Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2504/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı A ın cavabdeh Türkiyə Respublikasının “X4 X2 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X4” Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu, (məruzəçi) Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı A ın cavabdeh Türkiyə Respublikasının “X4 X2 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X4” Nümayəndəliyinə qar şı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-651/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. A ailə üzvləri ilə birlikdə 12 avqust 2022-ci il tarixində Bakıdan İstanbula və İstanbuldan Bodruma səyahəti həyata keçirtmək məqsədi ilə “X4” avia şirkətindən online qaydada 5 ədəd aviabilet almış, müvafiq ödəniş edilmiş, elektron biletlərdə uçuşa qeydiyyatın beynəlxalq uçuşlar üçün uçuşa 60 dəqiqə qalmış tamamlandığı və uçuş vaxtının 06:55-də olduğu qeyd edilmişdir.
2. A tərəfindən öncədən təyyarədə oturacaqların seçilməsi proseduru aparılmış, sərniş inin baqajı olduğu halda, qeydiyyat tamamlanmadan əvvəlcədən təhvil verilməli olduğuna dair xəbərdarlıq edilmişdir.
3. A tərəfindən yuxarıda qeyd edilən tarixlərə Bodrumun “Vogue Hotel”də otaqların satın alındığı, otaqlara görə 177315 TRY, bundan 81862 TRY əvvəlcədən ödəniş edildiyinə dair e-mail təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı A (bundan sonra - iddiaçı) cavabdeh Türkiyə Respublikasının “X4 X2 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X4” Nümayəndəliyinə (bundan sonra - cavabdeh) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı İstanbul aviauçuşu üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş vəsaitin cavabdeh tərəfindən geri qaytarılması, “Vogue H otel”-ə sığorta daxil ödənilmiş 177,315.00 TRY, manat ekvivalenti 15644,50 manat vəsaitin və 100000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Türkiyə Respublikasının vətəndaşı olan A ailə üzvləri – Nərgiz Çalbay, Muazzez Çalbay, Ebubekir Çalbay və Ömerfaruk Çalbay ilə birlikdə 12 avqust 2022-ci il tarixində X4 (THY) aviaşirkətinin xidmətindən istifadə edərək Bakı – İstanbul aviauçuşu üçün əvvəlcədən X4 (THY) aviaşirkətindən bilet almışdır. Hava gəmisinin uçuşu Bakı vaxtı ilə 06:55-də nəzərdə tutulsa da, uçuş 07:15-də baş tutmuşdur. A və onun ailə üzvlərinin daimi yaşayış yeri Azərbaycandır və onlar yay istirahətini Türk iyədə keçirmək qərarına gəldikləri üçün əvvəlcədən sayt üzərindən bilet almışdır. İddiaçı ailə ilə birlikdə X4 (THY) aviaşirkətinin xidmətindən yararlanmaq məqsədilə 12 avqust 2022-ci il tarixində Bakı Heydər Əliyev Hava Limanına daxil olmuşlar və 06:00-da bilet yoxlanışı üçün qeydiyyata gəldikdə (checkın kontoru) qeydiyyatı aparan şəxs 5 dəqiqə gec gəldiklərini, biletləri qəbul edə bilməyəcəklərini bildirmişdir. Məsələnin səlahiyyətli şəxslərə (şirkətin Azərbaycan sorumlusu Seyfullah bəy) blidirilməsini, onların razılığı olduğu halda təyyarəyə buraxıla biləcəklərini demişlər, lakin bu hal baş verməmiş, onların təyyarəyə buraxılmaması nəticəsində iddiaçı və ailəsi ən pis günləri yaşamışdır. Bir ailə başçısı olaraq baş verənlər iddiaçını çox sarsıtmış, uşaqlarının göz yaşları hələ də gözünü n önündən çəkilməmişdir. Sonradan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 13 oktyabr 2022-ci il tarixdə 11/4589 nömrəli məktubla sorğusuna cavab olaraq bildirmişdir ki, 12 avqust 2022ci il tarixdə Bakı-İstanbul marşrutu ilə saat 06:55-də uçuşu nəzərdə tutulan hava gəmisi həmin tarixdə saat 07:15-də havaya qalxmışdır. THY-na uçuşu 12 avqust 2022-ci il tarixində saat 06:55-də həyata keçirilməli olan təyyarəyə bilet və baqaj qeydiyyatının nə vaxt başa çatmasına dair sorğuya cavab olaraq bildirilmişdir ki, “qaydalara əsasən təyyarənin havaya qalxma vaxtından asılı olmayaraq beynəlxalq reyslər üçün bilet və baqaj qeydiyyatı reysin uçuşundan 60 dəqiqə əvvəl başa çatır”. Bildirmək istəyirəm ki, THY-nın uçuş qaydaları barədə məlumat uçuş biletində yer almışdır ki, “uçağa biniş kalkış saatindən 20 dakika öncə sonlanır. Havalimanındaki ekranlardan biniş kapınızın güncel durumunu kontrol etmelisiniz. Havalimanında geliş sürenizi bazı durumlarda kapıya ulaşma sürenizin uzun sürebilecegini göz önünde bulundurarak belirletemelisiniz”. Göründüyü kimi, təyyarənin uçuşu 07:15-də baş tutmuş və THY-nin əməkdaşlarının dediyi kimi qeydiyyat 60 dəqiqə əvvəl başa çatırsa, onda qeydiyyatın aparılması üçün kifayət qədər vaxt olduğu halda, aparılmamışdır. Bu hal iddiaçı və ailəsinin yerinə başqa şəxsləri təyyarəyə mindiyinə dair şübhə yaratmışdır. İddiaçı cavabdehdən uçuş biletlərinin alınması üçün vəsait ödəmiş, eyni zamanda “Vogue Hotel”-ə sığorta daxil 177,315.00 türk lirəsi (15,644.50 manat (9,202.65 ABŞ dolları) vəsait ödəmişdir.
6. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək bildi rmişdir ki, iddiaçı və və ailə üzvləri mütləq qaydada qeydiyyata (check in kontuarı) yaxınlaşıb pasportlarını təqdim etməklə minik kartını əldə etməli, baqajları təhvil verdikdən sonra pasport yoxlanışından və digər yoxlanışlardan keçib uçuş qapısına doğru getməli idi. Belə ki, cavabdehin rəsmi internet səhifəsində yer alan “hava limanı check in seçimləri səhifəsində” hər bir ölkə üzrə onlayn qaydada hansı xidmətlərin göstərilməsi öz əksini tapmışdır. Həmin səhifədə X1 Hava Limanı üçün onlayn minik kartı, mobil minik kartı və check in kiosk imkanlarının mövcud olmaması açıqca görsənir, sərnişinlər mütləq qaydada check in kontuarına yaxınlaşaraq minik kartını əldə etməlidir. X1 Aeroportunun rəsmi internet səhifəsində (airport.az) “Prosedurlar” başlığının, “Beynəlxalq Gediş” altbaşlığında qe yd edilmişdir ki, “Qeydiyyat prosesi və ona dair tələblər aviaşirkətlər arasında fərqli ola bilər, məlumatı dəqiqləşdirmək üçün aviaşirkətinizin nümayəndəsinə və ya yerüstü xidmət agentlərinə müraciət edin. Bir qayda olaraq, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və Transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlayır. Qeydiyyat uçuşdan 60 dəqiqə öncədən bağlanır. Lakin iddiaçı və ailə üzvləri qeydiyyata vaxtında çatmadıqları üçün minik kartını əldə edə bilməmişlər. Minik kartını əldə etdikləri və baqajları təhvil verdikləri halda qalxış saatından 20 dəqiqə əvvələ kimi təyyarəyə minmək haqları mövcud ola bilərdi. Lakin iddiaçının və ailə üzvlərinin minik kartları olmamışdır, məhkəməyə də bununla bağlı sübut təqdim edilməmişdir. İşin həqiqi hallarına gəldikdə isə fərqli bir mənzərə ortaya çıxmışdır. Belə ki, iddiaçı və ailə üzvləri həmin gün saat 06:00-da deyil, 06:45-də qeydiyyata (check in kontuarına) yaxınlaşmışlar. Cavabdehin check in-lə bağlı onlayn qeydlərində bu fakt öz əksini tapmışdır. Həmin şəxslər uçuş vaxtından 10 dəqiqə əvvəl qeydiyyata gəldikləri üçün onlara minik kartı təqdim edilməmiş və baqajları təhvil alınmamışdır, beləliklə onlar uçuşda iştirak etməmişlər. İddiaçı həmin gün saat 06:00-da qeydiyyata yaxınlaşmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin gün saat 06:57-də hava gəmisinin qapısı bağlanmış, saat 07:00-da park mövqeyindəki hava gəmisi yedəkləyici maşın vasitəsi ilə dayanacaqdan göstərişə uyğun sürmə yolu üzrə marşrut xəttinə çıxarılmışdır (pushb ack), saat 07:15-də isə havaya qalxmışdır. Göründüyü kimi, hava gəmisi havaya qalxmamışdan əvvəl bir sıra aktiv hazırlıq hərəkətləri etmişdir. Uçuş saatı dəyişdirilməmiş və yaxud təxir edilməmişdir, əks təqdirdə bu haqda sərnişinlərə qabaqcadan məlumat verilmiş olacaqdı. Hazırki halda əlindəki aviabiletlərdə əks olunan uçuş vaxtına 60 dəqiqədən az müddət qalmış qeydiyyata yaxınlaşan iddiaçı və ailə üzvləri haqlı olaraq qeydiyyata buraxılmamış, onlara minik kartı təqdim edilməmişdir. İddiaçı özü bildirmişdir ki, saat 06:00-da bilet yoxlanışı üçün qeydiyyata gəlmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli aviareysin uçuş vaxtının saat 06:55 olduğu və həmin aviareys üçün qeydiyyatın uçuş vaxtından, yəni saat 06:55-dən 60 dəqiqə əvvəl, yəni 05:55-də qurtarması açıqca öz əksini tapmışdır. A mma iddiaçı ərizəsinin sonrakı hissəsində təyyarənin “havaya qalxma vaxtını, uçuş vaxtı kimi” qələmə verərək özünün 06:00-da qeydiyyata yaxınlaşmasını və beləliklə guya 06:15-də qurtarmalı olan qeydiyyata çatmasını sübut etməyə cəhd etmişdir. Halbuki, 07:15 təyyarənin uçuş vaxtı deyil, havaya qalxma vaxtıdır. İddiaçı ərizəsində THY-nin uçuş qaydaları haqqındakı uçuş biletində olan məlumata istinad edib bildirir ki, təyyarəyə minik qalxış saatından 20 dəqiqə əvvəl qurtarır. Bu hissədə də qalxış vaxtını, uçuş vaxtı kimi qələmə verməklə saat 06:00-da gəlməklə vaxtında çatdığını göstərməyə cəhd etmişdir. Halbuki, iddiaçının istinad etdiyi məlumatda göstərilmişdir ki, “Koltuk seçiminiz tamamlandı, ancak uçağa kabul edilmeniz için online biniş kartınızı bastırmış ve ya mobil biniş kartınızı al mış olmanız gerektiğini hatırlatırız”. Həmçinin, məlumatın “bagaj teslimi” bölməsində göstərilmişdir ki, “bagajınız varsa, check in kontuarı kapanmadan önce teslim etmelisiniz”. Qeyd edilənlərə əsasən, iddiaçı və ailə üzvləri onlayn qaydada minik kartını əldə edə bilməmişdir, çünki təhlükəsizlik məqsədləri baxımından cavabdehin rəsmi internet səhifəsində bu xidmət bloklanmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(011)-3427/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia tələbi rədd olunmuşdur.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı “X4” X4 X2 Sözleşmesi” Şirkətindən 12 avqust 2022-ci il tarixində Bakı-İstanbul-Bodrum istiqaməti üzrə səyahəti həyata keçirtmək məqsədi ilə aviabiletlər almışdır. Aviabiletlərdə uçuşun saatı 06:55 kimi qeyd edilmiş, uçuşa qeydiyyatın uçuşa 60 dəqiqə qalmış bağlanıldığı ilə bağlı xəbərdarlıq edilmişdir. Buna baxmayaraq iddiaçı ailə üzvləri ilə birlikdə bagajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün qeydiyyat masasına saat 05:55-dən sonra yaxınlaşmışdır.
9. Məhkəmə iddiaçının uçuşa qeydiyyat üçün 5 dəqiqə gecikdikləri, təyyarənin havaya 06:55 deyil 07:15-də qalxdığına görə, onun və ailə üzvlərinin təyyarəyə buraxılmasının mümkün olduğuna dair dəlillərə qiymət verərək, həmin dəlillərin əsassız olduğunu qeyd edir.
10. Digər tərəfdən iddiaçı uçuşa qeydiyyatın əvvəlcədən online qaydada edildiyini iddia etsə də, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı əvvəlcədən qeydiyyatı deyil təyy arədə oturacaqların seçimi ilə bağlı proseduru həyata keçirtmiş, bundan sonra gələn elektron məktubda baqajın təhvil verilməsi üçün uçuşa qeydiyyat bitməmişdən əvvəl qeydiyyat masalarına yaxınlaşmalı olduğu ilə bağlı xəbərdarlıq edilmişdir. Yəni, iddiaçı istənilən halda baqajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün müəyyən edilmiş müddət çərçivəsində qeydiyyatı aparan əməkdaşlara müraciət etməli idi. Odur ki, məhkəmə iddiaçının bu dəlilini həqiqətə uyğun hesab etmir.
11. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı və ailə üzvlərinin yuxarıda qeyd edilən uçuşa buraxılmaması iddiaçının öz təqsirinə görə baş verdiyindən, cavabdehin sərnişin daşımasına dair öhdəliyin icra edilmədiyinə görə məsuliyyət daşımır. Odur ki, hadisə nəticəsində iddiaçıya vurul an maddi və mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi üçün hər hansı əsas yoxdur.
12. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı X3 Respublikasının “X4 X2 Sözleşmesi” Şirkətinin Azərbaycan Respublikasındakı “X4” Nümayəndəliyinə qarşı Bakı-İstanbul avia uçuşu üçün İddiaçı tərəfindən əvvəlcədən ödənilmiş vəsaitin cavabdeh X4 (THY) aviaşirkəti tərəfindən geri qaytarılması, “Vogue Hotel”-ə sığorta daxil ödənilmiş 177,315.00 TRY, manat ekvivalenti 15,644.50 manat vəsaitin və 100,000.00 manat mənəvi zərərin X4 (THY) aviaşirkətindən tutularaq İddiaçı ödənilməsinə dair iddiası əsassızdır və rədd edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 442, 443.1, 443.2, 443.3, 443.4, 448, 842, 846.1, 849-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmuş, maddi və prosessual hüquq normasının pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, cavabdeh tərəfindən üzərinə düşən vəzifələrin layiqincə icra olunmamış, nəticədə ona ziyan dəymişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1050/2024 nömrəli mülki iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), G.T.Axundova və C.C.Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlardan, habelə elektron biletlərdən açıq-aşkar müəyyən olunur ki, iddiaçının təyyarə reysi üçün qeydiyyat uçuşa 60 dəqiqə qalmış tamamlanmış, uçuş vaxtı isə 06:55-də qeyd edilmişdir (sərnişinin baqajı olduğu halda, baqajın qeydiyyat tamamlanmadan əvvəlcədən təhvil verilməli olduğuna dair də xəbərdarlıq yer almışdır).
18. İddiaçıya təqdim edilmiş onlayn biletlərdə bilavasitə qeyd olunması ilə yanaşı, həmçinin X1 Aeroportunun rəsmi internet səhifəsində (airport.a z) də zəruri məlumlar öz əksini tapmış, qeyd edilmişdir ki, Avropa və MDB ölkələrinə səyahət edərkən qeydiyyat uçuşdan 2 saat əvvəl, qitələrarası və Transatlantik ölkələrə səyahət edərkən isə qeydiyyat uçuşdan 3 saat əvvəl başlamışdır. Qeydiyyat uçuşdan 60 dəqiqə öncədən bağlanmışdır.
19. Belə olan halda, iddiaçının bundan məlumatlı olmaması ağlabatan olmamaqla, işin halları ilə uzlaşmamışdır. Cavabdehin təqdim etdiyi sübutlardan (elektron sistemdən çıxarışlar) görünür ki, iddiaçı müvafiq qeydiyyat yerinə təqribən 06.45 radələrində, yəni uçuşa cəmi 10 dəqiqə qalmış yaxınlaşmışdır.
20. Lakin hətta iddiaçının bildirdikləri nəzərə alınsa belə, o, ailə üzvləri ilə birlikdə bagajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün qeydiyyat masasına yalnız saat 06.00-da yaxınlaşmışdır ki, bu da özlüyündə uçuşa 60 dəqiqətən az vaxtı ehtiva etmişdir.
21. Bunun davamı olaraq iddiaçının əsas dəlili - uçuşun faktiki olaraq 07.15 radələrində baş tutması, dolayısı ilə 06.00-da qeydiyyata yaxınlaşmaqla müddətin keçməməsi ilə bağlı olmuşdur. İddiaçı iddia ərizəsində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 13 oktyabr 2022-ci il tarixli məktubuna istinad edirək göstərmişdir ki, 12 avqust 2022-ci il tarixdə Bakı-İstanbul marşrutu ilə saat 06:55-də uçuşu nəzərdə tutulan hava gəmisi həmin tarixdə saat 07:15-də havaya qalxmışdır.
22. İddiaçı qeyd edilən məktubu məhkəməyə təqdim etməsə də, cavabdeh bu halı inkar etməmiş, etirazında təyyarənin 07:15-də havaya qalxmasını, lakin bu halın rəsmi uçuş vaxtını ehtiva etməməsini, təyyarənin havaya qalxması üçün müəyyən vaxtın keçməsinin ağlabatan olmasını v ə s. qeyd etmişdir.
23. Məhkəmə kollegiyası iddiaçının qeyd edilən dəlili ilə bağlı bildirmişdir ki, təyyarənin iddiaçının iddia etdiyi kimi 07:15-də havaya qalxması faktı özlüyündə uçuş vaxtının 06.55-dən 07:15-ə dəyişdirilməsini deyil, yalnız təyyarənin uçuş zolağından hərəkət edərək havaya qalxmasını ehtiva etmişdir.
24. Hamıya bəlli olan haldır ki, minik başa çatdıqdan sonra, təyyarə dərhal havaya qalxmır, müəyyən müddət ərzində müvafiq uçuş zolağına doğru hərəkət etməklə, sürət yığaraq havalanır.
25. Bununla yanaşı, iddiaçı məhkəməyə biletdə qeyd edilmiş uçuş vaxtının rəsmi olaraq dəyişdirilməsini ilə bağlı hər hansı sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən olunmamışdır.
26. İddiaçının digər dəlili isə əvvəlcədən onlayn qaydada təyyarədə oturacaqların s eçimini etməsi ilə bağlı olmuşdur.
27. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillə bağlı haqlı olaraq göstərmişdir ki, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı əvvəlcədən qeydiyyatı deyil, təyyarədə oturacaqların seçimi ilə bağlı proseduru həyata keçirmiş, bundan sonra gələn elektron məktubda baqajın təhvil verilməsi üçün uçuşa qeydiyyat bitməmişdən əvvəl qeydiyyat masalarına yaxınlaşmalı olduğu ilə bağlı xəbərdarlıq edilmişdir. Yəni, iddiaçı istənilən halda baqajın təhvil verilməsi və qeydiyyatın tamamlanması üçün müəyyən edilmiş müddət çərçivəsində qeydiyyatı aparan əməkdaşlara müraciət etməli idi.
28. İddiaçı tərəf həmçinin qeyd etmişdir ki, şəxslərin uçuş saatından 20 dəqiqə əvvələ kimi təyyarəyə minmək hüquqları mövcuddur.
29. Apellyasiya instansiyası məhkəməsi həmin dəlillə bağlı da qeyd etməyi zəruri hesab etmişdir ki, şəxslər müvafiq qeydiyyatdan keçdikdən (baqajlarını daşınma üçün təhvil verdikdən) sonra uçuş vaxtına daha az müddət (məsələn bu müddət 20 dəqiqə və ya daha az ola bilər) qalanadək təyyarəyə minmək hüququna malik ola bilər. Lakin, bu müddətin yuxarıda da qeyd edildiyi kimi, qeydiyyata uçuş vaxtına 60 dəqiqədən az müddət qaldığı halda gəlmələrinə (gecikmələrinə) şamil olunmur.
30. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı ona cavabdeh şirkət tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna o halda malikdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi təqsirl i olaraq pozmuş olsun, bunun nəticəsində iddiaçıya ziyan dəymiş olsun. Lakin, tərəflər arasında yaranmış münasibətlərin xarakterinə əsasən həmin zərərin cavabdehin təqsirli hərəkətləri (öhəliyini lazımi qaydada icra etməməsi və s.) nəticəsində yaranmasını iddiaçı sübut edə bilməmişdir. Əksinə, toplanmış sübutlarla məhz iddiaçının özünün təqsiri üzündən, onun müəyyənləşdirilmiş müddət ərzində qeydiyyata yaxınlaşmaması, baqajın təhvil verilərək, müvafiq minik kartlarının əldə olunmaması müəyyən edilmişdir. Belə olan halda isə, cavabdehin üzərinə öhdəliyn pozulmasına görə məsuliyyət qoyula bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.
31. Prosessual qanunvericiliyin normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları s übut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur.
32. İddiaçının bildirdikləri (izahatı) isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz.
33. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdi q edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.
35. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 442, 442, 445.5, 842.1, 842.2, 842.3, 846.1, 849.1, 1128.1, 1132-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, MPM-in 14.2, 77.1, 81, 106.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-1050/2024-cü il tarixli qə tnaməsinin ləğv edilməsi və işi yenidən faktiki halları üzrə baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayətində Mülki Məcəllənin 385.1, 560, 842, 843, 845, 848-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna, MPM-in 88-ci maddələrinə istinad edilmiş və qeyd edilmişdir ki, iddiaçı cavabdehdən alınmış biletin normativ sənədlərə uyğunluğu barədə və həmçinin uçuş bileti haqqında satıcının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malik olmasına baxmayaraq, məhkəmə bu hüququ tədqiq etməmişdir. İddiaçının qanunda nəzərdə tutulan hüquqları cavabdeh tərəfindən pozulduğu üçün iddiaçıya dəyən 100,000.00 manat mənəvi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, eyni v axtda 2 ailə uçuş həyata keçirəcəkdilər ki, o biri ailə uçuş həyata keçirmiş, iddiaçınını ailəsi isə cavabdehin təqsiri üzündən uçuş həyata keçirə bilməmişdir
38. İddiaçı Bakı-İstanbul-Bodrum istiqaməti üzrə səyahəti həyata keçirtmək məqsədi ilə aviabiletləri onlane qaydada alaraq və təsdiq egərək cavabdeh THY xeyrinə müəyyən hərəkətlər etmişdir. İddiaçl aviabilelər üçün pul ödəmiş, və cavabdehdən vəzifəsinin icrasını tələb etmişdir. Buna baxmayaraq cavabdeh öhdəliyinin icrasını təmin etməmişdir.
39. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən uçuş üçün müəyyən edilmiş şərtləşdirilmiş gediş haqqı iddiaçı tərəfindən əvvəlcədən tam olaraq ödənilmişdir və uçuş yerləri təsdiq olunmuşdur. Maraqlı hal ondan ibarətdir ki, hər iki instansiya məhkəməsi uçuş üçün əvvəlcədən cavabdehə ödə nilmiş vəsaitin geri qaytarılmasına münasibət bildirməmişdir.
40. Cavabdeh iddiaçını uçuşla təmin etmədiyi üçün ödənilmiş vəsaiti geri qaytarmalı idi, çünki cavabdeh şərtləşdirilmiş haqqı almaq hüququnu itirmişdir. Təyyarə bileti Bakıdan İstanbula və İstanbuldan Bodruma səyahəti həyata keçirtmək üçün alınmışdır. Hər bir halda cavabdeh iddiaçını uçuşa buraxmamaqla ona aid yeri üçüncü şəxsə verməyəcəyi istisna edilmir. Cavabdehin 5 nəfərə aid biletin sataraq əlavə gəlir götürməsi qaçılmazdır. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, hava gəmisinin uçuş yerlərinin sayından əlavə yerlər satılır ki, uçuşa buraxılmayan sərnişinlərin yerində onların uçuşunu həyata keçirirlər. Hər iki məhkəmə instansiyası bu halları nəzərə almamış, ümumiyyətlə iddiaçının uçuş biletinə ödə diyi vəsaitin cavabdehin hansı səbəbdən geri qaytarmadığı araşdırılmamışdır. Halbuki, iddiaçı iş materiallarına cavabdehin saytından çıxarışlar əlavə etmişdir ki, həmin məlumatlardan görünür ki, cavabdeh bu cür hallarda uçuş biletinin dəyərini geri qaytarır.
41. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli olunduğu halda, cavabdeh hüququndan iddiaçıya ziyan vurmaq məqsədi ilə istifadə etmişdir. Halbuki hüquqdan suiistifadəyə yol verilmir. Apellyasiya instansiyası cavabdehin hüquqa zidd hərəkətlərinə haqq qazandırmışdır ki, bu da yolverilməzdir. Cavabdeh öz vəzifələrini kobudcasına pozmasına rəğmən iddiaçının üzərində hüquq yaratmaq istəmişdir. Cavabdeh iddiaçının mənafeyinin əsaslarını təşkil etməyən hüququnu həyata keçirməklə onun güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququ həyata keçirmişdir. Cavabdeh daxil olduğu sektorda özünün əlverişli vəziyyətindən sui-istifadə etmişdir. Maraqlıdır savabdeh məhkəməyə rəsmi qaydada təsdiq edilməyən kompüterdən çıxarış təqdim edir, (halbuki bu cür çıxarışı istənilən vaxt çıxartmaq olar) və qeyd edir ki, iddiaçı müvafiq qeydiyyat yerinə təqribən 06.45 radələrində, yəni uçuşa cəmi 10 dəqiqə qalmış yaxınlaşmışdır. Məhkəmə cavabdehin təsdiq edilməyən məlumatı sübut kimi dəyərləndirmişdir. Halbuki, iddiaçının qeydiyyata 06:00-da yaxınlaşmasını birinci instansiya məhkəməsinda cavabdehin nümayəndəsi qəbul etmişdir. Bundan başqa, tez-tez THY-dan uçuş həyata keçirən iddiaçının uçuşa 10 dəqiqə qalmış qeydiyyata yaxınlaşması inandırıcı deyildir. Ən azından iddiaçının uçuş təcrübəsi buna imkan verməzdi. Bundan başqa hər iki məhkəmə instansiyası uçuşun hansı səbəbdən 07:15-də, uçuş vaxtından 20 dəqiqə sonra həyata keçirilməsi barədə cavabdehdən arayış və ya izahat tələb etməmişdir.
42. İddiaçı cavabdehin baş ofisi X4(THY) aviaşirkətinə baş tutmayan uçuş və uçuşun baş tutmamasına dair ətraflıməlumat verməsinə baxmayaraq, hərəkətsizlik göstərilmiş və pretenziya cavablandırılmamışdır. Halbuki, 1 ay müddətində, ən geci 6 ay müddətində vəsaiti geri qaytarmalı idi.
43. Cavabdeh təqsirli hərəkətləri ilə iddiaçı və onun ailə üzvlərinin uçuşunun həyata keçirilməsini təmin etmədiyi üçün iddiaçı və onun ailəsinə dəyən zərəri tam həcmdə ödəməlidir. Belə ki, iddiaçı səyahət üçün əvvəlcədən “Vogue Hotel”-ə sığorta daxil 177,315.00 TRY, manat ekvivalenti 15,644.50 manat vəsait ödəmişdir, uçuş baş tutmadığından bu məbləğ geri qaytarı lmamışdır və iddiaçıya zərər dəymişdir
44. İddiaçı A onun və ailə üzvlərinin 12 avqust 2023-cü il tarixində Bakıdan İstanbula və İstanbuldan Bodruma səyahəti həyata keçirtmək məqsədi ilə “X4” avia şirkətindən online qaydada 5 ədəd aviabilet almışdır (işin mübahisəsiz halıdır). Hər biletin dəyəri 299,80 dollar olmaqla, ümumilikdə 1499 ABŞ dolları təşkil etmişdir (işin mübahisəsiz halıdır). Göründüyü kimi iddiaçı və cavabdeh arasında sərnişin daşınma münasibətləri yaranmışdır. İddiaçı biletləri almaqla cavabdehin onun ailə üzvlərinin təyinat yerinə çatdırması öhdəliyi yaranmışdır. İddiaçı və ailə üzvlərinin (cəmi 5 nəfər) qeydiyyata 5 dəqiqə gec gəlmələrini cavabdeh bəhanə edərək qeydiyyata almamışdır. Halbuki, təyyarə uçuş vaxtından 20 dəqiqə gec havaya qalxmışdır. Cavabdehin iddiaçı və o nun ailə üzvlərini qeydiyyata almaq imkanı olmuşdur. Bu imkan cavabdehin hava limanında iddiaçıya verdiyi vədlərdən məlum olmuşdur.
45. Məhkəmə cavabdehin təqdim etdiyi sübutların nə dərəcədə qanunauyğun olmasına və əməl edilməsinə qiymət verməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən və təsdiqini tapmayan sübutlara hərtərəfli və tam baxmamışdır. Məhkəmə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. İşə mahiyyəti üzrə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnaməni aşkar pozuntularla qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
49. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilm əməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
50. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
51. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
52. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində b ağlanmış sayılır.
53. Maddə 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir.
54. Maddə 846.1. Daşıyıcı daşımanı müqaviləyə, sərnişinlərin müdafiəsi üçün qüvvədə olan göstərişlərə və sərnişin nəqliyyat vasitələrinin istismarı qaydalarına uyğun həyata keçirməlidir. Əgər daşıma müqaviləsində xüsusi müddəalar yoxdursa, adi nəqliyyat növləri üçün yolun həmin hissəsində qüvvədə olan adi şərtlər razılaşdırılmış şərtlər sayılır. Əgər daşıma bu tələbləri təmin etmirsə, qüsurla həyata keçirilmiş sayılır.
55. Maddə 849.1. Əgər daşıyıcının ayrı-ayrı və ya bütün nəqliyyat xidmətlərinə qanuni və ya rəsmi göstərişlər və ya beynəlxalq konvensiyalar tətbiq edilirsə və bu göstərişlərə və kon vensiyalara görə zərərin əvəzinin ödənilməsi hüququ yalnız müəyyən şərtlər və ya məhdudiyyətlər olduqda əmələ gəlirsə və ya həyata keçirilə bilirsə, yaxud müəyyən şərtlər olduqda istisna edilirsə, daşıyıcı sərnişin qarşısında həmin göstərişlərə yalnız onları yerinə yetirdiyi halda istinad edə bilər.
56. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya x idmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
57. Maddə 1132.1. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “12” mart 2024-cü il tarixli 2(103)-1050/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.