Məhkəmə qərarları › İş №2(102)-252/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-252/2021

15.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-252/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-nə qarşı “əmanətlərin, faizlərin, zərərin, həmçinin digər xərclərin qaytarılması və ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmanətlərin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X3ov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 və nümayəndə N oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14949/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməs indən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Klassik əmanət (depozit)” hesabı haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 17.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Klassik əmanət (depozit)” hesabı haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 34.000 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Klassik əmanət (depozit)” hesabı haqqında müqavilənin surətindən görünür ki, Bank əmanətçi İddiaçı 13.300 manat məbləğində pul vəsaitini (əmanəti) 12 ay müddətinə qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Əmanətçiyə qaytarmağı və onun üçün illik 10% dərəcəsi ilə faiz ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Bankın əməkdaşı olan X5 öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İddiaçı depozitə qoyduğu məbləğləri onun iradəsi ziddinə dələduzluq yolu ilə mənimsəmiş və buna görə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(091)-5/18 saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(107)-61/2018 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs X3, onun müdafiəçisi X2 və zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(091)-5/2018 saylı hökmü onlara münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktuba əsasən təqsirləndirilən şəxs X5tərəfindən zərərçəkən İddiaçı vurulmu ş maddi ziyanla bağlı pulun bankdan tələb edilməsi ilə bağlı qeyd edilmişdir ki, ibtidai və məhkəmə istintaqı zamanı Cavabdeh ASC mülki cavabdeh kimi tanınmadığına görə dəymiş ziyan zərərçəkən şəxsə bank deyil, təqsirləndirilən və barəsində ittiham hökmü çıxarılan X5 tərəfindən qaytarılmalıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxxx 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 17000 (on yeddi min ) ABŞ dolları əmanətin və ödənilməyən faizi olan 6800 (altı min səkkiz yüz) ABŞ dolları, xx xxxxxxxx 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında" müqaviləyə əsasən 34000 (otuz dörd min) ABŞ dolları əmanətin və ödənilməyən faizi olan 11333 (on bir min üç yüz otuz üç) ABŞ dolları və xx xxxxxx 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 13300 (on üç min üç yüz) manat əmanətin və ödənilməyən faizi olan 5200 (beş min iki yüz) manatın, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətsizliyi nəticəsində dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 30000 (otuz min) manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 2000 (iki min) manatın, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat olmaqla, ümumilikdə 69133 (altmış doqquz min yüz otuz üç) ABŞ dolları və 50530 (əlli min beş yüz otuz) manatın Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq iddiaçıya qaytarılması və ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx xxxxxx 2010-cu il tarixdən xx xxx 2015-ci il tarixə dək olan dövrdə Cavabdeh ASC-nin Şəki filialında Əməliyyat şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyərkən iddiaçı ilə Cavabdeh ASC arasında 12 ay müddətinə illik 10 faizlə xx xxxxxxxx 2012-ci il tarixdə 17000 ABŞ dolları, xx xxxxxxxx 2012-ci il tarixdə 34000 ABŞ dolları və xx xxx 2012-ci il tarixdə 13300 manat məbləğində “Klassik əmanət (depozit) hesabı haqqında” müqavilələrə əsasən depozitə qoyduğu pulları yalan məlumatlar daxil edib, müqavilələri pozaraq vəzifə saxtakarlığı törətməklə ələ keçirmişdir. X3 qanunsuz hərəkətləri nəticəsində onun barəsində cinayət işi başlanmış və o, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirl i bilinib, qəti olaraq 7 (yeddi) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsində baxılmış və xx xxxxx 2018-ci tarixli qərarla məhkəmənin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İddiaçı ilə Cavabdeh ASC-nin Şəki filialı arasında bağlanmış “Klassik əmanət (depozit) hesabı haqqında” 3 müqavilənin bərpa edilməsi ( müqavilənin müddətinin uzadılması), bərpa edilməsi bank tərəfindən razılıq verilmədikdə həmin pul məbləğlərinin göstərilən valyutada qaytarılması, həmçinin həmin 3 müqaviləyə əsasən indiyədək yaranmış və ödənilməyən faizlər üzrə təşkil edən müvafiq pul məbləğlərini hesablanaraq iddiaçıya nağd şək ildə və ya bank hesabı vasitəsi ilə ödənilməsi barədə Cavabdeh ASC-nin Şəki filialına xx.xx.2018-ci il tarixdə pretenziya qaydasında ilk ərizəsini ünvanlamışdır. Cavabdeh ASC tərəfindən xx.xx.2018-ci il tarixli ərizəyə cavab verilmədiyi üçün iddiaçı və nümayəndəsi Vəkil1 tərəfindən dəfələrlə yenidən müraciətlər edildi. Dəfələrlə edilmiş müraciətdən sonra zəng edilərək Cavabdeh ASC-nin Şəki filialına yaxınlaşmalı olduqlarını bildirdilər. Buna əsasən xx xxxx 2018-ci il tarixdə saat 16:00 radələrində vəkil ilə birlikdə Şəki filialının müdiri x 1 qəbulunda oldular. N müəllim Cavabdeh ASC-nin hüquq departamentindən X3 müəllimlə əlaqə saxlayaraq onların şikayətlərini bildirdi. X3 müəllim Cavabdeh ASC olaraq əmanətlərin 2014-cü ildəki məzənnəyə uyğun (məhkəmə hökmündə göstərilən məzənnə) olaraq ö dənilməsi barədə qərar qəbul edildiyini, həmçinin indiyədək cəmləşmiş faizləri ödənməsi barədə qərar qəbul edilmədiyini bildirdi. İddiaçı həmin vaxt Şəki filialının müdiri X5a bu təklifi qəbul etmədiyini, “Klassik əmanət (depozit) hesabı haqqında” müqavilənin 2.2-ci bəndinə əsasən əmanət məbləğini və faizləri tələb etdiyini onlara bildirdi və onlara yenidən əsaslandırılmış məktub göndərdi. Həmçinin Azərbaycan Respublikasının X4 X1 sədri cənab Rüfət Aslanlıya müraciət edilmişdir. Sözügedən Palatanın məktubunda məhkəməyə müraciət edilməsi barədə məsləhət verilmişdir. Cavabdeh ASC daha sonra xx.xx.2018-ci il tarixli, 04/6801 nömrəli məktub yazaraq əmanətin bank tərəfindən deyil, hökmə əsasən məhkum tərəfindən ödənilməli olduğunu bildirmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sübuta yetirilmişdir ki, əmanəti bankdan iddiaçı almamışdır, saxta imzalarla İbrahim almışdır. Buna əsasən də İbrahim məhkum edilmişdir. Hökmdə Cavabdeh ASC tərəfindən əmanətlərin qaytarmamalı olduğuna dair hər hansı bir cümlə yer almamışdır. “Klassik əmanət (depozit) hesabı haqqında” xx xxxxxxxx 2012-ci il tarixli, xx xxxxxxxx 2012-ci il tarixli və xx xxxxxx 2012-ci il tarixli müqavilələrə əsasən əmanətçi depozitin qaytarılmasını bankdan tələb etməzsə, müqavilə uzadılmış sayılır (1.6-ci bənd), həmçinin həmin müqaviləyə əsasən əmanətin və ona hesablanan faizlərin əmanətçiyə qaytarılmasını (ödənilməsini) Cavabdeh ASC öhdəsinə götürmüşdür. “Klassik əmanət (depozit) hesabı haqqında” xx xxxxxxxx 2012-ci il tarixli, xx xxxxxxxx 2012-ci il tarixli və xx xxxxxx 2012-ci il tarixli müqavilələrə əsasən de pozitin müddəti 12 ay, faiz dərəcəsi illik 10 faizdir. X5 tərəfindən bankdan əmanətlər alındığı tarixlərdən iddiaçıya bank tərəfindən müqavilələrə əsasən faizlər ödənilməmişdir. xx xxxxxx 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən xx xxxxxx 2014-cü il tarixdən indiyədək iddiaçıya ödənilməyən faiz borcu- 5200 manat, xx xxxxxxxx 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən xx xxxxxxx 2014-cü il tarixdən indiyədək ödənilməyən faiz borcu 6800 ABŞ dolları, xx xxxxxxxx 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən xx xxxxx 2014-cü il tarixdən indiyədək ödənilməyən faiz borcu 11333 ABŞ dolları təşkil edir. Cavabdeh ASC iş sistemini məsuliyyətli şəkildə qurmuş olsaydı, bankın əməkdaşı əmanət he sabdan pulu qanunsuz şəkildə çıxara bilməzdi. İddiaçı 4 ildir ki, Cavabdeh ASC-yə əmanət qoyduğuna peşman olmuşdur. İndiyədək əmanətlərini geriyə ala bilmədiyi üçün ailədə ciddi problemlərə səbəb olur. Həddindən artıq stress və mənəvi əziyyət çəkir. Bu hadisədən sonra səhhətində ciddi problemlər yaranıb. Cavabdeh bank tərəfindən iddiaçının əmanətləri və indiyədək ödənilməyən faizləri tələb etdiyi qaydada qaytarılması üçün illərdi yollarda qalmışdır. Cavabdeh ASC iddiaçının əmanətlərini məhkəməyədək ödəmədiyi və süründürməçiliyə yol verdiyi üçün iddiaçıya 30000 manat maddi və mənəvi zərər dəymişdir. Məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün Şəki Şəhər Vəkil bürosunun vəkili Vəkil1 ilə iddiaçı yenidən xx xxxxxxxx 2018ci il tarixdə 2000 (iki min) Azərbaycan manatı dəyərində 336 saylı müqavilə bağlanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-6192/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx xxxxxxxx 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən 17000 (on yeddi min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), xx xxxxxxxx 2012-ci il tarixli “Klassik əmanət (depozit) hesabı haqqında" müqaviləyə əsasən 34000 (otuz dörd min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), xx xxxxxx 2012-ci il tarixli “Klassik əmanə t (depozit) hesabı haqqında” müqaviləyə əsasən 13.300 (on üç min üç yüz) manat və həmin müqavilələr üzrə hesablanan faizlər, hüquqi yardıma görə 200 (iki yüz) manat, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh ASCdən alınmaqla İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh bankın işçisi X3 İddiaçı qarşı dələduzluq etməklə, banka qoyulmuş əmanət məbləğlərini mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC-nin işçisinin təqsirli əməlləri nəticəsində iddiaçı aldadılmış, əmanətçinin tələbi ilə əmanət məbləğləri ona vaxtında qaytarılmamışdır. Ona görə də Bank öz işçisinin törətdiyi deliktə görə məsuliyyət daşımalıdır. İddia tələbinin “maddi və mənəvi zərərin əvəzi olaraq 30000 manat pulun tutulması” tələbi ilə bağlı qeyd edilmişdir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1099.1, 944.1, 385.1, 442, 443.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6192/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6192/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qət naməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) xx xxxx 2019-cu il tarixli 2(103)-7032/19 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi «həmin müqavilələr üzrə hesablanan faizlərin» tutulması hissəsində ləğv edilmiş, ləğv olunmuş hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi he sab etmişdir ki, Cavabdeh ASC-nin işçisinin təqsirli əməlləri nəticəsində iddiaçı aldadılmış, əmanətçinin tələbi ilə əmanət məbləğləri ona vaxtında qaytarılmamışdır. Ona görə də Bank öz işçisinin törətdiyi deliktə görə məsuliyyət daşımalıdır. İddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edilmişdir ki, o, iddianın təmin olunmayan hissəsinin təmin edilməsinə dair hazırkı mərhələdə də hər hansı sübuta malik olmamışdır. İddiaçının apellyasiya şikayətinin hüquqi yardıma görə ödənilmiş 2000 manat məbləğində pulun cavabdehdən tam olaraq alınması hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, hüquqi yardım xərcini ağlabatan məbləğdə – 200 (iki yüz) manat məbləğində müəyyən edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hər bir halda vəkil tərəfindən göstərilən yardıma görə xərclər, konkret hallar və çıxış üçün sübutlar olmalıdır. Lakin belə sübutların mövcudluğu təsdiq olunmur. Təqdim olunmuş mədaxil sənədi özlüyündə çəkilmiş xərcin miqdarını və cavabdehin üzərinə həmin məbləğdə məsuliyyət qoyulması üçün əsas kimi çıxış edə bilməz. Cavabdehin apellyasiya şikayətinin iddianın təmin olunan hissəsi ilə bağlı dəlilərinə münasibətdə qeyd edilmişdir ki, iddiaçıdan depozit məbləğinin cavabdeh tərəfindən qəbul olunması, pul məbləği çıxarılanadək faiz məbləğinin ödənilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh ona etibar edilmiş depozit məbləğinin özündə saxlaya bilməmiş və qanunsuz olaraq iddiaçının mülkiyyətindən çıxmışdır. Depozit məbləğinin hansı səbəbdən və kim tərəfindən çıxarılmasından asılı olmayaraq onu iddiaçıya qaytarmaq vəzifəsi cavabdehə aiddir. Lakin o, depoz it məbləğini qaytarmaq imkanında olmadığına görə iddiaçı haqlı olaraq depozit məbləğinin qaytarılmasını cavabdehdən tələb edir. Faizlərin tutulmasına dair iddianın təmin olunan hissəsi ilə bağlı qeyd edilmişdir ki, işin aşkar və mübahisəsiz halı ondan ibarətdir ki, depozit məbləğləri bankdan çıxarılmış və cavabdeh həmin vaxtdan depozit məbləğindən istifadə etməmiş və faydalanmamışdır, belə olan halda müqavilə üzrə şərtləşdirilmiş faiz məbləğinin məhz həmin şərtlərə istinad edilərək hesablanması və tələb olunması yolverilməzdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1, 1099.1, 944.1, 385.1, 442, 443.1, 948.1, 949.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 121.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin qismən iddianın təmin olunmuş hissəsində ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və İlqar Dəmirov) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh ASCnin verdiyi kassasiya şikayəti təmin edilməmiş, iddiaçının kassasiya şikayət i qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxx 2019-cu il tarixli, 2(103)-7032/19 saylı qətnaməsinin qismən – “həmin müqavilələr üzrə hesablanan faizlərin tutulması” tələbinin rədd edilməsi hissəsində ləğv olunmaqla iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası müqavilə üzrə faizlərin tutulması hissəsi istisna olmaqla, qalan hissələrdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, həmin hissələrdə işin halları üzrə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini «müqavilələr üzrə hesablanan faizlərin» tutulması hissəsində ləğv edib həmin hissədə iddianı rədd edərkən səhvə yol vermiş və həmin hissədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından da göründüyü kimi, iddiaçıya məxsus depozit məbləğləri onun iradəsi ziddinə, xəbəri və məlumatı olmadan Bankın əməkdaşı tərəfindən qanunsuz olaraq çıxarılmış və Bankın həmin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilmişdir. Mülki Məcəllənin 456-cı maddəsinin tələbinə görə borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsinin MPM-nin 82.4-cü maddəsini tətbiq e tməklə istinad etdiyi Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(091)-5/18 saylı hökmü ilə də müəyyən olunmuşdur ki, Bankın əməkdaşı olan İbrahim Məmmədov dələduzluq cinayəti törətməklə məhz Banka külli miqdarda ziyan vurmuşdur. Cinayət işinin istintaqı zamanı, eləcə də cinayət işinə məhkəmədə baxılarkən Bank tərəfindən mülki iddia verilməməsi, yaxud onun mülki cavabdeh kimi tanınmaması hazırkı iş üzrə tələbin rədd olunması üçün əsas ola bilməz. Belə ki, cinayət işinin istintaqı zamanı, yaxud cinayət işi üzrə icraat başa çatdıqdan sonra X5 qarşı mülki iddia irəli sürmək Bankın hüququdur və bu hüququndan qanunla müəyyən olunmuş qaydada istədiyi vaxt istifadə edə bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən yuxarıda göstərilən lər nəzərə alınmaqla işin həqiqi halları müəyyən edilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 944.1, 456, 448.1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) xx xxxxxx 2019-cu il tarixli 2(103)-14949/19 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6192/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni ”müqavilələr üzrə hesablanan faizlərin bankdan tutulub iddiaçıya verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq, həmçinin iş materiallarındakı sübutların məcmusuna qiymət verərək hеsаb еtmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarına əsasən iddiaçı mənimsənilmiş həmin əmanət məbləğlərini cavabdeh bankdan tələb etsə də, bank ibtidai və məhkəmə istintaqı zamanı mülki cavabdeh kimi tanınmadığını əsas gətirərək dəymiş ziyanı ödəməkdən imtina etmiş, ziyanın bank tərəfindən deyil, barəsində ittiham hökmü çıxarılmış İbrahim Məmmədov tərəfindən qaytarılmalı olduğunu irəli sürmüşdür. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə və 944.1-ci maddəsinə əsaslanmaqla, hesab etmişdir ki, iddiaçının əmanət məbləğləri bilavasitə bankın məsuliyyət daşıdığı səbəbdən hazırkı dövrədək ona qaytarılmadığından, kollegiya hesab edir ki, həmin məbləğlərə hesablanmalı olan faizlərin iddiaçıya ödənilməli olması qənaəti qanuni hesab edilməlidir. Cavabdeh tərəfindən kassasiya şikayəti verilək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tam ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iş tirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi əmanət müqavilələri üzrə əsas depozit məbləğinin və hesablanan faizlərin tutulması hissəsində qətnaməni ləğv etməli olduğu halda buna dair düzgün nəticəyə gəlməmiş, iddianın Nəsimi rayon məhkəməsinin qəbul etdiyi qətnaməsinə münasibətdə təmin edilmiş hissəsi ilə bağlı işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, bu barədə işə əlavə edilmiş sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İddianın təmin edilmiş hissəsi ilə bağlı birinci instansiya və apellyasiya instansiyalarının qətnamələrində istinad olunan yeganə sübut Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmüdür. Hökmdə İddiaçı əmla kına (əmanət məbləğinə) məhz X5 tərəfindən zərər vurulması qeyd edilmiş və İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə icraatı zamanı iddiaçının bankdan tələb etdiyi əmanət məbləğini, maddi zərəri bank deyil, cinayət işi üzrə təqsirləndirilən şəxs X3 ödəməli olduğu israrla məhkəmələrin diqqətinə çatdırılsa da, məhkəmələr iş üçün mühüm əhəmiyyət kəsb edən bu vacib halları nəzərə almadan iddiaçının xeyrinə qətnamə qəbul etməklə, səhv nəticəyə gəlmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1 və 1099.2-ci maddələrinin mətninə əsasən işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. Apellyasiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1099-cu maddələrinə istinad et məkdə haqlı olmamışdır. Bakı Apellyasiya Məhkəməsi əsassız və qanuna uyğun olmayan qətnamə qəbul etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin kassasiya şikayəti verməkdə məqsədinin işi uzatmaq olmuşdur. Cavabdeh prosessual hüquqlarından sui-istifadə edərək apellyasiya və kassasiya şikayətlərini sonuncu gün vermişdir. 2014-cü ildən depozit hesablarındakı vəsaitləri ala bilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 və nümayəndə N oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçının vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi apelyasiya instansiy ası məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəs i günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Maddə

456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zər əri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində mə cburidir Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticə lənə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətind ən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya baxışının predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin ”müqavilələr üzrə hesablanan faizlərin tutulması” hissəsi təşkil etdiyindən, cavabdehin kassasiya şikayəti əsasında məhkəmə aktı tam yoxlanılır. İddianın digər hissələri üzrə qətnamə artıq qanuni qüvvəyə minmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəliyin yaranma əsası Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə müvafiq olaraq müqavilədir. Tərəflər arasında bağlanmış müqavilələrin məzmunundan və şərtlərindən göründüyü kimi, Bank müqavilələrdə nəzərdə tutulan pul vəsaitlərini (əmanəti) müəyyən müddət üçün qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 10% dərəcəsi ilə faiz ödəməyi öhdəsinə götürmüşdür. Bu, Mülki Məcəllənin 94 4.1-ci maddəsinin də tələbinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyy ətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmış, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin göstərişlərini nəzərə almışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14949/2019 nömr əli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar