Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2493/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh “xxxx” ASC və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2493/21 (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: “xxxx” ASC-nin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)1209/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən 06 iyun 2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı ona dəymiş maddi zərərə görə 8.480 manat, əldən çıxmış faydaya görə 10.800 manat, cəmi 19.310 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) iddia qismən təmin edilərək, “xxxx” ASC 06 iyun 2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi zamanı dəymiş maddi zərərə görə 6.320 manat, əldən çıxmış faydaya görə 10.800 manat, cəmi 17.150 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Kürdəmir rayonu, Axtaçı kəndində yerləşən 127,7 kv.metr torpaq sahəsi iddiaçıya məxsusdur. 06 iyun 2018ci il tarixdə quru ot sahəsinin üzərindən keçən elektrik hava xəttindən düşən qığılcımdan yanğın baş verib və nəticədə genişlənən yanğın iddiaçıya məxsus nar bağına keçib. İşin bu halı işə əlavə edilmiş sübutlarla da təsdiq olunur. Mütəxəssisin və ekspertin rəylərinə görə 40 ədəd nar, 2 ədəd heyva və 2 ədəd tut ağaclarının ümumi dəyəri 6.320 manat təşkil edir. Eyni zamanda 40 ədəd nar ağacları məhv olduğu üçün onların yerinə bərpa olunmasından tam məhsula düşməsi üçün ən azı 5 il vaxt tələb olunur. Bu ba xımdan 5 il müddətində mülkiyyətçi iddiaçıya məxsus 40 ədəd nar ağaclarının məhv olmasından dəymiş maddi ziyanın ümumi məbləği 10.800 manat təşkil edir. Ona görə də iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1097.1, 1108.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və A.V.Tanrıverdiyev) apelyasiya şikayəti təmin edilmə dən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 18-ci maddəsinin, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1, 1.3, 7.1-7.6-cı bəndlərinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin vəkili Fərid Abdullayev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı və üçüncü şəxs “xxxx” ASC Kürdəmir rayon Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada x əbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquq u pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin ö hdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh “xxxx” ASC kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, 20 oktyabr 2016-cı il tarixli Çıxarışa əsa sən, Kürdəmir rayonu, Axtaçı kəndində, 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 127,7 kv.metr olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Hazırda iddiaçı, 06 iyun 2018-ci il tarixdə cavabdeh “xxxx” ASC məxsus olan elektrik yarımstansiyasından gələn 0,4 kv-luq çılpaq və qəzalı vəziyyətdə olan açıq elektrik hava xəttindən qonşu taxıl sahəsinə düşən qığılcımdan irimiqyaslı yanğın hadisəsinin baş verdiyini, nəticədə ona məxsus olan nar bağının yandığını, bu faktın Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 noyabr 2018-ci il tarixli Qərarı, X4 İdarəsinin “Yanğın haqqında Aktı”, Energetika Nazirliyinin Enerji X1 Kürdəmir şəhər Regional Böl məsinin 12 noyabr 2018-ci il tarixli məktubu ilə öz təsdiqini tapdığını, nar bağına dəymiş zərərə görə məhz cavabdehin mülki məsuliyyət daşıdığını, 40 ədəd nar ağacının yanması nəticəsində ona 6.320 manat, 40 ədəd nar ağacından 1 il ərzində götürdüyü 1.800 kq məhsula görə 8.480 manat maddi zərər dəydiyini, bu halın Sabirabad DAİM tərəfindən verilmiş 01 iyun 2019-cu il tarixli rəylə də öz təsdiqini tapdığını, 1 nar ağacının tam məhsula düşməsi üçün azı 5 ilə tələb olunduğunu, 5 il nəzərə alındıqda əldən çıxmış faydanın 10.800 manat təşkil etdiyini göstərib, cavabdehlərdən onun xeyrinə cəmi 19.310 manat pulun tutulmasını iddia edir. Cavabdeh “xxxx” ASC isə “Yanğın haqqında Akt”da yanğının səbəbinin tam olaraq qeyd olunmadığını, yanğının hadisə yerinə keçirilən baxış zamanı orada olan şəxslər in izahatlarına əsaslandığını, həmin Aktda yanğının səbəbinin küləyin əsməsindən elektrik xətlərinin biri-birinə dəyməsi nəticəsində qığılcımın quru otun üzərinə düşərək yanmasının sadəcə olaraq güman edildiyini, Aktda həmçinin yanğının neçə kv.metr ərazini əhatə etməsi kimi məlumatların öz əksini tapmadığını, əksinə, istintaq orqanının qərarında öz əksini tapmış Kürdəmir rayon Hidrometeoroloji Stansiyasının məktubunda 06 iyun 2018-ci il tarixdə Kürdəmir rayonu ərazisində saniyədə 5-10 mert sürətdə küləyin müşahidə olunduğunu, yanğın hadisəsi baş verən vaxt əsən küləyin gücündən elektrik naqillərinin biri-birinə toxunmasının istisna olunduğunu və beləliklə də sözügedən qərarda cavabdehlərin təqsirinin müəyyən olunmadığını göstərib, iddiaya etiraz edir. Cavabdeh “xxxx” ASC iddiaya etirazınd an, apelyasiya və kasasiya şikayətlərinin dəlillərindən görünür ki, cavabdeh “xxxx” ASC iddiaçıya məxsus nar ağaclarının yanması nəticəsində sonuncuya maddi zərər dəyməsini mübahisələndirmir və yanğının elektrik naqillərindən baş vermədiyini, iddiaçıya qarşı heç bir mülki hüquq pozuntusu (delikt) törədilmədiyini bildirir. Əvvəla, Mülki Məcəllənin 21.2, 1096.1 və 1097.1-ci maddələrinin mənasına görə, zərərin vurulub-vurulmamasını müəyyən etmək üçün aşağıdakı halların aydınlaşdırılması və həmin halların eyni vaxta mövcud olması zəruridir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Hazırki işdə, yuxarıda göstərilən hallardan iddiaçıya maddi, mənəvi zərərin dəyməsi, yəni iddiaçıya dəymiş zərərin mövcud olması mülki iş materialları ilə istisna olunmur. Lakin, iddiaçıya dəymiş zərərin məhz cavabdehlərin qanunsuz hərəkətləri və hərəkətsizlikləri nəticəsində vurulması, habelə iddiaçıya dəymiş zərərlə cavabdehlərin qanunsuz hərəkət və yaxud hərəkətsizlikləri arasında hər hansı səbəbli əlaqənin olması, bir sözlə iddiaçıya dəymiş zərərə görə bilvasitə cavabdehlərin təqsirli olması işə əlavə edilmiş mötəbər yazılı sübutlarla, məsələn mütəxəssis, ekspert rəyləri ilə təsdiq olunmur. Əksinə, birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız işə əlavə edilmiş “Yanğın aktı” ilə əsaslandırmışdır. Hansı ki, həmin akt da hadisə yerinə keçirilən baxış zamanı orada olan şəxslərin izahatlarına əsaslanıb. Apelyasiya instansiya sı məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşarkən qeyd olunan hallara diqqət yetirməyib və iddiaçıya zərərin məhz cavabdehlərin qanunsuz hərəkətləri və yaxud hərəkətsizlikləri nəticəsində vurulması, iddiaçıya dəymiş maddi zərərlə cavabdehlərin qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin və ən əsası yanğın hadisəsində cavabdehlərin təqsirli olması ilə bağlı kifayət qədər araşdırma aparmayıb. Nəzərə alınmalıdır ki, səbəbli əlaqə dedikdə-hüquqa zidd hərəkətlə baş verən zərərli nəticə arasında bilavasitə əlaqənin olması nəzərdə tutulur. Səbəb ya bilvasitə nəticəni doğurur, ya da onun əmələ gəlməsi üçün real imkan yaradır. Eyni zamanda səbəbəli əlaqə düzünə və yanakı formada ola bilər. Təqsir isə- hüququ pozan şəxsin özü nün hüquqa zidd hərəkətlərinə və onların nəticələrinə olan psixi münasibəti başa düşülür. Hər bir davranış aktı iradi ifadəsi olaraq bilinir. Eyni zamanda, Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə züquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilir (Mülki Məcəllənin 1097.3ci maddəsi). Göründüyü kimi mülki qanunvericilikdə zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzinin ödənilməsi nəzərdə tutulub, lakin bu halda da zərərin zərərvuranın qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulması, eyni zamanda zərərlə zərərvuranın qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mötəbər yazılı sübutlarla, habelə ekspertin, mütəxəssisin rəyləri ilə təsdiq olunmalıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hal lar Nazirliyi X4 Xidməti Aran Regional X4 İdarəsi tərəfindən 06 iyun 2018-ci il tarixdə Kürdəmir rayonu, Axtaçı kəndindəki nar bağında baş vermiş yanğın hadisəsinə dair tərtib olunmuş “Yanğın haqqında” Aktda yanğının səbəbi tam olaraq qeyd edilməyib. Belə ki, həmin Akt, əslində hadisə yerinə keçirilən baxışa və orada olan şəxslərin izahatlarına əsaslanıb və yanğının səbəbi küləyin əsməsindən elektrik xətlərinin biri-birinə dəyməsi nəticəsində qığılcımın quru otun üzərinə düşərək yanması sadəcə olaraq həmin Aktda güman edilib. Eyni zamanda, həmin Aktda, yanğının neçə kv.metr ərazini əhatə etməsi kimi məlumatlar öz əksini tapmayıb. Lakin, Aktda qeyd olunan bu çatışmamazlıqlar apelyasiya instansiyası məhkəməsi tərəfindən tam araşdırılmayıb və Aktı cavabdeh “xxxx” ASC təqsirini müəyyənləşdirən mötəbər yazılı sübut kimi qəbul edilib. Digər tərəfdən, işə əlavə edilmiş Kürdəmir rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 aprel 2019-cu il tarixli Qərarında öz əksini tapmış Kürdəmir rayon Hidrometeoroloji Stansiyasının məktubunda 06 iyun 2018-ci il tarixdə Kürdəmir rayonu ərazisində saniyədə 5-10 metr surətdə küləyin müşahidə olunduğu və həmin vaxt güclü küləyin olmadığı müəyyən edilib. Küləyin gücünü təyin edən “Bofort” şkalasına görə isə saniyədə 5-10 metr surətlə əsən külək mülayim külək hesab edilir. Bu hallar bir daha onu sübut edir ki, yanğın baş verən zaman əsən küləyin gücü ərazidən keçən elektrik naqillərinin ağırlığı da nəzərə alınmaqla onların küləyin gücündən biri-birinə toxunmasını istisna edir. Sözügedən Qərarda həmçinin qeyd olunub ki, 2018-ci ilin aprel, may aylarında, eləcə də yanğın hadisəsindən sonra həmin ərazidə olan elektrik xətlərinə növbədən kənar baxış keçirilib və baxış zamanı yanğın baş vermiş ərazidə olan elektrik xətlərində yanğına səbəb olacaq heç bir qüsur aşkar edilməyib. Əksinə, cavabdeh “xxxx” ASC iddiaya etiraz ərizəsindən, apelyasiya və kasasiya şikayətlərindən görünür ki, sözügedən yanğın hadisəsi əslində kənd yerlərində quru otlaq sahələrinin “torpağın məhsuldarlığının artırılması” məqsədilə yandırılır və ya hava şəraitinin çox isti olması quru otlaq sahələrinin yanmasına səbəb olur. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, xüsusi bilik tələb edən sözügedən suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib əsaslandırılmış rəy almadan, yalnız işə əlavə edilmiş ehtimallara əsaslanan sübutlara istinad edərək, iddiaçıya zərərin məhz cavabdehin qanunsuz hərəkəti və yaxud hərəkətsizlik nəticəsində vurulması və bu zərərin vurulmasında cavabdehin təqsirli olması qənaətinə gəlmişdir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(103)-1209/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2493/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2493/2021
24.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver