Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-249/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə şərtləri təfsir edilərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasının nəzərə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4981/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayə tinə dair işə 17 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki İddiaçı ilə Cavabdeh MTK arasında 18 noyabr 2017ci il tarixdə 36 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı 17.10.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus X küçəsində 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83,1 m2 -dən ibarət qeyri-yaşayış sahəsini Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı 20 iyul 2017-ci il tarixli sərəncamı əsasında ünvan 1 ünvanda tikintisi nəzərdə tutulmuş yeni yaşayış binasının tikintisinin həyata keçirilməsi üçün MTK-nın mülkiyyətinə verməyi, MTK isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çat dıqdan sonra həmin layihə üzrə yaşayış binasında, ümumi sahəsi 100 m2 təşkil edən qeyri-yaşayış sahəsini təmirsiz qaydada onun mülkiyyətinə verməyi, habelə İddiaçı müvəqqəti icarəyə götürdüyü yer üçün 15.03.2018-ci il tarixdən etibarən aylıq 600 manat kirayə haqqının ödənilməsini təmin etməyi öhdələrinə götürmüşdür.
2. Cavabdeh MTK-nın İddiaçı ünvanladığı 13.06.2019-cu il tarixli 54 saylı bildirişinin surətindən görünür ki, bağlanmış 36 saylı 18.11.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi əsasında ona ayrılmış qeyri-yaşayış sahəsində tikinti işləri yekunlaşmış, müvafiq olaraq elektrik və su xətləri çəkilmişdir. Göstərilənlərə əsasən ona ayrılmış qeyri-yaşayış sahəsinin təhvil prosesi ilə əlaqədar müvafiq sənədlərin imzalanması üçün MTK-nın tikinti gedən ərazidə yerləşən satış ofisinə mür aciət etməsi xahiş olunur.
3. İddiaçı Cavabdeh MTK-ya ünvanladığı 17.07.2018-ci il tarixli pretenziyadan görünür ki, 13.06.2019-cu il tarixdə MTK-nın ona ünvanladığı 54 saylı bildirişi aldıqdan sonra MTK-nın tikinti gedən ərazidə yerləşən satış ofisinə müraciət etmiş və əməkdaşlar ilə birlikdə tikinti gedən əraziyə baxış keçirilmişdir. Bu zaman məlum olmuşdur ki, tikinti işləri yekunlaşmamış və davam etməkdədir, hətta binanın dəmir-beton, hörgü və suvaq işləri belə yekunlaşmamışdır. Göstərilənlərə əsasən qeyri-yaşayış sahəsinin təhvil verilənə qədər aylıq 600 manat kirayə haqının və həmin günə qədər ödənilməmiş 4 aylıq kirayə haqqının (2400) manat ona ödənilməsini 10 gün ərzində təmin edilməsini tələb etmişdir.
4. «X ödəniş kartı üzrə çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı sonuncu ödəniş 2019-cu ilin mart ayının 27-də həyata keçirilmişdir. 5. 78 saylı MKİS-nin 08.08.2019-cu il tarixli 570 saylı arayışından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi xxxə küçəsi ilə üzbəüz əsas yolun kənarında və "xxxx" şadlıq sarayının qarşısında yerləşirdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, xx küçələrinin kəsişməsində, "xxxx" şadlıq sarayının qarşısında MTK tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdıqd an sonra Səttar Bəhlulzadə küçəsinə tərəf olmaqla B blokunda (ona məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə) ümumi sahəsi 100 m2 olan yeni qeyriyaşayış sahəsinin ona verilməsi; cavabdehin 15 avqust 2019-cu il tarixə qədər ödəmədiyi 2400 manat (4 ay x aylıq 600 manat = 2400 manat) kirayə haqqının və 15 avqust 2019-cu il tarixdən başlayaraq binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdırılaraq qeyri-yaşayış sahəsi təhvil verilənə qədər müqavilədə qeyd olunan aylıq 600 manat kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarında, "xxxx" şadlıq sa rayının qarşısında yerləşmiş və MTK binanın yerləşdiyi ərazini abadlaşdırdıqdan sonra məhz həmin yerdən ona ümumi sahəsi 100 kv.m təşkil edən qeyri-yaşayış sahəsi verməyi öhdəsinə götürməsinə baxmayaraq, məhəllə içərisində yerləşən binadan qeyri-yaşayış sahəsi təklif etməklə öhdəliyini pozmuşdur, o cümlədən tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə görə, nəinki tikinti quraşdırma işləri yekunlaşdıqdan, hətta binanın yerləşdiyi ərazinin abadlaşdırılması başa çatdıqdan sonra qeyri-yaşayış sahəsi ona təhvil verilməli və qeyri-yaşayış sahəsi təhvil verilənə qədər aylıq 600 manat kirayə haqqı ödənilməli idi. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini pozaraq 4 ayın kirayə haqqını ödəməmiş və bundan sonra da ödəməli olduğu kirayə haqqını ödəməkdən boyun qaçırm ışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2019 nömrəli iş üzrə 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında Cavabdeh MTK tərəfindən tikintisi aparılan 4 bloklu hündürmərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdıqdan sonra iddiaçı ilə aralarında bağlanmış 18 noyabr 2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş ümumi sahəsi 100 kv.m olan yeni qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, Cavabdeh MTK tərəfindən 15 avqust 2019-cu il tarixə qədər ödəmədiyi 2400 manat kirayə haqqının və 15 avqust 2019-cu il tarixdən başlayaraq tikinti işləri tam başa çatdırılaraq qeyri-yaşayış sahəsi təhvil verilənə qədər müqavilədə qeyd olunan aylıq 600 manat kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutul ması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh MTK iddiaçıya ünvanladığı bildirişdə 18.11.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi əsasında ona ayrılmış qeyri-yaşayış sahəsində tikinti işlərinin yekunlaşdırılmasını göstərərək ona ayrılmış qeyri-yaşayış sahəsinin təhvil prosesi ilə əlaqədar müvafiq sənədlərin imzalanması üçün MTK-nın tikinti gedən ərazidə yerləşən satış ofisinə müraciət etməli olmasını bildirsə də, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya ayrılmış qeyri-yaşayış sahəsində tikinti işlərini yekunlaşdırmadan müqavilə əsasında üzərinə götürdüyü aylıq 600 manat kirayə haqqının ödənilməsini dayandırmaqda haqlı olmamışdır.
10. İddiaçının əvvəlki qeyri-yaşayış sahə sinin yerləşdiyi yerdən qeyri-yaşayış sahəsi verilməsi tələbi ilə bağlı qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya onun mülkiyyətində olmuş sahənin ölçüsündən daha artıq qeyri-yaşayış sahəsi verilməsinə dair 18 oktyabr 2017-ci il tarixli əvəzləşdirmə müqaviləsində konkret olaraq iddiaçıya yeni qeyri-yaşayış sahəsini sonuncuya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdən verilməsi kimi öhdəlik nəzərdə tutulmamışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, 6.2, 14.2.1, 385, 386.1, 399.1, 405.1, 442-ci, Mülki Prossesual Məcəllənin 14.2, 80, 106.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
13. Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(103)-1791/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov, F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə MTK-nın iddiaçıya, ona məxsus olmuş sahənin yerləşdiyi əvvəlki yerdən qeyri-yaşayış sahəsi vermək öhdəliyi nəzərdə tutulmadığından, birinci instansiya məhkəməsi müvafiq tələb üzrə düzgün nəticəyə gəlmişdir.
15. Belə ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə hazırda da qüvvədədir və iddiaçı həmin müqavilənin etibarlılığını mübahisələndirməməklə məhz bu müqaviləyə istinadla tələblər irəli sürmüşdür.
16. İddiaçının digər tələbi ilə bağlı isə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində göstərilən “tikinti işləri tam başa çatdıqdan sonra” ifadəsi binanın istismara qəbul olunmasını, habelə onun yerləşdiyi ərazinin abadlaşdırılmasını da ehtiva edir və bu mənada iddiaçının müvafiq tələbi mahiyyətcə təmin edilmiş hesab olunmalıdır.
17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. Qətnamədən iddiaçı ka ssasiya şikayəti vermişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – G.Quliyev (sədrlik edən və məruzəçi), İ.Xələfov, Z.Əliyev) 24.02.2021-ci il tarixli, 2(102)1212/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsinin veriləcəyi yerin tərəflər arasında əvvəlcədən razılaşdırılmaması birtərəfli qaydada nə iddiaçının, nə də cavabdehın xeyrinə təfsir edilə bilməz, əks yanaşma mülki qanunvericiliyin əsas prinsiplərindən olan mü lki hüquq subyektlərinin bərabərliyi prinsipinin tələblərinə zidd olardı.
21. Bu halda, yeni qeyri-yaşayış sahəsinin yeri tərəflərin hər hansı birinin arzusundan, yəni iddiaçının tələbi və ya cavabdehin təklifindən asılı edilməməklə, əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə uyğun, yəni həmin ərazinin xarakterik xüsusiyyətləri (yol kənarında yerləşməsi, işləklilik vəziyyəti) nəzərə alınmaqla, həmin əraziyə eyni kriteriyalar baxımından daha uyğun olan ərazi üzrə müəyyən edilməlidir.
22. Apellyasiya məhkəməsi müqavilədə qeyri-yaşayış sahəsinin yeri ilə bağlı cavabdehin hər hansı öhdəliyi olmadığını və iddiaçının da bu müqaviləni mübahisələndirmədiyini göstərmişdir, bu isə belə qənaətə gəlməyə imkan verir ki, mövcud vəziyyətdə “iddiaçı cavabdehin təklifi ilə razılaşmalıdır”.
23. Halb uki, yuxarıda qeyd edildiyi kimi, hər hansı şərtin müqavilədə razılaşdırılmaması, sonradan müqavilə tərəflərinin hər hansı birinə üstünlük vermr.
24. Apellyasiya məhkəməsi mübahisəyə mülki qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddiaçının təklif edilən qeyri-yaşayış sahəsinin yerinin əvvəlki yerlə “uyğunsuzluğu” barədə dəlillərini ümumiyyətlə araşdırmamaqla, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4981/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov, E.Mehdiyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, hazırki iş ü zrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)-5375/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin həmin hissədə təmin edilməsi, Bakı şəhəri Əcəmi Naxçıvani küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində, "xxxx" şadlıq sarayının qarşısında hazırda Cavabdeh MTK tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdıqdan sonra Səttar Bəhlulzadə küçəsinə tərəf olmaqla “B” blokunda (iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə) ümumi sahəsi 100 kv.m olan yeni qeyri-yaşayış sahəsinin (müqavilədə nəzərdə tutulmuş təmirsiz vəziyyətdə) Cavabd eh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlməmişdir.
27. Belə ki, məhkəmə kollegiyası tərəfindən qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə tərəflərin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən həmin ərazidə A, B, C və D bloklarından ibarət hündürmərtəbəli binanın tikintisi həyata keçirilir. İddiaçıya məxsus olmuş Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 4 mərt əbəli binanın 1-ci mərtəbəsində yerləşmiş qeyri-yaşayış sahəsi Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarındavə "xxxx" şadlıq sarayının qarşısında yerləşirdi. İndi orada cavabdeh tərəfindən inşa edilən B bloku yerləşir. İddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsi nəqliyyatın işlək vəziyyətdə olan və insanların daha çox istifadə etdiyi bir küçədə yerləşirdi. Cavabdeh tərəf yerli baxış zamanı C və ya D blokundan iddiaçıya qeyri-yaşayış sahəsi verməyə və ya B blokundan 85 kv.m qeyriyaşayış sahəsi verməyə hazır olduqlarını bildirdilər. Cavabdeh tərəfin təklif etdiyi C və ya D blokları hissəsi işlək vəziyyətdə olmayan bir ərazidir.
28. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, yeni qeyri-yaşayış sahəsinin yeri tərəflərin hər hansı birinin arzusundan, yəni iddiaçının tələbi və ya cavabdehin təklifindən asılı edilməməklə, əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə uyğun, yəni həmin ərazinin xarakterik xüsusiyyətləri (yol kənarında yerləşməsi, işləklilik vəziyyəti) nəzərə alınmaqla, həll olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilərək, Əcəmi Naxçıvani küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində, "xxxx" şadlıq sarayının qarşısında hazırda cavabdeh tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdıqdan sonra Səttar Bəhlulzadə küçəsinə tərəf olmaqla “B” blokunda (iddiaçıya məxsus əvvəlki qeyri-ya şayış sahəsinin yerləşdiyi yerdə) ümumi sahəsi 100 kv.m olan yeni qeyri-yaşayış sahəsi (müqavilədə nəzərdə tutulmuş təmirsiz vəziyyətdə) Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etira z daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
34. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
38. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. (maddə 14.2.1)
39. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
40. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1)
41. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (maddə 404.1)
42. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yaz ışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (maddə 404.2) Mülki Prossesual Məcəllə
43. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
46. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə k ollegiyası Qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4981/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.