Məhkəmə qərarları › İş №2(102)-2492/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2492/2023

16.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2492/2023 16.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2492/2023 (Açar sözlər: pulun tutulması, iddia müddəti) Bakı şəhəri “16” avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-501/2023 nömrəli, 13 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh Bərxudarov Burzü Bərxudar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə “ 16 ” avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh hər hansı hüquqi və qanuni əsas olmadan İddiaçı tanışları olan şəxslərin Rusiya Federasiyasında təhsil müəssisəsinə qəbul olunması adı ilə İddiaçı vasitəsilə 2008 və 2012-ci illərdə müvafiq pul vəsaitləri almış, bununla bağlı 10 sentyabr 2012-ci ildə sadə yazılı formada qəbz yazaraq («Mən Fərhaddan 25 min dollar və 1000 manat almışam Burzu 10.09.12») İddiaçı 25000 ABŞ dolları və 1000 manat pul almasını etiraf etmiş, lakin pulun hansı tarixdə qaytarılmalı olmasını göstərməmişdir.

2. Nəsimi rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis kapitanı F.Məsimovun qəbul etdiyi xx.xx.2019-cu il tarixli «sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında» qərarından gö rünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilmiş, cavabdeh və İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.

3. Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra edən baş ədliyyə müşaviri Salman Məmmədlinin ********* saylı cinayət işi üzrə qəbul etdiyi rəydən görünür ki, cinayət işinin icraatına Azərbaycan Respublikasının CM-nin 39.1.2, 39.1.3 və 39.2-ci maddələrinə əsasən xitam verilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı F.Məsimovun qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı əsaslıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh qarşı «pul» tələbin ə dair iddia ərizəsi ilə 27 sentyabr 2021ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Bərxudarov Burzü Bərxudar oğlundan 25.000 ABŞ dollarının ödəniş günü məzənnə üzrə manatla, 1.000 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1.030 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qohumluq və tanışlıq münasibətində olduğu bir neçə şəxsin ali təhsil müəssisəsinə qəbul edilməsi üçün 2008-ci ildə 25.000 ABŞ dolları və 1.000 manat pul vermişdir. Belə ki, X ona özünün geniş əlaqələrə malik olduğunu bildirərək, ali məktəbə tələbə qəbul etdirə biləcəyinə inandırmışdır. Bununla əlaqədar olaraq ona qohumluq və tanışlıq münasibətlərində olduğu bir neçə şəxs müraciət edərək, övladlarının ali məktəbə qəbul edilmələrinə köməklik göstərməsini xahiş etmişlər. O, bu barədə X məlumat vermişdir. X ona qeyd edilən məsələni həll edə biləcəyini və bu iş üçün lazım olan pulun məbləğini demişdir. Odur ki, ona müraciət edən şəxslərdən ümumilikdə 25.000 ABŞ dolları və 1.000 manat pul alaraq Bərxudarov Burzü Bərxudar oğluna vermişdir. Müəyyən müddət keçdikdən sonra məlum olmuşdur ki, Burzü Bərxudarov verdiyi vədə əməl etməyib. Belə olan halda ona müraciət edən ayrı-ayrı şəxslər verdikləri pulu qaytarmasını tələb etmişlər. O, pul aldığı şəxslərin pullarını öz vəsaiti hesabına qaytarmışdır. Eyni zamanda, Bərxudarov Burzü Bərxudar oğlundan verdiyi pulların geri qaytarılmasını tələb etmişdir. Lakin, cavabdeh Bərxudarov Burzü Bərxudar oğlu hər dəfə müxtəlif bəhanələr gətirərək pulları qaytarmaqda n imta etmişdir. Bir neçə il belə davam etdikdən və Bərxudarov Burzü Bərxudar oğlunun pulu qaytarmaq istəmədiyindən əmin olduqdan sonra onun barəsində polis orqanlarına müraciət etmişdir. 24 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən cinayət işi başlanılmışdır. 18 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimov tərəfindən «sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında» qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra edən Salman Məmmədlinin 27 may 2019-cu il tarixli rəyinə əsasən ********* saylı cina yət işinin icraatına Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci, 39.1.3 və 39.2-ci maddələrinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi İstintaq Şöbəsinin baş müstəntiqi Famil Məsimovun 18 aprel 2019-cu il tarixli qərarı əsaslı hesab edilmişdir. İşin faktiki halları və iş üzrə toplanmış sübutlarla təsdiq edilir ki, iş üzrə cavabdeh Bərxudarov Burzü Bərxudar oğlu 2008-ci ildə ondan bir neçə şəxsin ali məktəbə qəbul edilməsini təşkil etmək adı altında ümumilikdə 25.000 ABŞ dolları və 1.000 manat pul alıb. Lakin cavabdeh Bərxudarov Burzü Bərxudar oğlu öhdəsinə götürdüyü işləri yerinə yetirməyib və aldığı pulları qaytarmaqdan imtina edib. Bununla əlaqədar olaraq hüquq-mühafizə orqanlarına müraciət etmişdir. X2 Bərxudar oğlunun barəsində cinayə t işi başlanılsa da, sonradan «cinayət işinin icraatına xilam verilməsi haqqında» qərar qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon Prokurorunun 27 may 2019-cu il tarixli rəyinə əsasən həmin qərar əsaslı hesab edilmişdir. İbtidai istintaq zamanı cavabdeh Bərxudarov Burzü Bərxudar oğlu ondan 11.000 ABŞ dolları və 1.000 manat pul aldığını və həmin pulları geri qaytarmasını bildirmişdir. İbtidai istintaq zamanı cavabdeh Bərxudarov Burzü Bərxudar oğlu ondan 25.000 ABŞ dolları və 1.000 manat pul almasına dair yazılmış iltizamın özü tərəfindən yazılmasını inkar etmişdir. Belə olan halda iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyul 2017-ci il tarixli 14833 saylı rəyinə əsasən qeyd edilən yazı Bərxudarov Burzü Bərxudar oğlu tərəfindən icra e dilmişdir. Bundan sonra cavabdeh Bərxudarov Burzü Bərxudar oğlu qeyd edilən yazılı etirafı ondan məcburi almağına dair yalan ifadə vermişdir.

6. Birinci instansiya məhkəməsindəki icraatda cavabdeh Bərxudarov Burzü Bərxudar oğlu məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı iddiası əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6546/2021 saylı qiyabi qətnaməsi qəbul edilmiş və həmin qiyabi qətnamənin əsaslandırıcı hissəsində onun tərəfindən guya İddiaçı 25.000 ABŞ dolları məbləğində pulun alınması barədə olan qəbzdəki imzanın ona məxsus olması barədə ekspertin xx.xx.2017-ci il tarixli, 14833 saylı rəyi olmasına istinad edilmişdir. O, ümumiyyətlə iddiaçıya heç bir qəbz verməmişdir. Ona görə də, “Mən Fərhaddan 25.000 dollar və sayla 1.000 manat almışam. Burzu 10.09.12” yazısındakı imza heç vaxt ona məxsus ola bilməz. Polisdə araşdırma zamanı keçirilmiş həmin ekspertizadan onun ümumiyyətlə məlumatı olmamış və həmin ekspertizanın keçirilməsinə cəlb edilməmişdir. Ona görə də, bu ekspertiza tamamilə qanunsuz və ədalətsizdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) 17 avqust 2022-ci il tarixli, 2(006)- 2708/2022 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur..

8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 2008-ci ildə cavabdeh Bərxudarov Burzü Bərxudar oğluna verdiyini qeyd etdiyi pul məbləğləri ilə bağlı keçən müddət ərzində (13 il) vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə yalnız xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə İddiaçı məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyul 2017-ci il tarixli 14833 saylı rəyinə əsasən iddia müddətinin xx.xx.2012-ci il tarixdən hesablanmasına dair dəlilinə qiymət verərək bildirmişdir ki, İddiaçı iddia müddəti daxilində iddia ilə müraciət etməkdə sərbəst idi və onun 2017-ci ildə hüquq mühafizə orqanlarına müraciət etməsi və cinayət işi üzrə istintaqın davam etməsi iddia müddətinin axımına təsir etmir.

10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı müvafiq subyektiv hüquqa malik olmaqla subyektiv hüququn pozulması və cavabdeh Bərxudarov Burzü Bərxudar oğlunun bu pozuntunu etməsinə baxmayaraq iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı m üraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.1, 373.2, 375.2, 376, 377.2 və 378-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair”xx.xx.2013-cü il tarixli Qərarına, L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verə rək, qətnamənin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) 2(103)-501/2023 nömrəli iş üzrə 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(006)2708/2022 saylı qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın qismən təmin olunması, cavabdeh Bərxudarov Burzü Bərxudar oğlundan İddiaçı xeyrinə 15.000 (on beş min) ABŞ dolları (icra olunan vaxt ABŞ dollarının mana ta olan məzənnəsi nəzərə alınmaqla, manatla) pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın tutulması, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd etmişdir ki, məhkəmə qətnamədə tərəflər arasında hansı münasibətlərin yaranmasını, buna müvafiq olaraq mübahisəyə hansı iddia müddətinin tətbiq olunmalı olmasını, pul vəsaitinin hansı tarixdə qaytarılmalı olmasını (bu barədə tərəflər arasında əvvəldən hər hansı razılaşmanın olub-olmamasını), iddia müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olmasını, yəni iddiaçının hüquqlarının pozulmasının hansı tarixdən müəyyən olunmasını və s. bu kimi zəruri halları aydınlaşdırmamış, onlara işin faktiki halları baxımın dan hüquqi qiymət verməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmənin sadəcə pul vəsaitinin 2008-ci ildə verilməsini (halbuki, cavabdeh tərəfindən 2012-ci ildə də pul alınmış, eləcə də sonradan etiraf barədə qəbz yazılmışdır) və onun üzərindən 13 il keçdikdən sonra məhkəməyə müraciət olunmasını qeyd etməklə kifayətlənməsi iddia müddətinin yoxlanılması üçün yetərli olmamaqla, qanunvericiliyin tələblərinin pozulması ilə nəticələnmişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz.

17. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdehin hərəkətləri (uşaqların ali təhsil müəssisəsinə qəbulu və s. bu istiqamətdə) qanuni əsaslara söykənməmişdir. Yəni, qanunverici şəxslərin ali təhsil müəssisəsinə qəbulu ilə bağlı prosedur qaydaları müəy yən etmişdir ki, cavabdehin də müəyyən pul müqabilində, hər hansı qanuni prosedurdan kənar qaydada hərəkəti əsassız və qanunsuz olmaqla, sonda iddiaçıya ziyan vurulması ilə nəticələnmişdir (tərəflər arasında hər hansı qanuni müqavilə münasibətləri olmamışdır). Eyni zamanda, cavabdehin cinayət təqibi qaydasında məsuliyyətə cəlb olunmaması faktı (cinayət təqibi orqanın qərarı da birmənalı olmamışdır. Çünki, cinayət işi üzrə icraata həm cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə, həm də əməldə dələduzluq cinayətinin tərkibinin olmaması əsası ilə xitam verilmişdir) şəxsin mülki məsuliyyətini istisna etməməklə, əməlinin (hərəkətinin) aldatma yolu ilə pul alaraq iddiaçıya ziyan vurması (delikt törətməsi), nəticəsinə gəlməyi istisna etmir. Eyni zamanda, işin hallarından görünür ki, iddiaçı cavabdehin niyyətini əvvəlcədən (ilk dəfə pulun verildiyi 2008-ci ildə) bilməmiş, ona inanmış, uşaqların həqiqətən ali təhsil müəssisəsində oxumalarını zənn etmiş, hətta 2012-ci il tarixdə sonuncu uşağın da təhsili ilə bağlı pul alındıqdan sonra, cavabdeh aldığı pullarla bağlı etirafedici qəbz yazmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı cinayət təqibi orqanının son qərarından yalnız 2021-ci ilin ikinci yarısından sonra məlumatlı olmuş, bu səbəbdən də hüquqlarının mülki məhkəmə icraatı qaydasında müdafiəsi üçün məhkəməyə müraciət etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia müddətinin əvvəlinin məhz 2008-ci ildən başlanmalı olması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. İddiaçı hüquqlarının pozulmasını ilk dəfə ən azı 2014-2015-ci il tarixlərində bilmiş, cavabdehlə danışıqlar nəticə vermədiyindən polisə müraciət etmiş, istintaq orqanın qərarı ona 2021-ci ildə təqdim olunduqdan sonra, qısa müddət ərzində (2021-ci ilin sentyabr ayı) məhkəmədə hazırki iddianı irəli sürmüşdür. Bununla yanaşı, cavabdehin hərəkətləri hər hansı qanuni əsasa söykənmədiyindən, öhdəlik bilavasitə ziyanvurmadan irəli gəldiyindən mübahisəyə ümumi iddia müddəti (10 il) şamil olunmalıdır. Belə olan halda isə iddia müddəti ümumiyyətlə keçmiş hesab oluna bilməz (ən azı cavabdehin 2012-ci ildə borcu etiraf etməsi kifayətdir).

20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçının və cavabdehin ibtidai istintaq vaxtı verdikləri izahatlarından, həmçinin iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatından və təqdim etdiyi ərizəsindən açıq aşkar müəyyən olunur ki, cavabdeh 1000 manat pulu daha əvvəldən iddiaçıya qaytarmışdır. Belə olan halda isə iddia həmin hissədə təmin oluna bilməz. Bununla yanaşı, iddiaçının istər cinayət işinin materiallarından olan izahatlarından, istərsə də apellyasiya baxışı zamanı verdiyi izahatından və təqdim etdiyi ərizəsindən görünür ki, o, 25000 ABŞ dolları hissədə tələbini qismən, yəni 15000 ABŞ dolları həddində müdafiə etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddianın həmin hissədə qismən təmin olunması qənaətinə gəlmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh həmin pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni, ca vabdeh cinayət işində olan izahat və ifadələrində iddiaçıdan aldığı pul vəsaitlərinin tam olaraq qaytarmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmiş və sübutlarını təqdim etmək imkanında olmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1, 21.2, 372.1, 372.2, 373.1, 373.2, 377.1, 377.2, 377.3, 380, 386.1, 427.4, 1096.2, 1097.1, 1115-ci maddələrinə, «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarına, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstit usiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh Bərxudarov Burzü Bərxudar oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(103)- 501/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamədə Bərxudarov Burzü tərəfindən 2012-ci ildə pul almasını göstərmişdir. Həmin epizod üzrə də iddia müddəti maksimum 3 il götürsək, 2015-ci ildən başlayır. Lakin iddiaçı bu müddəti də ötürərək məhkəməyə müraciət etmişdir. Ape llyasiya instansiyası məhkəməsi işin bu halları nəzərə almamış, əsassız olaraq iddianın təmin edilməsi barəsində yeni qətnamə qəbul etmiş, işin faktiki hallarını araşdırmağa cəhd etməmiş,bununla da iddianın daha obyektiv və ədalətli baxılması üçün şərait yaratmamış, cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin ötürülməsi barədə ərizəyə işin faktiki hallarına uyğun qiymət verməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərd ə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

29. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

30. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.

31. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

32. Maddə 377.1. İ ddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

33. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

34. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

35. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axı mı kəsilir.

36. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

39. Maddə 1097.1. Mülki hüquq pozuntus u (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

40. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. H ər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqla rın müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

51. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, deliktdən irəli gələn 10 illik ümumi iddia müddətinin tətbiq edilməsi, iddia müddətinin başlanğıcının müəyyən edilməsi ilə bağlı məsələlərə apellyasiya məhkəməsi tərəfindən ətraflı və düzgün hüquqi qiymət verilmişdir. Tərəflər arşında hər hansı müqavilə münasibətləri olmadığından mübahisəyə 3 illik iddia müddətinin tətbiq edilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2023-cü il tarixli 2(103)501/2023 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar