Məhkəmə qərarları › İş №2(102)-2489/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2489/2022

06.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2489/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi ziyan tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «pul və mənəvi ziyan tələbinə dair» ilk iddia, Cavabdeh İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3297/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətna məsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər arasında avtomobilin alqı-satqısına dair nümasibətlər olmuş, iddiaçı cavabdehdən 25250 manata “Hyundai Sonata” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almışdır. 2. xx.xx.2019-cu ildə iddiaçı mübahisəli avtomobili qaytarmaq məqsədi ilə Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən “200 CARS” avtosalonuna gəlmiş, bu zaman tərəflər arasında mübahisə yaranmış və cavabdehin qohumu X2 iddiaçını döyərək sağlamlığına yüngül zərər vurmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(060)225/225 saylı hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25250 (iyirmi beş min iki yüz əlli) manat pul, mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh təxminən 2018-ci ilin sonlarında tanımışdır. Həmin vaxt özünə avtomobil almaq istədiyindən tanışlarından maraqlanıb Elgizin mobil nömrəsini tapmış və cavabdehlə aralarındakı telefon danışığı zamanı Elgizin Sumqayıt şəhəri, 41a məhəllə ərazisində yerləşən adı “CARS 200” olan avtomobil salonunda işlədiyini öyrənmişdir. Bundan sonra Sumqayıt şəhərinə gələrək avtosalondakı 2011-ci il buraxılışlı “Mercedes C-class” markalı avtomobilə baxıb bəyənmiş və həmin avtomobilin qiymətini 33000 manata razılaşaraq almışdır. Həmin avtomobili təxminən 10 ay müddətində idarə etmiş və bundan sonra, özünə “Prado” markalı avtomobil almaq istədiyindən ilk aldığı avtomobili götürüb Sumqayıt şəhərinə getmiş və Elgizə bu barədə demişdir. Elgiz ona almaq istədiyi “Prado” markalı avtomobil tapacağına söz verdiyindən, ondan aldığı “Mercedes” markalı avtomobilin qiymətini 24000 manata razılaşdırıb avtomobili satılması üçün avtosalona təhvil vermiş, təxminən bir həftə sonra Elgiz ona zəng vurub "Prado” markalı avtomobil tapmadığını, ancaq yaxşı vəziyyətdə olan “Hyundai İX-35” markalı avomobilin olduğunu bildirmiş və həmin avtomobili almasını məsləhət görmüşdjür. Avtomobilə baxıb bəyəndiyindən həmin avtomobilin qiymətini 29500 manata razılaşaraq avtomobili almışdır. İlk olaraq “Mercedes” markalı avtomobili salona təhvil verərkən avtomobilin qiymətini 24000 manata razılaşdığından, avtomobili almaq üçün əlavə 5000 manat pul ödəmiş, qalan 500 manat pulu isə sonradan ödəyəcəyinə söz vermişdir. Avtomobili bir neçə gün ərzində idarə etdikdən sonra avtomobilin müəyyən nasazlıqlarının olduğunu öyrənmiş və Elgizə zəng vurub bu barədə bildirdikdən sonra Elgiz avtomobili geri qaytarmağına razılıq vermiş, üç gün sonra avtomobili qaytarıb salona təhvil vermişdir. Əlavə pul verərək birdəfəlik onun istədiyi “Prado” markalı avtomobil almağında köməklik göstərməs ini Elgizdən xahiş etmişdir. Elgiz bununla maraqlanacağını, nəticə olarsa ona məlumat verəcəyini bildirmiş və həmin vaxt fikrinin ciddi olduğunu bildirmək üçün Elgizə əlavə olaraq 6000 manat da pul vermişdir. Bundan sonra “Hyundai İX-35” markalı avtomobili götürüb getmişdir və təxminən bir ay sonra Elgiz onunla təkrar əlaqə saxlayıb onu avtomobil salonuna çağırmış, o, da gəldikdən sonra Elgiz salonda satışda olan 'Hyundai Sonato” markalı avtomobili göstərib həmin avtomobili almağını təklif etmiş, avtomobilə baxıb bəyəndiyindən, avtomobilin qiymətini 24000 manata razılaşaraq almışdır. Sonradan avtomobilə yanacaq doldurmaq istəyərkən avtomobilin benzin yanacağı ilə deyil, qazla işlədiyi ona məlum olmuşdur. Daha sonra bu barədə Elgizə zəng vurub məlumat verdikdə Elgiz, avtomobili bir neçə gün idarə etməyini, əgər avtomobili bəyənməzsə bundan sonra avtomobili geri qaytarmağını məsləhət görmüşdür. Avtomobili idarə edərkən avtomobilin istifadə etdiyi qaz yanacağının ucuz qiymətə olduğunu görüb ilk olaraq avtomobili özündə saxlamaq qərarına gəlmişdir. Həmin müddətdə Elgiz ona verdiyi ümumilikdə 35000 manat puldan 24000 manat avtomobilin dəyərini çıxdıqdan sonra 9750 manat pul qaytarmış, o, isə aralarında olan ticarət münasibətlərinə görə Elgizdən 1250 manat pulu almamış və beləcə avtomobil üstünə ümumilikdə 25250 manata düşmüşdür. Avtomobili təxminən iki həftə ərzində idarə etmiş, ancaq avtomobilin müəyyən nasazlıqları olduğunu görmüşdür. Hətta avtomobili təmirinə Elgizin məlumatı olmaqla 800 manat pul xərcləmişdir. Ancaq avtomobili təmir etməyin mümkün olmadığını gördükdə avtom obili geri qaytarmaq qərarına gəlmişdir. Dəqiq tarixi xatırlamasa da, təxminən xx.xx.2019-cu il tarixdə saat 13-14 radələrində avtomobili götürüb kirvəsi Bəhruzla birlikdə avtosalona getmiş və Elgizdən avtomobili geri götürərək pulunu verməsini tələb etmişdir. Elgiz isə avtomobili salona qaytarıb gözləməyini, həmin müddətdə ya avtomobili satıb pulunu verməsini, ya da altı ay müddətində avtomobilin pulunu hissə-hissə qaytarmasını təklif etmişdir, ancaq bu təkliflə razılaşmamış, həmin vaxt orda olan Elgizin qardaşı Aqil ona qarşı nalayiq ifadə işlədərək onu söyüb təhqir etmiş, daha sonra Aqil və kirvəsi Emil onu döyməyə başlamışlar. Bundan sonra Bəhruz və Elgiz araya girib onu həmin şəxslərin əlindən almışdır və onu döyüb xəsarət yetirmiş şəxsləri sakitləşdirmişdilər. Elgiz “sən heç bir yerə şikayət etmə” deyərək, avtomobil almaq üçün verdiyi 25250 manat pulu geri qaytaracağına söz verdiyindən, razılaşıb çıxıb getmiş və vaxt tamam olanda Elgizə zəng vurmuşdur. Elgiz əlavə olaraq bir həftə də vaxt istəmiş, beləcə aradan üç həftə vaxt keçmiş, ancaq pulu geri qaytarılmamışdır. Ona görə də müvafiq orqanlara şikayət etməyə başlamış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib,1200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Eyni zamanda Cavabdeh dəfələrlə ona olan borcunun qaytarılması barədə müraciət etsə də bu günə kimi heç bir nəticəsi olmamışdır.

5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia, iddia tələbinin həcminin artırılması və iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı 56700 (əlli altı min yeddi yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 56730 (əlli altı min yeddi yüz otuz) manatın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı özünə məxsus olan 'Hyundai İX-35” markalı avtomaşını mülkiyyətçisi olduğu "CARS 200” avtosalonunda olan **-RG-*** dövlət qevdiyyat nişanlı "Hyundai Sonata” markalı avtomaşınla 2019-cu ilin fevral ayında dəyişmişdir. Bu zaman qarşılıqlı razılaşmaya əsasən ”Hyundai Sonata” markalı avtomaşına 22500 manat qiymət qoyulmuşdur. İddiaçı təhvil verdiyi "Hyundai İX-35” markalı avtomaşına isə 27500 manat qiymət qoyulmuşdur. Maşınlar arasın dakı qiymət fərqinə görə o, İddiaçı həmin vaxt 5000 manat ödəniş etmişdir. Avtomaşını təhvil verərkən qarşılıqlı razılaşmışlar ki, Elməddin avtomaşını 3 gün idarə etsin, nasazlıq olarsa həmin müddətə avtomaşını salona qaytararaq özünə məxsus avtomaşını geriyə götürsün. Lakin həmin müddətdə İddiaçı aldığı avtomaşınla bağlı ona heç bir irad bildirməmiş, avtomaşında olan texniki nasazlıq barədə məlumat verilməmişdir. İddiaçı istifadəsində olan "Hyundai Sonata” markalı avtomaşını idarə etdiyi müddətdə 2 dəfə qəza törətmiş, avtomaşına xəsarət yetirilmişdir. Baş vermiş yol qəzası hadisəsini ondan gizlətmişdir. O, İddiaçı etibarnamə ilə satdığı avtomaşında texniki nasazlığın olmasını Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 1321/2021 saylı qiyabi qətnaməsini aldıqdan sonra bi lmişdir. "Hyundai Sonata” markalı avtomaşını İddiaçı 2 il 3 ay bundan əvvəl təhvil vermişdir. Avtomaşın tam saz halda olmuş, texniki nasazlığı olmamışdır. İddiaçı bu barədə cavabdehə vaxtında hər hansı bir etiraz bildirməmiş, avtomaşını bəyəndiyini bildirmişdir. Avtomaşın İddiaçı xx.xx.2019-cu ildə təhvil verilmişdir. Əgər həmin avtomaşın rəhbərlik etdiyi avtosalonda olsaydı həmin avtomaşını hər günü 70 manata icarəyə verə bilərdi. İddiaçı 2 il 3 ay ərzində avtomaşını özündə saxlayaraq avtosalona 56700 (2 il 3 ay x 70 manat icarə haqqı) manat maddi zərər vurmuşdur. Həmçinin İddiaçı günahı üzündən avtomaşınla 2 dəfə qəza hadisəsi törədərək avtomaşının dəyərini əhəmiyyətli dərəcədə aşağı salmışdır. Eyni zamanda nəzərə almaq lazımdır ki. sözügedən avtomaşın 2014-cü il buraxılışdır. Hal-hazı rda həmin avtomaşının istehsal tarixində 7 ildən artıq vaxt keçmişdir. Bu da satış zamanı avtomaşının qiymətinin öz dəyərindən aşağı düşməsinə səbəb olur. İlkin iddia tələbinin mənəvi zərər hissəsi əsaslanmamışdır. Hazırda onunla cavabdeh arasında 1250 manat məbləğində pul borcu vardır. Həmin məbləğidə qısa zamanda o, cavabdehə qaytaracaqdır.

7. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1250 manat maşına görə verilən pulun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin mənəvi zərər hissəsində rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir.

9. Məhkəmə hesab etmişdir ki, İddiaçı 25250 manat maddi ziyana görə pul tələb etsə də, Cavabdeh 25250 manat deyil, 1250 manat borclu qaldığını etiraf etdiyindən iddia tələbi etiraf olunmuş hissədə təmin edilməlidir.

10. Mənəvi zərərlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı mənəvi ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və qeyd olunan hal iş materialları sübuta yetirilməmişdir.

11. Bundan başqa məhkəmə araşdırması zamanı Cavabdeh tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1 və 1115-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 124.2, 220.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 n ömrəli 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş və cavabdeh lazımı keyfiyyətdə maşını təhvil vermədiyindən iddiaçı “Hyundai Sonata” markalı avtomobili cavabdehə qaytarmışdır. Bu hal X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktında öz əksini tapmışdır. İddiaçı avtomobili cavabdehə qaytardığından ödənilmiş məbləğ tam qaytarılmalıdır. Cavabdehin özü də avtomobilin razılaşdırılmış qitymətinin 25250 manat olmasını etiraf etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasın ın 2(105)-3297/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(060)-1321/2021 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmış, ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli zamanı tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyildir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının dəlilləri iş materialları ilə təkzib olunur, həmin dəlillərə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında izahat verərkən də şikayətinin dəlillərini əsaslandıracaq hər hansı bir sübutu təqdim edə, əsaslandıra bilmədi.

18. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı avtomobili aldığı vəziyyətdə geri qaytarmasını bildirsə də, buna dair sübut təqdim etməmişdir. Həmçinin qeyd edilən faktı izahatı ilə təkzib etmişdir. Belə ki, izahatında göstərmişdir ki, özü Türkiyəyə getmiş, qayıdanda bilmişdir ki, qardaşı həmin maşınla qəza törətmiş, bamperin altı qırılmışdı. Həmçinin qeyd edilən avtomobilin cavabdehə qaytarıl ması barədə hər hansı sübut mövcud deyildir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1 və 1115-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1 və 217.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olma sı və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 567.1. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

31. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hü quqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prossesual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

38. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv o lunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

43. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparıl mır, onlara qiymət verilmir.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3297/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar