Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2522/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borca görə faizlərin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10601/2021 nömrəli iş üzrə 17 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 24 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhə ri Xəzər Rayon Məhkəmənin 17 noyabr 2016-cı il tarixli 2(003) 5743/2016 saylı qətnaməsinə (hakim Tərlan Əkbərov) əsasən, Cavabdeh 82620 manat məbləğində pulun xeyrinə tutulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2(103)-9989/2017 saylı qətnaməsi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli 2(003)5743/2016 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməsi, Cavabdeh İddiaçı xeyrinə 183777.82 ABŞ dolları pulun və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 16 mart 2018-ci il 2(102)- 1796/18 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il 2(103)-9989/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xəzər Rayon Məhkəməsinin 20 de kabr 2018-ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsi ilə (hakim Tərlan Əkbərov) Cavabdeh borcun vaxtında qaytarılmamasına görə hesablanmış faiz borcu kimi 102181,79 ABŞ dollarının icra vaxtı manata olan məzənnə ilə manatla İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı “borca görə faizlərin ödənilməsi” tələbinə iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31 iyul 2021-ci il tarixə borclu olduğu vəsaiti qaytarmadığına görə faiz borcu olaraq xeyrinə 64070.37 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əmisi oğlu, Cavabdeh 2013-cü ilin 4 ap relində ondan borc almış, sonra qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Bu barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində qaldırdığı iddia tələbi məhkəmənin 17 noyabr 2016-cı il tarixli 2(003) 5743/2016 saylı qətnaməsinə əsasən qismən təmin edilmiş, cavabdehdən 82620 manat məbləğində pulun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən narazı qalaraq verdiyi apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(103)-2493/2017 saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli 2(003)-5743/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verdiyi kasasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2017-ci il tarix 2(102)-4897/2017 saylı qərarına əsasən qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 2(103)-2493/2017 say qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ümumiyyətlə, bu işə bir dəfə birinci, iki dəfə ikinci instansiyada və iki dəfə Ali Məhkəmədə baxılmış, yekunda Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il 2(103)-9989/2017 saylı qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə 183777,82 ABŞ dolları və 30 manat dövlət rüsumu tutulması qərara alınmışdır. Cavabdehin kasasiya şikayəti Ali Məhkəmənin 16 mart 2018-ci il 2(102)-1796/18 saylı qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2017-ci il 2(103)-9989/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Xəzər R ayon Məhkəməsinə borca görə faizlərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh borcun tam ödəniləcəyi günədək yüksələn xətlə davam etməsi şərti ilə faiz borcu olaraq xeyrinə Mərkəzi Bankın son illik uçot faiz dərəcəsinə uyğun 102181,79 ABŞ dolları məbləğində pul tutulmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh xeyrinə 102181,79 ABŞ dollarının icra vaxtı manata olan məzənnə ilə manatla tutulması qət edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində qeyd edilir: “Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh icra zamanı borcun bir hissəsini ödəsə də, 154777,82 ABŞ dollarını hal-hazıradək ödəməmişdir. Məhkəmə, cavabdehin borcu iddiaçıya ödyənədək ona faiz ödəməyə borclu olduğunu nəzərə alaraq iddianın həmin hissəsinin təmin edilməli olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfındən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh borcun qaytarılmalı olduğu 4 aprel 2013-cü il tarixdən başlayaraq borclu olduğu vəsaiti iddiaçıya qaytaranadək gecikdirilmiş vaxt üçün faiz ödəməyə borclu olduğundan, eləcə də Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş va sitəsi kimi işlədilməsi qadağan olduğundan, ondan iddiaçının xeyrinə faiz borcu üzrə 102181,79 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə manatla tutulmalı, iddia tələbi həmin hissədə təmin edilməlidir." Qeyd olunan qayda ilə, lakin +2% əlavə edilməməklə faizləri təcrübəli mütəxəssisə özü hesablatdırmışdır. Lakin qətnamənin əsaslandırma hissəsində göstərilsə də, məbləğə 2 faiz əlavə edilməmişdir. Bununla belə, qətnamə ilə o, razılaşmış, cavabdehin apelyasiya şikayəti də təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 12.04.2019-cu il tarixli 2(103)-4438/19 № -li qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsindən çıxarkən cavabdeh ona yaxınlaşaraq, qucaqlayıb öpmüş, ona qarşı səhv mövqedə olduğunu etiraf edərək dedi ki, kasasiya şikayəti də verməyəcəyək, şəhər də tikdirdiyi çoxmərtəbəli yaşayış binasındakı 4 otaqlı, super təmir olunmuş, ümumi sahəsi 191 kvadrat metr olan mənzilini hələ çıxarışı olmasa da 2 ayadək satıb borcunu ödəyəcəyək. Həmin mənzili Rusiyada yaşayan bir iş adamı 2 aya kimi gəlib alacaqdır. Ya da Şağan qəsəbəsindəki evini təcili satıb borcu üzəcək, həmin vaxta kimi də borcundan hər ay 2000 dollar ödəyəcək. Beləliklə o, cavabdehlə razılığa gəlmiş, cavabdeh kasasiya şikayəti də verməmişdir. Xəzər Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli 2(003)-3599/18 qətnaməsi 12.06.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş, icraata yönləndirilmişdir. Bundan sonra cavabdehin xahişi ilə Xətai rayonundakı satmaq istədiyi mənzilində olmuş, fotoşəkillərini çəkib içərisindəki bahalı soyuducu, televizor və başqa əşyalarla birlikdə 400000 manata, Şa ğandakı evini isə 500000 manata satılması barədə elan saytlarında elan yerləşdirmişdir. Lakin 2 ildən artıqdır ki, nə Rusiyadakı iş adamından, nə elan izləyənlərdən, nə də Aydının özündən səs çıxır. Evləri mövcud durumuna görə bazar qiymətindən xeyli baha satmaq istəyir, onu almaq üçün axtardığı sərsəm müştəri isə tapılmır. Bəlkə də satmaq istəmir və borcunu ödəyəcəyinə görüntü yaratmaq istəyir. 12.06.2019-cu il tarixə cavabdehin ona borcu (145 068,82 + 102 181,79) 247 250,61 ABŞ dolları, manat ekvivalenti ilə 420 326 AZN olub. Cavabdehin borcunu ödəmək üçün ona söz verdiyi 12 aprel 2019-cu ildən iki ildən çox vaxt ötür. Bu müddət ərzində onun hesabına vur-tut 8800 AZN (5170 dollar) ödəyib, bir ildən çoxdur ki, ümumiyyətlə ödəniş etmir. Xəzər Rayon İcra Şöbəsində isə icraçı Mübariz Abbasov öz vəzifə borcunu yerinə yetirməyə, bu məsələnin qanuni həllinə yönəlik tədbirlər görməyə, hansı müəmmalı səbəbdənsə, görünmür. O, 1-ci Qarabağ savaşının iştirakçısı, İİ qrup əlil, ömrünün ahıl dövründədir, 73-cü yaşdadır. Yəni, fiziki durumu ürəkaçan deyildir. Cavabdeh isə onu mütəmadi aldadır, borcunu ödəməkdən yayınır, əmlakı qəsdən baha qiymətə təklif edir ki, alan olmasın və borcunu yubatsın, verməsin. Onun də öz problemləri var, borcunu vaxtında ala bilsəydi, ən azından banka depozit kimi yatıraraq ilə 12 faiz fayda yararlanardı. İllik faizi sonda götürüb yenidən banka yatırsaydı, fayda daha böyük olardı. Lakin bundan 8 ildir ki, mərhum olmuş, hesabla təkcə son iki ildə (420 326 x 12% x 2 il) 100 878 AZN və ya (10878:1,7) 59 340 ABŞ dolları edir. Lakin bu məbləğ cavabdehin qanunazid d hərəkətləri nəticəsində əlindən çıxmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi intemet səhifəsində yerləşdirilmiş məlumata əsasən uçot faiz dərəcəsi 30.10.21-ci il tarixdən etibarən 9,75% təşkil edir. Cavabdeh, onun pul vəsaitini qanunsuz olaraq özündə saxlayır, ona qaytarmaqdan boyun qaçırır, həmin vəsaitdən istifadə edir, faydalanır. Odur ki, cavabdeh borcu qaytarılmalı olduğu tarixdən borclu olduğu vəsaiti qaytaranadək gecikdirilmiş vəsaitə gecikdirilmiş vaxt üçün faiz ödəməyə borcludur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, p ul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin məzmununa görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bu maddənin məzmunundan görünür ki, faizlərin hesablanaraq tutulması üçün tək özgənin pul vəsaitini qanunsuz saxlamaq yox, həm də ondan faydalanmaq halı mövcud olmalıdır. Hazırkı mülki işlə bağlı cavabdehin iddiaçıdan almış olduğu pul vəsaitindən Azərbaycan Respublikası MM-nin 152.3-cü maddəsi ilə nəzərdə tutulmuş hər hansı formada faydalanması halı müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslı deyildir və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.3, 449-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelya siya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İlham Kərimli) 17 dekabr 2021-ci il tarixli, 2(103)-10601/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, e-2(003)-2796/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Odur ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etiraz ın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 449.1-ci maddəsini tamamilə başqa cür təfsir edərək, guya, cavabdehin özündə saxladığı, hər-hansı yolla ləngidərək qaytarmadığı iddiaçınin vəsaitindən faydalanmadığını göstərərək buna uyğun nəticəyə gəlmişdir. 1-ci instansiya məhkəməsinə elektron qaydada cavabdehin ona olan borcundan 04.04.2013 - 0.12.2018 dövrü üçün MM-nin 449-cu maddəsinin tələbləri nəzərə alınaraq bankın son uçot faiz dərəcəsi ilə (9,75%+2%) 11,75% faizlərin tutulma sı barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri təqdim etmişdir. Həmin qətnamələrdə cavabdehin ona olan borcundan kifayət qədər faydalanması sübut edilmişdir. Cavabdehin xəz biznesi ilə məşğul olması, “Binə” Ticarət Mərkəzində mağaza işlətməsi barədə özünün istintaqa verdiyi yazılı izahatının surətini, mağazalarının, özünün və oğlunun da içərisində göründüyü fotoşəkillərini və digər sənədləri də apelyasiya şikayətinə əlavə etmişdir. Cavabdeh özü qəsdən saxlayıb güecikdirdiyi bu puldan faydalanmadığını məhkəməyə hansı konkret dəlillərlə sübut edib? Birinci instansiya məhkəməsinə təqdim etdiyi eyni iddiaçı, eyni cavabdeh, eyni məsələ (borca görə faizlərin hesablanması) barədə özünün, yəni, Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli 2 (003)-3599/2018 №-li qətnaməsinin və həmin qətnaməni dəyişdirmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2 (103)-4438/2019 №-li qətnaməsinin əsaslandırma hissəsində faizlərin borc ödənilib qurtarana kimi ödənilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsi birmənalı olaraq tələb edir: “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir” Məhkəməyə təqdim etdiyi qanuni qüvvəyə minmiş qətnamələr eyni işə aiddir. Necə ola bilər ki, cavabdeh bu qətnamələrdə qeyd edildiyi kimi, 2 il əvvəl cavabdeh ona olan və hər vəchlə ləngidən borcundan yararlanırdı, amma indi yararlanmır? Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Tərlan Əkbərov) qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli 2 (003)-3599/2018 №-li qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) 30.07.2021-ci il tarixli, e-2(003)2796/2021 №-li qətnaməsi bir-birinə tam ziddiyyət təşkil edir. Bu da məhkəmə təcrübəsinin vahidliyinin pozulması faktıdır. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 2 (103)4438/2019 №-li qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 17.12.2021 tarixli 2(103)10601/2021 №-li qətnaməsi də bir-birinə tamamilə ziddir. Bu da məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına kəsərli dəlildir. Mülki prosessual qanunvericiliyin müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyud isiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfındən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Məhz bu prinsipi əsas götürərək hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə iddiası əsaslandırdığı faktiki hallara hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edil diyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə y ol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 17 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində işdən görünən hal ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin mö vqeyini təkrarlamaqla kifayətlənmişdir. Halbuki, iş materiallarında olan apelyasiya şikayətindən də görünür ki, iddiaçı Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə istinadən daha əvvəl qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli 2(003)3599/2018 №-li qətnaməsi ilə cavabdehin ona borclu olduğu pul vəsaiti qanunsuz saxlamaqla ondan faydalandığının müəyyən edildiyini, həmin məhkəmə aktının preyudisial xarakterini bildirmiş, lakin işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası bu hala ümumiyyətlə münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinin tələblərinin pozuntusuna yol verməsinə əhəmiyyət verməyərək özü də həmin normanın pozuntusuna yol vermişdir. Azərbaycan Res publikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının istinad etdiyi qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 dekabr 2018-ci il tarixli 2(003)-3599/2018 №-li qətnaməsindən (səh 13) görünür ki, məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçının pul vəsaitini qanunsuz saxlayır, onu qaytarmaqdan boyun qaçırır, həmimn vəsaitdən istifadə edir-faydalanır. "Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respub likasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarsılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq arasdırılması və onlar barəsində yenidən nəticəyə qəlinməsinin qarşısını almaqdan ibarətdir”. İddiaçı bu halları izahatında da bildirmişdir ki, preyudisiallıqla bağlı izahatı da digər sübutlarla yanaşı, dəyərləndirilməli və hüquqi qiymət verilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa, iş materiallarında olan cavabdehin istintaq orqanına verdiyi izahatdan (səh 96-98) da görünür ki, hələ izahat verildiyi dövrdə, yəni 20.04.2016-cı ildə cavabdeh xəz alveri ilə məşğul olduğunu, qısa müddətdə ya xəz ilə borcunu əvəzləşdirəcəyini, ya da pulu tam ödəyəcəyini bildirmiş, lakin həmin zamandan iddiaçı qarşısında öhdəliyinin cüzi hissəsini həyata keçirmişdir. Cavabdehin hazırki dövrdə də həmin fəaliyyətini davam etdirməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə də təsdiqini tapmışdır. Nəzərə almaq lazımdır ki, ticarət sahəsin də fəaliyyətlə məşğul olmaq üçün müəyyən məbləğdə vəsaitə malik olmaq lazımdır ki, həmin vəsaiti dövr etdirməklə fəaliyyətin davamlı olmasına nail olunsun. Əgər cavabdeh həmin vəsaitə malik olmasa idi, izahatı verdiyi dövrdən hazırki dövrə kimi, yəni 6 ildən artıq müddətdə fəaliyyətinə son verməli idi ki, bu halın da baş verməsi müəyyən olunmur. Belə olan halda apelyasiya kollegiyası hazırki mübahisə üzrə məhkəmə araşdırmasını həyata keçirərkən həm qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallara preyudusiallıq prinsipi baxımından qiymət verməli, münasibət bildirməli, yuxarıda sadalanan sübutları da digər sübutlarla yanaşı müqayisəli tədqiq etməli olduğu halda, bunları etməmişdir ki, bu da ədalətli məhkəmə araşdırması ilə bağlı tələblərinin pozuntusu ilə nəticələnmişdir. Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında və düzgün həyata ke çirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını mü əyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, düzgün qiymət verilməsi, sübutların müqayisəli tədqiq edilməsi, ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, i ş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.12.2021-ci il tarixli, 2(103)-10601/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Böyükkişi oğlu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17.12.2021-ci il tarixli, 2(103)-10601/20 21 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2522/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2522/2022
24.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver