Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2490/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXX cavabdeh XXX oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2490/2021 (Açar sözlər: magistral qaz kəmərinin mühafizəsi zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi, evin özbaşına tikili olması) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı XXX, Cavabdeh XXX vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İx rac» İdarəsinin cavabdeh Cavabdeh oğluna qarşı “magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2338/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlunun kassasiya şikayəti üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı XXX 22 iyul 2019-cu il tarixdə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qa radağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh oğlu tərəfindən inşa edilmiş “daş hasar” və “fərdi yaşayış evi”-nin cavabdehin hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti malmateriallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh oğlu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq SOCAR “Qaz İxrac” İdarəsininAbşeron Magistral X3 balans və istismarında olan 1020/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərininXXX keçən hissəsində, başqa bir sözlə magistral qaz kəmərinin 39-cu kilometrliyində, magistral qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə müvafiq magistral qaz kəmərindən 25 metr məsafə aralıda daş hasar və 30 metr məsafə aralıda fərdi yaşayış evi inşa edilmişdir.
3. Qeyd edilən ərazidə magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş və inşası davam etdirilən tikililər barədə müvafiq tədbirlər görülməsi üçün 21.09.2012-ci il tarixli AP-927/4- 14 saylı; 28.01,2013-cü il tarixli GB-71/4-14 saylı; 19.06.2013-cü il tarixli GB-327/4-14 saylı; 03.12.2013-cü il tarixli GB-850/4-14 saylı məktublarla müvafiq olaraq Abşeron Rayon İcra Hakimiyyətinə, Abş eron Rayon Prokurorluğuna, Polis Şöbəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X2 Agentliyinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyatİstintaq İdarəsinə rəsmi müraciətlər edilmişdir.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X2 Agentliyinin 18.03.2013-cü il tarixli, 25/24-01572 saylı məktubuna əsasən qeyd olunan ərazidə (magistral qaz kəmərinin mühafizə zonasında) texniki təhlükəsizlik qaydaları tələblərinin pozulması faktları təsdiqlənmiş və məhkəmə orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan magistral qaz kəmərinin (Qaradağ KSDigah-Şimal DRES) və eləcə də Abşeron rayonu ərazisindən keçən digər yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonasında tikintisi aparılmış və aparılmaqda olan özbaşına tikililərlə bağlı müvafiq tədbirlərin görülməsinə dair, daha dəqiqliklə X4nin bütövlükdə Abşeron rayonunun ərazisindən keçən hissəsində insan tələfatı ilə nəticələnə biləcək partlayış, yanğın, qəza və dağıntıların, hər nansı bir bədbəxt hadisənin vaxtında qarşısının alınması və X4nin normal iş rejiminin təmin edilməsi üçün kəmərlərin mühafizə zonasında ümumilikdə aparılmış və aparılan tikinti işlərinin dayandırılması, eləcə də həmin kəmərlərin mühafizə zonasında sakinlər tərəfindən tikinti işləri aparılmaqla qeyri-qanuni olaraq inşa edilmiş müxtəlif növ təyinatlı tikililərin həmin şəxslərin hesabına sökülməsi, həmin tikililərin yerləşdiyi torpaq sahəsinin tikinti ma teriallarından boşaldılaraq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 istifadəsinə geri qaytarılması, həmçinin kəmərlərin mühafizə zonasında yerləşən bu və s. kimi tikili sahiblərinin şəxsiyyətinin (ad, soyad, ata adı və təvəllüdü), sonuncu poçt ünvanlarının müəyyən edilməsi ilə əlaqədar ətraflı araşdırma aparılmasına dair aidiyyəti şəxslərə müvafiq göstərişlər verməsi, aparılmış və icra edilmiş araşdırmaların nəticəsi barədə müraciət müəllifi qismində Abşeron MQKS-yə qısa müddətdə cavab verilməsinin təmin edilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının adına MV-190/01/OH saylı məktubla 28.02.2017-ci il tarixində təkrarən müraciət olunmuşdur. 5. 11.04.2019-cu il tarixində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində, 1020/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (37 atm.) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh oğlu tərəfindən magistral qaz kəmərindən 25 metr məsafə aralıda daş hasarın və 30 metr məsafə aralıda fərdi yaşayış evinin inşa edilmiş olması barədə 1 saylı Xətti İstismar Xidmətinin (XİX) məsul əməkdaşları tərəfindən AKT və xəbərdarlıq məktubu tərtib edilmiş, lakin adı çəkilən vətəndaş ona təqdim ediləcək xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etmişdir.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 say Qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirlər Qaydaları»na əsasən, X4nin mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma islərinin aparılması qəti qadağandır. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər.
7. Cavabdeh özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Buradan da müəyyən olunur ki, Cavabdeh buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir.
8. Bundan əlavə «Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin a parılması hallarının qarşısının qəti şəkildəalınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Bu məqsədlə də aidiyyəti icra hakimiyyəti orqanına müvafiq yazışmalar edilmişdir. Qanunun tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180, Torpaq Məcəlləsinin 109, 110, 111-ci, “Qaz təchizatı haqqında” Qanunun 19 və 22-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh oğlu iddiya etirazını onunla əsaslandrıb ki, 2014-cü ildə iddia predmeti ol an torpaq sahəsini almışdır. Torpaq sahəsinə dair eskiz layihəsi, etibarnaməsi vardır, lakin evə dair heç bir çıxarışı yoxdur. Ona heç vaxt həmin tikili ilə bağlı hər hansı xəbərdarlıq edilməmişdir. Ev magistral qaz kəmərindən 30 metr aralı məsafədə yerləşir, 1 mərtəbilidir. Evi alan zaman yarımtikili idi. O isə tam tikib başa çatdırmışdır. Əvvəldən ona belə bir problemin olduğu deyilsə idi o, evi tikməzdi. Hətta ona bir dəfə deyilmişdir ki, əgər ev sökülsə, ona kompensasiya veriləcəkdir. Ona məxsus tikilinin yanında başqa tikililər də mövcuddur. Nə icra hakimiyyəti tərəfindən, nə də «Qaz İxrac» İdarəsi tərəfindən ona hər hansı məlumat, bildiriş verilməmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 2(012)-3463/2019 nömrəli, 23 sentyabr 2019-cu il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdehə məxsus tikilinin magistral qaz kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək üçün müvafiq suallar qoyulmuşdur.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 26.03.2020-ci il tarixli, 1086 saylı ekspert rəyinə əsasən hüquqmüəyyənedici və texniki kadastr sənədləri təqdim olunmadığından torpaq sahəsinin Cavabdeh oğluna məxsus olub-olmamasının araşdırılması mümkün olmayıb. Lakin baxış zamanı Cavabdeh oğlu tərəfindən onun faktiki istifadəsində olan torpaq sahəsi kimi təqdim edilən ərazidə tikili (yaşayış evi) mövcuddur. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” idarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Q aradağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin Cavabdeh oğlunun faktiki istifadəsində olan daş hasara alınmış torpaq sahəsindən ara məsafəsi 19 metr təşkil edir.
13. Abşeron Rayon Məhkəməsinin 2(012)-174/2010 nömrəli, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qaradağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh oğlu tərəfindən inşa edilmiş daş hasarın və fərdi yaşayış evinin cavabdehin hesabına əvəzi ödənilmədən sökülməsi, tikinti malmateriallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması qət edilmiş, ekspertiza xərci cavabdehdən tutulmuşdur. (hakim Elman Məmmədov)
14. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 1020/720 mm diametrli «Qaradağ KS-Digah-Şimal DRES» yüksək təzyiqli (37 atmosfer) yeraltı magistral qaz kəmərinin Abşeron rayonu, Mehdiabad qəsəbəsindən keçən hissəsində, magistral qaz kəmərinin 39-cu kilometrliyində, magistral qaz kəmərindən 25 metr məsafə aralıda daş hasar və 30 metr məsafə aralıda fərdi yaşayış evi inşa edilmişdir. Cavabdehin torpağa və tikiliyə hüquq müəyyənedici sənədi yoxdur.
15. İşin müəyyən edilmi ş hallarına əsasən birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü, “Qaz təchizatı haqqında” Qanunun 19-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları», Mülki Prossesual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd olunması xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir. Məhkəmə işə baxarkən məhkəmə prosesini birtərəfli aparm ış, mübahisənin həllində mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış və səhv nəticəyə gəlmişdir. Belə ki, o, 2014-cü ildə iddia predmeti olan torpaq sahəsini almışdır. Torpaq sahəsinə dair eskiz layihəsi, etibarnaməsi vardır, lakin evə dair heç bir çıxarışı yoxdur. Ona heç vaxt həmin tikili ilə bağlı hər hansı xəbərdarlıq edilməmişdir. Ev magistral qaz kəmərindən 30 metr aralı məsafədə yerləşir. Nə icra hakimiyyəti tərəfindən, nə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi tərəfindən ona hər hansı məlumat, bildiriş verilməmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2338/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 2(012)- 174/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Gülnarə Tağəzadə )
20. Apellyasiya instansiyası iş materiallarına əsasən məhkəməsi qeyd etmişdir ki, Cavabdeh oğlunun sökülməsi tələb edilən tikililərə və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə hər hansı bir hüququ (mülkiyyət, istifadə, icarə və s) yoxdur, həmin tikililər qanunvericiliyin tələbinə görə özbaşına tikinti sayılır və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.
22. Kasassiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə apellyasiya instansiyasının maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
23. Kassasiya şikayətinə iddiaçının yazılı etirazı daxil olmuşdur. 24.Etiraz onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehin lazımı icazəsi olmadan özünə yaşayış evi tikməsi, həmin özbaşına tikiliyə mülkiyyət hüquq əldə etməməsi, özbaşına tikilinin inşa etdiyi torpaq sahəsinin hazırda magistral qaz kəmərinin mühafizə zonasına düşməsi müəyyən edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlu və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
26. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin vəkili XXX kassasiya şikyətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyar ı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Qaz təchizatı haqqında” Qanun Maddə
19. Qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın Bənd 2.13. Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Bənd 2.23. Magistral boru kə mərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məh kəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı apellyasiya instansiyasının dəyərləndirməsini əsaslı və qanunu hesa b edir və buna görə də həmin dəlillərə əlavə olaraq qiymət verilməsinə zərurət görmür.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsinin 39-cü km-də Cavabdeh oğlutərəfindən 1020/720 mm-lik 37 atm təzyiqli “Qaradağ KS-Digah-Şimal DRES” magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 25-30 metr məsafədə daş hasar və yaşayış evi inşa olunmuşdur.
32. Cavabdeh oğlunun sökülməsi tələb edilən tikililərə və həmin tikililərin yerləşdiyi torpaq sahəsinə hər hansı bir hüququ (mülkiyyət, istifadə, icarə və s) yoxdur.
33. Göründüyü kimi, işin müəyyən edilmiş hallarına görə həmin tikililər qanunvericiliyin tələbinə görə özbaşına tikinti sayıldığı üçün tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri baxımından iddianın təmin edi lməsi üçün əsas olduğundan, iddianın təmin edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur.
34. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.
35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh XXX kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2338/2020 nömrəli, 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra