Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2465/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2465/2023 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3577/20 22 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 nömrəli iş üzrə qəbul etdiyi 19 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin təmin olunmuş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzilə dair "xxxx" MTK ilə X7 arasında 15 aprel 2008-ci il tarixdə bağlanan müqavilənin, X8 barəsində "xxxx" MTK-nin üzvlüyünə qəbul, mənzillərin və qeyri-yaşayış sahələrinin payçılar aras ında şəxsi razılıq ilə bölüşdürülməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 30 iyun 2008-ci il tarixli qərarının, X3 ilə "xxxx" MMC arasında 21 oktyabr 2013-cü il tarixdə bağlanmış müqavilənin, Cavabdeh1 ilə "xxxx" MMC arasında 27 yanvar 2017-ci il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılması, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 138 saylı mənzildən çıxarılması,həmin mənzilin giriş qapısının açarlarının İddiaçı1 təhvil verilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən ya şayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr, 2 otaqdan ibarət 163 saylı mənzilə dair "xxxx" MTK ilə X4 ilə "xxxx" MTK arasında 23 avqust 2008-ci il tarixdə bağlanan müqavilənin, X4 barəsində "xxxx" MTK-nin üzvlüyünə qəbul, mənzillərin və qeyri yaşayış sahələrinin payçılar arasında şəxsi razılıq əsasında bölüşdürülməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının 20 sentyabr 2008-ci il tarixli qərarının, Cavabdeh2 ilə "xxxx" MMC arasında 04 fevral 2017-ci il tarixdə bağlanan müqavilənin etibarsız sayılması, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində olan, ümumi sahəsi 115,3 kv.metr olan 2 otaqdan ibarət 163 saylı mənzildən çıxarılması və həmin mənzilin giriş qapısının açarla rının İddiaçı2 təhvil verilməsinin "xxxx" MTK-nin üzərinə qoyulması qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5682/2018 nömrəli, 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamədən cavabdehlər "xxxx" MMC, X9, X8 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, onlara münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
3. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimovun xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında”qərarına əsasən, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7500/2017 nömrəli iş üzrə qəbul etdiyi 19 oktyabr 2017-ci il tarixli qətnaməsi üzrə icraat başlanmışdır.
4. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə, Cavabdeh2 isə xx.xx.2020-ci il tarixdə icra məmuruna verdiyi izahatlara əsasən, onlar qeyd olunan icra işi ilə bağlı xəbərdar olunmuşlar.
5. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-168/2020 nömrəli, 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC-yə və İddiaçı1 qarşı mənzilin alınmasına görə ödənilmiş pulun, mənzilin təmirinə xərclənmiş vəsaitin cavabdehlərdən tutulması və pul geri qaytarılanadək mənzilin onun sahibliyində və istifadəsində saxlanması barədə iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" MMC-dən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 138 saylı mənzilin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 60.000 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 xeyrinə tutulması, cavabdeh İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində inşa edilmiş binanın 11-ci mərtəbəsində yerləşən 138 saylı mənzilində iddiaçı tərəfindən çəkilmiş təmir xərclərinə görə 36.813 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli hökmü ilə, "xxxx" MMC-nin direktoru X1 və "xxxx" MMC-də müxtəlif səlahiyyətləri icra edən X2 müxtəlif şəxslərin adına "xxxx" MTK-nin və digər kooperativlərin inşa etdiyi binalardakı mənzilləri qanunsuz və əsassız rəsmiləşdirməklə cinayət əməlinə yol verdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29.178.3.2, 308.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddi ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 vurulan maddi ziyana görə 19.610 manat, mənəvi ziyana görə 5.000 manat, cəmi 24.610 manatın alınaraq İddiaçı2, Cavabdeh1 vurulan maddi ziyana görə 19.610 manat, mənəvi ziyana görə 5.000 manatın və ödənilmiş dövlət rüsumu 207,66 manat olmaqla, cəmi 24.817 manat pulun alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehlərə qarşı həm iddia qaldırmamışdan əvvəl, iddia qaldırılarkən, həm də məhkəmə proseslərində, məhkəmədən kənar vaxtlarda dəfələrlə mübahisələndirilən mənzilləri boşaltmalarını tələb etsələr də, onlar imtina etmiş və bildirmişlər ki, mənzili qanuni əsaslarla alıblar. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qəbul olunduqdan və icra vərəqəsi verildikdən sonra da mənzili boşaltmaqdan imtina etmişlər. Bundan əlavə, mənzilləri saxta yolla bir neçə nəfərə satdığına görə barəsində cinayət işi başlanılan "xxxx" MTK-nın rəhbəri Cahangir Alışovun ibtidai istintaqı gedən dövrdə, həmçinin məhkəmə istintaqı gedən dövrdə cavabdehlər zərərçəkmiş şəxs qismində tanınıb, dindirilərək, izahatları alınıb. Lakin onlar qərəzli olaraq həmin məhkəmədə mənzillə təmin edilmələri barədə iddia qaldırmayıblar. Belə ki, həmin iş üzrə zərərçəkmiş şəxslərin əsasən çox hissə si mənzillə təmin edilib, bir hissəsinə pulun alınıb verilməsi barədə qərarlar qəbul edilib. Bundan başqa Cavabdeh1 İddiaçı1 və MTK-ya qarşı təmir pulu və mənzilin alınmasına görə iddiası təmin edilərək, İddiaçı1 36.813 manat təmirə görə pul, "xxxx" MTК-dan 60.000 manat mənzilə ödədiyi pulun tutularaq Cavabdeh1 verilməsi qət olunub. Dəfələrlə məhkəmə prosesində və ondan sonrakı dövrlərdə Cavabdeh1 36.813 manat təmir pulunun ödənilməsi nümayəndə tərəfindən təklif olunsa da, təmir pulunu almaqdan imtina edərək, mənzilə ödədiyi pulu almayıb mənzildən çıxmayacağını bildirmişdir. Göründüyü kimi cavabdehlər qətnamənin qüvvəyə mindiyi 07 fevral 2019-cu il tarixdən bu günə qədər mənzildən qanunsuz və əsassız olaraq çıxmadıqlarına görə həmin vaxtdan hal-hazıra qədər iddiaçılara həm maddi, həm də mə nəvi zərər vurmaqda davam edirlər. Belə ki, sözügedən mənzillərdən artıq 2017-ci ildən cavabdehlərin təqsirindən məhrum olunublar. Həmin mənzillər iki otaqlı olsa da, binanın tikintisi zamanı iddiaçıların sifarişi əsasında 3 otağa genişləndirilmişdir. Bu illər ərzində uşaqları Bakı şəhərində pul ödəyərək kirayədə yaşayırlar və ali təhsil ocaqlarında təhsil alırlar. Eyni zamanda onlar bu illər ərzində əmlaklarından məhrum olmaqla əldə edəcəkləri gəlirdən məhrum olunublar. Qeyd olunan ünvanda yerləşən mənzillərin kirayə haqqı halhazırda 530 manat təşkil edir. Bu barədə ekspert tərəfindən rəy verilmişdir. Eyni zamanda iddiaçılar həmin vaxtdan mənəvi ziyan çəkməkdə davam edirlər. Bunun nəticəsində iddiaçılar məyus olublar, mənəvi əzab çəkərək, sarsıntılar keçiriblər və keçirməkdə davam edirlər.
9. İş materiallarına əlavə edilən X6 və Ekspertiza Mərkəzi MMC-nin 21 oktyabr 2021ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində (Ukrayna dairəsində) yerləşən "xxxx" MTK tərəfindən tikilmiş yaşayış binasının 11-ci mərtəbəsində yerləşən sahəsi 115,3 kv.m. olan 2 otağın 3 otağa genişləndirilmiş yaxşı təmirli vəziyyətdə 138 saylı mənzilin və həmin binanın 16-cı mərtəbəsində yerləşən sahəsi 115,3 kv.m. olan 2 otağın 3 otağa genişləndirilmiş yaxşı təmirli vəziyyətdə 163 saylı mənzilin aylıq kirayə haqqı 530 manat təşkil edir.
10. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, həmin mənzili öz hesabına təmir etmişdir. O, təmirin pulunu dəfələrlə tələb etsə də, təmir pulu ona qaytarımamışdır. Hal-hazırda isə təmirin pulu ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Gözləyir ki, ekspert qiymət qoysun onun xərci hesablansın, ondan sonra isə mənzili boşaldacaq. Ona başqasının mənzili lazım deyil.
11. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tərəfin tələb etdiyi mənzil onda yoxdur. Əgər ekspert gəlib aydınlıq gətirsə ki, həmin mənzil ondadır, o zaman mənzili götürsünlər. Bundan əlavə, mənzildən çıxarılması barədə qətnamə qüvvəsini alıb və icraya yönəlib, lakin icra məmuru onu dəvət etməyib, çıxmağını təklif etməyib. O, mənzilin təmirinə pul xərcləmişdir və həmin pulun iddiaçıdan tutulub ona verilməsi barədə məhkəmə qətnamə çıxarmışdır. O, pulunun ödənilməsini tələb edir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-437/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi il ə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin edilmiş, Cavabdeh2 vurulmuş maddi ziyana görə 18.517,20 manat İddiaçı2 xeyrinə, Cavabdeh1 18.517,20 manat İddiaçı1 xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmamasını qət etmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında qətnamənin icraya yönəlməsi və icra sənədinin icrası ilə əlaqədar cavabdehlərin (borcluların) xəbərdar olunması ilə bağlı sübutlar vardır. Lakin cavabdehlər qanuni qüvvəyə minmiş qətnaməni icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar.
14. Eyni zamanda, birinci instansiya məhkəməsi cavabdehlərin gətirdikləri arqumentləri əsassız sayaraq hesab etmişlər ki, 138 saylı mənzilin İddiaçı1, 163 saylı mənzilin isə İddiaçı2 məxsus olması artıq mübahisə predmeti deyil və işi n bu halı qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehlər başqasına (iddiaçılara) məxsus mənzilləri təhvil verməməklə onlara maddi ziyan vurur və iddiaçılar uzun müddətdir ki, onlara məxsus mənzillərdən istifadə edə bilmirlər.
15. Belə ki, qətnamə 07 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır və 28 yanvar 2022-ci il tarixinədək (hazırkı qətnamə qəbul edilən günədək) 34 ay 28 gün müddət ərzində icra edilməmişdir. Qeyd olunan mənzillər üzrə kirayə haqqı 530 manat təşkil etdiyindən dəymiş zərər bu qaydada hesablanmalıdır: 34 ay x 530 manat=18.020 manat, + 28 gün üçün 497,70 manat. 18.020 manat+ 497,70.=18.517,20 manat. Belə olan halda, hər bir iddiaçıya dəyən maddi ziyan hissəsində iddia qismən, 18.517,20 manat hissədə təmin olunmalıdır.
16. Bund an əlavə, məhkəmə iddia tələbinin mənəvi ziyanla əlaqədar hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddiaçılar tərəfindən onlara mənəvi ziyan dəyməsi ilə bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 157.2, 1096.1, 1097.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını x ahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil "xxxx" MMC tərəfindən 27 yanvar 2017-ci il tarixli müqavilə ilə ona verilmişdir. Mənzili alandan sonra mənzil təmirsiz olduğundan onun təmirinə 40.000 manatdan artıq pul vəsaiti xərcləyərək mənzili yaşayış üçün yararlı vəziyyətə gətirmiş və ailəsi ilə birlikdə hazırda da həmin mübahisəli mənzildə yaşayır. Həmin mənzilə dair MMC tərəfindən İddiaçı1 adına da müqavilə verilmiş və onunla aralarında olan məhkəmə mübahisələri nəticəsində onun müqaviləsinin tarixi əvvələ olduğundan ailəsi ilə yeganə yaşayış yeri olan mənzil İddiaçı1 verilmişdir. Nəticədə o, mənzilə görə ödədiyi puldan və təmirə xərclədiyi vəsaitdən məhrum olmuşdur. Məhz buna görə təmirə və mənzilinin alınmasına sərf etdiyi pul vəsaitinin ger i qaytarılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qətnaməsi qəbul olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini alsa da, hazırki günə qədər İddiaçı1 tərəfindən qəsdən, məqsədli şəkildə ödənilməmişdir. Belə ki, qətnamə icra olunması üçün İddiaçı1 qeydiyyat ünvanı üzrə Tovuz Rayon İcra Şöbəsinə göndərilmiş və Şöbə tərəfindən icra vərəqəsinin icrası ilə bağlı axtarış işi açılmış, İddiaçı1 İcra Şöbəsinə gətirilsə də, icradan yayınmaq üçün guya qətnamədən apellyasiya şikayəti verdiyini bildirməklə yayınmış, sonradan hər hansı apellyasiya şikayətinin olmaması ilə bağlı məlumatdan sonra İcra Şöbəsi onun barəsində yenidən icra tədbirləri həyata keçirsə də, o, məqsədli şəkildə gizlənərək qətnamənin icrasından yayınmışdır. Onun məqsədi tə mir pulunu qaytarmamaq və həmin pulu məhz bu qanunsuz iddia ilə vurulmuş ziyan adı altından əvəzləşdirməkdir. Birinci instansiya məhkəməsinin işin faktiki hallarına nəzərən gəldiyi nəticə yolverilməzdir. Ən azından tam təmirsiz bir evi kirayə verib və ya iddiaçının özünün yaşaması qeyri-mümkündür. Belə olan halda, hansısa iddiaçının maraqlarına xidmət edən məhkəmənin belə təyin etmədiyi, onların görmədiyi bir qiymətləndirici bu halı nəzərə almadan necə qeyd edə bilər ki, aylıq 530 manat ziyan dəyir. Başqa bir halda iddiaçının qanuni qüvvədə olan qətnamə üzrə təmir pulunu qaytarmamasını və məqsədli yayınmasının yeganə yaşayış yerlərindən çıxmağına və başqa bir yerdə ailsi ilə mənzili yaşamaq üçün şərait yaradıb köçməyinə imkan vermir. İddiaçı ədalətsizliklə, qanunsuzluqla təmirli mənzilə sa hib olmaq istəyir. Ən əsası məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, onunla ailəsi ilə mənzildən çıxmamağına Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi icazə vermiş və qeyd etmişdir ki, onların insanları mənzillə təmin edənə qədər heç kimi onları mənzildən çıxara bilməz. Çünki "xxxx" MMC və MTK-nın rəhbər şəxslərinin cinayət işi üzrə o, və eləcə də, hazırki iddiaçı zərərçəkmiş şəxs kimi tanınmışlar. Eyni zamanda Korrupsiya İdarəsinin göstərişi əsasında bütün bunlarla bağlı icra işləri də hərəkətsiz saxlanılmış və hazırki vaxta qədər heç bir icra məmuru məcburi icra tədbiri kimi onun ailəsilə mənzildən çıxmağını tələb etməmişdir. İdarə tərəfindən ona mənzilinin yerinə "xxxx" Şirkəti tərəfindən 13 dekabr 2021-ci il tarixdə təmirsiz mənzil ayrılmışdır. İdarə təmir pulunu alıb həmin mə nzili təmir edərək köçməyini bildirmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3577/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, 138 saylı mənzilin İddiaçı1, 163 saylı mənzilin isə İddiaçı2 məxsus olması artıq mübahisə predmeti deyil və işin bu h alı qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapıb. Göründüyü kimi, cavabdehlər başqasına (iddiaçılara) məxsus mənzilləri təhvil verməməklə onlara maddi ziyan vururlar. İddiaçılar uzun müddətdir ki, onlara məxsus mənzillərdən istifadə edə bilmirlər.
22. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 157.2, 1096.1, 1097.1-ci, Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1, 385.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə da ir” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən Cavabdeh1 (vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmışdır və əlavə olaraq göstərilmişdir ki, işin bu cür faktiki hallarını heçə sayıb guya məqsədli şəkildə mənzildən çıxmamağını qeyd etmək və heç bir əsası olmayan qiymətləndirmə şirkətinin hesabatını mötəbər bir hal kimi aylıq vurulmuş ziyan kimi qiymətləndirmək ədalətsizlik və qanunsuzluqdur. Məhkəmə q arşı tərəfin təqdim etdiyi sənədlərdə göstərilənlərlərə dair heç bir araşdırma aparmadan həmin arqumentləri mötəbər sübut kimi qiymətləndirərək onları olduğu kimi qətnaməyə köçürmüşdür. Əslində isə iddiaçı tərəfin gətirdiyi dəlillər heç də həqiqəti əks etdirmir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
26. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz vermiş, etirazı iddia tələbində göstərilən işin halları ilə əsaslandıraraq, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vu rulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalar ını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqəti n və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakti ki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir.
45. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən ona aid hissədə tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin cavabdeh İmran İmanova aid hisədə qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.
47. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 138 saylı mənzilin İddiaçı1, 163 saylı mənzilin isə İddiaçı2 məxsus olması artıq mübahisə predmeti deyil və işin bu halı qanuni qüvvəyə minmiş qətnamə ilə öz təsdiqini tapıb. Cavabdehlər başqasına (iddiaçılara) məxsus mənzilləri təhvil verməməklə onlara maddi ziyan vururlar. İddiaçılar uzun müddətdir ki, onlara məxsus mənzillərdən istifadə edə bilmirlər.
48. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araş dırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr ə saslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müx təlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəli llər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli ol an halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
54. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnam ə qəbul etmişdir.
56. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3577/2022 nömrəli, 18 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.