Məhkəmə qərarları › İş №2(102)-2477/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2477/2024

23.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2477/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Resplikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2024-cü il tarixli, 2(103)-2300/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 4-cü M.Mikayılov küçəsindəki 17 nömrəli yaşayış evinin 13 nömrəli mənzili 07 yanvar 1998-ci il tarixdə X4 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 2. ünvan 1 ünvanında yerləşən 13 nömrəli, 18,8 kv.metr sahəli mənzil 29 iyul 2021-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.

3. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı ünvanlandırılmış 15 sentyabr 2021-ci il tarixli, 207 nömrəli məktuba əsasən “...mülkiyyətçisi olduğunuz mənzildə ünvan 2əcburi köçkün Cavabdeh1 ailəsi – Cavabdeh2, X5 – ilə birlikdə 1992-ci ildən müvəqqəti məskunlaşıb.”

4. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlandırılmış 16 dekabr, 30 dek abr 2022-ci il tarixli məktuba əsasən “... ünvan 2əcburi köçkün Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4-də yerləşən 17 nömrəli evin 13 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır...”

5. Laçın rayonu İcra Hakimiyyəti Başçısının Daşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Daşlı kənd sakini Cavabdeh1 oğlu Cavabdeh2, gəlini Cavabdeh3 və nəvəsi 2018-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 3 ünvanında yaşayırlar.

6. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 107 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı ünvanlandırılmış 20 iyul və 26 iyul 2023-cü il tarixli məktublara əsasən “Biləcəri qəsəbəsi, 4-cü döngə, M.Mikayılov küçəsi, ev 17, mənzil 13 -də Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2əcburi köçkün kimi müvəqqəti məskunlaşıblar. Onların faktiki qeydiyyatı barədə 107 nömrəli MKİS-də heç bir məlumat yoxdur...”

7. Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlandırılmış 09 avqust 2023-cü il tarixli məktuba əsasən “ünvan 5əcburi köçkün Cavabdeh1, övladı Cavabdeh2 və gəlini Cavabdeh4 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4-də yerləşən 17 nömrəli evin 13 nömrəli mənzilində müvəqqəti məskunlaşmışdır. Əmirova X7 rayonu, Digah qəsəbəsi, Bağlar 120 ünvanında yerləşən 24/26 nömrəli fərdi yaşayış evində ailəli övladı Cavabdeh2 ailəsi ilə birgə yaşayır. Cavabdeh1 və övladı Cavabdeh2 məcburi köçkün statusu aşkarlanmadı.”

8. Bakı şəhəri Binəqədi rayon İcra Hakmiyyəti tərə findən İddiaçı ünvanlandırılmış 07 sentyabr 2023-cü il tarixli məktuba əsasən “məcburi köçkün ailəsinin məskunlaşdığı yerlərdən çıxarılması Binəqədi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Odur ki, Sizə məxsus evdə məskunlaşmış məcburi köçkün ailəsinin çıxarılması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.”

9. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 25 oktyabr 2023-cü il tarixli arayışına əsasən İddiaçı məxsus Bakı şəhəri, ünvan 8 ünvanında qeydiyyatsız olaraq Cavabdeh5 və Cavabdeh6 yaşadıqları müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəs i, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 nömrəli evin 13 nömrəli mənzilindən cavabdehlərin, hər kəsin qeyri-qanuni sahibliyindən götürülməsi, mənzildən istifadə edilməsinin cavabdehlərə, hər kəsə qadağan edilməsi; cavabdehlərin (himayələrindəki yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) mənzildən hər hansı qeydşərt olmadan çıxarılmaları (köçülürmələri) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlər mənzildən qeyri-qanuni sahiblik və istifadə etməklə iddiaçının hüquqlarını pozurlar. Cavabdeh1 adına Abşeron rayonu, Digah qəsəbəsi, Bağlar 120 ünvanında 24/26 nömrəli ev vardır. Bu ev üzrə elektrik enerjisinin abonenti Cavabdeh1dır. Bundan başqa, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzili digər cavabdehlərin kirayə əsasları ilə istifadələrinə vermişlər. Cavabdeh4 da onların ailə üzvüdür. Mənzildə kirayədə yaşayanlar isə Cavabdeh6 və X3r.

12. Birinci instansiya məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən mənzil 1960-cı ildə onun atasına verilmişdir. Sonradan atası boşandıqdan sonra evin bir otağını keçmiş yoldaşına vermişdir. O doğulanda həmin 1 otaqlı evdə doğulmuşdur. 1998-ci il tarixdə mərhum atası X4 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ona məxsus, iddia ərizəsində göstərilən mənzili qeyri-qanuni olaraq zəbt etmiş, öz ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə birlikdə bir müddət həmin mənzildə yaşamışlar. Sonradan onlar Cavabdeh1 aid, Abşeron rayonunda yerləşən mənzilə köçmüş, bu evi isə Cavabdeh6 və Gülsüma Məlikova adlı şəxslərə kirayəyə vermişlər. Buna görə də o iddia tələbində cavabdehlərin, habelə hər kəsin ona məxsus evdən çıxarılmasını tələb etmişdir.

13. Birinci instansiya məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, o, təxminən 1994-cü ildən iddia ərizəsində göstərilən mənzilə köçkün olduğu üçün köçmüş, həmin vaxt ona maneçilik edən olmamışdır. Belə ki, yoldaşının dayısı Biləcəri qəsəbəsindən ev aldıqlarını demiş, onlara həmin evi təqdim etmiş və müvəqqəti yaşamalarına icazə vermişdir. Ev iki otaqdan ibarət idi. O, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamış, oranı abadlaşdırmış, həyətdə yeni tikili inşa etmişdir. Bu vaxtadək iddiaçı ona qarşı hər hansı tələb irəli sürməmişdir. Hazırda onun evdən çıxarılmasını istəyirsə, çəkdiyi xərcləri ödəsin.

14. Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-684/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 nömrəli evin 13 nömrəli mənzilin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və X1 qeyri-qanuni sahibliyindən götürülməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 nömrəli evin 13 nömrəli mənzildən iddiaçının istifadəsinə yaradılan maneələrin cavabdehlərə qadağan olunması, cavabdehlərin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 nömrəli evin 13 nömrəli mənz ildən çıxarılması, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 nömrəli evin 13 nömrəli mənzilin iddiaçının faktiki sahibliyinə qaytarılması qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçi olan iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 nömrəli evin 13 nömrəli mənzilə faktikı sahibliyiyni itirmiş, sözügedən əmlak cavabdehlərin qeyri-qanuni sahibliyindədir. İddiaçı faktiki olaraq mülkiyyətindən məhrum edilmişdir.

16. Cavabdeh1 etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli evin abadlaşdırmasına əsaslanaraq həmin evdən cavabdehin çıxmamasının heç bir hüquqi əsası və sübutu olmamqla yanaşı bu abadlaşmanın mövcud olduğu b elə ehtimal edilsə də bu halda da mülkiyyətçinin iradə ifadəsinin ziddinə edilmiş bir hərəkət kimi qiymətləndirilməlidir.

17. Cavabdehin məcburi köçkün olduqları ilə bağlı dəlilinə dair məhkəmə diqqətə çatdırır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə müraciət etməklə bağlı cavabdehin hüququ mövcuddur.

18. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022ci il tarixli, 3587 nömrəli Sərəncam ilə “Azərbaycan Respublikasının işğaldan azad edi lmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilmişdir. Həmin Proqramda işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.

19. Məhkəmə gəldiyi nəticəni Azərba ycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X8 haqqında” Avropa Konvensiyasının 1 nömrəli Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

20. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər (X6, oğlu Cavabdeh2, qızı X5, gəlini Cavabdeh4) 1994-cü i ldə məcburi köçkün olaraq Bakı şəhərinə köçmüşlər. Həmin tarixdə mübahisəli mənzili başqa bir fiziki şəxsdən 2.700 ABŞ Dollarına almışlar. Elə həmin vaxtdan da sözügedən evdə yaşayırlar. Cavabdehlər dəyərini ödəməklə əldə etdikləri evdə yaşadıqları 30 il müddətində əlavə olaraq evdə yaxşılaşdırma işləri aparmış, əlavə olaraq 2 otaq, 1 sanuzel, və 1 mətbəx də inşa etmişlər (artırmışlar). Cavabdehlər mənzildə yaşadıqları bu 30 il ərzində mənzilin iddiaçıya və ya başqa bir şəxsə məxsus olması ilə bağlı onlara heç bir müraciət olunmamışdır. Neçə ola bilər ki, şəxs ona məxsus əmlaka 30 il ərzində bir dəfə də olsun baş çəkməmiş. Şahid kimi gətirdikləri şəxslər nə üçün bu 30 il ərizində, ona məxsus evdə başqa şəxslərin yaşadığını, tikilidə aparılan yaxşılaşdırma, əlavə 2 otağın, sanuzel və mətbəx in tikintisi ilə bağlı iddiaçıya heç bir məlumat verməmiş. Əgər ev iddiaçıya məxsus idisə, 30 il ərzində iddiaçının tikili ilə maraqlanmaması, 1 dəfə də olsun gəlib evə baxmaması inandırıcı deyildir. Hesab etmişdirlər ki, iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış qanunsuz olaraq verilmişdir. Hal-hazırda həmin çıxarışı və çıxarışın verilməsinə əsas olmuş sənədləri məhkəmə qaydasında mübahisələndirirlər. Bunlardan əlavə cavabdehlərə məxsus ev 2 otaqdan ibarətdir, iddiaçının iddia etdiyi və iddia ərizəsinə əlavə etdiyi çıxarışında da göründüyü kimi ona məxsus ev 18.80 m2-lik 1 otaqlı evdir. İddiaçıya məxsus tikiliyə verilmiş çıxarış cavabdehlərə məxsus tikili (ev) ilə üst-üstə düşmür. Odur ki, bu halın müəyyən edilməsi üçün iş üzrə tikintitexniki eksp ertizası təyin edilməsi mütləqdir. Bildiririk ki, 1993-cü ildən bu gün qədər, hər ay torpaq vergisi və digər bütün kommunal (qaz, işıq, su, və sair) ödənişlər cavabdeh tərəfindən ödənilir. Belə ki, şikayətə əlavə edilmiş qəbzlərindən də görünür ki, Cavabdeh1 tərəfindən M.Mikayılov 17. m 13 ünvanla bağlı, məişət tullantılarının yığılması və daşınması üçün Mənzil Kommunal Təsərrüfat İdarəsinə ödənişlər də etmişdir. Daha sonra şikayətə əlavə edilmiş müqavilələrə əsasən mübahisəli mənzilin qaz təchizatı, elektrik enerjisi təminatı üçün müvafiq qurumlarla müqavilə Cavabdeh1 ilə bağlanmışdır. Ödənişlər də onun tərəfindən həyata keçirilir. Şikayətə əlavə edilmiş və Binəqədi rayon MKTB-nin 107 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 30 yanvar 2015-ci il tarixli arayışa əsasən C avabdeh1, Cavabdeh2 və, Cavabdeh3 1993-cü il tarixdən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, döngə 4 ünvanında yerləşən 17 nömrəli evin 13 nömrəli mənzilində məskunlaşıb, qeydiyyatsız olaraq yaşayırlar.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 aprel 2024-cü il tarixli, 2(103)-2300/2024 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon məhkəməsinin 2(001)684/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.( hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışinski)

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli evdən cavabdehin çıxmamasının heç bir hüquqi əsası və sübutu olmamaqla yana şı bu abadlaşmanın mövcud olduğu belə ehtimal edilsə də mülkiyyətçinin iradə ifadəsinin ziddinə edilmiş bir hərəkət kimi qiymətləndirilməlidir.

24. Apellyasiya şikayətinin mübahisələndirilən əmlakın bir otaqdan ibarət olması, daha sonra cavabdehlər tərəfindən əlavə 2 otağın, 1 sanuzelin, 1 mətbəxin tikilməsinə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağla mlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir.

25. Apellyasiya şikayətinin iddiaçı tərəfindən mülkiyyətində olan əmlaka uzun müddət ərzində diqqət yetirilməməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, hər hansı bir şəxsi n mülkiyyət hüququ qeyd olunan halla məhdudlaşdırıla bilməz. Apellyasiya şikayətinin dəlili qismində təqdim olunan Binəqədi rayon MKTB-nin107 nömrəli Mənzil Kommunal istismar Sahəsi tərəfindən verilmiş arayışlar və kommunal ödənişlərə dair sənədlər iddiaçının mübahisələndirilən əmlaka dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan üstün hesab edilməməklə bərabər, çıxarışın hüquqi əhəmiyyətinə təsir etmir.

26. Apellyasiya şikayətinin dəlili qismində qeyd olunan mübahisələndirilən mənzilin 1994-cü il tarixdə alğı-satqı yolu ilə əldə olunmasına münasibətdə nəzərə alınmalıdır ki, bu halı təsdiq edən heç bir sübut (müqavilə və s.) cavabdehlər tərəfindən təqdim olunmamışdır.

27. Belə ki, iddiaçı tələbin in əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut apellyatorlar tərəfindən təqdim edilməmişdir.

28. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlər mübahisəli fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

29. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 14.1, 152.1, 157.2, 157.4-cü maddələrinə, habelə MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh1 (Vəkil Hüseyn qızı) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2300/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçının Petrova cavabdehlərə qarşı “mənzildən çıxarılma və sair barədə” tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş emişdir.

31. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədləri araşdırmadan, sənədlərin əsillərini iddiaçıdan tələb etmədən, cavabdehin məhkəmədə iştirakını təmin etmədən, məhkəmədə müdafiə hüququnu pozmaqla qətnamə qəbul etmişdir.

32. Ka ssasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cü maddələrinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 4.1, 76, 77.1, 77.3, 217-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin qismən yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğura n hərəkətlərindən əmələ gəlir.

38. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 1 nömrəli Protokolunun 41. 1-ci maddəsinə əsasən hər bir fizik i və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnı z məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəaməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli evdən Cavabdeh1 çıxmamasının heç bir hüquqi əsası yoxdur. Mübahisələndirilən evin bir otaqdan ibarət olma sı, daha sonra cavabdehlər tərəfindən əlavə 2 otağın, 1 sanuzelin, 1 mətbəxin tikilməsinə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Beləliklə, qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququn un yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir.

51. Apellyasiya şikayətinin iddiaçı tərəfindən mülkiyyətində olan mənzilə uzun müddət ərzində diqqət yetirilməməsi dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı bir şəxsin mülkiyyət hüququ qeyd olunan halla məhdudlaşdırıla bilməz. Apellyasiya şikayətinin dəlili qismində təqdim olunan Binəqədi rayon MKTB-nin 107 nömrəli Mənzil Kommunal istismar Sahəsi tər əfindən verilmiş arayışlar və kommunal ödənişlərə dair sənədlər iddiaçının mübahisələndirilən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan üstün hesab edilməməklə bərabər, çıxarışın hüquqi əhəmiyyətinə təsir etmir.

52. Apellyasiya şikayətinin dəlili qismində qeyd olunan mübahisələndirilən mənzilin 1994-cü ildən alğı-satqı yolu ilə əldə olunmasına münasibətdə nəzərə alınmalıdır ki, bu halı təsdiq edən heç bir sübut (müqavilə və s.) Cavabdeh1 tərəfindən təqdim olunmamışdır.

53. Belə ki, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş və bu halları təkzib edən sübutları Cavabdeh1 məhkəməyə təqdim etməmişdir.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıya məxsus mübahisəli mənzildə hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və Cavabdeh1 həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh1 mübahisəli mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

55. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdeh İddiaçı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəd ə dəyişdirilmədən, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 fevral 2024-cü il tarixli, 2(103)-2300/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar