Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2476/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: avtomobilin etibarnamə olmadan idarə edilməsi halında subroqasiya hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi M iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6895/2020 nömrəl i iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir.və həmin avtomobili İddiaçı 31.05.2017-ci il tarixdən 31.05.2018-ci il tarixədək 55.000 manat məbləğində icbari sığorta etdirmişdir.
2. Bakı şəhər DYPİ-nin TYP seriyalı 119931 saylı X4 protokolundan görünür ki, Cavabdeh2 14.09.2017-ci il tarixdə idarə etdiyi “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən mənevr etmə qaydaların pozaraq “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşar aq nəqliyyat vasitəsinə maddi ziyan yetirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomobili etibarnamə olmadan idarə etmişdir.
3. Bakı şəhər DYPİ-nin TYP seriyalı 119931 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 114-cü maddələrinə əsasən 40 manat məbləğində cərimə edilmişdir.
4. Texniki ekspertiza şöbəsi tərəfindən 19.09.2017-ci il tarixdə verilmiş Hesabatdan görünür ki, hadisə nəticəsində müvafiq olaraq “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 5130 manat məbləğində zərər dəymişdir. 5. 21.09.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahib i X1 vurulmuş zərərin əvəzi olaraq 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
6. İş materiallarından görünür ki, mülkiyyətçi Cavabdeh1 “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili 25.05.2018-ci il müddətinədək Cavabdeh3 01.06.2017-ci il tarixli etibarnamə əsasında etibar etmişdir.
7. Bundan başqa işin halları ilə müəyyən edilir ki, ““Hyundai H100” markalı avtomobilin Cavabdeh2 tərəfindən qanunsuz idarə edilməsi ilə bağlı nə mülkiyyətçi Cavabdeh1, nə də X tərəfindən hər hansı bir etiraz daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək, “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 manat sığorta ödənişi məbləğinin və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumunun, cəmi 5030,40 manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 14.09.2017-ci il tarixdə idarə etdiyi “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən manevr etmə qaydaların pozaraq “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəqliyyat vasitəsinə maddi ziyan yetirmişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. İcbari sığortalar haqqında qanunu n 25-ci maddəsinə əsasən Cavabdeh2 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Bakı şəhəri DYPİ-nin 14.09.2017-ci il tarixli X4 Protokol və Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatlara uyğun olaraq “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilə 5130 manat ziyan dəymişdir. PAT********** saylı sığorta Müqaviləsinin 042479 saylı sığorta aktına əsasən “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq İddiaçı Sığorta Şirkəti tərəfindən 5000 mana t məbləğində sığorta ödənişi həyata keçirmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1925/20 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş zərərə görə 5000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ-nin TYP seriyalı 119931 saylı X4 protokoluna əsasən Cavabdeh2 14.09.2017-ci il tarixdə idarə etdiyi “Hyundai H100” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən mənevr etmə qaydaların pozaraq “Mitsubishi Pajero” markalı ** HF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəqliyyat vasitəsinə maddi ziyan yetirmişdir. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomobili etibarnamə olmadan idarə etmişdir. Bununla yanaşı, mülkiyyətçi əmlakın yol nəqliyyat hadisəsini törədən şəxsin istifadəsinə onun iradəsinə uyğun olaraq verilməsini təsdiq etmiş, habelə, həmin maşının mülkiyyətçinin xəbəri olmadan qaçırılması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişini geri tələb etmək hüququ verir.
12. Həmçinin hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi onu etibarnamə olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, məhkəmə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlmişdir.
13. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü cavabdehə gəldikdə isə, ziyan vuran avtomobil vasitəsini idarə etmək üçün etibarnaməsi olmasına baxmayaraq, yol nəqliyyat hadisəsi törədilən vaxt onun həmin nəqliyyat vasitəsində olması, nəqliyyat vasitəsinin məhz onun tərəfindən idarə etmək üçün Cavabdeh2 verilməsi, ümumiyyətlə ziyanın vurulmasında onun birbaşa və ya dolayısı ilə hər hansı təqsiri sübuta yetirilmədiyindən, mülki cavabdehlik daşımır
14. Məhkəmə cavabdehlərin yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh3 canlı etibarnamə kimi həmin avtomobildə olması və buna görə də subroqasiya üçün əsas olmaması ilə bağlı arqumentini də əsasız saymışdır. Belə ki, Bakı şəhər DYPİ-nin TYP seriyalı 119931 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 114-cü maddələri ilə təqsirli bilinmiş, barəsində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəllənin 332.1.-ci maddəsinin dispozisiyasından göründüyü kimi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi inzibati xəta hesab edilir. Cavabdehlər həmin qərarı mübahisələndirməyiblər və o, hazırda qüvvədədir. Belə olan halda, onlar, qeyd edilən arqumentə əsaslana bilməzlər. Odur ki, iddiaçının subroqasiya qaydasında qaldırdığı iddia əsaslıdır və təmin edilməlidir
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1114.1, 1097.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3.-cü, Mülki Prossesual Məcəlləsinin (bund an sonra – MPM) 107, 119.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6895/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1925/20 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, nəqliyyat vasitələri, o cümlədən də avtomobillər yüksək təhlükə mənbəyi hesab olunduğundan, onların qanunvericiliklə müəyən olunmuş qaydada qeydiyyata alınması, habelə əməli və ya etibarnaməli idarəçiliyə və ya istifadəyə verilməsinin də müvafiq qaydada qeydə alınması yalnız ictimai maraqlar baxımından əhəmiyyət kəsb edir və bu məqsəd ilə həyata keçirilir. Burada məqsəd yüksək təhlükə mənbəyi tərəfindən üçüncü şəxslərin həyat və sağlamlığına, habelə onların əmlakına vurulan zərərə görə məsuliyyət daşıyan şəxsin (həm qanuni, həm də faktiki sahibin) kimliyinin müəyyən olunmasından, həmin şəxsinmülki, inzibat və cinayət məsuliyyətinin labüdlüyünün təmin edilməsindən ibarətdir. 1
9. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 21 maddədən ibarət xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332-ci maddəsində etibarnamə olmadan avtomobilin idarə olunması inzibati xəta kimi nəzərdə tutulmuşdur. Bununla belə, hətta həmin maddənin dispozisiyasına diqqət yetirdikdə məlum olur ki, izibati xəta haqqında qanunvericildik də nəqliyyat vasitəsinə sahiblik etmək hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna kimi müəyyən olunmuşdur, yəni nəqliyyat vasitəsinin sahibi avtomobildə olduqda, həmin nəqliyyyat vasitəsini idarə edən üçüncü şəxsə etibarnamə verilməsi zəruri deyildir. Qanunvericinin bu mövqeyi olduqca məntiqli və anlaşılandır.
20. Azərbaycan Respublikası Cinayət Məcəlləsində də «Hərəkət təhlükəsizlik və nəql iyyat vasitələrinin istismarı əlehinə olan cinayətlər» adlı xüsusi Fəsil (XXİX Fəsil) nəzərdə tutulmuşdur. Həmin Fəsildə …yol hərəkəti qaydalarını və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulmasının nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi xüsusi normada (maddə, 2631.1.) nəzərdə tutulmuşdur.
21. Qeyd olunanlardan da məlum olur ki, nəqliyyat vasitəsinə dair üçüncü şəxslərə etibarnamə verilməsi müstəsna olaraq mülkiyyətçi və ya buna səlahiyyəti olan mükəlləfiyyətli şəxsin subyektiv hüququ ilə bağlı olub, yalnız etibar edənlə onun adından çıxış edən etibar olunan arasındakı mülki münasibətləri tənzimləyir, həmin etibarnamələrin müvafiq qaydada qeydə alınması isə yalnız ictimai maraqlarla bağlı olub, həmin yüksək təhlükə mə nbələrinin vurduqları istənilən (mülki, inzibati, cinayət) zərərə görə məsul olan şəxsin kimliyinin müəyyənləşdirilməsinə xidmət edir və bu məsələnin sığorta, eləcə də icbari sığorta qanunvericiliyi ilə tənzimlənən münasibətlərə hər hansı aidiyyatı yoxdur.
22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu dəlili, yəni hadisə vaxtı avtomobili idarə edən Cavabdeh2 yazılı etibarnaməsinin (ümumiyyətlə, etibarnamənin olmaması) olmaması iddia tələbinin keçərli olmasına əsas verə bilməz. Çünki işin mübahisəsiz olan faktiki hallarından da göründüyü kimi yol nəqliyyat hadisəsi baş verən vaxt avtomobili sürücülük hüququ olan Cavabdeh2 idarə etmişdir. 23. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilə n əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
24. Belə ki, qeyd edilən normanın dispozisiyasında nəzərdə tutulan hüququ olmayan şəxs dedikdə, hazırkı hala münasibətdə məhz sürücülük hüququ olmayan şəxs tərəfindən avtomobilin idarə edilməsi nəzərdə tutulur, etibarnamənin olmamasının isə yuxarıda da qeyd olunduğu kimi tərəflər arasındakı sığorta münasibətlərinə təsiri yoxdur Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatla rı a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərinmə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
29. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətb iq edilən hüquq
33. Mülki Məcəllə
34. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. (maddə 883.1)
35. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuli yyətin sığortası aiddir. (maddə 888.1)
36. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. (maddə 899.1.1)
37. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. (maddə 922.1)
38. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (maddə 922.2)
39. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanu nlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. (maddə 926.1)
40. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. (maddə 936.1)
41. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (maddə 936.2)
42. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərə rə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (maddə 936.5) “İcbari sığortalar haqqında” Qanun
43. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3)
44. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanu ni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.(maddə 53.1) Mülki Prossesual Məcəllə
45. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
46. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
48. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadd a ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Belə ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir.
53. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan sürücülərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurla r. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmamasının sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aidiyyəti yoxdur. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanui əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahi bi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.
54. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki, avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Son vaxtlar mülki dövriyyəyə daxil olan “ayıq sürücü” xidtməti məşğul olan şəxsləri də buna aid etmək olar. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Çünki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır. Bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər və buna dair qanunvericilikdə qadağanedici norma yoxdur. Hazırki işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə Cavabdeh2 tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığorta lar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6895/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.