bəndinə əsasən, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasının həyata keçirilməsi müvafiq icra hakimiyyətlərinə, o cümlədən Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırı lıb. Qərarın qeyd edilən bəndindən göründüyü kimi, fiziki şəxslərin istifadəsində olan torpaqların onların dəyəri ödənilməklə əldə edilməsi Nazirlər Kabineti tərəfindən Nəsimi Rayon İcra Hakimiyyətinə tapşırılıb. Lakin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi çıxarılarkən iddiaçıya məxsus evin altındakı torpaq sahəsindən başqa, istifadəsində olan 140 kv.m. həyətyanı torpaq sahəsinin dəyəri ödənilmədən alınması təmin edilməyib və bildirilib ki, guya bu həyətyanı torpaq sahəsindən istifadəyə dair iddiaçıda mötəbər sübut yoxdur. Halbuki, iddiaçı mülkiyyətində olan evə dair 1989-cu ildə dövlət orqanı tərəfindən tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmişdir ki, bu pasportda da aydın açıq şəkildə göstərilib ki, onun mülkiyyətinin yerləşdiyi ünvanda cəmi tikintinin sahəsi 192,0 kv.m., cəmi meydançanın (tikilinin altında olan və həyətyanı sahə bilikdə) 332,7 kv.m., 332,7 kv.m.-dən də tikintinin altında olan 192,0 kv.m. çıxdıqda, demək qalan həyətyanı sahə 140,7 kv.m.-dir və bu həyətyanı sahə yalnız onun faktiki istifadəsində olub. Mülkiyyətində olan evin digər hissəsinin payçısı olan Abbas Rzayev həyətyanı torpaq sahəsindən istifadə etmədiyi üçün o, pasporta uyğun olaraq 96 kv.m. (192/2=96) tikilini öz razılığı ilə cavabdehə satıb. Lakin məhkəmələr təqdim edilmiş rəsmi sənəd olan pasportu nə üçün mötəbər sübut hesab etdiklərini əsaslandırmadan, 140,7 kv.m. həyətyanı torpaq sahəsinin istifadəsində olduğuna dair mötəbər sübut təqdim etmədiyini yazıblar və beləliklə də, istifadəsində olan həyətyanı torpaq sahəsinin əvəzi ödənilmədən iddiaçıdan alınmasına görə ona vurulmuş maddi zərərin ödənilməsini təmin etməyən Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının 1.2-ci bəndini tətbiq etməli olduğu halda, tətbiq etməyib ki, bu da həmin hissədə qətnamənin ləğvi üçün əsasdır. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Qanunun 7-ci maddəsində istifadələrində olan torpaq sahələri onlardan alınan şəxslər alınmanı təsirinə məruz qalan şəxslər içərisində göstərilib və Qanun bu şəxslərə də kompensasiyanın verilməsini nəzərdə tutub. İddiaçıya isə uzun illərdir ki, qanuni istifadəsində olan 140,7 kv.m. həyətyanı torpaq sahəsinin alınmasına görə heç bir əvəz ödənilməyib və dəfələrlə məhkəməyə müraciət etməsinə baxmayaraq tələbi təmin edilməmişdir. Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsində də göstərilib ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanuni istifadəsində olan həyətyanı torpaq sahəsini özəlləşdirərək mülkiyyətinə keçirmək üçün bütün qanuni əsasları olub. Belə bir gözləntini Avropa Məhkəməsi bir sıra qərarlarında o cümlədən, Akimova Azərbaycana qarşı, Axverdiyev Azərbaycana qarşı işlərdə mülkiyyət hesab edib. İddiaçının mülkiyyət hesab edilən hüquqa uyğun bu gözlənti həmin həyətyanı sahənin ondan alınması zamanı da mövcud olub. Formal olaraq, h əmin sahə üzərində mülkiyyət hüququnu rəmiləşdirməməyi onun mülkiyyət hüququnu istisna etmir. Odur ki, həyətyanı torpaq sahəsinin əvəz ödənilmədən iddiaçıdan alınması və məhkəmənin bu tələbimi heç bir əsaslandırma gətirmədən təmin etməməsi, mülkiyyət hüququna müdaxilə təşkil edib və belə bir müdaxilə üçün heç bir qanuni əsas mövcud olmayıb. İstifadəsində olmuş 140,7 kv.m. torpaq sahəsinin isə əvəzi ödənilmədən ondan alınması nəticəsində iddiaçıya vurulmuş maddi zərər 490.000 (dörd yüz doxsan min) manat olub. Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş "xxxx" MMC-nin 15 günün içərisində 4 dəfə dəyişdirilmiş rəyini mötəbər sübut hesab edərək, evin dəyərinin müəyyən edilməsində yalnız "xxxx" MMC 01 avqust 2019-cu il tarixdə 4-cü dəfə dəyişdirilmiş rəyinə istinad edərək, evin ümumilikd ə dəyərinin 458.000 manat olduğunu və bu evin yalnız 1/2 hissəsi ona məxsus olduğundan, müvafiq olaraq, evin dəyərinin 229.000 manat olduğunu müəyyən edib. Halbuki, iş üzrə aparılmış iki –"xxxx" MMC və "xxxx" MMC rəylərində evin dəyərinin 576.000 (beş yüz yetmiş altı min) olduğu müəyyən edilib. Evin də 1/2 hissəsi ona məxsus olduğundan, demək evin dəyəri ən azı 288.000 (576.000/2=288.000) manat təşkil edib. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim etdiyi rəyin 15 gün içərisində 4 dəfə dəyişdirilməsi göstərir ki, "xxxx" MMC əmlakımın qiymətləndirilməsində ciddi çətinlik çəkib və sonda yalnız mülkiyyətimdə olan evin orta bazar dəyərini məhkəməyə təqdim edib. Halbuki, məhkəmənin 2(103)-1369/2019 nömrəli, 26 aprel 2019-cu il tarixli qərardadında "xxxx" MMC-yə evin, yerləşdiyi torpaq sahəsi ilə y anaşı həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə mövcud olan real bazar qiymətinin müəyyən edilməsi tapşırılmışdır. "xxxx" MMC bu tapşırığı Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı 31 iyul 2019-cu il tarixli məktubunda müəyyən etsə də, sonradan 01 avqust 2019-cu il tarixli məktubu ilə heç bir əsaslandırma gətirmədən, yalnız Seriya MA, №0014424 saylı Çıxarışda qeyd edilmiş əmlakın bazar dəyərinə dair qiymətləndiriməsini məhkəməyə təqdim edib. Məhkəmədə dəfələrlə məhkəmənin öz qərardadının düzgün icra edilmədiyini vurğulansa da, məhkəmə buna heç bir əhəmiyyət vermədi. Bu hal əsaslı şübhəyə yol açır ki, məhkəmə tərəfindən təyin edilmiş "xxxx" MMC qiymətləndirməsini hər dəfə məhkəmənin təkidi ilə dəyişib. İddiaçı evdə yaşadığı halda, həmin gün evdə olmadığından istifadə edilərək, qa nunsuz olaraq uçurulub. Evin qanunsuz uçurulduğunu məhkəmə özü də qətnaməsində təsdiq edib. Qətnamədə qeyd edilir ki, “Cavabdehin iddiaçıya fərdi yaşayış evinin sökülməsi ilə bağlı vurduğu maddi ziyan danılmaz faktdır.” İddiaçı orada yaşaya-yaşaya qanunsuz olaraq uçurulubsa, demək ona məxsus əşyalarla birlikdə uçurulub. Məhkəmə evdə əşyaların olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etdiyi qeyd edərkən hüquqi qiymətləndirmə aparmayıb ki, ev uçurularaq, əşyalarla birlikdə məhv edildiyindən, həmin əşyalara dair sənədləri, şəkilləri məhkəməyə təqdim etmək imkanı olmayıb. Evdə yaşayış olduğundan, aydındır ki, həmin evdə yaşayış üçün zəruri olan və həmin evdə yaşayanlara məxsus əşyalar da həmin evdə olub. Evi uçurdanlar isə iddiaçıya məxsus əşyaları başqa yerə daşıyaraq sonradan təhvil v erdiklərinə dair məhkəməyə hər hansı sənəd təqdim etməyiblər. Məhkəmə isə bunlara hüquqi qiymət vermədən, əşyalara dair sübut təqdim etmədiyini və bu sübutların nədən ibarət olduğunu yazmayıb. Ev 1890-cı ildə iddiaçının ata-babaları tərəfindən tikilib və sonrakı illərdə müəyyən təmir işləri görülüb. Yəni bu evin onun üçün tarixi və mənəvi dəyəri olub. Bu evdə yaşanmışlarla bağlı, yaşamışlarla bağlı çox xatirələri mövcuddur. Evin və həmin xatirələri yaşadan əşyaların fiziki cəhətdən mövcudluğu, həmin xatirələrini daim hazırda mövcud olmuş kimi canlanmasına səbəb olurdu. Evin uçurdulması və bu zaman evin içərisində olan əşyaların məhv olması ilə onun xatirələrini də əlindən alıblar ki, bütün bunlar ona və ailəsinə ciddi sarsıntı yaşadıb. Bu sarsıntı o qədər böyük olub ki, yaşlı atası xəstə lənib və xəstəxanaya düşüb. Bunu təsdiq edən X1 verilmiş epikriz də məhkəməyə təqdim edilib. Məhkəmə hüquqi xidmətlə bağlı xərcin cavabdehdən tutulmasına dair tələbi o əsasla təmin etməyib ki, qeyd edilən xərclərlə bağlı sübutlar məhkəməyə təqdim edilməyib. Məhkəmənin qeyd edilən arqumenti həqiqəti əks etdirmir. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. O, da qeyd edilən normanın tələbinə uyğun olaraq hüquqi xidmətlə bağlı xərclərini təsdiq edən yazılı sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, hüquqi xidmətlə bağlı çəkdiyi xərci sübut etmək üçün "xxxx" MMC ilə bağlamış olduğu hüquqi xidmət müqaviləsinin əslini məhkəməyə təqdim etmişdir ki, bu da MPM-in 89.1-ci maddəsinə əsasən yazılı sübutdur. İddiaçının mülkiyyət hüququna yaradılan maneənin aradan qaldırılmasına dair məhkəmədə iddia ərizəsinə baxıldığı müddətdə sökülüb. Evi məhv etməklə yanaşı yuxarıda sözügedən şirkət onun qanuni istifadəsində olan torpaq sahəsini də zəbt edib. Evini, mülkiyyətini heç bir hüquqi əsas olmadan məhv edənlər, məhkəməyə iddia ərizələri verdiyi halda və bu iddia ərizələrinə baxıldığı halda və dövlət orqanları və "xxxx" MMC-nin bu iddia ərizələrindən, məhkəmə proseslərindən və Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərardadından məlumatlı olduğu halda evi uçurdanlar və torpaq sahəsini özbaşına zəbt edənlər mülki məsuliyyətlə yanaşı, cinayət məsuliyyəti də daşımalıdırlar.

31. Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-70/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Sənan Hacıyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1369/2019 nömrəli, 02 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

32. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “..."xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, QXM/120M nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 10 ünvanda yerləşən 192 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə evin bazar dəyəri 576.000 manat, ünvan 10 ünvanda yerləşən 140,7 kv.m. açıq torpaq sahəsinin bazar dəyəri 351.750 manat müəyyən edilmişdir...."xxxx" MMC-nin 15 may MB12/545 saylı rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15 ünvanında yerləşən 96,0 kv.m. ümumi sahədən ibarət olan 7 saylı fərdi yaşayış evinin 166,35 kv.m. torpaq sahəsinə tam mülkiyyət hüququ olduğu halda 15 may 2019-cu il tarixinə hesablanmış bazar dəyəri 483.000 (dörd yüz səksən üç min) manat təşkil edir."xxxx" MMC-nin 18 iyul MB12/675 saylı 15 may MB12/545 saylı ekspert rəyinə əlavədə qeyd edilmişdir ki, ünvan 8, ev 7 nömrəli (hazırda sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə olan orta bazar dəyəri 458.000 (dörd yüz əlli səkkiz min) manat təşkil edi r. Yuxarıda göstərilən qiymət "xxxx" MMC qiymətləndirmə şirkətinin mənzil bazarında aylıq topladığı məlumat bazasına əsaslanıb. "xxxx" MMC-nin 31 iyul MB12/709 saylı 15 may 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul tarixli Arayışa əlavədə qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, dalan 15, 7 nömrəli (hazırda sökülmüş) fərdi yaşayış evin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla birlikdə mövcud olan real bazar dəyəri 916.000 (doqquz yüz on altı min) manat təşkil edir; "xxxx" MMC 01 avqust MB12/711 saylı məktubunda göstərmişdir ki, 15 may 2019-cu il tarixli, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019cu tarixli Arayışlara əlavə olaraq bildirir: 1) 15 may 2019-cu il tarixl i, MB 12/529 saylı Ekspert Rəyi, MB 12/675 saylı, 18 iyul və MB 12/709 saylı, xx.xx.2019 tarixli Arayışlarda aşkar edilmiş texniki səhvlər nəzərə alınmaqla etibarsız hesab edilsin. 2) ünvan 1 nömrəli (hazırda sökülmüş) həyətyanı tikili və qurğular nəzərə alınmaqla fərdi yaşayış evin (Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarış), yerləşdiyi (istifadəsində olduğu 0,01844 ha) torpaq sahəsi ilə birlikdə yenidən aparılmış hesablama nəticəsində orta bazar dəyəri 458.000 (dörd yüz əlli səkkiz min) manat təşkil edir. 3) Yuxarıda göstərilən qiymət Azərbaycan Respublikası, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışa əs aslanıb. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin işin materialları üzrə gəldiyi nəticələrə əsasən mübahisə predmeti olan və hazırda sökülmüş fərdi yaşayış evi ilə bağlı "xxxx" MMC-nin 01 avqust 2019-cu il tarixli yekun rəyi (məlumatı) mötəbər hesab edilir. Çünki, bu rəy mübahisə predmeti olan (hazırda sökülmüş) evin həyətyanı tikili və qurğuları, həmçinin evə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda olan bütün məlumatlar, göstəricilər, eləcə də evin yerləşdiyi, dövlət mülkiyyətində olan, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsi ilə birlikdə nəzərə alınmaqla qiymətləndirilmişdir. Əks halda, yəni həyətyanı tikili və qurğuları da nəzərə alınmaqla cəmi 133 kv.metr olan fərdi yaşayış evinin 458.000 (dörd yüz əlli s əkkiz min) manat dəyərində olması inandırıcı və ağlabatan deyildir. Ona görə də, iddiaçı mübahisəli, hazırda sökülmüş fərdi yaşayış evinin ikidə bir hissəsinin mülkiyyətçisi olduğundan, həmin məbləğin yarısı, yəni 229.000 (iki yüz iyirmi doqquz min) manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticəyə əsasən isə iddiaçı həyətyanı torpaq sahəsindən məhrum edilməsinə görə 490.000 (dörd yüz doxsan min) manat maddi ziyan tələb etsə də, bu tələb əsaslı hesab edilə bilməz. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 Çıxarışda göstəriləndən əlavə ona hansısa ölçüdə həyətyanı torpaq sahəsinin məxsus olması mötəbər sübutlarla təsdiq olunmur. Yəni, iddiaçının adına istifadə hüququ i lə məxsus olan 0,01844 ha torpaq sahəsindən əlavə, hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla onun adına qeydiyyatdan keçməmişdir. Belə vəziyyətdə, yəni həyətyanı torpaq sahəsi hesab edib iddia etdiyi, lakin hansısa hüquqla ona məxsus olmayan torpaq sahəsinə görə tələb edilən maddi zərər təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin əsası kimi hər hansı maddi hüquq normalarına istinad etməmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin maddi ziyanın məbləği hissəsində dəyişdirilməsi və İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi nət icələrinə gələrkən hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin 01 avqust 2019-cu il tarixli yekun rəyini (məlumatını) mötəbər rəy hesab edərkən mübahisə predmeti olan (hazırda sökülmüş) evin həyətyanı tikili və qurğuları, həmçinin evə dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda olan bütün məlumatlar, göstəricilər, eləcə də evin yerləşdiyi, dövlət mülkiyyətində olan, iddiaçıya istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsi ilə birlikdə nəzərə alınmaqla qiymətləndirilməli olmasına istinad edərkən iş üzrə sonuncu ekspert rəyinə 3 d əfə dəqiqləşmə verilməsi və hər dəfə də yol verilmiş müəyyən səhvlərin nəzərə alınmalı olması baxımından bu rəyin mötəbər və tutarlı sübut növü kimi qiymətləndirilməsinə kifayət qədər əsas olmamasına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olmaqla həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Həmçinin də, Azərbaycan Respu blikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir....Bundan başqa, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş seriya MA, №0014424 çıxarışda göstəriləndən əlavə ona hansısa ölçüdə həyətyanı torpaq sahəsinin məxsus olması mötəbər sübutlarla təsdiq olunmamasına istinad edərək iddiaçının həyətyanı torpaq sahəsindən məhrum edilməsinə görə 490.000 (dörd yüz doxsan min) manat maddi ziyan tələbini əsaslı saymamışdır. Buna səbəb kimi, apellyasiya məhkəməsi iddiaçının adına istifadə hüququ ilə məxsus olan 0,01844 ha torpaq sahəsindən əlavə, hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hans ı bir hüquqla onun adına qeydiyyatdan keçməməsini göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin texniki pasportunun göstəricilərini nəzərə almamışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1996-cı ilin iyun ayında tərtib edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportundan görünür ki, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda cəmi tikintinin sahəsi 192,0 kv.m., cəmi meydançanın (tikilinin altında olan və həyətyanı sahə bilikdə) 332,7 kv.m torpaq sahəsi istifadəsində olmuşdur”.

34. Kassasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12.1, 13, 26.1, 26.2, 29-cu, Mənzil Məcəlləsinin 5.3, 18-ci, Mülki Məcəl lənin 152.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

35. Apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında şərh olunanlar əsas götürülməklə əlavə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspert qarşısında ünvan 11 ünvanında yerləşmiş və hazırda sökülmüş 7 saylı fərdi yaşayış evinin, yerləşdiyi və həyətyanı torpaq sahəsi də nəzərə alınmaqla 2017-ci ilə və hazırkı dövrə olan real bazar qiymətinin müəyyən edilməsi” məzmununda məsələ qoyulmuşdur.

36. Bu təyinat əsasında "xxxx" MMC tərəfindən verilmiş rəydə, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi dalan 15 ünvanında yerləşmiş və hazırda sökülmüş 7 saylı fərdi yaşayış evinin (tikintialtı torpaq sahəsi ilə birlikdə 192 kv.m.) 2017-ci il tarixinə olan bazar dəyərinin 566.400 manat ( 192 x 2.950 manat), 140,7 kv.m. açıq torpaq sahəsinin bazar dəyərinin 330.645 manat (140,7 x 2.350 manat) təşkil etdiyi nəticəsinə gəlinmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3809/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fuad Babayev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 nömrəli, 13 iyun 2018-ci il tarixli qətnaməsinin İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın, mənəvi zərərin əvəzi qismində 50.000 manatın ödənilməsi” tələblərinin təmin olunmaması hissəsində ləğv olunması, həmin iddia tələblərinin qismən təmin edilməsi, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manat, mənəvi zərərin əvəzi qismində 500 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, qeyd olunan iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin “vurulmuş maddi ziyana görə 288.000 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməsi, Cavabdeh MMC-dən 283.200 manatın alınaraq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin təqdim edilməsi ilə bağlı dövlət rüsumu qismində ödədiyi 15,40 manatın Cavabdeh MMCdən alınaraq İddiaçı, təkrar apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmənin xərci olan 150 (yüz əlli) manatın isə alına raq "xxxx" MMC-nin hesabına köçürülməsi qət olunmuşdur.

38. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmlakının məhz Cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəsində söküldüyü sübuta yetirildiyindən, "xxxx" MMC-nin sökülmüş evin dəyəri olaraq müəyyənləşdirdiyi məbləğ əsas götürülməli və evə görə dəymiş maddi ziyanın əvəzi qismində 283.200 (iki yüz səksən üç min iki yüz) manat (566.400/2=283.200) MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mülkiyyətində yalnız 66,5 kv.m. yaşayış sahəsinin olmasına baxmayaraq, onun 192 kv.m. yaşayış sahəsinə görə pul tələb etməsi barədə cavabdehin arqumentinə münasibətdə kollegiya qeyd etmişdir ki, birincisi, evin 1996-cı ilin iyun ayında tərtib olunmuş texniki pasportunda sözügedən ünvandakı cəmi tikinti sahəsinin 192,0 kv.m. təşkil etdiyinin göstərildyi aydın olur; ikincisi isə, iş materiallarından görünür ki, cavabdeh MMC evin digər 1/2 hissəsinin mülkiyyətçisi ilə bağladığı 06 iyul 2017-ci il tarixli müqavilədə məhz 96 kv.m. sahə üçün (192 kv.m.) kompensasiya hesablamışdır.

39. Apellyasiya instansiya məhkəməsi həmçinin, iddiaçının “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın ödənilməsi” tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, hər nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin m ülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi, yaxud həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulmuşdur, belə olan halda, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda onunla digər mülkiyyətçinin qanuni istifadəsində olmuş torpaq sahəsinin qiymətləndirici rəyi əsasında müəyyənləşdirilmiş dəyərinin ½ hissəsi, yəni 165.322,5 manat cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

40. Apellyasiya instansiya məhkəməsi, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab etmişdir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu nun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

41. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habe lə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

42. Cavabdeh MMC-nin təqsirli hərəkətləri nəticəsində iddiaçının uzun illərdir məhkəmə çəkişmələrinə məruz qaldığını nəzərə almaqla kollegiya hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 (beş yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. İddiaçı, əmlakın dəyərinin daha yüksək olduğunu və ona daha çox məbləğdə mənəvi ziyan dəydiyini, eləcə də evində əşyaların məhv edildiyini irəli sürsə də, bunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

43. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində ikinci icraat:

44. Qətnamədən iddiaçı (vəkil X3) və cavabdeh (Vəkil) kassasiya şikayətləri vermişlər.

45. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh MMC apellyasiya şikayətinin qismən təmin edilməsi hissəsində ləğv olunmasına və İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,15 manat, mənəvi zərərin əvəzi qismində isə 500 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi və İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi və vurulmuş maddi zərərə görə 283.200 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdiril ərək, maddi ziyanın məbləğinin 288.000 manat müəyyən edilməsi və həyətyanı torpaq sahəsindən məhrum edilmə nəticəsində vurulmuş maddi zərərə görə -torpağın dəyəri olaraq 490.000 manatın, məhv edilmiş əşyaların dəyəri olaraq 86.090 manatın, mənəvi zərərə görə 50.000 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası heç bir əsaslandırma gətirmədən iddiaçının evinə və həyətyanı sahəsinə görə kompensasiya müəyyən edərkən 2017-ci ildəki dəyəri əsas götürmüş və bunun heç bir məntiqli əsaslandırmasını göstərməmiş, həyətyanı torpaq sahəsinin bütünlüklə yalnız İddiaçı məxsus olmasına dair işin faktiki hallarına düzgün hüq uqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamışdır.

47. Cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində qismən ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, torpaq sahəsinin iddiaçının deyil, dövlət mülkiyyətində olmasına dair işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1676/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3809/2020 nömrəli, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin kassasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

50. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Əlavə kassasiya instansiyası məhkəməsində icraat:

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin əlavə kassasiya şikayətinin Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmasından imtina olunmuşdur. Konstitusiya məhkəməsində icraatı:

52. Təşkilati-hüquqi forması dəyişən hazırkı iş üzrə Cavabdeh Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

53. Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14, 16.1, 139.1, 178, 180, 238.1 və 560.2-ci maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin tələbləri nəzərə alınmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 14.1, 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə riayət edilməmiş, nəticədə onun Konstitusiyanın 13, 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

54. Azərbaycan Res publikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavabdeh Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 fevral 2022-ci il tarixli qərarı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyətində olan evindən və istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,05 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” h issəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmayan hesab edilməsi, müvafiq məhkəmə aktı həmin hissədə icra edilməməsi və işə həmin hissədə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.

55. Qərarda göstərilmişdir ki, mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 nömrəl i Qərar qəbul etmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nazirlər Kabinetinin Qərarını rəhbər tutaraq, onun icrası məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Rayon İcra Hakimiyyətinə ünvanlanmış 19 iyul 2016-cı il tarixli Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq həmin rayonun Ş.Əzizbəyov, S.Vurğun, Mərdanov qardaşları və S.Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi barədə 03 noyabr 2016-cı il tarixli, 208 nömrəli Sərəncamı qəbul etmişdir. Həmin Sərəncamın 2.2-ci bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin s ökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında Cavabdeh MMC-yə tapşırılmışdır. Ş.Əzizbəyov küçəsi dalan 15, ev 7 ünvanında yerləşən mübahisəli ev və torpaq sahəsi də Cavabdeh MMC-nin icarəsinə verilmiş söküntüyə məruz qalan əraziyə daxil olmuşdur. Nazirlər Kabinetinin adı çəkilən Qərarı da insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi məqsə dini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tikinti şirkətlərinin üzərinə bir vəzifə kimi qoyulur.

56. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizas iya və qiymətləndirilməsinə aid pasportlar evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi müəyyən edilmişdir.

57. Xüsusilə vurğulanmalıdır ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir (Siyahının 2.4-cü bəndi).

58. Beləliklə, Azərbaycan SSR-in qanunvericiliyinə əsasən Azərbaycan SSR-in ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ilə müəyyən ed ildiyi halda, mülkiyyət hüquqları qeydiyyata alınmış həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə isə bu sənəd kimi (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) texniki pasport çıxış edir.

59. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə İddiaçı mülkiyyətinin yerləşdiyi ünvanda torpağın ümumi sahəsi 332,7 kv.m. (tikilinin altında olan və həyətyanı sahə ilə birlikdə), açıq torpaq sahəsi 140,7 kv.m., tikintinin sahəsi isə 192,0 kv.m. göstərilmişdir.

60. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissə si 14 noyabr 2009-cu ildən İddiaçı xüsusi mülkiyyətinə, 0,01844 ha torpaq sahəsi isə 1/2 hissədə onun istifadəsinə verilmişdir.

61. Yuxarıda göstərildiyi kimi, Siyahının 1.11-ci bəndinə müvafiq olaraq, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport həyətyanı torpaq sahəsinə deyil, evlərə dair mülkiyyət hüququnu təsdiqləyən sənəddir. 62. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) 9-cu maddəsinə əsasən isə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə ver ilir. Yəni vətəndaş tərəfindən həyətyanı sahələrin qanuni istifadəsinin yalnız texniki pasport ilə təsdiq edilməsi bu ərazinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini ehtiva edir.

63. Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 01 sentyabr 2020-ci il tarixli qətnaməsində Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun həqiqiliyini və mötəbərliyini (müxtəlif tarixli həmin sənədlərin surət olmaqla lazımi qaydada təsdiq olunub-olmamasını və s.) araşdırmadan, mübahisəli həyətyanı sahə üzərində həyata keçirilən istifadə hüququnun qanuni olub-olmamasını tədqiq etmədən, Siyahının 2.4-cü bəndini və “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsini tətbiq etmişdir. Halbuki, mül ki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə aşağıdakı imkanları təqdim etmişdir: -işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə - mütəxəssislərə müraciət etmək; -yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; -işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək və s. (Mülki Prosessual Məcəllənin 64.1, 79.1 və 97.1-ci maddələri).

64. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə iş üzrə həyətyanı torpaq sahəsinin 1/2 hissəsi ilə bağlı həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdə n istifadə etməmiş və mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

65. Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışı nəzərə almamaqla yanaşı, mübahisəni həll edərkən həmin sənədə hansı səbəblə istinad etməməsini də göstərməmişdir.

66. Lakin Ali Məhkəmənin Mülki Kollegiyası hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyinə, habelə normaların səhv təfsirinə lazımi diqqət yetirmədən, 06 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır ki, nə ticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat:

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)-3(k)/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətində olan evindən və istifadəsinə olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın, habelə xərclərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1676/2021 nömrəli, 06 apörel 2021-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3809/2020 nömrəli, 01 sentyabr 2020-ci il ta rixli qətnaməsi “İstifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsinə dair” hissəsində ləğv edilmiş, işin həmin hissədə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat:

68. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqelərini, işin hallarını, təqdim olunmuş sübutları, eləcə də qanunvericiliyin normalarını nəzərə alaraq iddiaçı tərəfindən təqdim olunmuş mübahisəli danışmaz əmlaka dair tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”, həmçinin orada qeyd edilmiş 140,7 kv.m. açıq torpaq sahəsi ilə bağlı müəyyən zəruri (texniki) suallara aydınlıq gətirilməsi üçün 2(103)-5479/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə texniki ekspertiza təyin etmiş, mütəxəssis (ekspert) qismində Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin cəlb olunması qərara alınmışdır.

69. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəyə əsasən:

70. İş materiallarına Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş iyul 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlə rin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” əlavə edilsə də, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” mövcuddur. Hər iki pasportda qeyd olunan məlumatlar eynilik təşkil edir.

71. İyul 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da 140,7 kv.m. açıq torpaq sahəsi öz əksini tapmışdır. 72. 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un tərtib olunmasına əsas olmuş hüquqmüəyyənedici sənədlər 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda aşkar edil məmişdir.

73. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində qeyd olunan əsasa, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv qovluğunda mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventari zasiya və qiymətləndirilməsinə aid pasport” isə həmin Siyahının 1.11-ci bəndində qeyd olunan əsasa aiddir və həmin texniki pasportlar qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydı alınması üçün əsasdır.

74. İyul 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”da qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı mülkiyyətçinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti olmadığından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həmin sahə qeyd olunmamışdır.

75. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-305/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayə ti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-380/2018 nömrəli, 13 iyun 2018-ci il tarixli qətnaməsi İddiaçı “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın ödənilməsi” tələbinin təmin olunmaması hissəsində ləğv olunmuş, həmin iddia tələbi qismən təmin edilmiş, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (bir yüz altmış beş min üç yüz iyirmi iki manat, əlli qəpik) manatın Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi, qeyd olunan iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

76. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işdə olan “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiym ətləndirilməsinə aid pasport”un həqiqiliyi və mötəbərliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş, həmin texniki pasportun qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydı alınması üçün əsas olduğu, lakin, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı mülkiyyətçinin İdarəyə müraciəti olmadığından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həmin sahənin qeyd olunmadığı bildirilmişdir. Odur ki, iddiaçının “istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində 490.000 manatın ödənilməsi” tələbinin təmin olunmaması barəd ə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda cəmi meydançanın (tikilinin altında olan və həyətyanı sahə bilikdə) sahəsi texniki pasportun göstəricilərinə əsasən 332,7 kv.m., açıq torpaq sahəsinin ölçüsü isə 140,7 kv.m. təşkil etmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə həmin 140,7 kv.m. açıq torpaq sahəsinin bazar dəyərinin 330.645 manat (140,7 x 2.350 manat) təşkil etdiyi nəticəsinə gəlinmişdir.

77. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hər nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi, yaxud həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulmuşdur, belə olan halda, iddiaçının mülkiyyətinin yerləşdiyi ünvanda onunla digər mülkiyyətçinin qanuni istifadəsində olmuş torpaq sahəsinin qiymətləndirici rəyi əsasında müəyyənləşdirilmiş dəyərinin 1/2 hissəsi, yəni 165.322,5 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

78. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 139.1, 1096.1, 1097.1, “Torpaq islahatı haqqında” Azərbaycan Respubl ikasının Qanunun 9-cu maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

79. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 (bir yüz altmış beş min üç yüz iyirmi iki manat, əlli qəpik) manatın Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsinə dair İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

80. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin əsas tutaraq istinad etdiyi və bunun əsasında qətnamə qəbul etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u evlərə aiddir, həmin sənədin torpaq sahəsinə heç bir aidiyyatı yoxdur və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir.

81. Məhkəmə sübutlara istinad etməklə kifayətlənməməli, hər bir sübutun, o cümlədən mülkiyyət hüququnu təsdiq edən sənədin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırılmış olması məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən hüquqi sənədlərin araşdırılmasını və qətnamədə göstərilən nəticələrin həmin sübutlarla təsdiq olunmasını ehtiva edir.

82. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr indən Çıxarış daşınmaz əmlaka dair hər hansı hüquqların dövlət qeydiyyatını müəyyən edən yeganə sənəddir. Əgər, iddiaçının 192 kv.m. tikinti sahəsinin və 140,7 kv.m. açıq torpaq sahəsinin 1/2 hissəsinə hüquqları olsaydı həmin hüquqlar mütləq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və MA seriyalı, ******* saylı Çıxarışda göstərilməli idi. Bundan əlavə, məhkəmənin istinad etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un tarixi iyul 1964-cı il tarixli, ******* saylı Çıxarışın tarixi isə ondan 45 il sonra, yəni xx.xx.2009-cu il tarixlidir. İddiaçının hüquqları ilə bağlı, yəni torpağa və evə mülkiyyət hüquqlarını təsdiq edən ən son sənəd həmin Çıxarış hesab olunur və məhkəmə də həmin Çıxarışı qəbul etməliydi. Lakin, məhkəmə həm in Çıxarışı demək olar ki, heç sənəd kimi də qəbul etməmişdir. Qeyd olunan məsələ hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir. Həmin qərarda göstərilir: ”Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışı nəzərə almamaqla yanaşı, mübahisəni həll edərkən həmin sənədə hansı səbəblə istinad etməməsini də göstərməmişdir.”

83. Bakı Apellyasiya Məhkəməsi İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manatın tutulması barədə qərar qəbul edərkən əsaslı sübutlara istinad etməmişdir. İddiaçı mülkiyyətində olmayan torpağa görə kompensasiya tələb etməsi tam əsassız olmuşdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışda göstəriləndən əlavə İddiaçı hansısa ölçüdə həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla onun adına qeydiyyatdan keçməmişdir. Belə vəziyyətdə, yəni iddiaçının iddia etdiyi, lakin hansısa hüquqla ona məxsus olmayan torpaq sahəsinə görə tələb edilən maddi zərər təmin oluna bilməzdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

84. Maddə 13, İ hissə. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

85. Maddə

29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşı nmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

86. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

87. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulm uş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

88. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

89. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

90. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində f iziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

91. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

92. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

93. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

94. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

95. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

96. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

97. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

98. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

99. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

100. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

101. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

102. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

103. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

104. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

105. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən qismən, istifadəsində olan həyətyanı torpaq sahəsindən məhrum edilməsi nəticəsində 165.322,5 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilməsi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

106. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqeyinə uyğun baxılmışdır. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

107. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin əsas tutaraq istinad etdiyi və bunun əsasında qətnamə qəbul etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un evlərə aid olması, həmin sənədin torpaq sahəsinə heç bir aidiyyatının olmaması və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmaması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsassızdır.

108. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi müəyyən edilmişdir.

109. Siyahının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini tə sdiq edən sənədlər kimi müəyyən edilmişdir.

110. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 fevral 2022ci il tarixli qərarında da qeyd olunduğu kimi, Siyahının 1.11-ci bəndinə müvafiq olaraq, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport həyətyanı torpaq sahəsinə deyil, evlərə dair mülkiyyət hüququnu təsdiqləyən sənəddir. Bununla belə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yəni vətəndaş tərəfindən həyəty anı sahələrin qanuni istifadəsinin yalnız texniki pasport ilə təsdiq edilməsi bu ərazinin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini ehtiva edir.

111. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 76-77-ci paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəy yən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

112. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

113. Məhkəmə kollegiyası həmçi nin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiy a şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

114. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

115. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

116. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-305/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar