Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2470/2024 11.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin və əldə çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)6498/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, real zərərin əvəzi olaraq 5050 manatın, əldən çıxmış faydanın əvəzi olaraq 7950 manatın və 129 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2(010)-2276/2023 nömrəli qətnaməsi ilə (hakim T.N.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh dəymiş zərərə görə 5050 manatın tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 129 manat dövlət rüsumunun 70,50 manat hissəsinin cavabdehdən tutulub id diaçıya ödənilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2(103)-6498/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “əldən çıxmış faydanın əvəzi olaraq 7950 manatın tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilmiş, həmin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əldən çıxmış faydanın əvəzi qismində 5565 manatın alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin “129 manat dövlət rüsumunun 70,50 manat hissəsinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi” hissəsi ndə dəyişdirilməsi, dövlət rüsumuna görə 129 manatın Cavabdeh alınıb İddiaçı ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, apellyasiya baxışı zamanı alınmış qiymətləndirmənin (qiymətləndirmə rəyinin) haqqı olan 300 manatın Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət olunmuşdur.
4. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)-6498/2023 nömrəli qərardadı ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və M.A.Məmmədovdan ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh iştirakı ilə elan olunmuş, 04 dekabr 2023-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilmiş, 05 fevral 2024-cü il tarixdə qanuni qüvvəyə minən qətnamə 08 fevral 2024cü il tarixdə icraya yönəldilmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, ərizəçinin irəli sürdüyü hal (savadsız olması və qətnamədə yazılanları təhlil edə bilməməsi) onun müddəti ötürməsinin üzrlü səbəbi sayıla bilməz və o, müddəti ötürməsinə haqq qazandıracaq digər hər hansı sübut da təqdim etməmişdir.
7. Məhkəmə mövq eyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.6, 400.0.1, 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
8. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)-6498/2023 nömrəli qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsini təmin etməklə, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 382-ci Mülki Prosessual Məcəllənin 133-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, cavabdehin hüquqi savadı olmadığından, məktub ona rəsmi olaraq g öndərilmədiyindən və yalnız elektron kabinetinə yerləşdirildiyindən, prosessual müddətlərin axımını hesablaya, apellyasiya şikayəti üçün 2 ay şikayət müddətinin nə zaman başlayacağını, nə zaman bitəcəyini bilməmişdir. Cavabdeh öz hüquqlarını bilməmiş, elektron kabinetə yerləşdirilmiş qətnamədən xəbəri olmamışdır.
10. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
11. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişl i poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırı lır. 402.2.3-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikay ətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
13. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. 14. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizli k baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
16. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
17. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
18. Hazırki işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2023-cü il tarixli qətnaməsi cavabdehin özünün iştirakı ilə elan edilmiş və qətnamənin əsaslandırılmış surəti 04 dekabr 2023-cü il tarixdə cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur. Yəni, cavabdehin qəbul edilən qətnamədən xəbəri olmuş, qətnamənin surəti ona qanunla müəyyən olunmuş qaydada təqdim olunmuşdur.
19. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin verilməsi üçün prosessual müddətinin axımını məhz həmin tarixdən hesablamalı olması, cavabdehin kassasiya şikayətini və prosessual müddətin bərpasına dair ərizəni 30 aprel 2024-cü il tarixdə apellyasiya məhkəməsinə verildiyi üçün prosessual müddətin ötürülməsi və müddətin bərpası üçün üzrlü səbəbin müəyyən olunmaması barədə düzgün nəticəyə gəlmişdir.
20. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin savadsız olması və prosessual müddətlərin hesablaya bilməməsini bildirməsi müddətin bərpası üçün əsas ola bilməz.
21. Belə ki, iş materiallarından müəyyən olun ur ki, apellyasiya məhkəməsinin qətnaməsi elan olunarkən, məhkəmə tərəfindən tərəflərə qətnamədən şikayət etmə qaydası və müddəti, protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqları izah olunmuşdur.
22. Odur ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz cavabdeh daşımalıdır.
23. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
24. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpas ından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2024-cü il tarixli, 2(103)-6498/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.