Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2481/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (hüquqi varisi X2) Cavabdeh ("xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-32/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X4 tərəfindən Bakı şəhəri, Binəqədi Rayonu, Goradil kəndi, 1669 saylı, 0,15 ha olan bağ sahəsi iddiaçının anası mərhum X1 ayrılmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa və AA 533182 saylı torpaq sahəsinin plan-ölçüsünə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 60 saylı bağ sahəsi cavabdehin mülkiyyətindədir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2306/2017 nömrəli, 1 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilmiş, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin həmin əraziyə düşən hissəsinin sökülməsi, ilkin cizgi üzrə hasarın bərpa edilməsi cavabdehə həvalə edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)9801/2017 nömrəli, 4 dekabr 2017-ci il qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. 4. 8 fevral 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş barışıq sazişi bağlanmış, 4 iyun 2021-ci il tarixində bağ sahələrinin bölgü sxemi hazırlanaraq notarial qaydada təsdiq olunmuşdur.
5. RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1669 saylı, 0,1248 ha ölçülü bağ sahəsi 21 iyun 2018-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. 6. "xxxx" MMC-nin 01-40/21 nömrəli, 1 iyun 2021-ci il tarixli ekspert rəyinə əsasən ekspert izaya təqdim olunmuş bağ sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınaraq kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və sxemə əsasən dəqiqləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1669 saylı bağ sahəsinə, həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələrin, o cümlədən darvazanın sökülməsi, gediş-gəliş yolunun həmin hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehin istifadəsində olan 60 saylı bağ sahəsi iddiaçının bağ sahəsi ilə həmsərhəd olmaqla qonşuluqdadır. Notarial qaydada təsdiq olunmuş bölgü sxeminə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onun istifadəsində qalması şərtilə sərhədlər müəyyən edilmiş və hasar iddiaçı tərəfindən inşa edilmişdir. Bundan sonra üç ildən artıq müddətdə aralarında hər-hansı bir mübahisə olmamışdır. Bəhs edilən torpaq sahəsi iddiaçının mərhum anasına məxsus olmuşdur və vərəsəliyin rəsmiləşməsi qaydasında iddiaçının adına keçirilməsi ilə bağlı bacısı İradə ilə aralarında olan anlaşmaya əsasən bağ sahəsinin bir hissəsi yekunda iddiaçının bacısının mülkiyyətinə keçməli idi. Ayrılmış bağ sa həsinin ortasından "xxxx" ASC-yə məxsus olan su borusu çəkilmiş olması səbəbindən bağ sahəsi digər qonşu sahələrdə olduğu kimi iki hissəyə bölünmüşdür. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat zamanı bu fakt nəzərə alınmış və mərhum anasının adına bağ sahəsi biri 1669, biri isə 1669K ünvanı ilə qeydiyyata alınmış iki hissə olmaqla qeydiyyat aparılaraq müvafiq çıxarışlar verilmişdir. 1250 kv.metr hissə olan 1669 saylı bağ sahəsi iddiaçının mülkiyyətində qalmış, 250 kv.metr hissə olan 1669K saylı bağ sahəsini isə iddiaçı əvvəldən olan razılaşmamıza əsasən bacısı İradəyə bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan əvvəl də "xxxx" ASC-yə məxsus olan magistral su borusu çəkildiyi dövrdən, su borusunun mühafizə zolağı yol olaraq istifadə edilməkdədir. Bütün bu müddət ə rzində hətta torpaq zəbti ilə bağlı məhkəmə mübahisəsi davam etdiyi müddətdə də iddiaçı bu yoldan istifadə etmişdir. Məsələ burasındadır ki, bağların sxematik xəritəsinə əsasən bağ sahəsinə gedən yol hal-hazırda iddiaçının bacısına bağışladığı sahənin aşağı tərəfinə nəzərdə tutulmuşdur. Lakin sxematik xəritə tərtib edilən zaman magistral su xətti olmamışdır. Su xəttinin çəkilməsi sıra ilə bütün bağ sahələrinə öz təsirini göstərmişdir. Hal-hazırda iddiaçının bağ sahəsinə gəlmək üçün nəzəri cəhətdən iki yolu var. Biri bacısı İradəyə bağışlanmış 250 kv.m. lik hissədən keçir. 250 kv.m. bağ sahəsinin yol üçün ən azı 70 kv.m. hissəsi yol üçün bağlanmalıdır ki, bunu da ədalətli hesab etmək olmaz. Onsuz da iddiaçı bacısına daha artıq sahə vermək istəyirdi, lakin texniki cəhətdən bunu etmək mümküns üz olmuşdur, çünki 250 kv.m-lik hissəni qalan 1250 kv.m.lik hissədən borunun mühafizə zolağı ayırır. Digər variant isə yolun magistral boru xəttinin perimetri boyunca nəzərdə tutulan, bu səbəbdən özəlləşdirilməsinə yol verilməyən, bu müddət ərzində yol kimi istifadə edilən yerdən keçməsidir ki, bu variant həm qanunvericilik, həm üçüncü şəxslərin maraqlarının qorunması, həm də optimallıq baxımından daha məqbuldur. İddiaçının mərhum anasına məxsus bağ sahəsində olduğu kimi cavabdehin istifadəsində olan bağ sahəsi də magistral su borusu xətti ilə iki hissəyə bölünmüşdür. Boru xəttinin paylayıcı olan hissəsi də məhz iddiaçının bağını iki hissəyə bölən əraziyə düşdüyü üçün həmin hissənin maneəsiz keçidi təmin edilməlidir. Çünki hər-hansı təmir, profilaktik yoxlama, hansısa xətlə bağlı işlərin " xxxx" ASC tərəfindən görülməsi üçün ilk növbədə məhz həmin paylayıcıya baxış keçirilir. Bu müddət ərzində dəfələrlə "xxxx" ASC əməkdaşları tərəfindən həmin hissəyə baxış keçirilməsinin, hansısa cari təmir işlərinin görülməsinin şahidi olunmuşdur. Ancaq hal-hazırda bu da mümkün deyil, çünki artıq 1 ilə yaxındır ki, su borusunun mühafizə zolağına aid olduğuna baxmayaraq həmin hissə cavabdeh tərəfindən bağlanmışdır. İddiaçı faktiki olaraq bağ sahəsinə gedib-gələ bilmir. Yaxın zamanlarda su borusunun paylayıcısında işlərin görülməsi ilə bağlı əməkdaşların yerinə gedib çıxa bilməmələrinin, sonda kifayət qədər yaşlı əməkdaşların həmin maneələri aşmaq və alətləri oradan çətinliklə keçirmək məcburiyyətində qaldıqlarının şahidi olunmuşdur. Magistral su borusu xəttinin keçdiyi zolaq boyunca cavabdeh in metal hasarı mövcud olmuş və su borusu xətti çəkildiyi vaxtdan həmin hissəyə hansısa maneələr quraşdırmamışdır. Tərəflər arasında bağlanmış barışıq sazişinin 2-ci bəndində qeyd edilmiş ki, tərəflər təsdiq etmişdir ki, cavabdehin magistral su xəttinə paralel olaraq mövcud hasarı və digər qonşu — 61/1671 saylı bağ sahəsi ilə sərhəd xətti metal hasardır. Göründüyü kimi magistral su xəttinə paralel olaraq mövcud hasar olmuşdur. İddiaçı gediş-gəliş yolunun müəyyən olunması üçün öz hesabına ekspertiza keçirilməsi üçün sifariş vermiş və müvafiq rəy alınmışdır. Ekspert rəyinin məzmunundan müəyyən edilir ki, bağların sxematik xəritəsinə əsasən ilkin olaraq bağlara gəlməli olan yol daha aşağıdan müəyyən edilmiş olsa da, sonradan magistral su boru xəttinin çəkilməsi ilə əlaqədar müəyyən qaçılmaz d əyişikliklər baş vermişdir. Belə ki, magistral su borusu xətti bəhs edilən bağların sırasından keçirilmiş olduğu üçün sırada olan bütün bağlar faktiki olaraq iki təcrid olunmuş hissəyə parçalanmışlar. Bundan əlavə magistral su borusu xəttinin mühafizə zolağı müəyyən edilmişdir ki, həmin hissənin mülkiyyət hüququ üzrə qeydiyyata alınmasına, eləcə də həmin hissədə hansısa əsaslı tikinti işlərinin aparılmasına qanunvericiliklə qadağa var. Magstral su borusu xəttinə paralel olaraq isə ərazinin avtomaşın yolu kimi istifadə edilməsi mümkündür. Belə olduqda iddiaçıya məxsus bağ sahəsinə gəlmək üçün yeganə variant hal-hazırda mübahisələndirilən sahədir. Çünki ilkin olaraq 1669 saylı bağ sahəsi olaraq ayrılmış, sonradan magistral su borusu xəttinin mövcudluğu ilə əlaqədar 1669k ünvanı ilə qeydiyyat a alınmış bağ sahəsi artıq digər şəxsin mülkiyyətindədir və ekspert rəyindən də məlum olduğu kimi onsuz da kiçik sahəsi olan 1669k saylı bağ sahəsinin bir hissəsinin də iddiaçıya gələn yol üçün alınması həm ədalətsizlikdir, həm də bu variant digər alternativin olmadığı halda nəzərdən keçirilə bilərdi. İddia tələbi üzrə cavabdeh tərəfindən gediş-gəliş yolunun bağlanılması ilə iddiaçının mülkiyyətində olan bağ sahəsindən sahiblik və istifadəyə maneələr yaradılmışdır. Bu maneələrin aradan qaldırılmasını iddiaçı dəfələrlə tələb etsə də nəticəsi olmamışdır.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etmədiklərini bildirərək izahatında göstərmişdir ki, "xxxx" ASC-yə məxsus olan magistral su borusu çəkildiyi dövrdən su borusunun mühafizə zolağı heç də qeyd olunan kimi yol olaraq i stifadə edilməmişdir. Mühafizə zolağı hesab edilən hissədən də yalnız həmin torpaq sahələrinin sahibləri və zərurət olduqda "xxxx" ASC-nin əməkdaşları istifadə edirlər. Yəni, nə magistral su borusunun çəkildiyi vaxtdan əvvəl, nə də sonra qeyd olunan yerdə hər-hansı yol olmamış, hazırda da yoxdur. Sözügedən 60 saylı bağ sahəsi 16 noyabr 2001-ci il tarixli Bağın icarəyə verilməsi haqqında 15436 saylı müqaviləyə əsasən cavabdehə icarəyə verilmiş, həmin vaxtdan da sözügedən bağ sahəsi cavabdehin sahiblik, istifadə və mülkiyyətindədir. Hazırki iddia tələbi açıq-aşkar şəkildə əsassız olmaqla hüquqdan suiistifadədir. İddia ərizəsində göstərildiyi kimi 1669 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olmuş, sonradan bağın bir hissəsini bacısına bağışlamışdır. Həmçinin ərizədə qeyd olunmuşdur ki, bağ ışlanmış torpaq sahəsinin ölçüsü cəmi 250 kv.metrdir. Halbuki reallıqda həmin ərazi göstəriləndən təxminən 3 dəfə böyükdür. Həmin torpaq sahəsinin kənarı ilə iddiaçıya yol verilməsi ən optimal variantdır.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-5190/2021 nömrəli iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmənin təşəbbüsü ilə mübahisəli ərazinin yerinə müayinəsi təyin edildikdə müəyyən edilmişdir ki, bir-biri ilə yanaşı yerləşən 60 və 1669 nömrəli bağ sahələrinin təxminən ortalarından "xxxx" ASC-yə məxsus magistral su kəməri keçir. Cavabdehə məxsus 60 nömrəli bağ sahəsinin nəzəri şimal, yəni fərdi yaşay ış evi tikilmiş hissəsindən cənuba doğru bağ sahəsinin sonunadək, həmçinin su kəmərinin keçdiyi sahə də daxil olmaqla heç bir arakəsmə müəyyən edilməmiş, bağ sahəsinin qurtaracağı mişar daşları ilə hörülmüş, dəmir darvaza qoyulmuşdur. Həmçinin həmin bağ sahəsinin su kəməri keçən sahəsinin üzü nəzəri şimal istiqamətində sol tərəf sərhəddi taxta materialdan, sağ tərəfi, yəni 1669 saylı bağ sahəsi ilə həmin sahədən keçən sərhəddi isə kiçik ölçülü dəmir darvazadan ibarət arakəsmədir. 1669 saylı bağ sahəsinin isə 0,125 ha. sahəli hissəsi su kəmərinin ayırdığı sahədən mişar daşları ilə hörülmüş, kəmərin mühafizə zonasından sonrakı 0,025 sahəli hissə də həm kəmərin keçdiyi şimal, həm də cənub tərəfdən mişar daşları ilə hörülmüşdür. 1669 saylı bağ sahəsinin 0,125 ha. ölçülü hissəsindən, eləcə də 0,025 ha. ölçülü hissəsindən su kəməri istiqamətində qapı mövcuddur. 60 saylı bağ sahəsinin gedişgəliş yoluna birbaşa çıxışı mövcuddur, 1669 saylı bağ sahəsinin isə yalnız 0,025 ha. ölçülü hissəsinin yola çıxışı mövcuddur.
12. Məhkəmə bildirmişdir ki, 1669 saylı, cavabdehə məxsus torpaq sahəsinin nəzəri cənub sərhəddi təxminən 60 saylı bağ sahəsinin cənub sərhəddi ilə eyni məsafədə yerləşmiş, sonradan magistral su kəmərinin çəkilməsi ilə iddiaçı su kəmərinin ona məxsus torpaq sahəsindən keçdiyi hissədən aşağı sahəni bacısının adına rəsmiləşdirməklə onun mülkiyyətinə vermiş, həmin torpaq sahəsi də dörd tərəfdən mişar daşları ilə hörülmüş, beləliklə iddiaçının gediş-gəliş yoluna çıxışı bağlanmışdır. Hazırkı halda iddiaçıya məxsus 1669 saylı bağ sahəsinə aid olan yolun iddiaçı tərəfindən özgən inkiləşdirdiyi sahədə qalmış, cavabdehə məxsus 60 saylı bağ sahəsindən isə əvvələr iddiaçının istifadə etdiyi yolun mövcud olması məhkəmə araşdırılması müəyyən edilməmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 175.1-3, Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı tərəfindən 1669k saylı bağ Sahəsinin bağışlanma əsasında özgəninkiləşdirilməsini mövcud olan əlaqə xətlərinin özbaşına ləğv edilmə kimi qiymətləndirmişdir. Halbuki həmin sa hə əvvəldən ayrıca daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmış və bağışlama tərəflərinin şifahi razılığına əsasən sənədləşdirilmişdir. Bağışlama müqaviləsi üzrə tərəflər etibarlı ailə münasibətləri zəminində bir-birinə vicdanlı davranmışlar. Əks halda 1669k saylı bağ sahəsinin indiki mülkiyyətçisi, iddiaçı ilə birlikdə vərəsə olaraq hər ki sahənin paylı mülkiyyətçisi olacaqdı və sonra aralarında naturada bölgü olunmaqla yenə də indiki mülkiyyət hüquqlarına sahib olacaqdılar.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyindən görünür ki, iddiaçının yol kimi iddia etdiyi sahə 60 saylı bağ sahəsinə verilmiş torpaq sahəsinin planı və ölçüsü daxilində deyildir. Həmin rəydə arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəy ə əsasən mübahisəli tikili olan torpaq sahəsi 60 saylı bağın ərazisinə düşməsi qeyd edilməsi vəziyyəti cavabdehin xeyrinə dəyişmir.
17. Apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-texniki–tikinti ekspertizası təyin olunmuş, lakin rəy verilməsindən imtina olunaraq mülki iş məhkəməyə qaytarılmış, həmçinin daha sonra iddiaçı vəfat etdiyindən, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi müəyyən olunanadək iş üzrə icraat dayandırılmışdır. İddiaçının hüquqi varisi X3 müəyyən edildikdən sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-texniki–tikinti ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli Rəyi məhkəməyə daxil olmuş və işin icraatı təzələnmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-32/2024 nömrəli mülki iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Pərviz Hüseynov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin olunmuş, 1669 saylı bağ sahəsinə, həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələr, o cümlədən darvaza sökülməsi, gediş-gəliş yolunun həmin hissəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh mülkiyyətində olan torpaq sahəsinin koordinatlar ından kənarda yerləşən və iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gedən yolu təmin edən torpaq sahəsində özbaşına hasar və darvaza inşa etmişdir. Bununla iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış mümkünsüz olmuşdur. Cavabdehin özbaşına inşa etdiyi hasar və darvazanın cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənarda yerləşməsi iş materialları ilə sübut olunmuşdur.
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2, 172.1, 172.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7, 384.0.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 37 2.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hansı qazıntı işləri aparılarkən, hansı torpaq sahəsini qonşu torpaq sahələrinə kürüməklə vurulan, hansı ziyanın, kimi hansı təhlükəyə məruz qoyması və həmin sahələrdəki hansı qurğuları zədələməsini göstərməmişdir. Çünki cavabdeh tərəfindən belə bir ziyan ümumiyyətlə vurulmamışdır. Apellyasiy a instansiyası məhkəməsi öz araşdırmasını aparan zaman vacib məqamı nəzərindən qaçırmışdır ki, iddiaçı iddia etdiyi torpaq sahəsi, iddiaçının nə mülkiyyətində, nə də ki, istifadəsində deyil – tam əksinə həmin torpaq, xx.xx.2001-ci il tarixli 15436 saylı müqaviləyə əsasən cavabdehə ayrılmış torpaq sahəsinin ərazisinə düşür. Torpaq sahəsi bizə icarəyə verilmiş və həmin vaxtdan da cavabdehin sahiblik və istifadəsində olmuşdur. Göründüyü kimi məhkəmə kollegiyası ekspert rəyinə düzgün hüquqi qiymət verməyərək bu faktı görməməzlikdən gəlmişdir.
23. Bundan başqa apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə istinad etdiyi MM-nin 170.2-ci maddəsini düzgün təfsir etməmişdir. Belə ki, iddianın cavabdeh tərəfdən deyil, qarşı tərəfdən qaldırılması ilə artıq kimin digərinin mülkiyyət hüququna müdaxilə etməsi fonunda, həmin hüquqa hörmət etmədiyi aydın görsənir.
24. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2, 172.1, Mülki Prosessual Məcəlləsinin 217.3, 372.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha s onra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
27. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. İşin faktiki hallarına əsasən iddiaçı və cavabdeh qonşu torpaq sahələrinin mülkiyyətçiləridirlər.
37. Hazırda iddiaçı mülkiyyətində 1669 saylı bağ sahəsinə həmin ərazidən çəkilmiş magistral su borusu xəttinin yanı ilə istifadə edilən gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən quraşdırılmış maneələrin aradan qaldırılmasını tələb edir.
38. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün işin mübahisəli və mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
39. Birinci instansiya məhkəməsi iddianı iddiaçıya məxsus 1669 saylı bağ sahəsinə aid olan yolun iddiaçı tərəfindən özgəninkiləşdirdiyi sahədə qalması və cavabdehə məxsus 60 saylı bağ sahəsindən isə əv vələr iddiaçının istifadə etdiyi yolun mövcud olmasının məhkəmə araşdırılması ilə müəyyən edilməməsi qənaəti ilə təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin iddianı təmin edərkən aşağıdakı əsaslardan çıxış etmişdir.
40. Birincisi - Cavabdehin özbaşına inşa etdiyi hasar və darvazanın cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarından kənarda yerləşməsi iş materialları ilə sübut olunur (xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən).
41. İkincisi- Həmin rəydə arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən mübahisəli tikili olan torpaq sahəsi 60 saylı bağın ərazisinə düşməsi qeyd edilməsi vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, 60 saylı bağın ərazisinə mülkiyyətə dair çıxarış verilərkən bağ sahəsinin düzgün olan sxematik xəritəyə uyğunlaşdırılması aparılmaqla cavabdehin adına çıxarış verilmişdir.
42. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi öz qənaətini iş üzrə apellyasiya baxışında təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinin yalnız 7-ci suala olan cavabı ilə əsaslandırmışdır. Belə ki, MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalıdır. Lakin göründüyü kimi apellyasiya instansiyası məhkəməsi rəydəki digər sualların cavablarına, birinci instansiya məhkəməsinin mübahisəli ərazinin yerində müayinə edilməsi protokoluna heç bir qiymət verməmişdir.
43. Belə ki, ekspert qarşısında qoyulmuş suallardan biri (3-cü sual) “həmin mühafizə zolağı boyunca ərazinin yol olaraq istifadə edilməsi mümkündürmü” olmuşdur. Ekspert is ə rəyində cavab olaraq bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisində həmin ərazidə yol göstərilmədiyini qeyd etmişdir. İddiaçının bağına sxematik xəritənin parametrləri nəzərə alınmaqla hansı yolla gəlmək optimal hesab edilməli olması sualına 1669 saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş ərazidə yol şimal hissədən olması cavabı verilmişdir və növbəti sualın cavabında həmin şimal hissədə faktiki olaraq avtomobil yolunun olması qeyd edilmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, ekspertin cavabları iş üzrə doğru nəticəyə gəlmək üçün yetərli deyildir və iddia tələbinin qanuni əsasını tapmaq üçün apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri aydınlaşdırmadan, ziddiyyətli məqamlara münasibət bildirmədən yekun nəticəyə gəlmişdir.
45. Belə ki, əgər sxematik xəritə də həmin ərazidə yol göstərilməyibsə (həmçinin birinci instansiya məhkəməsinin yerində müayinəsi zamanı da həmin ərazidə yol müəyyən edilməmişdir) o zaman iddiaçının bu vaxta qədər hansı yoldan istifadə etməsi, rəydə qeyd edilən şimal hissədə avtomobil yolu varsa, bu yolun tam olaraq hansı ərazidən keçməsi, iddiaçının özgəninkiləşdirdiyi torpaq sahəsinin faktiki ölçüsünün nə qədər olması, iddiaçının torpağını özgəninkiləşdirdiyi zamana qədər və ondan sonra hansı yollardan istifadə etməsi məsələlərini apellyasiya instansiyası məhkəməsi həll etməmişdir.
46. Qeyd olunanlardan da göründüyü kimi işə baxmış məhkəmələr mübahisənin hüquqi həlli ilə bağlı prosessual fəallıq göstərməmiş və işdə olan sübutlar üzrə tam, hərtərəfli araşdırma aparmamışlar.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
48. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanı nın üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
49. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır.
50. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəf lərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
51. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
52. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respu blikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
53. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin s əbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
54. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu qərarın əsaslandırıcı hissəsində qeyd edilən məsələləri tam aydınlaşdıran məhkəmə aktı qəbul edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2024-cü il tarixli 2(103)32/2024 saylı qətnaməsi ləğv edilsin, iş yeni apelly asiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.