Məhkəmə qərarları › İş №2(102)-2488/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2488/2020

29.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2488/2020 29.06.2020 ALİ MƏHKƏMƏ İddiaçılar: x19, İddiaçı1 və İddiaçı2 Cavabdehlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və x11 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: XXX rayon Qasımalılar bələdiyyəsi İddia tələbi: torpağa dair hərrac nəticələri barədə protokolun ləğv edilməsi (Açar sözlər: torpaq müsabiqə və hərrac komissiyasının keçirilməsinin nəticələri barədə protokolun ləğvi, məhkəmə aidiyyətinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı2, iddiaç ıların vəkili x10, cavabdeh x7 və onun vəkili x12 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2754/2019 nömrəli iş üzrə 27 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: XXX rayonu Seyidlər kəndində yerləşən 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) üzərində XXX rayonu Qasımalılar bələdiyyəsinin (bundan sonra - Bələdiyyə və ya üçüncü şəxs) tam mülkiyyət hüququ 15.07.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşki li üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyasının (təşkilatçının) (bundan sonra – Komissiya) torpaq müsabiqəsinin, hərracının keçirilməsinin nəticələri barədə 25 yanvar 2018-ci il tarixli iclasının 25.01.2018-ci il tarixli 646 nömrəli protokoluna (bundan sonra - mübahisəli protokol) əsasən XXX rayonu, Şeyidlər kəndində yaşayan x1 mülkiyyətində olan 0.20 hektar torpaq sahəsinin icarəyə verilməsi üçün açıq torpaq müsabiqəsinin qalibi elan olunmuşdur. Protokolun nəticəsinə əsasən x15 ilə 25 yanvar 2018-ci il tarixdə mübahisəli torpaq sahəsinin 25.01.2033-cü il tarixədək illik 55 manat ödəmək şərti ilə icarəçi x13 icarəyə verməsinə dair notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi bağlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tər əfindən mübahisəli torpaq sahəsinə dair XXX XXXlinin icarə hüququ 07.02.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. 11.06.2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən Bələdiyyənin adından x2 11.06.2018-ci il tarixli 01 saylı sərəncamı əsasında kənd təsərrüfatı məqsədilə “Əsgər təpəsi” adlanan ərazidən 0,2 ha torpaq sahəsini x14 icarəyə vermişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: x16 Nəbi qızı, İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra – Dövlət Komitəsi) və x9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli protokolun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar tələblə rini onunla əsaslandırmışlar ki, XXX rayonu, Şeyidlər kəndinin ərazisində XXX XXXaya və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin yaxınında yerləşən mübahisəli torpaq sahəsi Bələdiyyənin 11 iyun 2018-ci il tarixli, 01 saylı qərarı ilə onlara icarəyə verilmişdir, icarə müqaviləsi 2018-ci ildə bağlansa da, həmin torpaq sahəsindən uzun müddət təyinatına uyğun istifadə etmiş və əsaslı yaxşılaşdırmalar aparmışlar. Lakin Bələdiyyə iddiaçıların xəbəri olmadan həmin torpaq sahəsini Komissiya vasitəsi ilə hərraca çıxarmış və XXX XXXli hərracın qalibi elan olunmuşdur. Halbuki, Bələdiyyə mübahisəli torpaq sahəsinin iddiaçıların faktiki istifadəsində olduğunu, özünün həmin torpaq sahəsini uzun müddət qeyri-rəsmi də olsa, onlara icarəyə verərək haqq aldığını bilmişdir. Lakin Bələdiyyə keçirilməsi nəzə rdə tutulan (müsabiqə) hərrac barədə iddiaçıları xəbərdar etməli olduğu halda, etməmiş və bununla da onların hüquqlarını pozmuşdur. Eləcə də, Bələdiyyə hərracın keçirilməsi ilə bağlı mətbuatda elan verməli olduğu halda, onu da etməmişdir. Əgər həmin tədbirlər qanunda nəzərdə tutulan qaydada həyata keçirilmiş olsaydı, onda həmin hərracdan iddiaçıların da məlumatı olardı və onlar da hərracda iştirak edərdi. Bundan başqa, mübahsələndirilən protokolun ləğvinin ən mühüm əsası, əslində müsabiqə iştiraçılarından x17 müsabiqənin (hərracın) keçirildiyi vaxt Rusiya Federasiyasında olmasıdır. Hansı ki, müsabiqənin (hərracın) baş tutmuş hesab edilməsi üçün Qaydalara əsasən ən azı 2 nəfərin iştirakı vacibdir. Lakin iştirakçılardan x18 ərizə verərək hərracda iştirak etməkdən imtina etmiş, x23 isə Rusiya Federasiyasında olmuşdur. Bu baxımdan da müsabiqə (hərrac) baş tutmamış elan edilməli idi. Əksinə, Komissiya tərəfindən vəzifə saxtakarlığına yol verilmişdir. Hərrac qanunsuz keçirildiyi üçün cavabdeh XXX XXXlinin adına da düzgün olmayan çıxarış verilmişdir. XXX Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)597/2019 nömrəli iş üzrə 04 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Paşayev) iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-2754/2019 nömrəli iş üzrə 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Əliyeva (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilmiş, iddiaçıların apelyasiya şik ayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iş materialları əsasında müəyyən etmişdir ki, İddiaçı1 ilk dəfə Bələdiyyəyə 16.05.2018-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Onun ərizəsinə 31.05.2018-ci il tarixdə cavab göndərilmiş və həmin ərazinin 25.01.2018-ci il tarixdə icarəyə verildiyi bildirilmişdir. XXX XXXaya verilmiş 0.20 hektar torpaq sahəsinə dair icarə müqaviləsi 11.06.2018-ci il tarixdə, XXX XXXliyə verilmiş 0.20 hektar torpaq sahəsinə dair icarə müqaviləsi isə 25.01.2018-ci il tarixdə bağlanmışdır. Münaqişəyə son qoymaq üçün Bələdiyyənin 01 saylı sərəncamı əsasında XXX XXXaya müvəqqəti olaraq iki ay müddətinə XXX XXXliyə verilmiş 0.20 hektar torpaq sahəsinin şərq tərəfindən 0.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sah əsi verilmişdir. Eləcə də, XXX XXXaya həmin ərazinin qanunauyğun sənədləşdirilməsi tövsiyə edilmişdir. “Əsgər təpəsi” deyilən ərazi böyük olduğuna görə XXX XXXliyə verilmiş 0.20 hektar torpaq sahəsinin XXX XXXaya verilmiş torpaq sahəsinə aidiyyəti yoxdur. Apelyasiya instansiyası məhkəməsi işin hallarına “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.6, 6.7-ci maddələrini, Mülki Məcəllənin 11.5, 415.5, 421.2, 423.2-ci maddələrini, Torpaq Məcəlləsinin 51, 55-ci maddələrini, “Torpaq İcarəsi haqqında” Qanunun 1, 6.1, 6.2, 10, 11, 12 və 26-cı maddələrini tətbiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisəli torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmuş, 25 yanvar 2018-ci il tarixdə Komissiya tərəfindən keçirilmiş torpaq müsabiqəsində XXX XXXli qalib elan olunmuşdur. Bunun əsasında Bələdiyyə mübahisəli torpaq sahəsini XXX XXXliyə icarəyə vermiş, sonuncunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin hazırda həmin torpaq sahəsi iddiaçıların istifadəsindədir, onların mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqları qeydə alınmamışdır. İddiaçılar müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət etməmişlər. Ona görə də, onların mübahisəli protokolun ləğvi tələbini irəli sürməklə bağlı subyektiv hüquqları olmamışdır. Həmçinin mübahisələndirilən icarə müqaviləsinin, eləcə də, hərracın nəticələrinə dair protokolun etibarsız sayılması üçün də qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında t ərəflərin iştirakı və izahatları: İddiaçılar (vəkil x20) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bir-birinə zidd olan fikirlər və müddəalarla fərqlənir. Buradan da görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilləri tam yoxlamamış, sübutlara obyektiv qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və iddiaçıların vəkili x3 şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini, a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh x11 və onun vəkili x4 şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Dövlət Komitəsinin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və bunun səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışını n hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçılar apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə cavabdeh inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 31 və 31.1.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Komitənin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi inzbati orqanlardır. İddiaçıların hazırkı iş üzrə mübahisələndirdikləri protokolun qəbul edilməsi ilə nəticələnmiş torpaq müsabiqəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 12 saylı Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Bələdi yyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Bələdiyyə mülkiyyətin də olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyələrin ehtiyat fondundan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar hüquqi və fiziki şəxslərin icarəsinə yalnız qısa müddətə verilir (maddə 11.2-11.3, 11.5). Göründüyü kimi qanunvericilik bələdiyyə torpaqları üzərində icarə hüquqlarının bir qayda olaraq açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi qaydasını müəyyənləşdirir. Qanun bələdiyyə mülkiyyətində olan bütün torpaqların qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilməsini mümkün hesab edir. Qeyd olunan Qanuna və həmin sahəni tənzimləyən digər normativ hüquqi aktlara əsasən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə “Dövlət və bələdi yyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə əsasən müsabiqə və hərracların təşkilatçısı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir. Qaydalara müvafiq olaraq Hərracların Təşkili üzrə Auksion Mərkəzi icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır (bənd 5), müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir (bənd 6), müsabiqə və ya hərracı keçirir, müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir (bənd 18). Nəzərə alınmalıdır ki, dövlət və bələdiyyə torpaqlarının alqı-satqısı və icarəsinin xüsusi qaydalarını tənzimləyən, yuxarıda istinad olunan Qaydalara əsasən keçirilən hərrac və müsabiqələri Mülki Məcəllənin 414 və 415-ci maddələri ilə tənzimlənən müqavilələrin hərracda bağlanması qaydaları ilə eyniləşdirmək olmaz. Çünki mülki qanunvericiliklə tənzimlənən hərraclarda təşkilatçı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıx ış edə bilər. Bu zaman ixtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Belə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik protokol imzalayırlar. Lakin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydalarına əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən müsabiqə və hərraclar hərracın qalibinin elan olunması ilə nəticələnir və bu, müəyyən olunmuş müddət ərzində torpaq mülkiyyətçisi olan bələdiyyə ilə hərracın (müsabiqənin) qalibi arasında mülki və torpaq qanu nvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanması üçün əsas kimi çıxış edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (bələdiyyə torpaqlarının icarəyə verilməsi üçün hərracın (müsabiqənin) keçirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçılar həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu iddia edirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və y a hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orq anla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraa tı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Hə min Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müv afiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almadan və hazırkı mübahisənin inzibati mübahisə olub olmadığı ilə bağlı hüquqi dəyərləndirmə aparmadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Ona görə də qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən apelyasiya instansiyası məhkəməsi ilk növbədə mübahisənin inzibati məhkəmə aidiyyətinin olub olmamasına dair yuxarıda sadalanan maddi və prosessual hüquq normaları baxımından hüquqi dəyərləndirmə aparmalı və bundan sonra prosessual qanunvericiliyin tə ləblərinə uyğun qanuni qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: x16 Nəbi qızı, İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2754/2019 nömrəli iş üzrə 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar