Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-247/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair mülki iş üzrə QƏRARİ iş № 2(102)-247/2022 (Açar sözlər: əmlakın naturada ayrılması, təkrar ekspertiza) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-102/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 82,4 kv.metr olan mənzil ¼ hissədə Cavabdeh2, 1/4 hissədə Cavabdeh3, 1/4 hissədə İddiaçı və 1/4 hissədə X1 adına qeydiyyata alınmışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəliyinin arayışından görünür ki, tərəflər hazırki mübahisəli mənzildə qeydiyyatdadılar. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 71 saylı evə aid “İİİ” literlı ayaqyolunun tərəflərin ümumi istifadəsində saxlanılmaqla “B” literlı evin texniki pasportu üzrə 2 və 3 saylı yaşayış otaqları arasındakı keçid qapısı bağlanmaqla və texniki pasport üzrə sahəsi 7,1 kv.metr olan 1 saylı təsərrüfat otağından 2 saylı yaşayış otağına keçid qapısı açılmaqla həmin fərdi yaşayış evinin ona məxsus 1/4 hissədə payın naturada, təcrid mənzil şəklində ayrılması (bölünməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatında iddianı qismən qəbul edərək, 1 otağın naturada ayrılı b verilməsinə razı olduqlarını, lakin içəri otağa olan qapının bağlanmasına və digər otağa qapı açılmasına razı olmadıqlarını bildirmişdirlər. Məhkəmənin 16.07.2018-ci il tarixli qərardadı ilə təyin edilərək keçirilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.11.2018-ci il tarixli 19935 saylı rəyində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci sırada yerləşən 71 A saylı fərdi yaşayış evindən İddiaçı 4/1 hissədə payının naturada, təcrid mənzil şəklində ayrılmasının (bölünməsi) texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Rəyin təsviri hissəsində göstərilmişdir ki, ümumi sahəsi 82.4 kv.m olan mənzilin 4/1 hissəsinin ümumi sahəsi 20.6 kv.m, o cümlədən yaşayış sahəsi 14.65 kv.m, yardımçı sahəsi 5.95 kv.m müəyyə n edilir. Tədqiq olunan mülkün 3 literli ayaqyolu tərəflərin ümumi istifadəsində saxlanılmalı, “b” literli evin texniki pasportu üzrə 2 və 3 saylı yaşayış otaqları arasındakı keçid qapısı bağlanmalı, texniki pasport üzrə sahəsi 7.1 kv metr olan 1 saylı təsərrüfat otağından 2 saylı yaşayış otağına keçid qapısı açılmalıdır. Bu bölgü nəticəsində 4/1 hissədə paylı mülkiyyətçisi İddiaçı sərəncamda olan mənzilin ümumi sahəsi 7.1 kv metr təşkil edə bilər. Bu zaman ona çatacaq 4/1 hissə paydan 2.9 kv metr ümumi sahənin çox, o cümlədən 1.75 kv.metr yaşayış sahəsinin çox, 1.15 kv metr yardımçı sahənin çox düşdüyü müəyyən olunur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-502/2019 saylı işi üzrə 11.02.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyət də olan əmlakın naturada ayrılması tələbinə dair iddiasının təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci sırada yerləşən 71A saylı fərdi yaşayış evinin “İİİ” literli ayaqyolu tərəflərin ümumi istifadəsində saxlanılması, “B” literli evin texniki pasportu üzrə 2 və 3 saylı yaşayış otaqları arasındakı keçid qapısı bağlanması, texniki pasport üzrə sahəsi 7,1 kv.metr olan 1 saylı təsərrüfat otağından 2 saylı yaşayış otağına keçid qapısının açılması, “B” literli evin 3 saylı yaşayış otağının və 1 saylı təsərrüfat otağının İddiaçı ayrılmaqla naturada bölünməsi, məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini AR Mülki Məcəlləsinin 213.1, 213.2, 220.2, 220.3, Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrinin müddəalarına istinad edərək əsaslandırmışdır. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdehlər apellyasiya şikayətində onunla əsaslandırmışlar ki, həmin ev paylı mülkiyyətdədir, 2003-cü il tarixdən iddiaçı və cavabdehlərin payları hər birinə bərabər şəkildə 4/1 olmaqla müəyyən edilmişdir. Qeyd olunan fərdi ev məhdud kommunal şəraitlidir. 2016-cı ildə məhkəmə baxışı zamanı eyni tərəflər arasında eyni predmet üzrə məhkəmə araşdırması zamanı ekspertiza t əyin olunmuş, paylı mülkiyyətdə olan evin Tikinti Notrma və Qaydalarına cavab vermədiyi barədə rəy verilmiş və bu səbəbdən də naturada bölünməsi mümkün hesab edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2021-ci il tarixli, 2(103)- 292/20 saylı qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki eskpertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.06.2021-ci il tarixli, 10/1430 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra ünvanında yerləşən tədqiqat obyektinin (71 və 71A saylı evin) İddiaçı ¼ hissədə payına uyğun olaraq təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bənd lərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, R.Eyvazov, Ş.Məmmədova) 2(103)-102/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-502/2019 saylı işi üzrə 11.02.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222-225, MPM-nin 14, 76, 77, 80, 82, 88, 119, 217, 218, 360, 372, 385, 386, 388 və 390-cı maddələrin müddəalarına istinad edərək əsaslandırmışdır. İddiaçı və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-102/2021 nömrəli 17.07.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin birinci instansiya baxışında təyin edilmiş ekspertizanın nəticələri 12.11.2018-ci il tarixli 19935 saylı rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 1-ci sıra, 71 saylı evin İddiaçı qızma məxsus 4/1 hissədə payın naturada, təcrid mənzil şəklində a yrılmasının (bölünməsi), İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə müvafıq olaraq, texniki cəhətdən mümkün olduğu, yəni iddiasının əsaslı olduğu müəyyən edilmişdir. Həmin rəyin məzmunundan, rəyin işin hallarına uyğun olduğu məlum olur. Belə ki, rəyin tədqiqat hissəsində göstərilmişdir ki, göstərilən payın naturada ayrılması üçün, tədqiq olunan mülkün “İİİ” literli ayaqyolu tərəflərin ümumi istifadəsində saxlanılmalı, “B” literli evin texniki pasportu üzrə 2 və 3 saylı yaşayış otaqları arasındakı keçid qapısı bağlanmalı, texniki pasport üzrə sahəsi 7,1 kv.metr olan 1 saylı təsərrüfat otağından 2 saylı yaşayış otağına keçid qapısı açılmalıdır. Kassator qeyd etmişdir ki, ekspert rəyində göstərilmiş 4/1 hissə olaraq naturada ayrı lması mümkün olan otaq və yardımçı sahənin ümumi sahəsi 23,5 kv. metr, yəni ümumi əmlakın 4/1 hissəsindən 2,9 kv. metr çoxdur. Hesab edir ki, bu fərqin müqabilində, iddiaçı, faktiki olaraq yardımçı sahə kimi istifadə olunan 25 kv. metrlik həyətyanı sahədə olan hissədə payını tələb etmir. Həmin həyətyanı torpaq sahəsi üzərində olan istifadə hüququ, mülkiyyət hüququna bərabər tutulur. Ekspert rəyinə əsasən iddiaçının payının naturada ayrılması mümkün olan hissəsi ümumi əmlakın 14 hissəsindən cüzi miqdarda - cəmi 2,9 kv. metr artıqdır. Yuxanda qeyd olunduğu kimi həmin fərqin müqabilində, iddiaçı, cavabdehlərə qarşı ümumi əmlaka aid 25 kv. metr həyətyanı sahəsinə dair tələb irəli sürməmişdir. Apellyasiya məhkəməsi tərəfindən bir hal da nəzərə alınmamışdır ki, iddiaçı əmlakın 4/1 hissəsinin mül kiyyətçisi olsa da, cavabdehlərin qanunsuz davranışları üzündən iddiaçı mülkiyyətində olan əmlaka dair sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Kassator öz mövqeyini Mülki Məcəllənin 152.2, 152.3, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, MPM-nin 101, 152, 217-ci maddələrin müddəalarına istinad edərək əsaslandırmışdır. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməd ikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, eksperti za aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəm əyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi payl ı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mül ki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Hazırki iş üzrə məhkəmə qərardadına əsasən keçirilmiş ekspertizanın 12.11.2018-ci il tarixli 19935 saylı rəyinə əsasən əlavə yenidənqurma işləri görülməklə iddiaçının payının naturada ayrılması mümkün hesab edilsə də, eyni tərəflər arasında eyni predmet və eyni əsaslar üzrə baxılmamaış saxlanılmış iddia üzrə məhkəmə icraatında alınmış 13.06.2014-cü il tarixli ekspert rəyində payın bərabər hissələrdə ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edildiyindən apellyasiya məhkəməsi iki ekspert rəyində olan ziddiyyətin aradan qaldırılması üçün təkrar ekspertia təyin etmiş və t əkrar məhkəmə tikinti-texniki eskpertizasının 11.06.2021-ci il tarixli, 10/1430 saylı rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 1-ci sıra ünvanında yerləşən tədqiqat obyektinin (71 və 71A saylı evin) İddiaçı ¼ hissədə payına uyğun olaraq təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə təkrar ekspertiza təyin etməsi Mülki Prossesual Məcəllənin 102.2-ci maddəsinin tələbinə uyğun olmuş və məhkəmə tərəfindən artıq ziddiyyətli olan rəylər deyil, təkrar ekspertizanın rəyinin mötəbər sübut kimi qəbil edilməsi düzgün olmuşdur. Məhkəmə koll egiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 218 –ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-102/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-247/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-247/2022
24.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver