Məhkəmə qərarları › İş №2(102)-2467/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2467/2019

17.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2467/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş 2(004)-5102/2018) İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsin ə (üçüncü şəxs Cavabdeh2 MMC) qarşı «hərəkətin və qərarın qanunsuz hesab edilməsi» tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), S.F.Hacıyev və F.Ş.Talışinski, 2(103)10063/2018 saylı mülki iş) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2018-ci il tarixli, 2(004)-5102/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə qarşı «hərəkətin və qərarın qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, mənzilinin hərraca çıxarılması ilə bağlı 06.04.2018-ci il tarixli,17/72-3856/18 -10349 nömrəli sifarişinin qanunsuz hesab edilməklə onun geri çağırılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərraca çıxarılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsind ə (Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2016-ci il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414— 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka haqqında» Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfındən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş «İcrası haqqında» Qanuna müvafıq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2017 saylı, 19 yanvar 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı "xxxx" KB ASC-nin xeyrinə 08.04.2011-ci il tarixli 01İN/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 19.03.2014-cü il tarixli 48E/12-3 saylı əlavə kredit müqaviləsi üzrə cəmi 22019,97 ABŞ dolları; 13.02.2015-ci il tarixli 48E/12-4 saylı əlavə kredit müqaviləsi üzrə cəmi 11947,52 manat, 18.12.2015-ci il tarixli 37mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə cəmi 4643,25 ABŞ dolları məzənnəyə uyğun olara q tutulması, tutmanınipotekaya qoyulmuş X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 116 saylı evin 21 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi qət edilmişdir. Qətnamə icraya yönəldikdən sonra icra məmuru icra sənədi üzrə icraata başlanılması barədə qərar qəbul etmiş, Cavabdeh2 MMC-yə hərracın keçirilməsi haqqında sifarişlə müraciət olunmuş, mənzilin ilkin qiyməti qətnamədə göstərildiyi kimi 85000 manat qeyd olunmuşdur. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə ipoteka obyekti olan mənzilin ilkin satış qiyməti 85000 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı icra məmurunun hərəkətini n qanunsuzluğunu məhz mənzilin yenidən qiymətləndirilməməsi ilə əlaqələndirmişdir. Halbuki, icra məmuru məhz qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş icra sənədi çərçivəsində hərəkət etmişdir. İş materiallarından məlum olur ki, iddiaçı ipoteka predmetinin ilkin satış dəyərini həmin işə baxılarkən mübahisələndirmək imkanına malik olmuşdur. İpoteka predmetinin ilkin satış dəyəri məhkəmə qətnaməsi ilə müəyyən olunduqdan sonra, icra məmuru qətnamənin icrası sahəsində ipoteka predmetini qətnamədə göstərilən qiymətlə açıq hərraca çıxarılması istiqamətində müvafiq ixtisaslaşdırılmış hərrac təşkilatına sifarişlə müraciət edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyükimi, məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əgə rməhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququda pozulmuş olur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəm əsi iddianı rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar