Məhkəmə qərarları › İş №2(102)-2500/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2500/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2500/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə və 51 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icra qeydinin ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və 51 saylı Notariat Ofisinə qarşı “kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icra qeydini n ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1106/2024 nömrəli 18 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/1924 nömrəli kredit müqaviləsinə əsasən, borc verən borc alana şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 32% ödəmək şərti ilə 70.000 manat məbləğində kredit vermiş, İddiaçı krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür.

2. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 108.1 kv.m ümumi sahədən ibarət olan 71 nömrəli mənzil (yeni qaydalarla - Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev 4, M12) MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 2022/1924-İ Ṗ nömrəli ipoteka müqaviləsinə əsasən, yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən həmin əmlakın ilkin satış qiyməti 140.000 manat məbləğində müəyyən edilmişdir.

3. Tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 92.665,33 manat (əsas borc üzrə 67.604,19 manat, faiz borcu üzrə 9.591,14 manat və cərimə borcu 15.470 manat olmaqla) borc məbləği barədə notariusun icra qeydinin aparılacağı haqqında xx.xx.2022-ci il tarixli, 952 nömrəli ipotekaya tutmanın yönəldilməsi barədə bildirişlə xəbərdar edilmişdir. Sözügedə n bildiriş xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim olunmuşdur.

4. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli, 965 nömrəli məktubla 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmiş, bildiriş idarə tərəfindən qeydiyyata alınmışdır.

5. Cavabdeh MMC xx.xx.2022-ci il tarixli ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönəldilməsi barədə ərizə ilə 51 saylı Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən xx.xx.2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi” t ələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

2. Sonradan iddiaçı cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və 51 saylı Notariat Ofisinə qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 17 mart 2022-ci il tarixli, 2022/1924 saylı kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi, icra qeydinin ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 2022/1924 saylı kredit müqaviləsinə əsasən, "xxxx" BOKT MMC tərəfindən İddiaçı 70.000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuş, həmçinin sözügedən kredit müqaviləsinin təminatı qismində xx.xx.2022-ci il tarixli, 2022/1924 saylı zami nlik müqaviləsi və xx.xx.2022-ci il tarixli, 2022/1924-İP saylı ipoteka müqaviləsi bağlanılmışdır. Daha sonra, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən xx.xx.2022-ci il tarixdə “İpoteka predmetinə tutmanın yönəldilməsinə haqqında” icra qeydi verilmiş və icra qeydi icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. İcra qeydi üzrə ipoteka predmetinə dair məbləğlər artırılmış və icra qeydi pozuntularla həyata keçirilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)3725/2023 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia təmin edilməmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, müvafiq kredit müqaviləsi üzrə müqavilə tərəfi İddiaçı müqavilə üzrə öhdəsinə düşən vəzifələrə əməl etməmiş və müqavilə şərtlərini pozmuşdur. Nəticədə, müqavilə öhdəliklərinin təmin olunması məqsədilə notarius tərəfindən müvafiq icra qeydi verilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlıq xüsusatları mübahisə mövzusu olmamış, həmçinin məhkəmənin özü tərəfindən etibarsızlığa dair əsaslı hallar müəyyən edilməmişdir. Bundan əlavə, Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən ipoteka müqaviləsi üzrə icra qeydinin ləğv olunması ilə bağlı əsaslar iddia tələbi üzrə müəyyən edilmir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfdən iddia tələbi üzrə aktiv prosessual fəaliyyət həyata keçirilməmiş, sübutetmə fəaliyyəti zəif təşkil edilmiş, məhkəmə hazırlıq iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq tələb üzrə sübutlar və ya hüquqi əsaslandırma, mülahizələr məhkəməyə təqdim edilməmiş, müdafiə formal əsaslarla həyata keçirilmişdir. İddiaçı tərəfindən bir neçə vəsatət verilsə də, vəsatətlər əsassızlığı səbəbindən məhkəmə tərəfindən təmin edilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 373, 421, 421.2-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin tutmanın ipoteka predmetinə yönəldilməsinə dair icra qeydinin verilməsi ilə əlaqədar notariat orqanına müraciət etməsi (borcun, hesablanmış faizlərin tələb edilməsi ilə kredit müqaviləsindən imtina edilməsi), o cümlədən, notariusun bu barədə icra qeydi verməsi, artıq sözügedən kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsinə əsas verir. Birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tələbləri kobud surətdə pozulmuşdur və bu hallar mübahisəli qətnamənin ləğv edilməsi üçün əsasdır. "xxxx" BOKT MMC və Cavabdeh1 tərəfindən icra qeydində qeyd olunan məbləğlər təhrif olunaraq, əsassız artırılmışdır. Bununla əlaqədar məhkəmə qaydasında mühasi batlıq ekspertizasının keçirilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün müvafiq qaydada qiymətləndirilmənin həyata keçirilməsi zəruridir (birinci instansiya məhkəməsinə bu barədə müvafiq vəsatətlər verilmiş, lakin məhkəmə tərəfindən vəsatətlər təmin edilməmişdir). Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələblərindən kənara çıxmışdır. Belə ki, ilkin iddia tələblərinin dəqiqləşdirilməsinə dair tərəfindən məhkəməyə (xx.xx.2023-cü il tarixli hazırlıq iclasında) ərizə təqdim edilmişdir. Lakin məhkəmə öz qətnaməsini ilkin iddia tələblərinə əsasən qəbul etmiş və müvafiq qaydada əsaslandırmışdır. 11.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1106/2024 nömrəli 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstə mli (sədrlik edən və məruzəçi) Akif İsgəndərov və Vahid Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3725/2023 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 2022/1924 nömrəli kredit müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmamış, birinci tələb üzrə işə baxılmış, bunun la da maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

13. İşdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, 2022/1924 nömrəli kredit müqaviləsi üzrə İddiaçı üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Nəticədə, cavabdeh "xxxx" BOKT MMC müqavilə üzrə yaranmış borcun tutulması məqsədilə digər cavabdeh 51 saylı Notariat Ofisinə müraciət etmiş, notarius tərəfindən bununla bağlı icra qeydi verilmişdir.

14. Hazırda iddiaçının tələblərindən biri “kredit müqaviləsinin ləğv edilmiş hesab edilməsi”dir. Göründüyü kimi, iddiaçı mübahisəli hüquqi hadisənin təsbiti barədə tələbə məhkəmədə baxılmasını xahiş edir və bununla bağlı qətnamə qəbul edilməsini xahiş edir.

15. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh "xxxx" BOKT MMC İddiaçı müqavilə üzrə öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən yaranmış bütün borcun tələb edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli ərizə ilə notariat ofisinə müraciət etməklə müqaviləyə xitam vermək niyyətini ifadə etmişdir.

16. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/1924 nömrəli kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “icra qeydinin ləğv edilməsi” tələbinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

18. İşdən görünür ki, cav abdeh "xxxx" BOKT MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda göstərilən sənədləri - ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən çıxarışı, ipoteka müqaviləsini və ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişi və onun ipoteka qoyana göndərilməsini təsdiq edən poçt sənədini elektron qaydada iş üzrə digər cavabdeh olan notatiat ofisinə təqdim etmişdir.

19. Bundan öncə isə ipoteka saxlayan "xxxx" BOKT MMC “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası) əks etdirən bildirişi ipoteka qoyan iddiaçının ünvanına göndərmiş, iddiaçı həmin bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmiş, bundan sonra ipoteka saxlayan 3 iş günü ərzində (xx.xx.2022-ci il tarixdə) ərizəsini ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etmiş, bununla da tutmanın yönəldilməsi proseduruna riayət etmişdir.

20. İddiaçı apellyasiya şikayətində icra qeydində qeyd olunan məbləğlərin əsassız artırıldığını, bununla əlaqədar məhkəmə qaydasında mühasibatlıq ekspertizasının keçirilməli olduğunu bildirsə də, məhkəmə kollegiyası bu dəlili əsassız sayaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddiaçı icra olunmalı öhdəlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumat da əks olunmuş bildirişi ipoteka saxlayan cavabdeh "xxxx" BOKT MMC-dən aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilərdi, lakin bunu etməmişdir.

21. Cavabdeh "xxxx" BOKT MMC isə həmin müddəti gözləmiş, müddət bitdikdən sonra xx.xx.2022-ci il tarixdə icra qeydinin verilməsi barədə ərizə ilə digər cavabdeh 51 saylı Notariat Ofisinə müraciət etmişdir.

22. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh "xxxx" BOKT MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməkl ə digər cavabdeh 51 saylı Notariat Ofisinə müraciət edilmiş, sonuncu tərəfindən də icra qeydinin aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Beləliklə, iddiaçının “icra qeydinin ləğv edilməsi” tələbi əsassızdır və təmin edilməməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.4-cü maddəsinə əsasən iddia ərizəsində mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.

24. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi” tələbinə prosessual qanunvericilik baxımından vəsatət kimi hüquqi qiymət verərək qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsi ndə digər məlumatlarla yanaşı ipotekanın predmeti, onun adı, olduğu yer, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər göstərilməlidir.

25. İddiaçı ilə cavabdeh "xxxx" BOKT MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılaşması əsasında 140.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ipotekaya tutmanın yönəldilməsi barədə bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində bildirişi məhkəmədə mübahisələndirməmişdir.

26. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı hazırda ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi barədə xahiş irəli sürməklə icra qeydinin qanuni liyini dolayı yolla qəbul etmiş olur, lakin ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsini xahiş edir.

27. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi qanuni hesab olunduğundan, ipoteka predmetinin ilkin satış qiyməti müqavilə tərəflərinin razılaşması əsasında müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən olunması barədə iddiaçının xahişi təmin edilə bilməz.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 421.2, 421.3-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 149.4, 217.4, 218.3, 384.0.2, 385.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına, Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edərək, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi üçün işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir.

30. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamə iddiaçıya münasibətdə qanunsuz və əsassızdır və onun ləğv edilərək, işin yeni baxışa göndərilməsi barədə müvafiq qərarın qəbul edilməsi məqsədə uyğundur.

31. Kassasiya şikayətində “İpoteka haqqında” AR Qanununun 39-cu, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına istinad edilərək qeyd edilmişdir ki, "xxxx" MMC və Bakı şəhəri 51 saylı Notariat Kontoru tərəfindən qeyd olunan normaların tələbi pozulmuş, icra qeydində qeyd olunan məbləğlər təhrif olunaraq, əsassız artırılmışdır və apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə hüquqi əsaslandırması ilə razı deyillər. İlkin satış qiyməti 2022-ci il üçün müəyyən edilmiş və hazırki vəziyyətdə Bakı şəhərində yerləşən daşınmaz əmlakların qiyməti həmin dövrdən bu günədək təxminən 50% artmışdır. Bununla bağlı tərəflərindən məhkəməyə müvafiq qiymətləndirmə barədə sənəd təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Beləliklə, ipoteka predmetinin 2024-cü il üçün ilkin satış qiymətinin real bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi ilə əlaqədar məhkəmə qaydasında mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir.

32. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217, 417-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi R.Ə.Eliyev və vəkili A.N.İmamverdiyev tərəfindən imzalanmış etiraz daxil olmuş və kasssasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

34. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara maddi, prosessual hüquq normalarınıntələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları, tam, hərtərəfli və obyektiv araşdırmışdır. Tətbiq edilən hüquq Azərbay can Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 23. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlə r.

25. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

26. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 10.5 İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqla rı yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məblə ği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir.

28. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən s onra təqdim olunmuş sayılır.

29. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 30. 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 31. 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 32. 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 33. 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.

34. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqan ı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 35. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır

36. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmə dikdə; 37. 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.

38. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

39. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məh kəməyə şikayət edə bilər.

40. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.

41. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

42. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndə rir. “İcra haqqında” Qanuna uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

43. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissə sində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edi lmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

44. Maddə 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabın a yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”

45. Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: 46. a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; 47. b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə al ınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sü butlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası m əhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məh kəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində icra qeydində qeyd olunan məbləğlərin əsassız artırıldığı, bununla əlaqədar məhkəmə qaydasında mühasibatlıq ekspertizasının keçirilməli olduğu barədə dəlilini əsassız sayaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddiaçı icra olunmalı öhd əlik, yəni kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ barədə məlumat da əks olunmuş bildirişi ipoteka saxlayan cavabdeh "xxxx" BOKT MMC-dən aldıqdan sonra 21 təqvim günü müddətində məhkəməyə şikayət edə bilərdi, lakin bunu etməmişdir.

60. Apellyasiya instansiyası məhkəməsi iddiaçının “ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi” tələbinə prosessual qanunvericilik baxımından vəsatət kimi hüquqi qiymət verərək qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsasən ipoteka müqaviləsində digər məlumatlarla yanaşı ipotekanın predmeti, onun adı, olduğu yer, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər göstərilməlidir.İddiaçı i lə cavabdeh "xxxx" BOKT MMC arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin razılaşması əsasında 140.000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı ipotekaya tutmanın yönəldilməsi barədə bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində bildirişi məhkəmədə mübahisələndirməmişdir.Həmçinin qeyd olunmalıdır ki, iddiaçı hazırda ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi barədə xahiş irəli sürməklə icra qeydinin qanuniliyini dolayı yolla qəbul etmiş olur, lakin ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən edilməsini xahiş edir.

61. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri 51 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli icra qeydi qanuni hesab olunduğundan, ipoteka predmetinin ilkin satış qiyməti müqavilə tərəflərinin razılaşması əsasında müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiymətinin yenidən müəyyən olunması barədə iddiaçının xahişi təmin edilə bilməz.

62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma i lə razılaşır.

63. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiya sı qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “18”mart 2024-cü il tarixli 2(103)-1106/2024 saylı qətnaməsi iddianın ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qaydasında müəyyən edilməsi hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar