Məhkəmə qərarları › İş №2(102)-2480/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2480/2024

15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2480/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1 və Cavabdeh3 ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X1 üçüncü şəxs qismində göstərilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddətin bərpası barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6797/2023 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və Cavabdeh3 ("xxxx" QSC və X2 üçüncü şəxs qismində göstərilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında 0,0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21,10 kv.m. olan 1 otaqlı qeyri-yaşayış sahəsinə dair "Bakı Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1912/2023 nömrəli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində ol muş ünvan 1 ünvanında 0.0027 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 21.10 kvadrat metr olan 1 otaqlı qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən 26 oktyabr 2022-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən 26 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş Y-380/22 saylı “Hərracın nəticələri haqqında yekun protokol” və eyni tarixli “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir.

3. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi il ə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)1912/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin edilməmişdir.

5. İddiaçı nümayəndəsinin (vəkilinin) Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayəti 4 fevral 2024-cü il tarixdə elektron sistemə yüklənmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6797/2023 nömrəli, 5.2.2024-cü il tarixli qərardadı ilə şikayət, müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır.

6. İddiaçı 9 aprel 2024-cü il tarixdə qətnamədən kassasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpasına dair ərizə vermişdir.

7. Ərizə onunla əsaslandırmışdır ki, qətnaməni rəsmi qaydada xx.xx.2023-cü il tarixd ə almış, şikayət vermə müddətinin bitməsinə 3 gün qalmış vəkili vasitəsilə kassasiya şikayəti vermiş, lakin şikayəti əsassız olaraq geri qaytarılmış, bu barədə təsadüfən xx.xx.2024-cü il tarixdə məlumat əldə etmiş, bundan sonra növbəti şikayəti vermişdir. Sıravi, şəkər xəstəsi, beyin əməliyyatı keçirmiş vətəndaş olaraq elektron poçtdan istifadə etməmiş, istifadə etməyi də bacarmamışdır, buna görə də müvafiq müddət bərpa olunmalıdır.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6797/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər E.M.Həsənov - sədrlik edən və məruzəçi, X.A.Mərdanova və M.A.Məmmədov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6797/2023 nömrəli iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə elan olunmuş, qətnamə xx.xx.2023-cü il tarixdə həm İddiaçı, həm də nümayəndənin (vəkilin) elektron kabinetlərinə yerləşdirilmiş, kassasiya şikayəti, yuxarıda qeyd olunduğu kimi ilk dəfə xx.xx.2024-cü il tarixdə elektron sistemə yüklənmiş, həmin şikayətin geri qaytarılmasına dair qərardad xx.xx.2024-cü il tarixdə həm İddiaçı, həm də onun hazırkı kassasiya şikayətini imzalamış vəkili Vəkil elektron kabinetlərinə yerləşdirilmiş, növbəti şikayət isə 9.4.2024-cü il tarixdə verilmişdir.

10. Kollegiya hesa b etmişdir ki, ərizəçinin irəli sürdüyü hal müddəti ötürməsinin üzrlü səbəbi sayıla bilməz və o, müddəti ötürməsinə haqq qazandıracaq digər hər hansı sübut da təqdim etməmişdir.

11. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.6, 405.0.1, 408.1.4-ci maddələrinə və “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qər ardadının ləğv edilməsini və buraxılmış prossesual müddətin bərpasına dair ərizəsi təmin olunmaqla mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi qətnaməsi poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixində təqdim edilmiş, lakin iddiaçıya xx.xx.2023-cü il tarixində imza etdirilmişdir. O, yenə də kasassiya şikayətinin vaxtını ötürməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinə kasassiya şikayətini isə xx.xx.2024-cü il tarixində elektron qaydada göndərmişdir. O, şikayət verən zaman kasassiya müddətinin bitməsinə hələ bir gün vaxt qalmışdır. Məhkəmə əvvəlcədən və ömürlük kor olan, İ qrup əlil həyat yoldaşına qərəzli mövqedə duraraq, kasassiya şikayətini qə bul etməmiş və geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Ərizədə göstərdiyi kimi elektron poçtdan istifadə etməmiş, istifadə etmək qaydalarını da bilməmişdir. Kasassiya şikayətinin təmin olunmamasına dair qərardadı təsadüfən bilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

15. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

16. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

17. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

18. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Belə ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxan apellyasiya məhkəməsi iddiaçının dəlillərini müddətin bərpası üçün əsaslı və üzrlü səbəb saymamışdır. Məhkəmə, müddətin ötürülməsinin iddiaçının (və ya onun nümayəndəsinin/vəkilinin) iradəsindən asılı olmayan, onun tərəfindən onların dəf edilməsi mümkün olmayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.

23. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən ona təqdim olunan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

25. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

26. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6797/2023 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar