Məhkəmə qərarları › İş №2(102)-251/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-251/2020

08.01.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-251/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-2434/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Ə.Əmirəliyev, iş № 2(073)-435/2019) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 sayl ı Cəlilabad Ərazi İdarəsinə qarşı X2 adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: N.F.Mirzəyev, Q.B.Kərimov və Z.B.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad rayon məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “xxxx” sovxozu Aqrar İslahat Komissiyasının 2000-ci ildə qəbul edilmiş iclas qərarı ilə “Çoban sağıcı evi” əmlak payçıları İddiaçı və digər şəxslərə əmlak payı hesabına verilmişdir. Həmin ildə əmlakın İddiaçı daimi sahiblik etmək məqsədi ilə təhvil verilməsi barədə akt tərtib edilmişdir. Cəlilabad rayon “xxxx” X7 Aqrar İslahat Komissiyasının xx xxxxxx 2001-ci il t arixli iclasının qərarı ilə X3 uzun müddət Çoban evində yaşaması nəzərə alınaraq həmin ev ona 3.250.000 manata satılmışdır. xx xxxxx 2017-ci il tarixdə həmin əmlak T.K.Piriyevanın mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 2019-cu ilin yanvar ayında İddiaçı mübahisəli əmlakın T.K.Piriyevadan əvvəl onun sahibliyinə verilməsini əsas göstərməklə T.K.Piriyevanın adına verilmiş Çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış, mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli əmlakın onun sahibliyində olduğu halda başqasına satılmaqla onun hüquqlarının pozulmasına baxmayaraq işə maddi və prosessual hüquq normalar ının pozulması ilə baxılmaqla iddianın rədd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh N-nin nümayəndəsi və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessu al hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” sovxozunun balansında olmuş mübahisəli qeyri-yaşayış sahəsi əmlak payı hesabına İddiaçı və digər şəxslərə verilsə də onların həmin əmlaka dair hüquqları dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (139.1) Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. (139.2.) Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (139.3.) İş üzrə cavabdeh N isə, müəyyən olunduğu kimi, uzun müddət çoban evində yaşadığı üçün mübahisəli əmlak 2001-ci ildə 3.250.000 manata ona satılmış və onun həmin əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İşin həmin hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsinin qanuni olması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, cavabdeh Nın adına verilmiş Çıxarışın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin olunmamalı, qə tnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar