Məhkəmə qərarları › İş №2(102)-2472/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2472/2019

09.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2472/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər Vəkil1 və Vəkil3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov, iş № 2(009)-xxx/18) İddiaçı cavabdehlər «xxxx” MMC-yə və « xxxx» KB ASCyə qarşı «hərracın yekunlarına dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2(103)xxx/18) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Səbail Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar qəbul olunmasını x ahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər «xxxx” MMC-yə və «xxxx» KB ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 nömrəli evin 13/16 saylı mənzilinə dair hərracın nəticələrinin, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 19.01.2017-ci il tarixli Y-18 nömrəli protokolunun etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə havalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh «xxxx» KB ASC-nin vəkili Vəkil3 kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Digər cavabdeh «xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,Nəsimi rayon İcra Şöbəsinin 02.11.2015-ci il tarixli 1 7/70 N°-li 5060/117 saylı sifariş məktubu əsasında X1, X2 və Cəlilov Həsən Əsədulla oğlunun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13/16 saylı, 15, 17 və 19 saylı mənzillər ilkin satış qiyməti ümumilikdə 930.000 manat olmaqla 08.12.2016-cı il tarixdə hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, «İpoteka haqqında» Qanunun 43.5 maddəsinə əsasən ilkin satış qiyməti 15% endirilməklə, təkrar xx xxx 2017-ci il tarixdə yenidən hərraca çıxarılmış, hərrac yenə baş tutmadığından, həmin mənzillər «xxxx» ASC tərəfindən “İpoteka haqqında” Qanunun 43.7ci maddəsinə əsasən təkrar hərracdakı qiyməti 25% endirilməklə, ümumilikdə 592875 manata tələbkar «xxxx» ASC- yə təklif olunmuş, tələbkar Bank isə təklifi qəbul edərək ünvan 2 ünvanda yerləşən 13/16 saylı, 15, 17 və 19 saylı mənzilləri həmin qi ymətə almış və bu barədə 19.01.2017-ci il tarixdə Y-18 saylı hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuşdur. İddia ərizəsində keçirilmiş hərracın nəticələrinin məhkəmə tərəfindən etibarsız hesab edilməsi əsası kimi hərrac barədə bildirişlərin iddiaçıya təqdim edilməməsi və nəticədə hərracın iddiaçının iştirakı olmadan keçirilməsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” MMC əmlakın ilkin satış qiymətini və hərracın keçirilmə yeri və vaxtını göstərməklə xəbərnaməli məktubla və poçt daşınması şirkəti “xxxx” vasitəsilə İddiaçı ünvanına 08.11.2016-cı il və 09.12.2016-cı il tarixlərdə bildirişlər göndərmiş və İddiaçı poçt xəbərnaməsinə 28.11.2016-cı il tarixdə, “xxxx”MMC-nin qaiməsinə 10.12.2016-cı il tarixdə imza etməklə bildirişləri qəbul e tmişdir. Eləcə də, «xx» və «xx» qəzetlərinin müxtəlif buraxılışlarından görünür ki, ünvan 3 ünvanda yerləşən 13/16 saylı, 15, 17 və 19 saylı mənzilləri ilkin satış qiyməti 930.000 (doqquz yüz otuz min) manat olmaqla 08.12.2016-cı il və 11.01.2017-ci il tarixlərdə hərraca çıxarılacağı barədə hərracın keçiriləcəyi yer göstərilməklə elan dərc edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birin ci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəyə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəyə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə “xxxx” MMC qanunla nəzərdə tutulmuş tələbə əməl edərək hərrac barədə i ddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanına bildiriş göndərdiyindən və bu bildiriş həmin ünvanda qəbul edildiyindən iddia ərizəsinin dəlilləri əsassızdır. İşə baxan məhkəmə həmin bildirişlərdəki imzanın iddiaçıya aid olub-olmadığının yoxlanılması üçün iş üzrə xətşünaslıq ekspertizası təyin edilməsini zəruri hesab etməmişdir. Belə ki, fiziki şəxsin qeydiyyatda olduğu və yaşadığı ünvana göndərilmiş sənədi şəxsən özü qəbul etməsə belə ona çatdırılması üçün ailə üzvlərindən birinə təqdim edilməsi bildirişin çatdırılması kimi qiymətləndirilir. Bu səbəbdən iddiaçının yaşadığı ünvanda məhkəmə bildirişinin kim tərəfindən qəbul edilməsinin araşdırılması zəruri hesab edilmir. Məhkəmə həmçinin hesab etmişdir ki, bildirişin göndərildiyi ünvana deyil, səhvən başqa ünvana çatdırıldığı və idd iaçının ailə üzvü olmayan şəxsə təqdim edildiyi halda iddiaçıya dəymiş ziyana görə məsuliyyət hərracı keçirmiş təşkilatın deyil, poçt xidmətinin üzərinə düşdüyündən bu hal hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məh kəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli № 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar