Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2466/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı MTK-ya qarşı ( Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində cəlb edilməklə ) qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2466/22 ( Açar sözlər: tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması) Bakı şəhəri, 6 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlu ndan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı qeyri-qanuni tikilinin sökülməsi, mənzilin boşaldılaraq təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı MTK-ya qarşı ( Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10563/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları myəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12a saylı evin, 62 nömrəli mənzili 30/26397 saylı reyestr nömrəli, 21 noyabr 2003-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətindədir.
2. Bakı Şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 55 nömrəli 11 mart 2020-ci il tarixli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında “Ailə Park" MMC-nin istifadəsinə verilməsi haqqında” Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,752 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasınd a "Ailə Park” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.
3. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların yararsız halda olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerind ə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,752 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,752 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 12A saylı binada yaşayan mülkiyyətçilərin əksəri yyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MTK (İddiaçı MMC-nin hüquqi varisidir) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qeyri-qanuni tikilinin onun öz vəsaiti hesabına sökülməsi və binanın əvvəlki vəziyyətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Sonradan İddiaçı MTK iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, Hə sənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qeyri-qanuni tikilinin onun öz vəsaiti hesabına sökülməsi və binanın əvvəlki vəziyyətinin bərpa edilməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv metrdən ibarət olan mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi və həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 116 kv metr ölçüdə təmirli mənzilin 2 il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tu tulan mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1000 manat məbləğində kirayə haqqı ödənilməsini xahiş etmişdir.
6. Daha sonra İddiaçı MTK 03 sentyabr 2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv metrdən ibarət olan mənzil boşaldılaraq İddiaçı MTK-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı 100 kv metr mənzi l və veteran olmasını nəzərə alaraq əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv metr mənzilin, ümumilikdə 2 ədəd təmirli 4 otaqlı 100 kv metr mənzilin 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı MTK-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, 12A saylı binanın mülkiyyətçilərdən biri olan Cavabdeh tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədə görə o, mülkiyyətində olan və binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 42,1 kv metrdən ibarət olan 62 saylı mənzilinə yaşayış binasına bitişik yerdə lazımi icazələr al madan təxminən 50 kv metr artırma etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinin məktubundan görünür ki, həmin mənzilin sahəsinin artırılmış hissəsi dövlət qeydiyyatından keçməmişdir. Adıçəkilən artırılmış sahə özbaşına tikilidir. Ona görə də həmin qeyri-qanuni tikili sökülməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamına və İcarə müqaviləsinə əsasən sözügedən binanın yerləşdiyi torpaq sahəsi İddiaçı MTK-nın qanuni istifadəsinə verilmiş, səlahiyyətli orqanların müvafiq rəyləri və razılaşdırma məktublarına əsasən həmin binaların qəzalı olması öz təsdiqini tapmış və müvafiq sərəncamla göstərilən binanın sökülməsi, yerində müasir tipli binaların tikilməsi səlahiyyəti şirkətə verilmişdir. Ona görə də MTK qanunsüz tikilinin sökülməsi barədə tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir. Həmçinin cavabdehin mülkiyyətində olan mənzilə özbaşına qeyri-qanuni artırmalar edərək istifadə etməsi qanunsuzdur. Cavabdeh tərəfindən edilmiş özbaşına artırmalara dair hər hansı hüquqmüəyyənedici sənədlər yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994cü il tarixli, 642 №-li Sərəncamı ilə Bakı şəhəri ərazisində yerləşən çoxmənzilli yaşayış binalarına bitişik artırmaların inşa edilməsi bütün vətəndaşlar üçün qadağan edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 642 №-li Sərəncamının qüvvədə olması barədə Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 1/412 saylı xx.xx.2020-ci il tarixli məktubu şirkətə göndərilmişdir. Lakin cavabdeh şəhərsalma və tikinti normalarını pozaraq özbaşına çoxmərtəbəli yaş ayış binasına bitişik artırmalar inşa edərək istifadə etməkdədir. Cavabdeh tərəfindən inşa edilmiş həmin tikilinin inşası üçün müvafiq icazənin tələb olunmasına baxmayaraq belə icazənin olmaması müəyyən olunmuş, həmin sahələrin tikintisi bilavasitə İddiaçı MTK-nın mülkiyyət hüququnu pozmaqdadır. Eyni zamanda, cavabdeh tərəfindən çoxmənzilli yaşayış binasına bitişik tikililərin inşa edilməsi əlavə yüklənmə kimi binanın qəzalı vəziyyətə düşməsinə səbəb olmuş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyində nəzərdə tutulmuş hallardan biridir və bu hal binanın hazırki dayanıqlıq vəziyyətinə real təhlükəni artırdığı üçün yolverilməzdir. Rəyə görə sakinlər 12A saylı binada öz sahələrini artırmaq məqsədilə müxtəlif illərdə metal b orular, şvellerlər və ikitavrlar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Nəticədə bunlar binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımından möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Qeyd edilənlərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12A ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş, cavabdehə məxsus olan yaşayış sahəsinə bitişik qanunsuz artırılan sahənin sökülməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdeh tərəfindən aparılmış özbaş ına tikinti işləri nəticəsində iddiaçı özünün istifadəsində olan torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmir, icarə müqaviləsindən irəli gələn hüquq və vəzifələrini həyata keçirə bilmir. Bunun nəticəsində isə iddiaçının torpaq sahəsi üzərində həm sahiblik, həm də istifadə hüquqları pozulmuşdur. Bu hüquqlar isə bilavasitə mülkiyyət hüququnun tərkib elementləri olan hüquqlardır, müdafiə olunmalıdır.
8. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilindən istifadəsinə “Ailə Park" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, “Ailə Park" MTK və başqa şəxslər tərəfindən əmlakından istifadə etməsinə maneələr yaradılma sının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 21 noyabr 2003-cü il tarixində verilmiş ÖM seriyalı, 173701 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Bundan əlavə həmin mənzilin Texniki Pasportuna əsasən 5 mərtəbəli binanın zirzəmisinin bir hissəsi, yəni 60 kv metr sahə də onun adına işlənmiş, zirzəmiyə girişin yaşayış sahəsindən olduğu qeyd göstərilmişdir. Eyni zamanda Nərimanov rayon İcra Hakimiyyətinin Başçısının 23 may 1996-cı il tarixli 2/44 nömrəli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv metr artırma edilmişdir. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilini 2003-cü il tarixində hazırki vəziyyətdə almış və onun tərəfindən hər hansı bir əlavə artırma edilməmişdir. Həmin əmlakda aldığı tarixdən bu günədək sahibkarlıq fəaliyyəti ilə, mebellərin satışı ilə məşğul olur. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,752 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında “Ailə Park" MTK tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Ailə Park" MTK-nin istifadəsinə verilmişdir. Göründüyü kimi sərəncamın və qanunvericiliyin tələblərinə əsasən “Ailə Park" MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əldə etdikdən sonra yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşasına başlamalı idi. Lakin “Ailə Park" MTK tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə razılıq əldə etmək əvəzinə onlara təzyiq göstərmək məqsədilə qanunsuz olaraq 4 (dörd) aydan çoxd ur ki, ərazini hasara almış, tikililərin istifadəçilərinin (mülkiyyətçilərinin) köçürülməsini təşkil etmədən qanunsuz olaraq söküntü işlərinə başlamışdır. “Ailə Park" MTK-nın məqsədi tikililərin istifadəçilərinə (mülkiyyətçilərinə) heç bir kompensasiya ödəmədən onların əmlaklarını qanunsuz olaraq ələ keçirməkdir. 4 (dörd) aydan çoxdur ki, “Ailə Park" MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçı sahibkarlıq fəaliyyətini davam etdirə bilmir. Bu səbəbdən hətta o işçilərin maaşlarını belə verə bilmir. “Ailə Park" MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həmçinin maddi və mənəvi zərər dəymişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin (hakim: A.Novruzova) 03 sentyabr 2021-ci il tarixli, e-2(005)-3974/2021 saylı qətnaməsi ilə ilk iddia tələbinin təmin olunması, qarşılıqlı iddi a ərizəsinin rədd olunması, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh tərəfindən həmin mənzilin binaya bitişik sahədə artırılmış və özbaşına inşa edilmiş qanunsuz tikilinin (50 kv metr) onun öz vəsaitii hesabına sökülməsi, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv metrdən ibarət olan mənzilin İddiaçı MTK-ya təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 97 kv metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada təmirli 1 ədəd 4 otaqlı 100 kv metr mənzilin və əlavə olaraq təmirli 1 ədəd 4 otaqlı 100 kv metr mənzilin, ümumilikdə 2 ədəd təmirli 4 otaqlı, hər biri 100 kv metr mənzilin 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi, mənzilin İddiaçı MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MTK tərəfindən Cavabdeh hər ay 1300 (bir min üç yüz) manat məbləğində kirayə haqqının ödənilməsi və ödənilmiş dövlət rüsumlarının tərəflərə aid olunması qət edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qarşılıqlı iddiaçı öz davranışları ilə ilk iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını alır, mübahisəli mənzilləri tənasübsüz qiymətlərlə alqı-satqı etməyə iddiaçını məcburetməyə çalışmaqla hüquqlarından sui istifadə edir.
12. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı MTK-nin cavabdehin mülkiyyətindən istifadə etməsinə maneəçilik göstərməsi sübuta yetirilməmişdir.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 1.1, 3.1, 10.0.10, 10.0.11 və 10.0.12-ci maddələrinə, Mülki Posessual Məcəllənin 14, 77 və 217-ci maddələrin göstərmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə ey nilik təşkil edərək əlavə olaraq qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binalar yaşayış üçün yararsız vəziyyətdə deyildir, şəhərin və eləcə də ərazinin ümumi görünüşünə heç bir xələl gətirmir. Həmin binaların yaşayış üçün yararsız vəziyyətdə olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi barədə məhkəməyə şifahi vəsatət verməsinə baxmayaraq məhkəmə vəsatətini əsassız olaraq təmin etməmişdir. Eyni zamanda onun xüsusi mülkiyyətində olan əmlakının bir hissəsi birinci mərtəbədə, bir hissəsi isə zirzəmi mərtəbəsində yerləşdiyindən əmlakının əvəzinə ona verilməli olan əmlak da qanunvericiliyin tələblərinə uyğun olaraq təyinatının nə olmasından asılı olmayaraq binanın birinci və zirzəmi mərtəbəsində olmalıdır. Məhk əmə bu halları nəzərə almayaraq qanunsuz qərar qəbul etmiş, həmin obyektin onun və ailəsinin yeganə gəlir mənbəyi olmasını da nəzərə almamışdır.
16. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər-Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və R.M.Həsənov) 8 dekabr 2021-ci il tarixli, 2(103)10563/21 nömrəli qətnaməsi ilə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin e-2(005)3974/2021 saylı iş üzrə qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli qətnaməsi - ilkin iddia tələbinin təmin edilən - sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ya şayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ümumi sahəsi 42,1 kv metr olan mənzilin və həmin mənzilin binaya bitişik sahədə artırılmış, özbaşına inşa edilmiş 50 kv metr tikilinin, cəmi 92,1 kv metr olan sahənin Cavabdeh tərəfindən İddiaçı MTK-ya təhvil verilməsi və həmin sahənin İddiaçı MTK tərəfindən sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh aid edilməsi qət olunmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, sökülməli olan tikilinin sahəsinin müəyyən edilməsi və həmin tikilinin kim tərəfindən sökülməli olması hissədə düzgün nəticəyə gəlməmiş dir. Belə ki, iş materiallarından görünür ki, ünvan 2 ünvanının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 42,1 kv metr, yaşayış sahəsi 29 kv metr olan 2 otaqlı 62 saylı mənzil 9 saylı DNK-nın xx.xx.2002-ci il tarixli 4Ə-4/513 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına (AZE0*******/xx.xx.2003, qeydiyyat ünvanı - ünvan 3işdir. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12A saylı evin, 62 saylı mənzilinin əvvəlki mülkiyyətçisi V.Q.Məmməd-Vəliyev tərəfindən həmin mənzilə bitişik olmaqla təxminən 50 kv metr artırma edilmiş və həmin sahə hazırda Cavabdeh istifadəsindədir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin edərkən, düzgün olmayaraq qeyri-qanuni tikili qismində - 50 kv metr sahənin, eləcə də istismar müddəti keçmiş 97 kv mdən ibarət olan mənzilin sökülməsi qənaətinə gəlmişdir. Halbuki iş materiallarından göründüyü kimi hazırda iddiaçının adına qeydiyyatdan keçmin mənzilin ümumi sahəsi 42,1 kv metr, həmin mənzilə bitişik özbaşına artırma isə 50 kv metrdir.
18. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 50 kv metr sahənin Cavabdeh tərəfindən sökülməsi barədə gəldiyi nəticə də yanlış olmuşdur. Belə ki, işin qeyd olunan halları ilə müəyyən edilmişdir ki, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nin istifadəsinə verilmişdir. Belə olan halda məhkəmə kollegi yası hesab edtmişdir ki, iddiaçının adına qeydiyyatdan keçməklə ümumi sahəsi 42,1 kv metr olan mənzil və həmin mənzilə bitişik olmaqla 50 kv metr qeyri-yaşayış sahəsi – ümumilikdə 92,1 kv metr olan sahə Cavabdeh tərəfindən İddiaçı MTK-ya təhvil verilməli və həmin mənzil İddiaçı MTK tərəfindən sökülməlidir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1 və 560.2-ci, Mənzil Məcəlləsinin 1.1, 3.1, 10.0.10, 10.0.11, 10.0.12, 28.4 və 28.6-cı, Mülki Posessual Məcəllənin 14, 77 və 217-ci maddələrini göstərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasmını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlara düzgün hüquqi qiymət verilməmiş, işin halları tam və hərtərəfli araşdırılmamış, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmişdir.
22. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152-ci maddəsinə, Mənzil Məcəlləsinin 28-ci maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. 4-cü hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
27. Maddə 3.1 Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məh dudlaşdırıla bilər.
28. Maddə 28.6 Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hə dləri
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş ləğv edilən hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12a saylı evin, 62 nömrəli mənzili 30/26397 saylı reyestr nömrəli, 21 noyabr 2003-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh mülkiyyətindədir, həmin mənzilin ümümi sahəsi 42,1 kv metrdir. Mənzilin yerləşdiyi tikiliyə bitişik əlavə 50 kv metr artırma vardır, həmin sahədə cavabdehin sahibliyində və istifadəsindədir.
39. Bakı Şə hər Nərimanov rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə göstərilən ərazidə 2,752 kv metr torpaq sahəsi müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün iddiaçı MTK-nın uzunmüddətli istifadəsinə verilmişdir. Cavabdehin mülkiyyətində olan mənzil və digər əmlaklar həmin ərazidə yerləşir. MMC icarəsinə verilmiş torpaq sahəsində mövcud olan tikililərin sökülməsi, sakinlərin köçürülməsi qarşılıqlı razılıq əsasında "Ailə Park” MTK tərəfindən həyata keçirilməlidir.
40. İşə baxan aşağı instansiya məhkəmələri ilk iddianı təmiin edərək cavabdehə məxsus mənzilin və əlavə artırmanın (cəmi 92,1 kv metr sahə) iddiaçı tərəfindən onun hesabına sökülməsi, kompensasiya kimi Cavabdeh hər birinin sahəsi 100 kv metr olmaqla 2 ədəd təmirli 4 otaqlı mənzilin və mənzil təhvil ve rildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək hər ay 1300 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir. Məhkəmələr hesb etmişdir ki, iddiaçının təklifləri ilə razılaşmayan Cavabdeh hüquqlarından sui istifadə edir, bununla həm iddiaçının sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını alır, həm də iddiaçı MTK-nın digər sakinlər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına maneəçilik törətməklə həmin sakinlərin də hüquqlarını pozur.
41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Bununla belə, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəx slərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar).
43. Göstərilən hüquqi mövqelərə əs aslanaraq, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutlanın qiymətləndirilməsinə dair yuxarıda göstərilən normalarına əsasən qeyd olunmalıdır ki, işə baxan birinci instansiya məhkəməsi ilk iddianı təmin edərkən cavabdeh tərəfin təqdim etdiyi sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, cavabdehə məxsus əmlakın təyinatını, əmlakdan məhrum olmasının onun maddi vəziyyətinə nə dərəcədə təsir edə biləcəyini nəzərə almamış, habelə cavabdehin faktiki istifadəsində olan sahənin də müəyyən edilməli olmasını diqqətdən qaçırmış, apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlamışdır.
44. İddiaçının izahatı və onun tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 42,1 kv metr mənzil yaşayış binasının birinci mərtəbəsind ədir, mebel satışı üzrə ixtisaslaşmış mağaza binası kimi istifadə olunur.
45. Həmin binaya bitişik inşa edilmiş 50 kv metr əlavə artırma da eyni məqsədlərlə istifadə olunur, bu artırmaya cavabdehin mənzilindən qapı açılmasına Nərimanov Rayon İcra Hakimiyyəti başçısınnın 23 may 1996-cı il tarixli 244 saylı sərəncamı ilə hələ mənzilin əvvəlki mülkiyyətçisinə razılıq verilmiş, bununla da icra hakimiyyəti 50 kv metr artırmanın mövcudluğuna və kommersiya məqsədləri üçün istifadə olunmasına etiraz etməmiş, əksinə yanakı olaraq razılıq vermişdir.
46. İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırma Bürosu tərəfindən mənzilə dair 21 dekabr 1994-cü il tarixdə işlənmiş Texniki pasportdan görünür ki, binanın zirzəmisinin 60 kv metr hissəsi cavabdehin mülkiyyətində olan 42,1 kv metrlik mənzilin bir hissəsi kimi işlənmişdir, iddiaçının izahatına görə həmin zirzəmi hazırda onun istifadəsindədir.
47. Məhkəmələr tərəfindən Cavabdeh kompensasiya kimi İddiaçı MTK tərəfindən yeni tikiləcək binada hər birinin ümumi sahəsi 100 kv metr olan 2 ədəd təmirli 4 otaqlı mənzilin verilməsi qət olunsa da, həmin mənzillərin hansı binadan, neçənci mərtəbədən verilməli olması, mənzillərin nömrələri göstərilməmiş, bu məsələnin həllində də məhkəmələr qeyri müəyyənliyə yol vermişdir.
48. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə q anuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
50. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ələsgər oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10563/2021 nömrəli, 8 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.