Məhkəmə qərarları › İş №2(102)-2524/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2524/2023

12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2524/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyanın hakimi X2 (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibində İddiaçı Cavabdehnə qarşı qaz sayğacının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-623/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli qərardadından iddiaçı nın kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektində quraşdırılmış və istismar müddətini başa vurmuş ******* nömrəli mexaniki sayğacın Cavabdeh Xaçmaz RQİİ tərəfindən və cavabdehin hesabına smart tipli elektron sayğacla əvəzlənməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şabran Rayon Məhkəməsinin (hakim Ç.İsgəndərov) 2(031)-989/2022 nömrəli iş üzrə 12 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektində quraşdırılmış və istismar müddətini başa vurmu ş ******* nömrəli mexaniki sayğacın Cavabdeh Xaçmaz RQİİ tərəfindən və cavabdehin hesabına smart tipli elektron sayğacla əvəzlənməsi öhdəliyi qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat

3. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov, S.Qafari) 2(105)-623/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “... kommersiya məqsədləri üçün gəlir əld ə etmək üçün qazdan istifadə edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı ilə xx.xx.2018-ci il tarixli, Q-AK-195 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” Müqavilə (3№-li əlavə) bağlanılmış və Cavabdeh İB-nin “AGİS” İnformasiya bazasında qeyri-əhali sektoru üzrə abonent kimi qeydiyyata alınmışdır. Hazırki mübahisə isə İddiaçı məxsus sahibkarlıq fəaliyyəti ilə bağlı fəaliyyət göstərən “XXX” dəftərxana mağazasına qaz sayğacının quraşdırılması ilə bağlıdır. Hazırki halda iş materiallarından tərəflərin izahatlarından müəyyən olunur ki, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı fəaliyyət göstərən “XXX” dəftərxana mağazasına qaz sayğacının quraşdırılması zaman yaranmışdır.” Kassasiya instansiyası məhkəməs ində icraat

6. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv olunub, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətinin dəlillərinə görə, qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 29 noyabr 2022-ci il tarixli XXX nömrəli müqavilə imzalanmışdır. Həmin Müqavilənin 4.3-cü bəndində, həm də Daxili qaz kəmərinin Tikinti Pasportunda qaz kəmərinin, qaz avadanlıqlarının xarakteristikası bölməsində məişət qaz avadanlığı kimi 1 ədəd su qızdırıcı Kombi 32 kw qeyd olunmuşdur. G-4 markalı ******* №li mexaniki qaz sayğacı texniki xarakteristikasına görə məişət tipli qaz sayğacıdır. Müqavilə imzalanmasına baxmayaraq, müvafiq razılaşma aktı olma dan, icazəsi verilməyən sənaye qaz qurğularının xəttə qoşulması qəti qadağandır. XXX nömrəli Müqavilədə fiziki şəxs olan abonentə sənaye qaz qurğularından deyil, məişət qaz qurğusundan istifadəyə icazə verildiyi qeyd olunub. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. 9. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notari uslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. 12. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.1. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərt ərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.”

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; Bənd

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in ist inad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli de yildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; Bənd

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sa hibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; Bənd

24. Nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli Qərarı: “Qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

18. İlk olaraq, Vergi və Mülki məcəllələrin, habelə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun bu qərarın 10-12-ci bəndlərində istinad oluna n müddəalarının mənasına görə, sahibkarlıq fəaliyyəti hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq olaraq mənfəət və gəlir əldə etməyə yönəlmiş fəaliyyətdir, hər iki kateqoriyaya daxil olan subyektlər vergi ödəyicisi kimi vergi orqanında uçota alınırlar.

19. İşdən məlum olur ki, Cavabdeh hüquqi şəxsdir (VÖEN **********), Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa görə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir, iddiaçı vergi ödəyicisidir (VÖEN **********), onun fəaliyyət obyekti ünvan 2 ünvanda yerləşən “XXX” məktəb və ofis ləvazimatları mağazasıdır, hazırkı mübahisə “XXX” məktəb və ofis ləvazimatları mağazasına qaz sayğacının quraşdırılması ilə bağlıdır, iddiaçının 2016, 2018 və 2022-ci ildə cavabdehlə bağladığı müqavilələr də qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı ilə bağlı olmuşdur.

20. Göründüyü kimi, iddiaçının mübahisə predmeti ilə bağlı fəaliyyətinin və cavabdehlə qarşılıqlı münasibətlərinin sahibkarlıq kimi xarakterizə oluna bilməsi üçün qanunla tələb edilən şərtlər iş üzrə yerinə yetirilir (bu Qərarın 10-12-ci bəndləri).

21. Belə olan halda, iddiaçının kassasiya şikayətinin dəlilləri MPM-in 24.2-ci maddəsinin (bu Qərarın 13-cü bəndi) mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilməli olması barədə tələblərinə, həmçinin, məhkəmə aidiyyəti qaydalarının tətbiqi i lə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə (bu Qərarın 15-ci bəndi) verilən izahlara ziddir.

22. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiya məhkəməsinin mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə əlaqədar gəldiyi nəticə qanuni olduğu üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 24 və 403-1-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-623/2023 nömrəli iş üzrə 18 aprel 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. İddiaç ı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar