Məhkəmə qərarları › İş №2(102)-2497/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2497/2023

13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2497/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 və Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı ilkin iddiası, Cavabdeh4 İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 qarşı qarşılıqlı iddiası və Cavabdeh3 İddiaçı, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Dövlət Notariat Ofisinə) qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğı-sa tqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması, pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1248/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 4 mənzil, Ağ daş şəhərində yerləşən fərdi yaşayış evi X2 məxsus olmuş, sonuncu 11 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir.

2. Mərhumun qızı X1 Yusif Ağalar oğlu ilə 22 iyun 1973-cü il tarixdə nikaha daxil olmuşdur.

3. Nuriyə Əliyevaya məxsus bəzi əmlaklar İddiaçı bankdan aldığı kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.

4. Nuriyə Əliyeva sağlığında 3 vəsiyyətnamə qoymuşdur: - 13 avqust 1998-ci il tarixli vəsiyyətnamə ilə Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 2 mənzilini İddiaçı vəsiyyət etmiş; - 01 iyun 2007-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmiş; - 19 oktyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh5 vəsiyyət etmişdir.

5. Sevda Əli yeva 01 aprel 2007-ci il tarixdə vəfat etmişdir.

6. Nuriyə Əliyevadan miras qalmış əmlaka dair Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 16 yanvar 2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

7. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 2 daşınmaz əmlak 27 noyabr 2021-ci il tarixdə icarəyə verilmiş, icarəyə verən qismində “mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan” şəxslər, o cümlədən Cavabdeh4 çıxış etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Nuriyə Əliyevanın adına əldə edilmiş daşınmaz əmlakların əslində onun vəsaiti hesabına alınmaqla ona məxsus olduğuna istinad etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60, 63 nömrəli alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsi, həmin əmlaklara onun mülkiyyət hüquqlarının tanınması, X3 tərəfindən Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bundan sonra Cavabdeh4 qarşılıqlı iddia qaldıraraq, İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra Cavabdeh3 da qarşılıqlı iddia qaldırmaqla Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 4kiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2327/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası, Cavabdeh4 pul tələbi və mənzilin boşaldılması tələblər inə dair qarşılıqlı iddiası rədd edilmiş, Cavabdeh3 miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60, 63 saylı mənzillərə, o cümlədən ünvan 5 evin 2-ci mərtəbəsində yerləşən 587,7 kv.m olan tikiliyə olan hüquqlara dair Cavabdeh3 vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.

12. Məhkəmə ilk öncə ilk iddiaya qiymət verərək göstərmişdir ki, İddiaçı öz tələbində qeyd edilən əmlaklara dair bağlanmış alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, hər hansı əqd yalan əqd vasitəsilə pərdələnmiş ola bilər. İddiaçı isə qeyd etdiyi əmlaklara dair başqa bir alğı-satqı müqaviləsi bağladığını, yəni əmlakların satıcısının iddiaçının alıcı olması ilə bağlı iradə ifadəsi ilə çıxış etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı Nuriyə Əliyeva tərəfindən Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Göstərilən maddələrin məzmunundan aydın olduğu kimi əqdlərin etibarsızlığının ümumi qaydaları vəsiyyətnaməyə də aid edilir. Mülki Məcəlləyə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bu halların heç biri sübut edilməmişdir. Həmçinin, vəsiyyətnamə üçün qnaunvericilikdə müəyyən forma t ələbləri nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, miras qoyan X3 tərəfindən tərtib edilmiş vəsiyyətamələr qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğundur.

13. Cavab deh4 qarşılıqlı iddia tələbinə münasibətdə göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60 saylı mənzillərə, habelə ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinə dair vərəsəlik işi açılmamış və iddiaçının payı müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki iş üzrə həmin əmlaklara dair mövcud olan vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilməmişdir.

14. Həmçinin, Cavabdeh4 iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən Cavabdeh4 qarşı lıqlı iddiası təmin edilə bilməz.

15. Məhkəmə eyni zamanda hesab etmişdir ki, Cavabdeh4 iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddianın rədd edilməsi barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə kifayət qədər əsaslandırılmadığından və iddia müddətinin ötürülməsi ilə bağlı sübutlar ərizəyə əlavə edilmədiyindən təmin edilə bilməz.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh5 münasibətdə verilmiş vəsiyyətnamə Cavabdeh3 münasibətdə verilmiş vəsiyyətnaməni tamamladığından və onların etibarsızlığı ilə bağlı hər hansı məhkəmə qərarı olmadığından hər iki vəsiyyətnamə qüvvədədir. Nəzərə alınmalıdır ki, Cavabdeh5 münasibətdə verilmiş vəsiyyətnamədə “Ağdaş şəhəri Üç Qovaq küçəsi 5-də yerləşən” ifadəsi ilə əmlaka münasibətdə dəqiqləşdirmə aparılmı ş, eyni zamanda Cavabdeh3 münasibətdə olan vəsiyyətnamədən fərqli olaraq digər vərəsələri vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı iradə ifadəsi vəsiyyətnaməyə daxil edilməmişdir. Bu səbəbdən də 19 oktyabr 2007-ci il tarixli 2V-01-93 reyestr nömrəli vəsiyyətnaməyə əsasən Cavabdeh5 vəsiyyət edilmiş Ağdaş şəhəri Üç Qovaq küçəsi 5-də yerləşən fərdi yaşayış evi istisna olmaqla digər bütün əmlak 01 iyun 2007-ci il tarixli 2-V-1-48 reyestr saylı vəsiyyətnaməyə əsasən Cavabdeh3 vəsiyyət edilmişdir.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 337.1, 337.2, 337.3, 340.1, 340.2, 372.1, 372.2, 375.1, 375.2, 377.1, 384.0.4, 1133.1, 1145, 1146, 1159.1.1, 1243, 1246, 1248, 1255, 1272, 1273, 1273-1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnamənin onun iddiasının təmin edilmədiyi, qarşılıqlı iddia üzrə iddiacı Cavabdeh3 qarşılıqlı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və onun qarşılıqlı iddiasının təmin edilməsini, Cavabdeh3 qarşılıqlı iddiasının isə rədd edilməsi barədə yeni qətnamə qəbul eidlməsini xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1248/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmaqla, gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab etmişdir.

21. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq belə qənaətə gəlmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etira zın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh4 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun iddiasının təmin edilmədiyi, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və onun iddiasının təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 Ağdaş rayon notariat kontoruna təqdim etdiyi 30 noyabr 2011-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən aşkar müəyyən edilir ki, o, miras qalmış Ağdaş rayonunda olan evdən ona düşən paydan, həmin dövrdə Cavabdeh5 xeyrinə imtina etmişdir. Cavabdeh3 mirasın açıldığını bildiyini bu ərizəsi ilə tam təsdiq etməklə yanaşı, eyni zamanda, mirasdan ona düş ən paydan Cavabdeh5 Şahmalı qızının xeyrinə imtina etməklə, 30 noyabr 2011-ci il tarixdə bütövlükdə miras əmlakdan imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi 11 il əvvəl miras əmlakdan notariat qaydasında imtina etmiş bir şəxsin, həmin miras əmlakla bağlı iddiasını hansısa səbəblərdən qanunsuz olaraq təmin etmişdir. Bundan başqa, 19 oktyabr 2007-ci il tarixli vəsiyyətnamədən görünür ki, X3 ölən günədək ona məxsus olan Ağdaş şəhəri Üç Qovaq küçəsi ev 5 ünvanda yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Cavabdeh5 Şahmalı qızına vəsiyyət etmişdir. Nəzərə alınmalıdır ki, 19 oktyabr 2007-ci il tarixli, sonuncu vəsiyyətnamədə miras qoyan Nuriyə Əliyeva bütün əmlakını Cavabdeh5 vəsiyyət etdiyindən, qeyd edilən vəsiyyətnamə, ondan əvvəl verilmiş, bütün əmlak ın Cavabdeh3 vəsiyyət edilməsinə dair 01 iyun 2007-ci il tarixli vəsiyyətnaməni tamamlaya bilməz. Apellyasiya instansiyası məhkəməsi məsələ ilə vəsiyyətnamənin məzmununu tam tədqiq etmədən, vəsiyyət edən yalnız Ağdaş rayonunda olan evi və həyətyanı torpaq sahəsini deyil, həmçinin bütün əmlakını Cavabdeh5 Şahmalı qızına vəsiyyət etməklə, daha əvvəl vermiş olduğu vəsiyyətnaməni dəyişdirdiyini və bununla da 01 iyun 2007-ci il tarixdə 2V-1-48 reyestr nömrəsi ilə vermiş olduğu əvvəlki vəsiyyətnamənin qüvvəsini itirdiyini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

27. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

28. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

29. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

30. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açı ldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

31. Maddə 1220.0 və 1220.0.1. Vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə həmişə dəyişdirə və ya ləğv edə bilər.

32. Maddə 1224.0 və 1224.0.1. Xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür. Mülki Pro sessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

40. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

42. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh4 qarşılıqlı iddiasının rədd edilməsi və Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilməsi mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Hazırki mübahisə vərəsəlik hüquq münasibətləri ilə bağlı yaranmaqla, iddiaçı miras qoyanın mərhum qızının əri, qarşılıqlı iddiaçılar isə miras qoyanın nəvələridir.

46. Miras qoyan 11 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir, həmin vaxt onun qızı Sevda Əliyeva sağ olmadığından (01 aprel 2007-ci il tarixdə ölmüşdür) sonuncunun övladları birinci növbə vərəsə hesab edilməklə, 16 yanvar 2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.

47. Əvvəldə də qeyd edildiyi kimi, miras qoyan sağlığında 3 vəsiyyətnamə qoymuşdur: - 13 avqust 1998-ci il tarixdə tərtib edilmiş Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 2 mənzilin İddiaçı vəsiyyət edilməsi barədə; - 01 iyun 2007-ci il tarixdə tərtib edilmiş bütün əmlakın Cavabdeh3 vəsiyyət edilməsi barədə; - 19 oktyabr 2007-ci il tarixdə tərtib edilmiş Ağdaş şəhərində yerləşən fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin və bütün əmlakın Cavabdeh5 vəsiyyətedilməsi barədə vəsiyyətnamə.

48. Hazırkı müb ahisə üzrə 3 iddia qaldırılmışdır: - İddiaçı “Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən mənzillərin Nuriyə Əliyevanın xeyrinə əldə edilməsi barədə 1998-ci ildə bağlanmış alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsi, həmin əmlaklara onun mülkiyyət hüququnun tanınması, Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsi barədə iddiası (iddiaçı həmin mənzillərin onun vəsaiti hesabına əldə edilməsinə rəğmən həmin vaxt prokurorluq orqanlarında çalışdığını əsas gətirərək əmlakların qaynanasının adına rəsmiləşdirildiyini istinad etmiçdir); - Cavabdeh4 miras qalmış əmlakların icarəyə verilməsindən əldə edilən gəlirdən onun payına düşən hissənin ödənilməsi, miras əmlak olan mənzili ona aid hissəsinin boşaldılıb təhvil verilməsi barədə iddiası; - Cavab deh3 “3 mənzilə və bir qeyri-yaşayış sahəsinə vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə iddiası.

49. İddiaçı tərəfindən qaldırılmış ilk iddia birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməmiş, o isə bunu mübahisələndirməməklə həmin nəticə ilə razılaşmışdır.

50. Qarşılıqlı iddiaçılardan Cavabdeh4 qətnaməni hər iki qarşılıqlı iddiaya aid hissədə, öz iddiasının rədd, Cavabdeh3 iddiasının təmin edilməsi hissəsində mübahisələndirir.

51. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.

52. Bu konstitusion normada təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə o laraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.

53. Mülki Məcəllənin vərəsəlik anlayışını müəyyən edən 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

54. Qanunverici qanun üzrə vərəsəliyin mümkünlüyünü vəsiyyətnamənin olmaması və ya etibarsız sayılmasından asılı etmişdir ki, bu həm də vəsiyyətnamənin qüvvədən düşməsi ilə bağlı nəticələri də ehtiva edir, çünki əks yanaşma, yəni qüvvədən düşmüş vəsiyyətnamənin hər hansı hüquqi nəticə yaratma qabiliyyəti olmadığı halda bu cür vəsiyyətnamən in mövcudluğunun qanun üzrə vərəsəliyi qabaqlaması vərəsəliyin əsaslarını müəyyən edən qanunvericilik normalarının mahiyyətinə zidd olardı.

55. Bununla bərabər, Mülki Məcəllənin vəsiyyətnamənin dəyişdirilməsi imkanları adlanan 1220-ci maddəsinin tələblərinə görə isə, vəsiyyət edən əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə dəyişdirə və ya ləğv edə bilər.

56. İş materiallarından mübahisəsiz qaydada görünür ki, mirasqoyan son iradəsini 19 oktyabr 2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədə ifadə edərək, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh5 vəsiyyət etmiş, bununla da əvvəlki vəsiyyətnamələr birbaşa ləğv edilmişdir.

57. Digər tərəfdən, Mülki Məcə llənin 1224-cü maddəsinə görə, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür.

58. O da işin digər diqqətəlayiq halıdır ki, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs miras qoyandan əvvəl ölmüşdür.

59. Nəticə etibarilə, yeni vəsiyyətnamələr əvvəlki vəsiyyətnamələri, yəni 01 iyun 2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə 13 avqust 1998-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməni, 19 oktyabr 2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə isə 01 iyun 2007ci il tarixli vəsiyyətnaməni ləğv etmişdir.

60. Məhkəmə kollegiyası təkrar vurğulamağı zəruri sayır ki, ən sonuncu vəsiyyətnamə də qüvvədən düşdüyündən qanun üzrə vərəsəliyin qarşısını kəsən hər hansı bir hüquqi fakt mövcud olmamışdır.

61. O da qeyd edilməlidir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir.

62. Mülki Məcəllənin 1321-ci maddəsində göstərilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir.

63. Nəticə etibarilə, 16 yanvar 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlaka miras qoyanın birinci növbə vərəsələri olan 4 nəvəsinı bərabər paylarla, hər birinə ¼ hissədə olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir.

64. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mir asın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

65. İstinad edilən Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

66. Qeyd edilən normanın dispozitiv şərtlərindən göründüyü kimi bu tip mübahisələrə dair iddia o vaxt təmin edilə bilər ki, vərəsə mirası qəbul etsin və ya onun qəbulundan imtina etsin və bu hərəkətin mübahisələndirilməsi şəxsə müvafiq əsas məlum olduğu gündən 2 ay müddətində edilsin.

67. Qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə Cavabdeh4 miras kütləsinə daxil olan Ağsu şəhərində yerləşən fərdi yaşayış evinə ¼ hissədə payının tanınması, onun yuxarıda qeyd edilən məlum səbə blərdən şəhadətnamədə göstərilməyən digər əmlakları da qəbul etdiyinə dəlalət edir.

68. Həmin şəhadətnamə isə Cavabdeh3 tərəfindən qanunvericiliklə müəyyən edilmiş 2 aylıq müddət daxilində mübahisələndirilməmişdir.

69. Məhkəmə kollegiyası onu da xüsusi vurğulayır ki, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddət kəsici müddətdir.

70. Göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən Cavabdeh3 iddiası üzrə hüquqi dəyərləndirmə aparılarkən işin həllində mühüm əhəmiyyət kəsb edən hallar ümumiyyətlə nəzərə alınmamış, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir.

71. Cavabdeh4 qarşılıqlı iddiasında icarə müqaviləsi üzrə əldə edilən gəlirdən ona payına düşən hissəsinin verilməməsini mübahisələndirməklə, həmin ödənişlərin cəmlənərək digər vərəsələrdən 250.000 manat məbləğində pul tələb etmişdir.

72. İş üzrə digər bir diqqət yetirilməli məqam ondan ibarətdir ki, miras qoyanın qanuni sahibliyində olmuş, lakin daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyata alınmamış bəzi daşınmaz əmlaklar icarəyə verilmiş, Cavabdeh4 da məhz icarəyə verənlərdən biri olmaqla, “mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan” şəxs kimi həmin müqaviləni imzalamışdır.

73. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 iddiasına münasibətdə də heç bir araşdırma aparmadan, onun tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməməsi barədə birinci instansiya məhkəməsinin formal yanaşmasını təkrarlamışdır.

74. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərar ın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh4 qarşılıqlı iddiasının rədd, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilməsinə dair hissələrdə ləğv edilməli, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

76. İşə yenidən baxılarkən mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1248/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi Cavabdeh4 qarşılıqlı iddiasının rədd, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilməsinə dair hissələrdə ləğv edilsin. İş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar