Məhkəmə qərarları › İş №2(102)-2484/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2484/2021

17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2484/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehlərin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5205/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə da ir işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1.070.633 ABŞ dolları borcun müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-984/2020 nömrəli iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 borca görə 1.010.000 ABŞ dollarının ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və dövlət rüsumuna görə 30 manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia ə rizəsi qalan hissədə təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5205/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin olunan, Cavabdeh2 borca görə İddiaçı xeyrinə pulun tutulmasına dair hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələ bi həmin hissədə də təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin eyni tarixli qərardadı ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 361.1.4, 366-cı maddələrinin tələblərinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməsi yolverilməzdir. Belə ki, həmin qətnamə ilə ona qarşı iddia tələbi təmin edilməmiş, beləliklə qətnamə ilə onun hüquqları qorunmuşdur. Hər hansı tərəfin öz xeyrinə olan məhkəmə aktından şikayət verməsi hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərinə ziddir. Apellyasiya instansiyas ı məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər 28.09.2018-ci tarixədək rəsmi ər-arvad olmuşlar və onların birgə mülkiyyətlərində əmlakları vardır. Borca görə tutmanın cavabdehlərin birgə nikah dövründə əldə edilmiş əmlakına yönəldiləcəyi təqdirdə cavabdeh ümumi mülkiyyət üzərində olan 50% payından məhrum olacaqdır. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qə tnaməsi onun hüquqlarına toxunur. Ona görə də o, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2-ci, Ailə Məcəlləsinin 32, 41.2-ci, MPM-nin 357.1-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəməyə teleqram ünv anlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (maddə 357.1). Apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir (maddə 361.1.4). Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün mü ddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir (maddə 366.1). Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qəraradadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hazırkı iş üzrə iddia tələbində iddiaçı pul məbləğinin müştərək qaydada hər iki cavabdehdən tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi Cavabdeh1 aid hissədə iddianı əsassız hesab etmiş və həmin hissədə iddianı təmin etməmişdir. Qətnamədən cavabdehlər birlikdə apellyasiya şikayəti versələr də, apellyasiya şikayəti tamamilə iddianın təmin olunmuş – Cavabdeh2 pulun tutulması hissəsində ləğv olunmasına yönəlmişdir. Qeyd olunmalıdır ki, MPM-in 357.1-ci maddəsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnaməsindən ümumi şəkildə tərəflərin apellyasiya şikayəti vermək hüququnu nəzərdə tutsa da, Məcəllənin 361.1.4-cü maddəsinə əsasən verilmiş şikayətdə onu verən şəxsin tələbi və işin materiallarına istinad etməklə qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərin birgə verdikləri apellyasiya şikayəti yalnız Cavabdeh2 qarşı təmin olunmuş hissənin düzgün olmaması ilə əsaslandırılmış, şikayətdə Cavabdeh1 qarşı iddianın rədd olunmuş hissəsinə münasi bət bildirilməmişdir. Beləliklə, Cavabdeh1 apellyasiya şikayəti MPM-in 361.1.4-cü maddəsinin tələbinə uyğun olmamışdır və bu hal MPM-in 366.2-ci maddəsinə əsasən həmin şikayətin qeyrimümkün hesab edilməsinə qanuni əsas vermişdir. Bu baxımdan Məhkəmə kollegiyası hazırkı iş üzrə Cavabdeh1 qarşı iddianın rədd edildiyi məhkəmə qətnaməsindən həmin tərəfin şikayət verməsinin yolverilməzliyi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Çünki Cavabdeh1 nəinki qətnamənin həmin hissəsinin onun hüquqlarını pozduğunu əsaslandıra bilməmiş, ümumiyyətlə apellyasiya şikayətində həmin hissə ilə bağlı heç bir dəlil irəli sürməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qə rardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5205/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar