Məhkəmə qərarları › İş №2(102)-2484/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2484/2024

23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2484/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı “ümumi paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-166/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsindən cavabdeh Qanuni nümayəndə tər əfindən verilmiş kassasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 26 saylı sahə xüsusi (paylı) mülkiyyət hüququ üzrə İddiaçı adına 12/15 hissə olmaqla 31 yanvar 2022-ci il tarixdə, Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 adlarına isə hər birinə 1/15 hissə olmaqla 25 noyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(010)-570/2021 nömrəli qətnaməsinə əsasən Nümayəndə Qanuni nümayəndə və Cavabdeh2 qarşı payların naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a )Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumilikdə 0,068640 ha ölçüdə olan torpaq sahəsinin ********** nömrə ilə 25 noyabr 2020-ci ildə qeydiyyata alınmış ona məxsus olan 12/15 hissəsinin həmin çıxarışa əsasən cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3 aid olan hissəsindən həyət tərəfdə olan istifadəyə yararsız, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan tikilinin sökülərək, oradan həyətdən küçəyə qapı açılmaqla payın naturada ayrılmaqla ona məxsus olan hissənin müəyyən etməklə ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışd ır ki, torpaq sahəsi onların paylı mülkiyyətində olmasına baxmayaraq, o, cavabdehlərin müdaxiləsi nəticəsində öz əmlakına daxil ola, ondan istədiyi kimi istifadə edə bilməmişdir. Buna görə də həyət tərəfdə olan istifadəyə yararsız tikilinin sökülərək, oradan həyətdən küçəyə qapı açılmaqla payın naturada ayrılması zəruri olmuşdur. Həmin mübahisəli tikili həyətə girişdən sol tərəfdə yerləşmiş və daşınmaz əmlakda qeydiyyata alınmamışdır. Hazırda həmin tikilidən heç kim istifadə etməmişdir.

5. Birinci instansiya məhkəməsində Cavabdeh3 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, çıxarış qüvvədə olmuş və çıxarışa əsasən 3/15 hissə qızları ilə onun hissəsi olmuşdur. Ümumi həyətin 12/15 hissəsi isə Sevda xanıma məxsus olmuşdur. İddiaçının tələb etdiyi kimi q apıların ayrılması qeyrimümkündür. Belə ki, iddiaçı onun evinin qarşısından hasar çəkəcəyini və ona uzun, dar bir yol verəcəyini bildirmişdir. Halbuki, o, həmin hissədə ağaclar əkmişdir. O, “A” tikilisində ailə üzvləri ilə birlikdə yaşadığını bilmişdir. Bu iş üzrə ekspert gəlib həyətə baxış keçirmiş və orada özü ölçüləri götürmüş baxış əsasında rəy vermiş, lakin rəy düzgün olmadğından razılaşmamışdır. İlk dəfə ekspert gəldikdə bir darvaza olduğu üçün həyətin bölünə bilmədiyini bildirmişdir. Lakin hazırda verilən rəydə həyətin bölünməsinin mümkün olduğu göstərilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2022-ci il tarixli, 10/3795 nömrəli ekspert rəyinə əsasən, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, ünvan 1 ünvanda yerl əşən 0,068640 ha torpaq sahəsi, A literli fərdi yaşayış evi, B və V literli köməkçi tikililəri ilə birlikdə vahid əmlak şəklində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Bakı şəhər Ərazi İdarəsində hüquqi qeydiyyata alındıqdan sonra texniki pasportda qeyd olunan B köməkçi tikilisinin sökülərək 0,068640 ha torpaq sahəsindən İddiaçı 12/15 hissə torpaq payının küçəyə qapı açılmaqla ayrılması Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 10/6396 nömrəli ekspert rəyinə əsasən, rəyin təsviri hissəsində qeyd ol unanları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin texniki pasportda qeyd olunan B (kiril əlifbası ilə “B“) tikilisinin sökülərək 0,068640 ha torpaq sahəsindən İddiaçı payına düşən 12/15 hissənin paylardan qismən kənara çıxmaqla, yəni 0.05 ha torpaq sahəsindən küçəyə qapı açılmaqla ayrılmasının Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin ayrılmasının mümkün variantı rəyə əlavə olunmuş sxemdə öz əksini tapmışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 oktyabr 2022-ci il tarixli, 2(010)-1874/2022 nömrəli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia təmin olunaraq, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, 26 saylı sahədə ye rləşən torpaq sahəsinin texniki pasportda qeyd olunan B (kiril əlifbası ilə “Б”) tikilisinin sökülərək 0,068640 ha torpaq sahəsindən İddiaçı payına düşən 12/15 hissəsi paylardan qismən kənara çıxmaqla, yəni 0,05 ha torpaq sahəsindən küçəyə qapı açılmaqla naturada ayrılması və bölgünün ekspert rəyinə əlavə olunmuş sxemə uyğun aparılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. 10.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, iddiaçının həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilməməsi və cavabdehlərin müdaxiləsi ilə qarşılaşması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olan şəxs kimi tələbinin təmin olunmasını iddia etməkdə haqlı olmuşdur.

11. Belə ki, iddiaçı digər mülkiyyətçilərlə bərabər hüquqlu olmaqla öz əmlakı üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlara, o cümlədən, sərbəst qaydada istifadə etmək üçün subyektiv hüquqa malik olan şəxs olmuşdur. Digər tərəfdən, işdən göründüyü kimi iddiaçı məhz cavabdehlərin müdaxiləsi nəticəsində öz əmlakına daxil ola, ondan istədiyi kimi istifadə edə bilməmişdir. 12.Hazırkı iş üzrə məhkəmə qərardadına əsasən ke çirilmiş ekspertiza rəyindən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin texniki pasportda qeyd olunan B (kiril əlifbası ilə “Б”) tikilisinin sökülərək 0,068640 ha torpaq sahəsindən İddiaçı payına düşən 12/15 hissənin paylardan qismən kənara çıxmaqla, yəni 0.05 ha torpaq sahəsindən küçəyə qapı açılmaqla naturada ayrılmasının Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmiş və torpaq sahəsinin ayrılmasının mümkün variantı rəyə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. 13.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 213, 215.4, 220.1, 220.2, 220.3-cü, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat 14.Cavabdeh Qanuni nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı eyni iddia tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində eyni tərəflərə paylı mülkiyyətçilərə qarşı əmlakın naturada ayrılmasına dair iddia qaldırmış və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(010)-570/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddianın rədd edilməsinə əsas isə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8 may 2021-ci il tarixli, 10/1115 saylı rəyi ilə əmlakın naturada bölünməsinin mümkün olmamasının qeyd olunması olmuşdur. Göründüyü kimi, bir mülki iş əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə İddiaçı paylı mülkiyyətçilərə, o cümlədən Qanuni nümayəndə qarşı iddiasına məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş, işin halları məhkəmədə, eləcə də, ekspert səviyyəsində araşdırılmış və bu qənaətə gəlinmişdir ki, əmlakın naturada bölünməsi mümkün deyil. Həmin məhkəmə qətnaməsində müəyyən edilmiş faktlar həmin tərəflərin iştirakı ilə başqa məhkəmədə mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən halları, yəni həqiqətən paylı mülkiyyətdə olan əmlaka tənasübsüz zərər vurmadan ayrılmasının mümkün olmamasına düzgün qiymət verilməmişdir. Belə ki, iş materiallarından və tədqiq olunmuş sübutla rdan görünür ki, əmlakın bölünməsi zamanı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçilərin mülkiyyət hüququ olmasa da, istifadə hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla texniki pasportda qeyd olunmuş Б tikilisinin sökülməsi ilə şərtləndirən naturada ayrılma digər paylı mülkiyyətçilərin razılığı olmadan baş verməsi onların Mülki Məcəllənin 152.1 və 152.5-ci maddəsi ilə təsbit edilmiş hüquqlarının pozulmasına səbəb olacaqdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hal ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin texniki pasportda qeyd olunan B tikilisinin sökülərək 0,068640 ha torpaq sahəsindən iddiaçının payına düşən 12/15 hissənin paylardan qismən kənara çıxmaqla, yəni 0,05 ha torpaq sahəsindən küç əyə qapı açılmaqla ayrılması texniki cəhətdən mümkün olmuşdur. Lakin bu ekspert rəyi iş üzrə əhəmiyyəti olan halları tam aydınlaşdırmamışdır. Texniki cəhətdən mümkünlüyü torpaq sahəsində qeydə alınmış tikililərdən birinin sökülməsi ilə şərtləndirmişdir, eləcə də payçıların mülkiyyətində olan hissələrdən kənara çıxmadan bunun mümkün olmamasına dair rəy vermişdir. Deməli elə ekspert rəyində qeyd olunmuşdur ki, payçıların paylarından kənara çıxmalar olmadan, eləcə də, tikililərdən biri sökülmədən bu naturada ayrılma mümkün deyil. Yəni ekspert bu naturada ayrılmanı şərtlə mümkün ola biləcəyini qeyd etmişdir. Lakin məhkəmə nədənsə payçıların bu cür bölgüyə razı olub-olmamalarını araşdırmadan, iddiaçıdan fərqli olaraq cavabdehlərin bu cür sökülmə və payların dəyişməsi ilə nəticələnən naturada bö lgüyə etirazına baxmayaraq, birbaşa iddiaçının maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Deməli əmlakın naturada bölünməsinin mümkünlüyü, bu bölgünün əmlaka zərər vurmadan və digər payçıların hüquqlarını pozmadan mümkün olmasına dair hallar sübut edilməmiş, məhkəmə bu hissədə heç bir sübut olmadan iddiaçının tələbini əsaslı hesab etmişdir. Belə olan halda naturada bölgünün qeyri-mümkünlüyü açıq aydın görünmüş, lakin buna baxmayaraq məhkəmə işin hallarına uyğun olmayan naturada bölgünün mümkün olması qənaətinə gələrək iddianı təmin etmişdir. Bundan əlavə, 6 sot ərazidə yerləşən bir əmlakların bölünməsi və hasar çəkilməsi zamanı digər mülkiyyətçilərin əmlaklarının, pəncərələrinin qabağı daş hasarla bağlanmış olur, onların öz əmlaklarına daxil olması, öz əmlaklarından istifadə etməsinə maneələr yaratmışdır. 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli, 10/5986 nömrəli ekspert rəyinə əsasən, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, 10 oktyabr 2022-ci il tarixli, 10/6396 №-li ekspert rəyində göstərildiyi kimi ünvan 1 ünvanda torpaq sahəsində texniki pasportda qeyd olunan B tikilisinin sökülərək 0,068640 ha torpaq sahəsindən İddiaçı 12/15 hissə torpaq payının küçəyə qapı açılmaqla ayrılması B tikilisinin hüquqi qeydiyyata alınmamış vəziyyətdə olduğu üçün (çıxarış olmadığı üçün) Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. 10 oktyabr 2022-ci il tarixli, 10/6396 №-li ekspert rəyində göstərildiyi kimi və həmin rəyə əlavə olunmuş sxemə uyğun olaraq Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, 26 ünvanında torpaq sahəsində texniki pasportda qeyd olunan B tikilisinin sökülərək 0,068640 ha torpaq sahəsindən İddiaçı 12/15 hissə torpaq payının küçəyə qapı açılmaqla bölünməsi zamanı iş materiallarında olan bölgü sxemindən də göründüyü kimi hər iki payçıya ayrı-ayrı girişçıxış qapısı açılmaqla, yəni Qanuni nümayəndə və Cavabdeh2 payına düşən hissəyə giriş-çıxış üçün ayrılmış yolun eni 3.0 metr, İddiaçı payına düşən hissəyə giriş-çıxış üçün ayrılmış yolun eni isə 9.0 metr təşkil etmişdir. Qanuni nümayəndə və Cavabdeh2 payına düşən hissəyə giriş-çıxış üçün ayrılmış yolun eni 3.0 metr olan hissədə yerləşən texniki pasportda və çıxarışda göstərilməyən eni 2.1 metr, uzunluğu 5.9 metr olan köməkçi (hamam, ayaqyo lu və anbar) tikililəri Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq tənzimləndiyi üçün saxlanılmışdır (təsviri hissədə ətraflı qeyd olunmuşdur), lakin sökülməsi ilə bağlı məsələyə məhkəmə tərəfindən qiymət verilə bilər. 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8673 nömrəli ekspert rəyinə əsasən, rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, 10 oktyabr 2022-ci il tarixli, 10/6396 №-li ekspert rəyində göstərildiyi kimi ünvan 1 ünvanda torpaq sahəsində texniki pasportda qeyd olunan B tikilisinin sökülərək 0,068640 ha torpaq sahəsindən İddiaçı 12/15 hissə torpaq payının küçəyə qapı açılmaqla ayrılması B tikilisinin hüquqi qeydiyyata alınmamış vəziyyətdə olduğu üçün (çıxarış olmadığı üçün) Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. 18.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-166/2024 nömrəli mülki iş üzrə 15 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə sərf olunan 200 manat məbləğində pul vəsaitinin Qanuni nümayəndə və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. 19.Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin də lilləri ilə bağlı qeyd etmişdir ki, ekspert rəyində göstərilən qaydada sökülmə və payların dəyişməsi ilə nəticələnən naturada bölgü cavabdehlərin paylarından kənara çıxma ilə deyil, iddiaçının payından kənara çıxmanı, yəni, ona düşən payın azalması ilə nəticələnsə də, iddiaçı buna etiraz etməmişdir. 20.Bundan başqa mübahisə predmeti olan torpaq sahəsi bütövlükdə cavabdehlərin istifadəsində olmuş və iddiaçı həmin sahədən istifadə etməmişdir. Torpaq sahəsinin 3/15 hissəsi cavabdehlərin, 12/15 hissəsi isə iddiaçının mülkiyyətində olduğu halda əmlak naturada bölünməzsə iddiaçının faktiki öz mülkiyyətində olan daşınmaz əmlakdan istifadə edə bilməməsi ilə nəticələnmişdir. 21.Apellyasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, Nümayəndə tərəfindən qaldırılmış eyni məzmunlu iddia qanuni qüvvəyə minmiş qətnaməyə əsasən rədd olunmuşdur. 22.Apellyasiya instansiyası məhkəməsi bu dəlillə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər fərqli olmuş, əvvəlki iş üzrə apellyasiya şikayətinin dəlillərindən birini də o təşkil etmişdir ki, məhkəmə tərəfindən divara bitişik olan tikili sökülməklə payların naturada bölünməsinin mümkünlüyü yoxlanılmamışdır. Bu xüsusat onu deməyə əsas vermişdir ki, hazırkı iş üzrə predmet eyni olsa da tərəflər fərqli olmaqla yanaşı əsaslar da fərqli olmuş və bu hal qətnamənin ləğvi üçün əsas ola bilməz. 23.Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 213.1, 213.3, 213.4, 213.5, 215.1, 215.2, 215.4, 215.5, 215.6, 220.1, 220.2, 220.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarına, MPM-in 14.2, 77.1 217.1, 217.3, 218.3, 384.0.1 və 385.2ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 24.Cavabdeh Qanuni nümayəndə (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 25.Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 152.1, 152.5, 213, 215.4, 215.5, 2 15.6 220.1, 220.3, 220.4, MPM-in 14.2, 82.3, 88, 153.2.2, 217, 218, 261.0.2-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarının tələblərini pozmuşdur. Paylı mülkiyyət hüququ əsasında mənsub olan və daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyatdan keçirilmiş torpaq sahəsində olan, həmin torpaq sahəsinin texniki pasportunda qeydə alınmış tikilinin qanunsuz hesab edilməsi özü qanunsuz olmuşdur. Belə ki, həmin tikili qanuni mülkiyyətində və istifadələrində olan torpaqda yerləşdiyindən, həmin tikili bir iqtisadi dəyər kimi qiymətə malik olduğundan paylı mülkiyyətçilərin razılığı olmadan onun sökülməsi və payçılardan birinə yol verilməsi özü qanun pozuntusudur, digər mülkiyyətçilərin hüquqlarının pozulmasıdır. Məhkəmə isə həmin naturada bölünməyə mane olan tikilini qanunsuz tikili kimi sayaraq həmin qanunsuz tikilinin sökülməsi ilə naturada bölgünü əsassız və qanunsuz olaraq qanuni hesab etmiş, bununla da maddi hüquq normasının və prosessual normaların tələblərini pozmuşdur. İş materiallarında olan ekspert rəylərindən isə aydın şəkildə görünmüşdür ki, əmlaka tənasübsüz zərər vurmadan naturada bölgü mümkün deyil, hətta bunu iddiaçı da qəbul etmişdir. Belə ki, iddia tələbinin özündə B tikilisinin sökülməklə naturada bölgünün aparılması məhkəmədən xahiş olunmuşdur. Bu tələb özü-özülüyündə qüsurlu olmuşdur, belə ki, torpaq sah əsində mövcud olan və texniki pasportda qeyd olunan tikilinin payçılardan birinin tələbi ilə sökülməsi, digər payçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh Qanuni nümayəndə razılığı olmasa da, onların mülkiyyətində olan B literli tikilinin sökülməsi qanuni olmuş, bu tikilinin sökülməsi şərtdir ki, torpaq sahəsi naturada bölünsün, məhkəmə qanunsuz olaraq həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə cavabdehin gözlənti hüququnu pozmuş, həmin tikilinin sökülməsinə razı olmaması ilə bağlı mövqeyini nəzərə almamış, həmin tikilinin sökülməsini qanuni hesab etmişdir. Bununla da, cavabdehin torpaq sahəsindən və onun üzərində olan tikiliyə sahiblik və istifadə hüququnu pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin əmlaka sahiblik, istifadə hüququna və əmlaka dair çıxarış almaqla bağlı gözlənti hüququnun olmasına əhəmiyyət verməmiş, məhkəmə qətnaməsi şikayətin dəlillərinə, tərəflərin qarşılıqlı münasibətlərinə və qanunun tələblərinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etməli olduğu halda işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 26.İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 27.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istif adə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 28.Maddə 152.5..Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

29. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 30.Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmək lə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 31.Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 32.Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 33.Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 34.Maddə 215.1. Paylı mülkiyyə tdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 35.Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 36.Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 37.Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 38.Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 39.Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 40.Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bil ər. 41.Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 42.Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyət çilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli Qərarı 43.Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi v ə ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. 44.Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracda n satılmasını tələb etmək hüququna malik deyil. 45.Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 46.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normala rına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 49.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 50.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 51.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 52.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 53.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irə li sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 54.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 55.Maddə 417.1.1. “Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 56.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 57.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh Qanuni nümayəndə tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 58.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. 59.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 60.Cavabdehin əsas dəlillərindən biri eyni predmet və eyni əsasdan ibarət olan qanuni qüvvədə olan məhkəmə aktının mövcudluğunun nəzərə alınmaması ilə bağlıdır. 61.Bununla bağlı qeyd edilməlidir ki, hazırkı iş üzrə tərəflər fərqli olmuş, əvvəlki iş üzrə apellyasiya şikayətinin dəlillərindən birini də o təşkil etmişdir ki, məhkəmə tərəfindən divara bitişik olan tikili sökülməklə payların naturada bölünməsinin mümkünlüyü yoxlanılmamışdır. Bu xüsusat onu deməyə əsas vermişdir ki, hazırkı iş üzrə predmet eyni olsa da tər əflər fərqli olmaqla yanaşı əsaslar da fərqli olmuş və bu hal qətnamənin ləğvi üçün əsas ola bilməz.

62. Digər tərəfdən qeydiyyata alınmayan və hər hansı tərəfin mülkiyyətini təşkil etməyən tikilinin sökülməsi nəticəsində yol açılmaqla payın bölünməsinin mümkün hesab edilməsi paylı mülkiyyətçilərin hər ikisinin mənafeyinə uyğundur. Payın daha az olması və cavabdeh tərəfə düşən hissədə yerləşən evdən istifadəyə kifayət etməməsi isə işin halları baxımından müəyyən edilmir. Məhkəmələr mübahisəni həll edərkən müvafiq ekspertiza təyin etmiş və bunun nəticəsində verilmiş rəy tərəflərin paylarına uyğun naturada bölünməni mümkün hesab etmişdir. Bu zaman isə cavabdeh tərəfin istifadə etdiyi yol və giriş qapısının saxlandığı aşkardır. 63.Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlə rə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 64.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassas iya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 65.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-166/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar