Məhkəmə qərarları › İş №2(102)-2478/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2478/2020

29.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2478/2020 29.06.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı1 Cavabdeh: Cavabdeh1 İddia tələbi: dam örtüyünün bir hissəsinin sökülməsi və tikilinin istifadədə saxlanılması (Açar sözlər: qonşuluq hüququ, çıxıntılı bina, tikilinin qonşu sahəsinə keçən hissəsinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-600/2019 nömrəli iş üzrə 11 sentyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyun 2020-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: ünvan 1 dalan 8a ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 Camal qızına (bundan sonra – iddiaçı) məxsusdur. ünvan 1 dalan 8 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 (bundan sonra – cavabdeh) məxsusdur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək dam örtüyünün ona tərəf keçən 40 sm hissəsinin sökülməsi və ara barının onun istifadəsində saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona aid mülkün torpaq sahəsinin 19 metrini 2012-ci ildə cavabdehə satmışdır. Bir neçə ildən sonra, 2015-ci ildə cavabdehə satdığı torpaqda sonuncu ara divarı çəkib və həmin divarı onun evinə birləşdirərək 40 sm onun evinin divarına qatıb və həmin torpaqda ev tikərək ayna-qapısını onun həyətinə qoyub. Özü bir müddət dağda olmuş və dağdan gələndən sonra görmüşdür ki, cavabdeh hasardan aşaraq onun həyətinə daxil olub və orada tikinti işləri aparmışdır. Cavabdehin apardığı tikinti işləri onun həyətinə tərəf keçmişdir. Cavabdehə dəfələrlə divarını, dam örtüyünü söküb öz tərəfində tikməsi təklif etsə da, o, bundan imtina etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, yaşadığı evi iddiaçının özündən almışdır və mübahisə edilən tikili onun özünə məxsus torpaq sahəsinin hüdudları daxilindədir. İşin yeni apelyasiya baxışında verdiyi izahatında cavabdeh bildirmişdir ki, i ddiaçı ilə mübahisəyə son qoymaq üçün sözügedən tikilini birdəfəlik sökməyə başlamışdır. x5 Rayon Məhkəməsinin qərardadına əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 11.12.2017-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus yaşayış evində aparılmış tikinti işləri texniki pasportun məlumatlarına uyğun gəlir. x5 Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)89/2018 nömrəli, 19 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Mahmudov) iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-1565/2018 nömrəli iş üzrə 03 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Bayramov (sədrlik edən və məruzəçi), L.Süleymanov və İ.Şəfiyev) birinci instansiya məhkəməsi nin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6189/2018 nömrəli iş üzrə 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, iş üzrə verilmiş ekspert rəyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 80-ci maddəsinin tələblərinə uyğun deyil, yəni işə aid olmayan sübutdur. Ekspert qarşısında qoyulan sualın və verilən cavabın hazırkı mübahisəyə aidiyyəti yoxdur. İşə apelyasi ya qaydasında yenidən baxılarkən mübahisə ilə bağlılığı iddia edilən halın (çıxıntılı binanın) mövcud olubolmaması ilə bağlı ekspert tədqiqatı keçirilməli, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 170 və 173-cü maddələrinin göstərişləri baxımından hüquqi qiymət verilməlidir. İşə yenidən baxan apelyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət edərək yeni məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Həmin ekspertizanın verdiyi 27.06.2019-cu il tarixli rəylə müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 2-ci dalan 8a saylı fərdi yaşayış evinə dair 11.03.2015-ci il tarixdə verilmiş texniki pasportun göstəricilərinə əsasən B tikilisi ilə cavabdehin divarına qədər məsafə 6,0 metr, faktiki olaraq isə 5,7 metr təşkil edir. Cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 2-ci dalan 8 saylı yaşayış evində aparılmış tikinti işlərinin ümumi sahəsi 4,74(0,30mx15,8m) kv.m. olmaqla, cavabdeh tərəfindən aparılmış tikinti işlərinin 30 sm enində hissəsi iddiaçının həyətinə (0,0136 ha) torpaq sahəsinə tərəf keçmişdir. Cavabdehə məxsus yaşayış evi ilə iddiaçıya məxsus yaşayış evi arasında olan divarın eni 40 sm və hündürlüyü 3,2 m təşkil etməklə, həmin divarın cavabdehə aid olduğu müəyyən edilir. Cavabdehin yaşayış evinin iddiaçının həyəti ilə həmsərhəd olan divara bitişik təqribən 20x40sm ölçüdə sütun və divar sonradan inşa olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin 2(104)-600/2019 nömrəli iş üzrə 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və Ç.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən inşa edilmiş dam örtüyünün iddiaçının mülkiyyətində olan torpaq sahəsinə keçən 40 sm hissəsinin sökülməsi və ara barının iddiaçının istifadəsində saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həqiqətən cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0,50 sm hissəsində tikinti işləri aparılmış və bununla da, iddiaçının mülkiyyətinə müdaxilə edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının qonşuluğunda yerləşən Gən cə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 2-ci dalan 8 saylı yaşayış evinin mülkiyyətçisi olan cavabdeh tərəfindən tikinti işləri aparılmış və tikinti işlərinin 30 sm enində hissəsi iddiaçının həyətinə keçmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya məxsus həyətin divarına bitişik sütun və divar tikilmişdir. Bu fakt işdə olan 27 iyun 2019-cu il tarixli ekspert rəyi ilə təsdiq olunduğuna görə iddiaçının bununla bağlı izahatı MPM-in 106.1-ci maddəsinin tələbinə əsasən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, cavabdehin “əlavə inşa etdiyi tikililərin sökülməsinə başlanılmasına” dair izahatı da iddianın əsaslı olduğunu bir daha təsdiq edir. Apelyasiya instansiyası məhkəməsi işin hallarına Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 170.1, 170.2, 173.1, 173.3-cü maddələrini, MPM-in 77.1, 88, 217.4-cü maddələrini tətbiq edərək, belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdeh (vəkil x2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsini cavabdeh iddiaçıdan almışdır. Torpaq sahəsini aldıqdan sonra cavabdeh öz vəsaiti hesabına ara barı çəkdirmişdir. Qeyd edilən binanın çıxıntısı iddiaçı tərəfindən cavabdehə həmin vəziyyətdə satılmışdır. Hazırda həmin bina cavabdeh tərəfindən sökülmüşdür. Məhkəmə tikinti texniki ekspertizasının 11 dekabr 2017-ci il tarixli rəyindən də görünür ki, cavabdehə məxsus yaşayış evində aparılmış tikinti işləri texniki pasportun məlumatlarına uyğun gəlir. Yəni bu hal onu bildirir ki, cavabdeh əlavə hər hansı bir tikinti həyata keçirməmişdir və evi iddiaçıdan aldığı vəziyyətinə heç bir əlavə etməmişdir. Həmçinin, məhkəmə tikinti-texniki ekspertizasının 27 iyun 2019-cu il tarixli rəyində cavabdehin mülkündə aparılmış tikinti işlərinin 30 sm enində olan hissəsinin iddiaçının həyətinə keçməsi, həmçinin cavabdehin evi ilə iddiaçıya məxsus olan evin arasında olan eni 40 sm, hündürlüyü 3.2 m təşkil edən divarın cavabdehə məxsus olması və sonradan inşa olunduğu müəyy ən edilmişdir. Apelyasiya məhkəməsi isə öz qətnaməsində guya cavabdehə məxsus binanın 40 sm hissəsinin iddiaçıya məxsus mülkə keçməsi, habelə həmin binanın iddiaçıya məxsus olması qərarına gəlmiş, bu zaman ekspert rəyinə əsaslanmışdır. Halbuki, məhkəmə öz qətnaməsində ekspertin rəyini təhrif olunmuş formada göstərmişdir. Mübahisə edilən və iddiaçının istifadəsinə verilmiş divar cavabdehin mülkiyyətindədir. Məhkəmə bu qətnamə ilə cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında çıxıntılı bina ilə əlaqədar olan normalardan bəhs etmiş, ara barının cavabdehin mülkiyyətində olmasını təsdiq etmişdir. Ara barının cavabdehin mülkiyyətində olması barədə məhkəmə hər hansı sübutu mübahisələndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki iş ə baxılan zaman ümumiyyətlə, mübahisənin həll edilməsinə yönəldilən hərəkətlər edilməmiş, qeyd edilən faktlara səthi yanaşılmışdır. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla mü əyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 170.1 və 170.2. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz t əsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mü lkiyyət hüququ verilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Məhkəmə tərəfindən hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə edilmiş göstərişlər yerinə yetirilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəti cələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-600/2019 nömrəli iş üzrə 11 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar