Məhkəmə qərarları › İş №2(102)-248/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-248/2021

01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-248/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh və “xxxx” MMC-nə qarşı “mənzilin təmirinə görə ödənilmiş vəsaitin tutulması” barədə ilkin iddia Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiaya dair iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, onun vəkili Azayev Tərlan Nurəhməd oğlunun, Cavabdeh, onun nümayəndəsi və Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 103)-8566/2019 nömrəli iş üzrə xx xxxx 2019-ci il tarixli qətnaməsindən Cavabdeh və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 92 saylı xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, “İcraçı” “xxxx” MMC Mmərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m. olan mənzil, izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi «Payçı» İddiaçı verməyi öhdəsinə götürür. Müqavilə üzrə ümumi sahənin dəyəri hər kvadrat metri 543,33 manat təşkil edir. “xxxx” MMC-nin xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı x 1 mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 m2 olan 2 otaqlı mənzilin müqavilə dəyəri tam ödənilmişdir. Bakı Apellyasiya m əhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-2363/2017 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı və “xxxx” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamə ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-6068/2017 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli 2(103)-2363/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin xx.x x.2015-ci il tarixli 2(011)-8915/2015 saylı qərardadından görünür ki, mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh iddianın təmin etmə tədbiri barəsində ərizəsi təmin edilmiş, iş üzrə yekun qətnamə çıxarılanadək İddiaçı tərəfindən x2 ünvanda inşa edilən, hündürmərtəbəli yaşayış evinin N mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m. olan 2 otaqlı mənzilində təmir işlərinin aparılması qadağan edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı ilkin olaraq Cavabdeh və 3-cü şəxs “xxxx” MMC-nə qarşı «mənzilin təmirinə görə ödənilmiş vəsaitin tutulması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvanında yerləşən çoxmənzilli yaşayış evinin N mərtəbəsində yerləşən, ümumi sahəsi 75.46 kv.m olan 2 otaqlı mənzilin təmirinə görə, tərəfindən xərclənmiş 34.000 (otuz dörd min) manat və iş üzrə tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, ümumi 34.30 (otuz dörd min otuz) manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini Bakı şəhəri Nərimanov rayon məhkəməsindən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə vəsatətlə müraciət edərək, X3ünvanda yerləşən çoxmənzilli yaşayış evinin N mərtəbəsində yerləşən ümumi sahəsi 75,46 kv.m. olan 2 otaqlı mənzilin təmirinə görə, tərəfindən xərclənmiş 34.000 manat və iş üzrə tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat, ümumi 34.030 manat pul vəsaitinin cavabdehlər Cavabdeh və “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhə ri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə cavabdehlərdən biri olan “xxxx” MMC-nin hüquqi ünvanı ünvan x 1 olduğuna görə hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Belə ki, iş üzrə digər cavabdehin rəsmi ünvanı Cəlilabad rayonundadır. Mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan zaman Cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xeyrinə kirayə haqqı kimi ödədiyi 10200 manat, vəkil xərci kimi ödədiyi 2000 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qarşılıqlı iddia ərizəsi də icraata qəbul edilərək ilkin iddia ilə birgə baxılması qərara alınmışdır. Suraxanı r ayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-5882/2018 saylı qərardadı ilə iş üzrə ilkin məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 28001 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, M ünvanında inşa olunmuş hündürmərtəbəli yaşayış binasının x2mərtəbəsində yerləşən, ümumi sahəsi 75,46 m2 olan 2 otaqlı mənzilin təmirli vəziyyətdə olduğu və həmin mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2014-cü ildən 2018-ci ilədək (iddiaçının qeyd etdiyi dövrlərdə) mö vcud olmuş bazar qiymətlərinə uyğun olaraq 30138,0 manat məbləğində olduğu müəyyən edilir. Tikinti-təmir və quraşdırma işlərinin nədən ibarət olması, işlərin ayrı-ayrılıqda növləri, həcmi, dəyəri rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ramil Həsənov) xx xxxxx 2019-cu il tarixli, 2(010)-271/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 28524,00 (iyirmi səkkiz min beş yüz iyirmi dörd) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq ilkin iddia üzrə İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pulun ilkin iddia üzrə Cavabdeh alınaraq dövlət nəfinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı «pul tələbinə dair» qar şılıqlı iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin olunmuş məhkəmə əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası zamanı müəyyən edilmişdir ki, mənzilin qonaq və yataq otaqlarının, mətbəxinin döşəməsi«laminat» təbəqələrlə, girişholun döşəməsi isə metlaxla üzlənib, perimetr boyu plintusla haşiyələnib, divarları suvanaraq, şpaklyovkalanıb, divar kağızı ilə yapışdırılıb, perimetr boyu «paduqa» tipli lepka ilə haşiyələnib, tavanında «alçıpan» təbəqələrdən iki səviyyəli asma tavan quraşdırılıb, şpaklyovkalanarq boya ilə rənglənib, giriş-holun tavanı divar kağızı ilə üzlənib, tavanla rın üzərində «led» tipli «spot» elektrik çıraqları quraşdırılmışdır. Mənzilin birgə sanitariya qovşağının (hamam-ayaqyolu) döşəməsi metlaxla, divarları kafellə üzlənib, qovşağın tavanında alümin təbəqələrdən asma tavan və üzərində «led» tipli «spot» elektrik çıraqları və hava sorucu quraşdırılmışdır. Sanitar qovşağın daxilində dolablı əl-üz yuyan, unitaz dəsti, «duş» kabina və onlara aid müvafiq aksesuarlar (ləmazimat) quraşdırılmışdır. Açıq eyvanın döşəməsi metlaxla, divarları kafellə üzlənib, Eyvanın daxilində iri həcmli «Ariston» tipli elektrik su qızdırıcısı quraşdırılmışdır. Tədqiq olunan mənzilin yataq otağının, mətbəxinin, hamam ayaqyolunun keçid qapıları taxtadan, bağlı eyvanına açılan qapı və bütün pəncərələr plastik materialdan quraşdırılmışdır. Tədqiq olunan mənzil su, kanalizas iya, elektrik sistemi ilə təchiz olunmuşdur. Məhkəmə gedişi zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirmişdir ki, o, Xətai rayon məhkəməsinə iddianın təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, həmin mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılması qadağan edilmişdir. Lakin buna baxmayaraq İddiaçı mənzildə təmir işlərini davam etdirmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə bildirmişdir ki, Xətai rayon məhkəməsi tərəfindən iddianın təmir etmə tədbiri barədə qərardad qəbul edildikdən sonra mənzildə təmir işlərinin aparılması dayandırılmışdır. Lakin həmin vaxta kimi o artıq mənzilin əksər təmir işlərini gördürmüş, yalnız mənzilin divar kağızlarının alınıb vurulması və döşəməyə laminatın vurulması kimi işləri görülməmiş vəziyyətdə qalmış və mənzil məhkəmənin qətnaməsinə əsasən qarşılıqlı iddiaçıya təhvil verilərkən məhz həmin vəziyyətdə verilmişdir. Məhkəmədə qarşılıqlı iddiaçıda bu faktı öz izahatında təsdiq etmişdir. Belə ki, ilkin iddia üzrə Cavabdeh mənzildəki həmin təmir işlərin ilkin iddia üzrə iddiaçı tərəfindən həyata keçirildiyini bildirmişdir. Keçirilmiş ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, mənzilin divarlarının cilalanması üçün cilalayıcı kağıza 20,0 manat, divar kağızına (keyfiyyətli) 1400,0 manat və divar kağızı yapışqanına 48,0 manat məbləğində, tavana divar kağızının yapışdırılmasına 65,0 manat, divar kağızı (keyfiyyətli) 75,0 manat və divar kağızı yapışqanı 6,0 manat məbləğində pul xərclənməsi kimi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, ilkin iddia üz rə iddiaçının mübahisəli mənzildə etdiyi təmir işlərinin ümumi dəyəri ekspert rəyində 30138 manat qeyd olunmasına baxmayaraq, ilkin iddia üzrə cavabdehin özü tərəfindən həmin mənzildə görülmüş təmir işlərinə dair xərclər (20,0 manat+1400,0 manat+48,0 manat+65,0 manat+75,0 manat+6,0 manat) cəmi 1614 manat məbləğində vəsait, iş üzrə verilmiş ekspert rəyində qeyd olunan ümumi məbləğdən (30138,0 manatdan-1614 manat) çıxılmalı, yerdə qalan 28524,0 manat məbləğində pul vəsaiti məhz ilkin iddia üzrə Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Belə ki, hazırda ilk iddiaçının təmir etdirdiyi mənzildən faydalanan şəxs məhz həmin cavabdehdir. Odur ki, ilkin iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddiaya gəldikdə isə, məhkəmə hesab etmişdir ki, cavabdeh hazırki iddia ərizə sində, İddiaçı onun xeyrinə kirayə haqqı kimi ödədiyi 10200 manat, vəkil xərci və rüsum kimi ödədiyi 2000 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etsə də, həmin tələblərlə bağlı məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddiaçı öz iddiasının əsaslı olmasına dair, yəni kirayə haqqı kimi vaxtilə ödədiyi nə 10200 manata dair, nə də vəkil xərcinə görə 2000 manata dair çəkdiyi xərclərlə bağlı məhkəməyə heç bir rəsmi və mötəbər sübutlar təqdim etməmişdir. Bununla da cavabdehin həmin tələbləri faktiki olaraq heç bir rəsmi əsasla təsdiqlənmir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şi kayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-271/2019 nömrəli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vüqar Həsənov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) xx xxxx 2019-cu il tarixli 2(103)8566/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-271/2019 saylı qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşar aq qeyd etmişdir ki, hazırda iddiaçının təmir etdirdiyi mənzildən faydalanan şəxs məhz Cavabdehdur. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehin şikayətində göstərdiyi dəlillər faktiki olaraq ilkin iddiaya etirazında və qarşılıqlı iddiada göstərdiyi dəlillərlə tam olaraq üst-üstə düşür, həmin dəlillərə isə məhkəmə tərəfindən tam olaraq qiymət verilmiş və dəlillərin əsassız olması müəyyən olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ilkin iddia tələbinin rədd qarşılıqlı iddia təl əbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından da göründüyü kimi ilkin iddia üzrə İddiaçı qanunsuz sahiblənmək istədiyi M otaqlı mənzildən çıxmamaqla onun kirayədə qalmağına və məhkəmədə hüquq və mənafelərinin müdafiəsi üçün vəkillərə ödənişlər etməyinə səbəb olmuşdur. İddiaçı özü də yaxşı bilirdi ki, o, daşınmaz əmlaka qanunsuz sahiblənmişdir. Lakin həm Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi açıq aydın olan bu faktı görməməzlikdən gəlmiş və qətnamələrin əsaslandırıcı hissəsində heç bir sübut irəli sürmədiyimi qeyd etmişdilər. Hər i ki məhkəmə instansiyasında kirayə qalmış olduğu ev sahiblərinin şahid kimi dindirilməsi üçün bildiriş verilməsini xahiş etməyinə baxmayaraq məhkəmələr bunu görməzlikdən gəlmişlər, qətnamələr ilə absurd, hüquqi əsası olmayan bir nəticəyə gəlmişlər. İddiaçı istifadəsinin qanunsuz olduğunu bilə-bilə və təmir edilmənin qadağan edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş qərardad olduğu halda təmiri dayandırmamış, qanunsuz əməllərinə görə çəkdiyi xərcləri cavabdehdən iddia ərizəsi ilə tələb etməyə başlamışdır. Hətta onu öz zövqü və istəyi ilə, eyni zamanda evin ilkin layihəsini dəyişdirərək təmir etdirməyə başlamışdır. Bununla da o, mülkiyyət üzərində vicdansız sahib olduğunu isbat etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi işə baxarkən qanunvericiliyin bu t ələbini və bu faktı göz ardı etmişdilər. İddiaçı cavabdehin mülkiyyətinə qanunsuz sahiblik etməklə, evdən istifadə etmişdir. Belə ki, iddiaçı onun evində yaşamaq ilə kirayə xərcini ödəməmiş və hüquqi əsas olmadan onun hesabına əmlak əldə edərək özünü xərclərdən uzaq tutaraq əsassız varlanmaya səbəb olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin əsas mübahisə predmetinə çevrilmiş olan ilkin iddia üzrə iddiaçının evin təmiri üçün çəkmiş olduğu xərcin müəyyən edilməsi üçün yenidən ekspertiza təyin edilməsi və hesablamanın düzgün aparılmadığına dair təqdim edilmiş faktları nəzərə almamışdır. Ekspert qiymətləndirməni apararkən bazar qiymətlərini düzgün nəzərə almamış, təmir üçün istifadə olunan materiallar bazar qiymətlərinə görə çox yuxarı qiymətdən hesablanmışdır. İşdə iştirak edən şəxslərin kassa siya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı və vəkili Azayev Tərlan Nurəhməd oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8566/2019 nömrəli iş üzrə xx xxxx 2019-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşlə əlaqədar digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir. İş üzrə cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil İddiaçı satılarkən təmirsiz olmuşdur və iş üzrə məhkəmə-əmtəəşünaslıq eks pertizasının rəyinə əsasən mübahisəli mənzildə görülmüş yenidənqurma və tikinti işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq hesablanmışdır. Məhkəmə araşdırması zamanı həmin işlərdən hansının cavabdeh tərəfindən görülməsi müəyyən edilmiş və iddiaçı tərəfindən görülməyən işlərin dəyərini ekspertizanın müəyyən etdiyi məbləğdən çıxmaqla iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mənzilə dair onunla bağlanmış müqavilə etibarsız hesab edilənədək həmin əmlaka sahiblik etmişdir, o halda belə qənaətə gəlmək olar ki, aparılan bütün yaxşılaşma işləri onun həmin əmlaka mülkiyyət hüququnun real həyata keçirilməsi istəyi ilə bağlı olmuşdur. Ona görə də çəkilən xərclərin mövcudluğu ağlabatan olduğu qədər, həm də realdır. İddiaçı tərəfindən edilən yaxşılaşdırma əmlaka t ənasübsüz zərər vurmadan ayrılmadığından, çəkilən xərclərin qaytarılması tələbi əsaslıdır və həmin xərclərin çəkildiyi ekspert rəyi ilə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Cavabdeh kassasiya şikayətində həmin rəydə göstərilən qiymətlərlə razı olmadığını qeyd etsə də, bu barədə məhkəmələrə hər hansı əks sübut təqdim etməmişdir. Cavabdehin kassasiya şi kayətinin iddiaçının vicdansız sahib olması, təmiri dayandırılması barədə məhkəmə qərardadının olmasına baxmayaraq təmiri dayandırmaması ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Xətai rayon məhkəməsi tərəfindən iddianın təmir etmə tədbiri barədə qərardad qəbul edilənədək artıq mənzilin əksər təmir işlərinin görüldüyünü, yalnız mənzilin divar kağızlarının alınıb vurulması və döşəməyə laminatın vurulması kimi işlərin görülməmiş vəziyyətdə qaldığını və mənzil məhkəmənin qətnaməsinə əsasən qarşılıqlı iddiaçıya təhvil verilərkən məhz həmin vəziyyətdə verildiyini bildirmiş, cavabdeh də təmir işlərinin məhz qərardad qəbul edildikdən sonra görülməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ha lbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının evə qanunsuz sahiblənməsinə görə cavabdehin kirayədə qalması və məhkəmədə hüquq və mənafelərinin müdafiəsi üçün vəkillərə ödənişlər etməsi nəticəsində çəkdiyi xərcin məbləği barədə məhkəməyə heç bir sübutu təqdim etməmiş, həmçinin iddiaçının qətnamə icra olunanadək cavabdehin mülkiyyətinə qanunsuz sahiblik etməklə, evdən istifadə etməsi, orada yaşaması və nəticədə cavabdehin əmlakı hesabına əsassız varlanması faktı işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikd ə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)-8566/2019 nömrəli iş üzrə xx xxxx 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar