Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2492/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı və digər İddiaçı2 hüquqi varisi İddiaçı1, iddiaçılar - İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması) Kateqoriya–Torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilidən cavabdehlərin məcburi çıxarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-217/2024 nömrəli, 29 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə, o cümlədən hazırki iddiaçılara Qobustan rayonunda “Qarıq” qışlağı adlanan yerdə qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evindən ibarət əmlak payı verilmişdir.
2. Qobustan rayonu, Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə Ərəbqədim bələdiyyəsinin ehtiyat fondunda olan örüş sahəsindən 140 hektar torpaq sahəsi Ərəbqədim kənd sakini Cavabdeh2 15 il müddətində ic arəyə verilmişdir.
3. Cavabdeh2 icarəsinə verilmiş 140 ha torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmiş və A 328990 saylı bu sənəd X47 kitabında 13 may 2011-ci il tarixdə 2385 nömrə ilə qeydə alınmışdır.
4. İddiaçı2 vəfat etdiyindən işə təkrərən apellyasiya qaydasında baxılarkən digər İddiaçı1 onun hüquqi varisi qismində tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qobustan rayon Məhkəməsində iddia qaldıraraq, 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikili dən) cavabdehlərin məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
6. İddia tələbi belə əsaslandırlıb ki, Qobustan rayonunun Göydərə kənd sakini olmaqla 1997-ci ildə respublikada gedən torpaq islahatı zamanı “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq 17 nəfərə verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmuş, bundan başqa, 1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi olmuşdur. Ümumilikdə, həmin banıstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur.
7. Həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmişdir. 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər q urum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmiş və həmin tikililər qanunsuz olaraq söküb balacalaşdırılmışdır. Dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər.
8. İddiaçılar qurum üzvlərinə pay kimi ayrılmış həmin qoyun banstanlarından istifadə etmək istəyirlər, lakin cavabdehlər buna razılıq vermədiyindən onların məhkəmə qaydasında məcburi çıxarılması zərurəti yaranmışdır.
9. Cavabdeh1 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, 2000 və ya 2001-ci ildən başlayaraq iddiaçılara əmlak payı kimi verilmiş “Qarığ” qışlağındakı banıstanlarda heyvan saxlamışlar. Onlar yatağa gələrkən banıstanlar yanmış vəziyyətdə olmuşdur. Banıstanların üst hissələri yanmış və açıq olmuşdur. Hətta banıstanların daşlarına əl vurduqda ovulub tökülürdü; - ba nıstandan istifadə etmək barədə onun 2005-ci ildə rəhmətə getmiş atası Əlifxan ilə qurum başçısı İddiaçı4 arasında razılıq olmuşdur. Manat dəyişilənə kimi qurum rəhbərinə hər il 30 şirvan, 2007-ci ildən hər il 200 manat, daha sonra isə 2017-ci ilə kimi hər il 300 manat icarə haqqı ödəmişlər; - onların istifadə etdikləri örüş sahəsi Ərəbqədim bələdiyyəsinin ehtiyat fonduna aid olub, o vaxt Ərəbqədim və Göydərə bələdiyyələri birləşdirilməmişdi. 2007-ci ildə Ərəbqədim bələdiyyəsi ilə 140 hektar örüş sahəsinin icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlayıb, icarə haqqı olan 280 manatı Ərəbqədim bələdiyyəsinə ödəyiblər; - 2016-cı ildə qurumun üzvü İddiaçı1 onlardan banıstandan istifadəyə görə 1000 manat istədiyi üçün razılaşmamışdır; - iddiaçıların əmlak payı olan banıstanlardan istifad ə etmək mümkün olmadığından 2012-ci ildə onun icarəsinə verilmiş 140 hektar örüş sahəsində banıstan və çoban evi tikilməsinə icazə verilməsi üçün rayon icra hakimiyyətinə müraciət etmiş, Qobustan rayon İcra Hakimiyyətinin 08 noyabr 2012-ci il tarixli 188 saylı sərəncamı ilə onlara İHB aparatının Memarlıq və Tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında tikintiyə icazə verilmişdir. 2016-cı ildə başladıqları tikintini 2017-ci ildə başa çatdırmış və o vaxtdan qurumun əmlak payı olan tikililərdən istifadə etməmiş və icarə haqqı ödəməmişlər; - öz tikililərini əmlak payı olan tikililərin özülü üstə tikməmişlər. Əmlak payı olan banıstanlar, quzu küzü və iki ədəd çoban evinin iddiaçılara verilməsinə etiraz etmir. İddiaçılar gəlib əmlak paylarını apara bilərlər.
10. Cavabdeh2 da eyni məzmunda idd iaya etiraz təqdim etmişdir.
11. X2 göstərmişdir ki, respublikada aqrar islahat keçirilərkən o, yerli islahat komissiyasının sədr müavini olmuşdur. İslahat zamanı İddiaçı4 rəhbəri olduğu quruma “Qarığ” qışlağındakı heyvanları saxlamaq üçün banıstanlar, quzu küzü və iki çoban evi əmlak payı kimi verilmişdir. Həmin qurumda nə qədər adam olduğu yadında deyil. Həmin yataqda əvvəllər Əlifxan Poladov, sonra isə indi cavabdeh olan uşaqları heyvan saxlayıblar. Eşitdiyinə görə icarə pulunu qurum rəhbərinə veriblər. “Qarığ” qışlağındakı örüş sahələrinin yer ölçülüb dəqiqləşdirilərkən xəritəyə əsasən Ərəbqədim bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən olunmuşdur.
12. Birinci instansiya məhkəməsi mübahisəli yerə baxış keçirmişdir.
13. Qobustan Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, e-2(026)-1 64/2022 saylı qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə və yerli baxışın nəticəsinə əsasən müəyyən etmişdir ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəli k hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Əmlak payı kimi verilmiş qoyun banstanları cavabdehlər tərəfindən sonradan tikilmiş qoyun banstanı ilə üst-üstə düşmür, ayrı-ayrı ərazidə tikilmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, əmlak payı kimi verilmiş çoban evləri və quzu küzündən istifadə edilmiş, cavabdehlər əlavə xüsusi yer tikmiş, yanmış banstan isə bərpa edilərək yenilənmişdir. Əmlak payı kimi verilmiş qoyun banstanları, 2 ədəd çoban evi və quzu küzünün divarları daşlar ilə sement-qum qarışığından ibarət məhlulla hörüldüyündən, dam hissəsi taxta material və şiferdən quraşdırıldığı üçün onların dəyərinə və təyinatına zərər gə tirmədən sökülməsi mümkün deyil. Həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmişdir. İddiaçılar tərəfindən cavabdehlərə dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər..
16. Məhkəmə öz mövqeyini “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci, “Torpaq islahatı haqqında” Qanunun 11, 12-ci, “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 11,12-ci, Mülki Prosessual Məcllənin 14.2 və 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instan siya məhkəməsinin qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz olmaqla yanaşı, həm də əsassızdır. Belə ki, iddia tələbində göstərilən “Qarıq” qışlağındakı 4,4 X 42 metr uzunluğunda olan qoyun banıstanı əmlak payı kimi Qobustan rayonu Göydərə kənd sakinləri olmaqla 14 nəfərə verilmişdir. Onlardan yalnız 3 nəfəri iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Digər 10 şəxsin tələbi olmamışdır. Halbuki, iddia predmeti olan qoyun banıstanı əmlak payı üzrə bütün payı olan şəxslərin razılığı ilə cavabdehlərə verilmişdir. Məhkəmə digər 10 nəfər şəxsi iş üzrə cəlb etməmiş, onların iddia tələbi ilə bağlı münasibətini müəyyənləşdirməmişdir. Əks inə məhkəmə heç bir təsdiqedici möhür olmayan kağız vərəqinə istinad edərək 17 nəfər şəxsi əmlak payçısı kimi göstərmişdir. Hətta həmin 17 nəfər şəxsin paylarını da qeyd etmişdir. Halbuki, məhkəmə qanunla müəyyən olunmuş sənədə istinad etməli idi; - əmlak payı olan şəxslər isə aşağıdakı 14 nəfər şəxslərdir: 1.X13; 2.X5; 3.X14; 4.X17; 5.X18;
6. X15; 7.X31; 8.İddiaçı2; 9.İddiaçı4; 10.X25;
11. X19;
12. X1;
13. İddiaçı3; 14.X41; - - məhkəmə qeyd olunan şəxslərin dairəsini müəyyən etmədən, təsdiq olunmayan bir kağız vərəqinə istinad etmişdir. Hansı ki, vərəqdə qeyd olunan şəxslərin əksəriyyəti əmlak payçıları deyildir. Əmlak payçılarının bir neçəsi dünyasını dəyişmişdir. Vərəsəlik də müəyyən olunmamışdır; - məhkəmə banıstanın ölçüsünü də düzgün müəyyənləşdirməmişdir. Həmin banıstanı onlar öz və saiti hesabına təmir etmiş, bütün əmlak payçılarının razılığı ilə onlara qalmaq şərti ilə bərpa etmişlər. Bununla bağlı 2016-cı ilə qədər də pulunu ödəmişlər. Əmlak payçılarına 300 manat ödəmiş, hazırkı İddiaçı2 və Pərvaz 1000 manat istədiyi üçün razılaşmamışlar. Əmlak payçılarından bir neçə nəfər dünyasını dəyişdikdən sonra hazırkı iddiaçılar bu tələblə məhkəməyə müraciət etmişlər; - - bundan başqa, Qobustan rayon Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 nömrəli Qərarı ilə 140 hektar torpaq sahəsi 15 il müddətinə cavabdehlərə icarəyə verilmiş və müvafiq qaydada icarə müqaviləsi bağlanılmışdır. Qeyd olunan sənədlər əsasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 328990 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir; - “Qarıq” qışlağının ümum i torpaq sahəsi olan 440 hektar torpaq sahəsinin 140 hektar torpaq sahəsi hissəsində Qobustan Rayon İcra Hakimiyyəti Başçısının 08 noyabr 2012-ci il tarixli 188 saylı Sərəncamı ilə çobanların yaşaması və heyvanların saxlanılması üçün təsdiq edilmiş layihə əsasında ferma binalarının tikintisinə cavabdehlərə icazə verilmişdir. “Qarıq” qışlağının qalan 300 hektar torpaq sahəsini isə digər şəxslər istifadə edir; - 2017-ci ildə isə cavabdehlər sərəncamda göstərilən qaydada istifadələrində olan torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün tikililər inşa edərək istifadə edirlər. Həmin vaxtdan da quruma əmlak payı kimi verilmiş tikililərdən istifadə etməmişlər. Cavabdehlərə məxsus olan tikililər əmlak payı olan tikililərdən kənarda inşa edilmişdir. Məhkəmə bu faktı yerli b axış zamanı müəyyən etmiş və qətnamədə qeyd etmişdir.; - iddiaçıların da 3-ü daxil olmaqla cəmi 14 nəfər şəxsə isə əmlak payı kimi yalnız banıstan verilmişdir. Göründüyü kimi, məhkəmə torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada cavabdehlərə məxsus olduğu halda “Qarıq” qışlağından da məcburi çıxarılmalarını qət etmişdir. Halbuki, torpaq sahəsi və sərəncam əsasında üstündə inşa etdikləri tikililər cavabdehlərə məxsusdur; - cavabdehlər 2000-ci ildən başlayaraq 14 nəfərə əmlak payı kimi verilmiş “Qarıq” qışlağındakı 4,4 metr eni 42 metr uzunluğu olan banıstanlarda heyvan saxlamışlar; əmlak payı kimi verilmiş banıstandan istifadə etmədikləri halda, qurum üzvlərinin də heç birinə əmlak payının aparılmasına etiraz etmədiklərinə baxmayaraq, məhkəmə onların banıstandan istifadə etdikləri qən aətinə gəlmişdir. Halbuki, banıstan istifadəyə tamamilə yararsız vəziyyətdədir; - bundan əlavə, iddiaçıların əmlak payından istifadə etmələrinə cavabdehlər tərəfindən maneələr yaradılması, iddiaçıların hüquqularının pozulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İddiaçılar tərəflər arasında mübahisələndirilən “Qarıq” qışlağının torpaq sahəsinin onların zəbtində olmasına dair məhkəməyə heç bir sübutu olmaması səbəbindən təqdim edə bilməmişlər; - məhkəmə hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən əmlak payı torpaq sahəsinin və qoyun banıstanının cavabdehlər tərəfindən istifadə edilibedilməməsini aydınlaşdırmaq məqsədilə mülki iş üzrə mütəxəssis cəlb etməmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmiş, ümumiyyətlə, iş materiallarına əlavə edilmiş hüquq müəyyənedici sənədlər əsasında tərəflərin isifadə etdiyi torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunmamışdur. Məhkəmə iş üzrə ekspertiza təyin etməklə mübahisəyə aydınlıq gətirə bilərdi; -məhkəmə qətnamənin nəticə hissəsində yanlış nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti “Qarıq” qışlağındakı qoyun banıstanı 14 nəfərə əmlak payı kimi verildiyi halda, qətnamənin qət etdi hissəsində 4 nəfər iddiaçılara verilmiş əmlak payı kimi qeyd etmiş və “Qarıq” qışlağından qoyun banıstanından məcburi çıxarılma barədə nəticəyə gəlmişdir. Halbuki, “Qarıq” qışlağının yerləşdiyi torpaq sah əsi icarə hüququ əsasında cavabdehlərin istifadəsindədir və həmin torpaq sahəsində qanunla müəyyən olunmuş qaydada banıstanlar və digər zəruri tikililər inşa etmişlər. Bununla bağlı təsdiqedici sənədlər də məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, məhkəmə faktlara düzgün hüquqi qiymət verməmişdir.
19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2000 nömrəli ekspert rəyinə əsasən (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 fevral 2023-cü il tarixli **********35 nömrəli mütəxəssis rəyinə istinad olunmaqla) 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq” qışlağından q oyun banıstanının (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) yerləşdiyi torpaq sahəsinə aid hüquq müəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən yerdə (naturada) müəyyən etmək mümkün olmadı. Lakin iddiaçıların naturada iddia etdikləri və göstərdikləri banıstanın (tikililərin) yerləşdiyi torpaq sahəsinin koordinatları ölçülərək götürülmüşdür. Qobustan rayonu, Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 saylı qərarı əsasında Qobustan rayonu, Ərəbqədim kənd sakini Cavabdeh2 15 il müddətində icarəyə verilmiş Ərəbqədim bələdiyyəsinin icarə predmeti olan örüş sahəsindən 140,0 ha torpaq sahəsi yerdə (naturada) müəyyən edildi. İddiaçıların naturada iddia etdikləri qoyun banıstanı (tikililər) elektron məlumat bazasına və mülki işə əlavə olunmuş A№328990 nömrəli plan ölçü sənədinə əsasən cavabdehlərin icarəsinə verilmiş və faktiki istifadələrində olan torpaq sahəsində yerləşir.
20. Apellyasiya instansiyası məhkəməsi X16, X19 və X20 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
21. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 bildirmişdir ki, Şahməmməd Məmmədov atası, Anabacı Məmmədova anasıdır. Ağababa ilə eyni kənddəndir. Qışlaqdan ona məxsus olan payını Cavabdeh1 verib. Onun payı qışlaqda olan banıstana və əmlaka idi. Banıstanın forması “П” şəkilli idi. Bərpa olunana qədər dağınıq vəziyyətdə idi və yanmışdı. Cavabdehlər orada təzə tikili də tikiblər, bərpa işləri də aparıblar. Onlara pul da veriblər. Cavabdehlərdən heç bir tələbi yoxdur. Onların ban ıstandan çıxarılmasına razı deyil. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.
22. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 bildirmişdir ki, siyahıda onun öz adı da var, Quba Qurbanova anası, Ağamirzə Qurbanov atasıdır. İkisi də ölüb. O, mübahisəli əmlakda nə payı varsa, Cavabdeh1 verib. Onların həmin yerdən çıxarılmasını istəmir. Zəhmətlə həmin ərazidə tikinti işləri aparıblar. Payını ona verəndə yanmamış cəmi bir tikili var idi. Cavabdehlərə qarşı heç bir tələbi yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.
23. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 bildirmişdir ki, o, Alma Gülaliyevanın oğludur, siyahıda öz adı yoxdur, anası ölüb, bütün payını da cavabdehlərə verib. Onlar bibisi oğlanlarıdır, o na pul da veriblər. Onlara qarşı heç bir tələbi yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2023-cü il tarixli, 2(105)-123/2023 saylı qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən, və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçıların mübahisələndirdiyi banıstan 17 nəfərə verilsə də, hazırki iddia tələbini həmin şəxslərdən 4 nəfəri qaldırıb. Halbuki həmin banıstan iddiaçıların və üçüncü şəxslərin birgə mülkiyyətindədir. Mübahisəli banıstanın bir hissəsi yanıb. Cavabdehlər isə orada bərpa işləri g örüblər. İddiaçılar cavabdehlərin banıstandan çıxmasını tələb etsələr də, üçüncü şəxslər onların oradan çıxmasını istəmədiklərini bildirmişlər.
26. Məhkəmə onu da qeyd etmişdir ki, həmin banıstanın bir neçə şəxsə verilməsinə, eləcə də onların payları müəyyən olunmasına baxmayaraq, paylar naturada bölünərək yerləri müəyyən edilməyib. Yəni banıstanın hansı hissəsinin iddiaçılara məxsus olması məlum olmadığına görə cavabdehlərin banıstanın hansı hissəsindən çıxarılmasını müəyyən etmək mümkün deyil.
27. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli banıstan birgə mülkiyyətdə olduğundan, yalnız paylar müəyyən olunduqdan sonra iddia qaldırıla bilər. Bu səbəbdən də hazırki iddia tələbi təmin edilə bilməz.
28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-in 213.1, 213.2, 213.5, 213.6, 222.1, 222.2, 222.3 və 223.2-ci maddələrinin, MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
29. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 (Vəkil2)kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişlər.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3823/2023 nömrəli 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X32 (məruzəçi), X55 və X6 ibarət tərkibdə) iddiaçıların kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-123/2023 nömrəli, 25 may 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
31. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab etmişdir ki, iddia tələbi cavabdehlərin iddiaçılara aqrar islahatı zamanı əmlak payı kimi verilmiş tikililərdən çıxarılması barədədir. İddiaçılar tələblərinin əsası kimi 1997-ci ildə gedən torpaq islahatı zamanı Qobustan rayonunda “Qarıq” qışlağı adlanan yerdə qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evinin əmlak payı onlara verilməsini, həmin tikililəri cavabdehlərə icarəyə verdiklərinə, cavabdehlərin 2016-cı ildən icarə haqqını ödəmədiklərinə istinad etmişlər.
32. İşin mübahisəsiz halı kimi də müəyyən edilib ki, cavabdehlər həmin tikililərdən istifadə etmiş, 2016-cı ilədək iddiaçılara icarə haqqı ödəmiş həmin ildən sonra icarə haqqının ödənilməsini dayandırmışlar.
33. Apelly asiya instansiyası məhkəməsi iddianı rədd edərkən mübahisədə adı keçən əmlakın bir neçə şəxsə verilməsinə, onlardan yalnız 4 nəfərin iddia qaldırmasına, mülkiyyətçilərin paylarının müəyyən olunmasına baxmayaraq, payların naturada bölünərək yerlərinin müəyyən edilməməsinə, yəni banıstanın hansı hissəsinin iddiaçılara məxsus olmasının məlum olmadığına görə cavabdehlərin banıstanın hansı hissəsindən çıxarılmasını müəyyən etmək mümkün olmamasına istinad etmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı yuxarıda göstərilən əsasla rədd etməklə, Mülki Məcəllənin 213.6-cı maddəsinin tələblərini pozmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi həmin normaya görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşy a barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
36. Göründüyü kimi, qeyd edilən maddi hüquq norması ümumi mülkiyyətin hər bir mülkiyyətçisinə ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilmək imkanını tanıyır. Ümumi mülkiyyətdə olan payların naturada bölünərək yerlərinin müəyyən edilməməsi analoji iddiaların rədd edilməsi üçün əsas ola bilməz.
37. Apellyasiya instansiyası məhkəməsinin bu məqsədlə istinad etdiyi Mülki Məcəllənin 222.1, 222.2 və 223.2-ci maddələrinin məzmunundan görünür ki, bu normalar da həmin nəticəyə gəlmək üçün heç bir əsas vermir. Çünki həmin normalar birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sər əncam verilməsi, birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması ilə bağlı məsələləri həll edir ki, bunlar da Mülki Məcəllənin 213.6-cı maddəsinin tətbiqini heç bir halda istisna etmir.
38. Bundan əlavə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi üç nəfəri mübahisə poredmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb edərək, həmin üçüncü şəxslərin cavabdehlərin banıstandan çıxmasını tələb etməmisini də qeyd etmişdir.
39. Əvvəla, apellyasiya instansiyası məhkəməsi həmin şəxslərin qeyd edilən əmlaka münasibətdə miras qoyanların yeganə vərəsəsi olub-olmamasını müəyyən etməmişdir. Buna görə də həmin şəxslərin izahatının əmlak üzərində yeganə sərəncamverici şəxslər kimi qəbul edilməsi əsaslı sayıla bilməz.
40. H əmçinin hətta üçüncü şəxs olaraq qeyd edilən şəxslərin izahatı da Mülki Məcəllənin 213.6-cl maddəsinin tətbiqi baxımından hər hansı əhəmiyyət kəsb etmir.
41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) cavabdehlərin məcburi çıxarılması barədədir. İşin müəyyən edilmiş hallarına görə həmin tikililərin yerləşdiyi torpaq sahəsi cavabdehlərə icarəyə verilmişdir. Cavabdehlər həmin tikililərin əmlak payı kimi iddiaçılar tərəfindən götürülməsinə etiraz etməyiblər.
42. Birinci instansiya məhkəməsi iddianı cavabdehlərin “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması formasına təmin etmişdir.
43. İddiadan cavabdehlərin tikililərdən və y a qışlaq ərazisindən çıxarılmasının xahiş edilməsini müəyyən etmək mümkün deyil. İddianı təmin edən birinci instansiya məhkəməsinin bununla bağlı işdə iştirak edən şəxslərlə müzakirə apardığı görünmür. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.
44. Cavabdehlər də apellyasiya şikayətində “Qarıq” qışlağının yerləşdiyi torpaq sahəsinin icarə hüququ əsasında cavabdehlərin istifadəsində olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin yanl ış nəticəyə gəlməsi, mübahisə predmetinin “Qarıq” qışlağındakı qoyun banıstanı olduğu halda, qətnamənin qət etdi hissəsində “Qarıq” qışlağından qoyun banıstanından məcburi çıxarılmasının yazılmasının düzgün olmamasına istinad etmişlər. Lakin apellyasiya instansiyası məhkəməsi də bu dəlilə qiymət verməmiş, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı hərəkət etməyərək, birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır.
45. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin qanunliyi və əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikd ə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki halları na uyğun gəlsin.
48. Yuxarıda qeyd edilənlər baxımından barəsində kassasiya şikayəti verilən qətnamə əsaslılıq və qanunilik barədə prosessual qanunverciliyin müəyyən etdiyi tələblərə cavab vermir. d) Apellyasiya instansiyası məhkəməsində ikinici icraat
49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(105)-217/2024 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər Zaur Məmmədovdan və Elman Əhmədovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 2(026)-164/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş,iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı və digər İddiaçı2 hüquqi varisi İddiaçı1, iddiaçılar İddiaçı 3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «tikilidən məcburi çıxarılma» barədə iddialarının təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş və onlara məxsus “Qarıq" qışlağındakı qoyun banıstanından (1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi də daxil olmaqla qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikililərdən) məcburi çıxarılmaları qət edilmişdir.
50. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan ma natla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 ədəd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmişlər. İddiaçılar tərəfindən cavabdehlərə dəfələrlə deyilməsinə baxmayaraq, cavabdehlər oradan könüllü çıxmadıqlarından iddiaçılar araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
51. Apellyator şikayətin dəlilləri olaraq işin faktiki ha llarının aydınlaşdırılmaması, iddiaçılara məxsus banistanın yanaraq yararsız hala düşməsi, sonradan onlar tərəfindən yeni tiklilərin tikilməsi, həmin banıstanda əmlak payı olan digər payçıların öz əmlak paylarını onlara satması, hazırda həmin payların onlarda olması və bu əsaslara görə iddia tələbinin əsassız olması, məhkəmənin səhv nəticəyə gəlməsi, mübahisə predmeti “Qarıq” qışlağındakı qoyun banıstanı olduğu halda qətnamədə “Qarıq” qışlağından qoyun banıstanından məcburi çıxarılmalarının göstərilməsi, həmin qışlaqda yerləşən torpaq sahəsinin onların istifadəsində olmasını göstərmişlər.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq həmin dəlilləri qismən əsaslı hesab etmiş və gəlmiş olduğu nəticəni aşağıda şərh olunanlarla əsaslandırmışdır:
53. G öründüyü kimi apellyasiya şikayətinin dəlillərindən biri - məhkəmənin qətnamənin nəticə hissəsində yanlış nəticəyə gəlməsi, mübahisə predmeti “Qarıq” qışlağındakı qoyun banıstanı olduğu halda qətnamədə “Qarıq” qışlağından qoyun banıstanından cavabdehlərin məcburi çıxarılmalarının göstərilməsi, “Qarıq” qışlağında 140ha torpaq sahəsinin müvafiq bələdiyyə qərarına əsasən cavabdehlərin istifadəsində olması ilə bağlıdır.
54. Kollegiya bu hissədə apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmişdir.
55. Kollegiya iş materiallarını araşdıraraq qeyd etmişdir ki, araşdırılan iddiadan cavabdehlərin tiklilərdən və ya qışlaq ərazisindən çıxarılmasının tələb olunduğunu dəqiq müəyyən etmək mümkün deyildir. İddianı təmin edən birinci istansiya məhkəməsi tərəfindən həmin hala aydınlıq gətirilməmişdir. 5
6. Məhkəmə kollegiyası şikayətin qeyd olunan dəlilini, həmçinin kassasiya instansiya məhkəməsinin Qərarının 48-50-ci bəndlərinin göstərişlərini nəzərə alaraq iddiaçıların iddia tələbi ilə bağlı iradə ifadələrini aydınlaşdırmışdır.
57. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf izahat verərək, eləcə də məhkəməyə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş və onlara məxsus “Qarıq" qışlağındakı qoyun banıstanından (1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi də daxil olmaqla qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikililərdən) məcburi çıxarılması barədə qətnamə qət edilməsini xahiş etdilər.
58. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahi sə predmeti “Qarıq" qışlağındakı qoyun banıstanı olduğu halda birinci instansiya məhkəməsi “Qarıq" qışlağından qoyun banıstanından cavabdehlərin məcburi çıxarılmasına dair səhf nəticəsiyə gəlmişdir.
59. Qanunvericiliyin tələbinə görə qətnamə maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.
60. Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qeyd olunan hissədə apellyasiya şikayətinin dəlili əsaslıdır və bu hal məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
61. Məhkəmə kollegiyası şikayətin digər dəlillərini əsassız hesab etmişdir. Kollegiyanın qənaətincə şikayətin yuxarıda sadalanan dəlilləri iddianın rədd edilməsi üsün əsas kimi qəbul edilə bilməz.
62. Göründüyü kimi cavabdehlər mübahisə predmeti olan banıstanın iddiaçılara əmlak payı kimi verilməsini, həmin banıstanın onlara icarəyə verildiyini, 2016-cı ilədək iddiaçılara icarə haqqı ödədiklərini, həmin ildən sonra icarə haqqının ödənilmədiyini etiraf etmişlər. Bu göstərilənlər işin mübahisəsiz hallarıdır.
63. İşin mübahisə doğuran və cavabdehlərin iddiaya etirazlarının, o cümlədən şikayətin dəlillərinin əsası iddiaçılara məxsus banıstanın yanaraq yararsız hala düşməsi, sonradan onlar tərəfindən yeni tiklilərin tikilməsi, həmin banıstanda əmlak payı olan digər payçıların öz əmlak paylarını onlara satması, hazırda həmin payların onlarda olması və bu əsaslara görə iddia tələbinin əsassız olması ilə bağlıdır.
64. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, apellyas iya icraatı zamanı mübahisələndirilən hallara aydınlıq gətirilməsi, işin hərtərəfli, obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədi ilə mübahisə predmeti olan əraziyə tərəflərin iştirakı ilə yerli müayinə keçirilmişdir. Yerli müayinə zamanı mübahisə predmeti olan banıstanın «P» şəkilli olması, «P» qurluşunda olan banıstan ərazisinin sağ və sol hissəsində (P -nin sağ və sol qanadı) tiklilərin olduğu, hazırda həmin tiklilərin uçub dağılmaqla yararsız vəziyyətdə olduğu, eləcə də «P» qurluşundan kənarda sağ və sol tərəflərdə çoban evi adlanan tiklilərin olduğu müəyyən edilmişdir.
65. Yerli müayinə zamanı o cümlədən «P» qurluşlu ərazinin daxilində yeni tiklilərin olduğu müəyyən edildi. Cavabdeh tərəf həmin tiklilərin onlar tərəfindən inşa edildiyini bildirmişdir. İddiaçı tərəf qeyd o lunan tiklilərin cavabdehlər tərəfindən inşa edildiyini təsdiq etmişdir. Bununla yanaşı bildirmişlər ki, həmin tiklilər banistanın daxilində inşa edilmişdir. Həmin ərazi heyvanların açıq havada saxlanılması üçün nəzərdə tutulmuş banistan daxilində boş hissə olmuşdur.
66. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırıb tətbiq edilməli olan hüquq normalarına istinadən qiymətləndirərək hesab etmişdir ki, iddiaçılara məxsus banistanın yanaraq yararsız hala düşməsi, sonradan cavabdehlər tərəfindən yeni tiklilərin tikilməsi araşdırılan iddia tələbinin rədd edilməsi, iddiaçıların tələblərində haqlı olmamaları qənaətinə gəlinməsi üçün qanuni əsas hesab edilə bilməz.
67. Belə ki, iş üzrə toplanmış və mötəbərliyi mübahisə doğurmayan sübutlarlardan da göründüyü kimi mübhisə predme ti olan banıstan ərazisi 1997-ci ildə olan torpaq islahatı zamanı əmlak payı olaraq iddiaçılara verilmişdir. Eyni zamanda müəyyən edildi ki, həmin banıstan cavabdehlərə tərəflər arasında olan şifahi razılaşmaya əsasın icarəyə verilmiş, 2016-cı ilədək icarə haqqı ödənilmiş, daha sonra icarə haqqının miqdarı ilə bağlı tərəflər arasında mübahisə yaranmış, cavabdehlər icarə haqqını ödəməyi dayandırmışlar.
68. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılara əmlak kimi verilmiş ümumi (birgə) mülkiyyətdə olan banıstanın icarə hüququ əsasında cavabedlərin icarəsinə verilməsi əmlaka mülkiyyət hüququnun digər şəxslərə keçməsinə səbəb olan hal deyildir.
69. O cümlədən qeyd olunmalıdır ki, hazırda həmin tiklilərin dağılması, iddianın rədd edilməsi üçün əsas deyildir. Belə ki, həmin ba nıstan ərazisi əmlak payı olaraq iddiaçıların əvəzsiz qaydada xüsusi mülkiyyətinə ayrılmışdır, banıstanın ərazisi aşkardır, çoban evləri mövcuddur.
70. Həmin ərazidə cavabdehlərin öz vəsaitləri hesabına yeni tiklilər inşa etdikləri və bu tikililərin onlara məxsus olmasına gəldikdə isə kollegiya bununla bağlı qeyd edir ki, işin mübahisəsiz halından göründüyü kimi tərəflər arasında icarə hüquq münasibətləri olmuşdur. Mülki qanunvericilik icarəçiyə qanunla nəzərdə tutulmuş hallar və əsaslar olduğu halda icarəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzinin ödənilməsini tələb etmək hüququnu tanımışdır. Bu baxımdan qeyd olunur ki, cavabdehlər müvafiq iddia tələbi ilə çıxış edərək zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər.
71. Apellyasiya instansiyası məhkəməsi şikayətin - həmin banıstanda əmlak payı olan digər payçıların öz əmlak paylarını cavabdehlərə satması, hazırda həmin payların onlarda olması, bu səbəbdən iddiaçıların onların payına münasibətdə belə bir iddia qaldırmasının əsassız olması - barədə dəlilini də əsassız hesab edir.
72. Belə ki, qeyd edidiy kimi mübahisə predmeti olan banistan iddiaçılara əmlak payı olaraq verilmiş və birgə mülkiyyətdədir, həmin əmlakdan paylar naturada ayrılmamış, mübahisə predmeti olan əmlak paylı mülkyyyətə çevirilməmişdir. Cavabdehlərin iddia etdiklərin payların alınması ilə bağlı alqı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda cavabdehlərin iddia etdiyi payların onlara satılması barədə göstərdikləri xüsusatlar heç bir qanüni əsasa söykənmir. Qanunvericiliyin tələbinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamç ılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.
73. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Qərarının 45-ci bəndi üzrə də araşdırma aparmış, məhkəmə iclasında dindirilmiş üçüncü şəxslər mübahisə predmeti olan əmlakda paylarının valideynlərindən miras qaldıqlarını, lakin vərəsəlik şəhadətnaməsinin olmadığını, əmlaka faktiki olaraq onlar tərəfindən sahiblik edildiyini bildirmişlər.
74. Qeyd olunanları ümumiləşdirərək, həmçinin Ali Məhkəmənin Qərarının 41-ci bəndinin göstərişindən çıxış edərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, araşdırılan mübahisə üzrə iddia predmetini təşkil edən əmlak ümumi (birgə) mülkiyyətdə olan əmlakdır. Qanunvericiliyin tələbinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarş ı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Bu göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır.
75. Apellyasiya instansiyası məhkəməsi qışlaq ərazisinin (140ha) Bələdiyənin müvafiq Qərarı ilə cavabdehlərin istifadəsinə ayrılması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Göydərə kənd sakini Cavabdeh2 əvvəllər icarəsində olmuş 140.0 ha örüş sahəsinin 28 sentyabr 2022-ci il icarə müddəti bitmişdir. Bu xüsusatla bağlı həm də kollegiya vurğulayır ki, iddia tələbindən göründüyü kimi iddiaçının tələbi cavabdehlərin «Qarıq» qışlağından deyil, əmlak payı olan banıstandan çıxarılması ilə bağlıdır. Yuxarıda sadalanan qanunvericili k aktlarından da göründüyü kimi sovxozların, kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilməsi nəzərdə tutulmuşdur ki, bələdiyyələr tərəfindən də torpaq sahələri icarəyə verilərkən həmin xüsusatların nəzərə alınması tələb olunur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
76. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-217/2024 saylı 29 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
77. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 2(105)-217/2024 saylı xx.xx.2024-cüil tarixli qətnaməsi maddi və prossesual normalarının pozulması və düzgün tətbiq edilməməsi, həmçinin qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfli aydınlaşdırılmaması nəticəsində qəbul edildiyindən həmin qətnamə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır.
78. İddiaçıların mübahisələndirdiyi banıstan X11 21.87, İddiaçı3 52.02, X33 21.87, X7 2.24, İddiaçı2 80.0, X21 21.87, İddiaçı1 2.19, X3 2.67, X8 21.87, X22 21.87, X9 5.0, İddiaçı4 57.04, X27 21.87, X10 87.29, X4 21.87, X28 81.39, Həmidova Gülgəzə 21.87 ha olmaqla qeyd edilən şəxslərə verilsə də, hazırki iddia tələbində yalnız İddiaç ı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia qaldırmışdır. Halbuki, banıstan iddiaçıların və üçüncü şəxslərin paylımülkiyyətinə verilmişdir.
79. Bundan başqa iş materiallarından görünür ki, mübahisəli banıstanın bir hissısi yanmışdır və cavabdehlə isə orada bərpa işləri görüblər. Həmçinin iş materiallarından eləcə də məhkəmə iclaslarında verdikləri izahatlarla müəyyən edilir ki, iddiaçılar cavabdehlərin banıstandan çıxmasını tələb etsələr də üçüncü şəxslər onların oradan çıxmasını istəmədiklərini bildirmişlər. Bundan başqa bildiririk ki, mübahisəli banıstanın bir neçə şəxsə verilməsinə, eləcə də onların payları müəyyən olunmasına baxmayaraq payları naturada bölünərək yerləri müəyyən edilməmişdir. Yəni banıstanın hansı hissəsinin iddiaçılara məxsus olması məlum olmadığına görə cavabdehlərin ban ıstanın hansı hissəsindən çıxarılmasını müəyyən etmək mümkün deyildir. Ona görə də hesab edirlər ki, hazırkı iddia tələbi qanuni və əsaslı olmadığından iddia tələbi təmin edilə bilməz.
80. Bundan başqa “Qarıq” qışlağının da yerləşdiyi 140 hektar torpaq sahəsi Qobustan Rayon İcra Hakimiyyəti Başçısının 08 noyabr 2012-ci il tarixli 188 saylı Sərəncamı ilə çobanların yaşaması və heyvanların saxlanılması üçün təsdiq edilmiş layihə əsasında ferma binalarının tikintisinə bizə icazə verilmişdir. Bundan sonra Qobustan rayon Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 nömrəli Qərarı ilə 140 hektar torpaq sahəsi 15 il müddətinə bizə icarəyə verilmiş və müvafiq qaydada icarə müqaviləsi bağlanılmışdır. Qeyd olunan sənədlər əsasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərə findən A № 328990 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. 2017-ci ildə isə sərəncamda göstərilən qaydada istifadəmizdə olan torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün tikililər inşa edərək istifadə edirik. İddiaçıların da 3-nün daxil olmaqla cəmi 14 nəfər şəxsə əmlak payı kimi verilmiş banıstan isə yanaraq məhv olmuşdur. Belə ki, iddia tələbində göstərilən “Qarıq” qışlağındakı 4,4 X 42 metr uzunluğunda olan qoyun banıstanı əmlak payı kimi Qobustan rayonu Göydərə kənd sakinləri olmaqla 14 nəfərə verilmişdir. Onlardan yalnız 3 nəfəri iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Digər 11 şəxsin tələbi olmamışdır. Əmlak payı olan şəxslər isə aşağıdakı 14 nəfər şəxslərdir:
1. X13;
2. X5;
3. X14;
4. X17;
5. X18;
6. X15;
7. X31;
8. İddiaçı2;
9. İddiaçı4;
10. X25;
11. X19;
12. X1;
13. İddiaçı3;
14. X41. Əmlak payçıların bir neçəsi dünyasını dəyişmişdir. Vərəsəlik də müəyyən olunmamışdır.
81. Torpaq sahəsində olan banıstanı biz öz vəsaitləri hesabına tikmişlər, təmir etmişlər, bütün əmlak payçılarının razılığı ilə onlara qalmaq şərti ilə bərpa etmişlər. Odur ki, torpaq sahəsi və sərəncam əsasında üstündə inşa etdikləri tikililər onlara məxsusdur. 2000-ci ildən başlayaraq 14 nəfərə əmlak payı kimi verilmiş “Qarıq” qışlağındakı 4,4 metr eni 42 metr uzunluğu olan banıstanlar yanmış vəziyyətdə olmuşdur. Banıstanların üst hissələri yanmış vəziyyətdə, açıq olmuşdur. Banıstanlar yanmış vəziyyətdə olduğundan daşlarına toxunduqda ovulub tökülürdü. Qurum üzvlərinə aid olan banıstandan istifadə etmək mümkün olmamışdır. Odur ki, 2012-ci ildə icarəyə göt ürdükləri 140 hektar örüş torpaq sahəsində banıstan və çoban evi tikilməsinə icazə verilməsi üçün Qobustan Rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Qobustan Rayon İcra Hakimiyyətinin 08 noyabr 2012-ci il tarixli 188 saylı Sərəncamı ilə İcra Hakimiyyət Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında tikintiyə icazə verilmiş, 2016-cı ildə başladıqları tikintini 2017-ci ildə başa çatdırmışlar. Həmin vaxtdan da quruma əmlak payı kimi verilmiş tikililərdən istifadə etməmişlər. Onlara məxsus olan tikililər əmlak payı olan tikililərdən kənarda inşa edilmişdir. Məhkəmə bu faktı yerli baxış zamanı müəyyən etdiyinə baxmayaraq qətnamədə qeyd etməmişdir. Əmlak payı kimi verilmiş banıstandan istifadə etmədikləri halda, məhkəmə onların həmin banıstandan istifadə etdiklə ri qənaətinə gəlmişdir. Təəsüf ki, məhkəmə işə bu məsədlədə qeyri obyektiv və diqqətsiz baxmış, faktlara düzgün hüquqi qiymət verməmişdir. Bu isə qanunsuz qətnamədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
82. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
83. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
84. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
85. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslə rin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
86. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
87. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
88. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
89. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu
90. Maddə
5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu
91. Maddə
11. Sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədl əri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun torpaq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilat lara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir.
92. Maddə
12. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu
93. Maddə
11. Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payının müəyyənləşdirilməsi sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar, ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir.
94. Maddə
12. Kolxozların əmlakının bölüşdürülməsi kollektivin ümumi yığıncağının qərarı əsasında a parılır. Bölgü əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarından istifadə olunmaqla həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
95. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
96. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
97. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
98. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
99. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mün asibətinə uyğun əsaslandırılmalıdır.
100. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
101. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
102. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən a sılı olmayaraq yoxlanılmalıdır.
103. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
104. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
105. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
106. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassassiya instansiyası məhkəməsinin mövqeyi
107. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
108. Məhkəmə kollegiyası kassasiya şikayətinin qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfli aydınlaşdırılmaması barədə dəlillərinə hüquqi qiytmət vermir.Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
109. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri icra edilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
110. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normala rı düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
111. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
112. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “29” fevral 2024-cü il tarixli 2(105)-217/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.