Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2465/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı2 və onun vəkili Cənnətov Qayıb Kamran oğlunun iştirakları ilə, İddiaçı2 və İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarix li qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” MTK-nın sədri X2 və üçüncü şəxslər Fövqəladə Hallar Nazirliyi Tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov, iş № 2(010)-375/2018) iddianın təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayı ş evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizləndirilməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi və iddiaçılar İddiaçı1 Əvəz qızının və İddiaçı2 təhlükəsiz öz evlərində yaşamaqlarına dair şərait yaradılması vəzifəsinin cavabdeh “xxxx” MTK-nın və həmin MTK-nın rəhbərliyinin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (məruzəçi), M.Məmmədov, E.Şamayev, iş № 2(103)8000/2018) İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, B akı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizləndirilməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi və iddiaçılar İddiaçı1 və İddiaçı2 təhlükəsiz öz evlərində yaşamaqlarına dair şərait yaradılması vəzifəsi cavabdeh “xxxx” MTK-nın və həmin MTK-nın rəhbərliyinin üzərinə qoyulması, aparılmış ekspertiza tədqiqatının dəyəri 227 (iki yüz iyirm i yeddi) manatın cavabdeh “xxxx” MTK-dan tutularaq dövlət xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 227 (iki yüz iyirmi yeddi) manatın “xxxx” MTK-dan alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi, iddianın qalan hissədə təmin edilməmə qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı2 və İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən bax ılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı2 və onun vəkili Cənnətov Qayıb Kamran oğlu izahatlarında göstərmişdilər ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edirlər. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün he sab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, Bakı şəhəri, ünvan 2 ünvanında mülkiyyətində olan 0.0404 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 105.2 kv.m. yaşayış, 60.6 kv.m. köməkçi sahədən ibarət 3a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10571 n ömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.07.2016-cı il tarixli İddiaçı2 ünvanladığı məktubuna görə, tikinti-təmir işləri zamanı qüvvədə olan şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün lazımi təlbirlərin görülməsi barədə Agentliyin 10 iyul 2015-ci il tarixli 25/26-06748 nömrəli məktubu ilə “xxxx” MTK-nın rəhbərliyinə tapşırıq verilmişdir. Eyni zamanda yaşayış binasının qarşısında çirkab sularının yığılması üçün tikilmiş yeraltı rezervuarın ləğv edilməsi və çirkab sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya xəttinin tikintisinin təsdiqlənmiş layihə sənədlərinə uyğun tutulan kanalizasiya xəttinin tikintisinin təsdiqlənmiş layihə sənədlərinə uyğun aparılması barədə Agentlik tərəfindən 11.09.2015-ci il tarixli 131 nömrəli “qərar” verilmidir. Təkrar baxış zamanı qeyd olunan nöqsanların aradan qaldırılmadığı məlum olmuşdur. Qeyd olunan pozuntuların qısa müddətdə aradan qaldırılması barədə Agentlik tərəfindən “xxxx” MTK-nın rəhbərliyinə təkrar tapşırıq verilmiş və icrası tərəfindən nəzarətə götürülmüşdür. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 10.07.2015-ci il tarixli K.Ələkbərovaya və “xxxx” MTK-nin sədri Ə.Qəmbərova ünvanladığı məktubuna görə, araşdırma zamanı “xxxx” MTK tərəfindən binada aparılan tikinti işləri zamanı tikinti tullantılarının ətrafa dağılması faktları təsdiqlənmişdir. “xxxx”MTK-nın rəhbərliyinə tapşırılmışdır ki, tikinti işlə ri aparılan zaman qüvvədə olan Tikinti norma və Qaydalarının tələblərinə əməl edilməli və ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Əks təqdirdə MTK-ya qarşı mövcud qanunvericiliyə əsasən müvafiq tədbir görüləcəkdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31.03.2016-cı il tarixli “xxxx” MTK-nın sədri Ə.Qəmbərov, İddiaçı1və K.Əkbərovaya ünvanlanmış məktubuna görə, qeyd olunan məsələ ilə əlaqədar müvafiq tədbirlərin görülməsi, vətəndaşların narazılığına səbəb olan məsələlərin aradan qaldırılması və təhlükəsizliyə riayət edilməsi tapşırılmışdır. Suraxanı rayon İcra hakimiyyətinin 27.11.2015-ci il tarixli məktubuna görə, vətəndaşlar İddiaçı1 və K.Əkbərova onların həyətlərinə binadan yad əşyaların tullanmasının qarışsının alınması, Tə hlükəsizlik və vətəndaşlarla birgə yaşayış qaydalarına riayət olunmasına lazımi köməkliklərinin göstərilməsini xahiş etmişlər. Vətəndaşlar İddiaçı1 və K.Əkbərovanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etdiklərini nəzərə alaraq və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi həvalə olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02.03.2018-ci il tarixli rəyinə görə, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə ləkələndiyi, bəzi yerlərdə şifer lövhələrin üzərinə kərpic, daş, beton qırıntısı tökülərək yararsız vəziyyətə düşdüyü, yağış sularının axması üçün nəzərdə tutulan su novalçalarının bir hissəsinin deformasiya olaraq əzildiyi və s. Qüsurların yarandığı və həmin qüsurların cavabdeh “xxxx” MTK-nə məxsus hündürmərtəbəli yaşayış binasının inşası zamanı, yuxarıda mərtəbələrdən yaşayş evinin damına tikinti materiallarının tökülməsi səbəbindən əmələ gəldiyi müəyyən olunur. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin dam hissəsinə dəymiş ziyanın miqdarı, zədələnmiş sahələr söküldükdən sonra, bərpa olunmalı və yerinə yetirilməli iş həcmləri dəqiqləşdirməklə müəyyən edilə bilər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.10, 21, 1096, 152-ci maddələrini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.10-cu maddəsinə əsasən, Kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir. Kooperativ üzvlərinin sayı əllidən çox olduqda kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən onun üzvlərindən kooperativin idarə heyəti seçilir. İdarə heyətinə rəhbərliyi kooperativ üzvlərinin ümumi yığıncağı tərəfindən seçilən (təyin edilən) sədr həyata keçirir. Kooperativin idarə heyətinin və (və ya) onun sədrinin (təyin edilməsi), onların səlahiyyətləri və səlahiyyət müddəti, idarə heyəti sədrinin kooperativin əmlakına sərəncam vermək hüququ, onun əmək haqqı, məsuliyyəti, habelə vaxtından əvvəl vəzifədən azad edilməsi (istefa verməsi) əsasları və qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Mülki Məc əllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı hə cmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə e də bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı2 və İddiaçı1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, ona istinad etmişdilər ki, “...Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini onunla izah etmişdir ki, (bax qətnamə: səh:6) işdə olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2018-ci il tarixli 26446 saylı rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş mülki işin 98-ci vərəqəsində olan İddiaçı1 və İd diaçı2 adlarından Bakı şəhəri Suraxanı rayon məhkəməsinə ünvanlanmış 11 may 2018-ci il tarixli ərizədəki yazılar və “İddiaçı1” yazıları qarşısındakı imza-İddiaçı1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bu konteksdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin bir hissəsinə qiymət verilməməsi, prosessual pozuntu ilə nəticələndiyindən qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında işə baxılmalıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsi baxılan iddia tələbləri ilə bağlı bildirmişdir ki, “cavabdehlər BŞİH və X2 169 kv m fərdi yaşayış evi üçün 253500 manat, həyətimizdə inşa olunmuş 27 kv m söhbətxana (besetka) üçün 8100 manat, həyətimizdəki sanitariya qovşağı üçün 1500 manat və 404 kv m həyətyanı torpaq sahəsi üçün isə 121200 man at konpensasiyaların mənə və həyat yoldaşım İddiaçı2 xeyrinə tutulması, dəymiş mənəvi ziyana görə 100000 manat cavabdehlərin təqsirlərinə mütanəsib olaraq Cavabdeh MTKnın keçmiş sədri X2 və Bakı şəhəri İcra Hakimiyyətindən mənim və həyat yoldaşım İddiaçı2 xeyrinə tutulması, “xxxx” MTK-nın keçmiş sədri X2 və BŞİH-dən 30 manat miqdarında dövlət rüsumunun mənim xeyrimə tutulması, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayış evinin dam hissəsində metal şiferlərin üzərinin bütünlüklə emulsiya damcıları ilə bağlı ləkələrin təmizləndirilməsi, həmin evin damının bəzi yerlərindı şifer lövhəsinin üzərinə karpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi vəzifələrinin cav abdeh “xxxx” MTK-nın üzərinə qoyulması və həmin cavabdeh təşkilatın rəhbərləri tərəfindən onların təhlükəsiz öz evlərində yaşamalarına dair şərait yaradılması. vəzifəsinin əlavə olaraq cavabdehlərin üzərinə qoyulması barədə ” tələblərdən ibarətdir. Bakı Apellyasiya Məhkəməsi iddia tələblərini bu hissədə təmin etməmiş və onu belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.10-cu maddəsinə əsasən, kooperativin idarə heyəti və (və ya) onun sədri kooperativin cari fəaliyyətinə kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə rəhbərlik edir, onun işlərini aparır, kooperativi təmsil edir, iddiaçılar qeyd olunan tələbi “xxxx” MTK-ya deyil, “xxxx” MTK-nın keçmiş sədri Ədalət Qənbərov və Bakı şəhər İcra hakimiyyətinə qarşı irəli sürmüşlər. Cavabdehlər isə qeyd olun an tələbə cavab verməli olan şəxslər deyillər. Məhkəmə Kollegiyası yazır ki, qeyd edilən tələb üzrə cavabdehlərin əsl cavabdehlə əvəz olunması təklif olunsada, iddiaçı tərəf cavabdehlərin Bakı şəhər İcra hakimiyyəti və Ədalət Qənbərov olmasını qeyd etdiyi üçün, məhkəmə AR-sı MPM-nin 54.2-ci maddəsinə əsasən irəli sürülmüş tələb üzrə işə baxmışdır. Bu hissədə məhkəmə tamamilə əsassız bir arqument gətirmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 26 noyabr 2018-ci il tarixində şikayətə baxmış, onu qismən təmin edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010) - 375/2018 saylı 11 may 2018-ci il tarixli qətnaməsini ləğv etmiş, iddia qismən təmin edilərək iş üzrə yeni qətnamə qəbul edilərək “Bakı Şəhəri, ünvan 1 ünvanında yaşayış evinin dam hisssəsində metal şiferlərin üzəri nin bütünlüklə emulyasiya damcıları ilə bağlı ləkələrin təmizləndirilməsi, həmin evin damının bəzi yerlərində şifer lövhəsinin üzərinə kərpic, daş, beton qırıntısı tökülməsi nəticəsində yararsız vəziyyətə düşdüyü hissələrinin bərpası, yağış sularının axması üçün nəzərdə tutulan su novalçılarının yenisi ilə əvəz edilməsi və iddiaçılar, yəni mənim - İddiaçı1 və İddiaçı2 təhlükəsiz öz evimizdə yaşamağımıza dair şərait yaradılması vəzifəsinin cavabdeh “xxxx ” MTK-nın və həmin MTK-nın rəhbərliyinin üzərinə qoyulması” təmin edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə 2(103)-8000/2018 saylı qətnamə qəbul edilmişdir. Yəni, Bakı Apellyasiya Məhkəməsi iddianın təmin edilən hissəsində cavabdeh kimi “xxxx” MTK-nı və onun rəhbərliyini tanımış və iddia tələblərinin bir hissəsinin ödən ilməsi vəzifəsini də onların üzərinə qoymuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qətnamədə yazdığı “iddiaçılar qeyd olunan tələbi “xxxx” MTK-ya deyil, “xxxx” MTK-nın keçmiş sədri X2 və Bakı şəhər İcra hakimiyyətinə qarşı irəli sürmüşlər. Cavabdehlər isə qeyd olunan tələbə cavab verməli olan şəxslər deyillər”, arqumenti tamamilə əsassız və qərəzli yanaşmadır. Bundan əlavə nəzərə alınaq lazımdır ki, sonuncu 11 may 2018-ci il tarixli ərizədə də cavabdeh kimi “xxxx” MTK özü göstərilmişdir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə razılaşır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində “iddiaçıların tələblərini “xxxx” MTK-ya deyil, “xxxx” MTK-nın keçmiş sədri X2 və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı irəli sürməsinə istinad edərək iddia t ələbini rədd etməsi ilə, qətnamənin nəticə hissəsində “xxxx” MTK-nın üzərinə İddiaçı1 və İddiaçı2 təhlükəsiz öz evlərində yaşamaqlarına dair şərait yaratmaq vəzifəsini” qoymaqla qətnamədə ziddiyyət yaratmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. H üquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən mülki prosessual qanunvericiliyin tələblərini pozmuş və həmin pozuntular düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü ma ddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2465/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2465/2019
15.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver