Məhkəmə qərarları › İş №2(102)-2469/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2469/2020

03.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2469/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı2 ASC-nin vəkili x3 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, Göyçay rayon Çayarxı kənd Bələdiyyəsinə, müstəqil tələblər irəli sürməyən üçüncü şə xs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, özbaşına tikililərin sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması və ərazinin əvvəlki vəziyyətə salınması” tələbinə dair mülki iş üzrə İddiaçı2 ASC Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 ASC Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, Göyçay rayon Çayarxı kənd Bələdiyyəsinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, özbaşına tikililərin sökülməsi, zəbt olunmuş ərazinin boşaldılması və ərazinin əvvəlki vəziyyətə salınması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 30 avqust 2019-cu il tarixli, 2(046)703/2019 nömrəli qətnaməsi ilə iddia tələbin qismən təmin olunmuş, Dövlət mülkiyyətində olmaqla İddiaçı2 ASC-nin onun icarəsində və istifadəsində olan torpaq sahəsinin Cavabdeh1 istifadəsində olan 800 kv.m hissəsi, Cavabdeh2 istafəsində olan 967 kv.m hissəsi, Cavabdeh3 istifadəs ində olan 2660 kv.m hissəsi, x5 istifadəsində olan 1539 hissəsi və Cavabdeh5 istifadəsində olan 1858 kv.m. hissəsinin boşaldılması, həmin ərazinin əvvəlki vəziyyətə salınması və bu hissələrdə inşa edilmiş özbaşına tikililərin sökülmasi, İddiaçı2 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə, Göyçay rayon Qarabaqqal kənd Bələdiyyəsinə, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia tələbinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində cavabdehlər - Cavabdeh1 xüsusi mülkiyyətin ə verilmiş reyestr nömrəsi **********42, qeydiyyat tarixi 16.02.2016-cı il olan 0.08 ha, x2 xüsusi mülkiyyətinə verilmiş, reyestr nömrəsi **********63, qeydiyyat tarixi 20.08.2013-cü il olan 0.450 ha torpaq sahələrinin çıxarışlarının etibarsız hesab edilməsinə dair” hissəsində icraata xitam verilməsinin nəzərə alınması, qalan hissədə və digər İddiaçı1 iddiasının təmin olunmaması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov, iş № 2(107)3155/2019) cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(046)703/2019 nömrəli qətnaməsi qismən-yəni Cavabde h3 istifadəsində olan 2660 kv.m hissənin, Cavabdeh1 istifadəsində olan 800 kv.m hissənin, x5 istifadəsində olan 1539 kv.m hissəsinin boşaldılması, həmin ərazinin əvvəlki vəziyyətə salınması və bu hissələrdə inşa edilmiş özbaşına tikililərin sökülməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 münasibətdə təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı2 ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı2 ASC-nin vəkili x6 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsini n Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etdi. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla yır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Göyçay rayonu Çayarxı kəndində y erləşən 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına, Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.450 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh3 adına, Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.22 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə x4 adına qeydə alınmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin İ və İV hissəsini, Azərbaycan Respublikası Mülki 140, 152.1-ci maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh3, x9 və Cavabdeh1 mülkiyyətlərində olan mübahisəli torpaq sahələrini müvafiq prosedur qaydalarına riayət etməklə bələdiyyədən alqı-satqı müqavilələri rəsmiləşdirməklə alaraq, sonda qanunvericiliklə müəyyən olunmuş qaydad a öz adlarına dövlət reyestrindən çıxarış almışlar. Müqavilə tərəfləri arasında alqı-satqının predmeti olmuş torpaq sahələri üzərində hər hansı yüklülük və ya digər qadağanın olması müəyyən edilməmişdir. Cavabdehlərdən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 oğlu Eldar Səfərovun adına mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcuddur və həmin sənədlər qüvvədə olmaqla məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh4 gəldikdə isə o hazırki tələb üzrə cavabdehlik daşımağa subyektiv hüququ olmayan şəxsdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi mübahisəli torpaq sahəsinin 0.22 ha hissəsi Göyçay rayonu Çayarxı bələdiyyəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada iş üzrə Cavabdeh4 mərhum həyat yoldaşı x1, sonuncu həmin torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra raq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən torpaq sahəsi x4 mülkiyyətinə keçmişdir. Apelyasiya məhkəməsi cavabdehlərdən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 münasibətdə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi mövqeyi ilə razılaşmamış və haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, h əqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakları əldə edən şəxslər, yəni apelyasiya şikayəti vermiş cavabdehlərdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Nə qədər ki, alqısatqı predmeti olmuş mübahisəli torpaq sahələrinə dair cavabdehlərin adına tərtib edilmiş dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, onda qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qü vvədədir. İddiaçı2 ASC kassasiya şikayətində faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə p redmeti olan torpaq sahələri cavabdehlərin mülkiyyətindədir, alqı-satqı predmeti olmuş mübahisəli torpaq sahələrinə dair cavabdehlərin adına tərtib edilmiş dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməmişdir, onda qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməmə lidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğ vi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı2 ASC-in kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi İddiaçı2 ASCin kassasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar