Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2513/2020 29.06.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı1 Cavabdeh: Cavabdeh1 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: x4 İddia tələbi: yaşayış və torpaq sahəsinin bölünməsi, giriş-çıxış yolunun ayrılması (Açar sözlər: ümumi istifadədə olan torpaq sahəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4150/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: ünvan 1 saylı ünvanda yerləşən yaşayış evi İddiaçı1 (bundan sonra – iddiaçı), ünvan 2 saylı ünvanda yerləşən yaşayış evi Cavabdeh1 (bundan sonra – cavabdeh), Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 57 A saylı ev x2 (bundan sonra – üçüncü şəxs) mülkiyyətindədir. Əvvəllər vahid əmlak olmuş həmin evlər vərəsəlik qaydasında tərəflərə və üçüncü şəxsə keçib və biri-birilə qonşuluqda yerləşir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ümumi istifadələrində olan ünvan 3 saylı ünvanlara aid yaşayış və torpaq sahəsinin bölünməsi və giriş-çıxış yolunun ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmiş dir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar üç qardaş olmuş, həmin miras mülk üç qardaş arasında - o, mərhum qardaşı Yunis və cavabdeh olan Cavabdeh1 arasında üç hissəyə bölünmüşdür. Onun özünə aid olan hissə 1991-ci ildə adına qeydiyyata alınmış, qeydiyyat vəsiqəsi verilmişdir və hazırda yaşadığı Gəncə şəhəri F.X.Xoyski küçəsi 57b saylı ev onun istifadəsindədir. Digər iki hissə, yəni mərhum qardaşı Yunisin payı da (Gəncə şəhəri F.X.Xoyski küçəsi 57) cavabdehin mülkiyyətində və istifadəsindədir. Onların ümumi istifadələrində olan torpaq sahəsi və həmin torpaq sahəsindən keçən ümumi girişçıxış yolları vardır ki, həmin sahə ilə bağlı daim mübahisələri yaranıb. Cavabdeh özünün istifadəsində olan torpaq sahəsindən qazaraq ona məxsus torpaq sahəsinə keçmiş, onun evinin mətbəxinin al tında özünə zirzəmi inşa etmişdir. Cavabdeh onun evinin dam örtüyünün su axınına görə quraşdırılmış su borusunu dartıb qırır vəki, onun gediş-gəliş yoluna axır. Halbuki, həmin yol onların ümumi istifadəsində olan torpaq sahəsidir. Bundan başqa, onların istifadəsində olan kanalizasiya xətti 1987-ci illərdə onun vəsaiti hesabına çəkilmiş kanalizasiya xətti olsa da cavabdeh onun evinin kanalizasiya xəttinin həmin xəttə qoşulmasına icazə vermir. İş üzrə keçirilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 25.12.2018-ci il tarixli 17943 saylı rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 57 b saylı ünvan ilə Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 57 saylı ünvanlara aid torpaq sahəsinin bölünməsi və giriş-çıxış yolunun ayrılması mümkündür. Mərkəzin 05.07.2019-cu il tarixli, 4577 s aylı rəyində qeyd olunmuşdur ki, Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 57 b saylı ünvan ilə Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 57 saylı ünvanlara aid torpaq sahəsinin bölünməsi və giriş-çıxış yolunun ayrılması mümkündür. 25.12.2018-ci il tarixli 17943 saylı rəydə göstərilən bölgü 57, 57a və 57b saylı ünvanda olan evlərə gediş-gəliş yoluna maneçilik törətmir. x6 Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)97/2019 nömrəli iş üzrə 20.08.2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Şirinov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 220 və 223-cü maddələrini tətbiq etməklə gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, 25.12.2018-ci il tarixli 17943 saylı və 05.07.2019-cu il tarixli 4577 saylı rəylərlə Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 57, 57a və 57b saylı ünvanlara aid torpaq sahələrinin bölünməsi və giriş-çıxış yolunun ayrılmasının mümkün olması, 25.12.2018-ci il tarixli 17943 saylı rəydə göstərilən bölgü variantında 57, 57a və 57b saylı ünvanlarda olan evlərə gediş-gəliş yoluna maneçilik törətmədiyi texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Ona görə də verilmiş rəylər iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməli, iddia təmin edilməli, Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 57, 57a və 57b saylı ünvanlara aid olan darvaza və dalan ümumi istifadədə saxlanılmalı, dalanın axırında 57b saylı yaşayış evinin qarşısında əlavə darvaza quraşdırılmalı, 57a və 57 saylı torpaq sahələrinin arasında ara barısı inşa olunmalı və giriş-çıxış üçün qapı quraşdırılmalıdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-4150/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Şəfiyev və Ş.Rzaquliyev) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsası kimi yanlış olaraq Mülki Məcəllənin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması barədə 220.1-ci və 223.2-ci maddələrinə istinad etmişdir. Belə ki, Məhkəmə kollegiyasına təqdim edilmiş torpaq qeydinin surətindən görünür ki, Kirovabad şəhəri, Engels küçəs i, 57 ünvanında yerləşən evin torpaq sahəsi Cavabdeh1, Yunis, Raus Məmməd oğullarının və Esmira Məmməd qızının ümumi istifadəsinə verilmişdir. Yəni iddiaçının bölünməsini xahiş etdiyi Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 57, 57a və 57b saylı ünvanlara aid torpaq sahəsi onların paylı mülkiyyətində deyil, ümumi istifadələrindədir. Cavabdeh1 isə həm birinci instansiya, həm apelyasiya instansiyasının iclaslarında verdiyi izahatında ümumi istifadədə olan torpaq sahəsinin bölünməsinə etiraz etmişdir. Belə ki, iş materiallarının 91-ci vərəqində olan Gəncə şəhəri, F.X.Xoyski küçəsi, 57 və 57a saylı ünvanlarda yaşayanlar Cavabdeh1 və Əsgərov Rəşad tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, onlar ümumi istifadədə olan torpaq sahəsinin toxunulmaz qalmasını xahiş edərək, gö stərmişlər ki, İddiaçı1 üç ailənin ümumi istifadəsində olan 16 kv.m torpaq sahəsini zəbt edib həmin ərazidən qapı qoydurub təkbaşına özü istifadə etməklə, digər iki ailəni həmin yerdən istifadə etməkdən məhrum etmək istəyir. Həmin sahədən 3 ailənin bütün kommunal (su, qaz, işıq, telefon və kanalizasiya) xətləri keçir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 9 57a və 57b saylı ünvanlarda yerləşən torpaq sahələrinə küçədən giriş ümumi istifadədə olan torpaq sahəsi (dalan) vasitəsilə mümkündür. Həmçinin hər üç torpaq sahəsinə giriş-çıxış həmin ümumi istifadədə olan torpaq sahəsi (dalan) vasitəsilə mümkündür. İddiaçı evinin qarşısında dalanın axırında olan torpağın bölünərək həmin hissədə darvaza quraşdırılmasını istəyir, bu sahədən isə işıq, su, telefon və kanalizasiya xətləri keçir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının bölünməsini xahiş etdiyi torpaq sahəsi ünvan 9 57a və 57b saylı ünvanlara aid ümumi istifadədə olan torpaq sahəsidir və belə torpaq sahəsinin bölünməsi qanunvericiliyə zidd olmaqla, cavabdehin torpaqdan istifadə hüququnu məhdudlaşdırır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 152.3 və 158.1.2-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydıl aşdırılmamış və məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Sadalanan hallar qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı (vəkil x3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Mübahisəli 16 kv.m torpaq sahəsi faktiki olaraq onun özünün istifadəsindədir. Həmin torpaq sahəsi evinin qarşısında yerləşir və cavabdeh həmin torpaq sahəsin dən istifadə etmir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi işdə olan ekspert rəylərini nəzərə almamışdır. Həmin rəylərə əsasən torpaq sahəsinin bölünməsi və giriş-çıxış yolunun ayrılması mümkündür. 25.12.2018-ci il tarixli, 17943 saylı rəydə göstərilən bölgü variantının 57, 57a və 57b saylı ünvanda olan evlərə gediş-gəliş yoluna maneçilik törətmədiyi müəyyən edilmişdir. Qeyd olunan hallar mülki iş üzrə araşdımanın tam obyektiv aparılmasını mümkünsüz etmiş və bu, ədalət mühakiməsinin bir cox prinsiplərinə zidd olmuşdur. Kassasiya şikayətinə qarşı cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş etirazda apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etirazda göstərilir ki, mübahisəli sahədə cavabdehin və digər yaşayanların bütün sanita r qovşağı və fövqəladə qurğuları yerləşir. İddiaçı Gəncə şəhərində yaşamır, ilin çox hissəsini Rusiya Federasiyasında olur. Əgər o, ümumi istifadədə olan sahəyə giriş çıxış-qapısı qoyarsa, sahədə olan 16 kv.m hissəni təkbaşına zəbt etmiş olur və sanitar qovşağında və kommunal xətlərdə yarana biləcək nasazlıqları aradan qaldırmaq mümkün olmur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar məhkəməyə gələ bilmədiyindən işin təxirə salınmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası iddiaçının xahişini müzakirə edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır....152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4150/2019 nömrəli iş üzrə 05 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəb
Məhkəmə qərarları › İş №2(102)-2513/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2513/2020
29.06.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver