Məhkəmə qərarları › İş №2(102)-2529/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2529/2023

20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2529/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (məruzəçi) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-377/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmi ş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Ford Cargo” yük markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dir və o, həmin avtomobilə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 etibarnamə vermişdir.

2. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, saat 13:40-da “Ford Cargo” yük markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bilgəh yolu istiqamətində hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Rolls Royce” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi nə zərər dəymişdir. 3. "xxxx" MMM tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli “Qüsur aktı”na əsasən, hadisə nəticəsində “Rolls Royce” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 88.614,37 manat məbləğində zərər dəymişdir. Dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı 299,69 manat məbləğində xərc çəkilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus avtomaşına dəymiş zərərin əvəzi olaraq 88.614,37 manat məbləğin; avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 299,69 manat məbləğin, hadisə nəticəsində avtomaşının əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzi olaraq 170.000 manat məbləğin; məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin - ümumilikdə 258.944,06 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Bilgəh yolu istiqamətində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomaşına zərər dəymişdir. "xxxx" MMM tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş qüsur aktından da göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomaşına dəymiş zərər 88614,37 manat təşkil edir. Avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün avtomaşın texniki baxış, zəd ələnmənin yoxlanması, əlavə təchizatın yoxlanması, elektron yoxlama prosedurundan keçirilmiş və 299,69 manat xidmət haqqı ödənilmişdir. "xxxx" MMM iddiaçıya məxsus ROLLS-ROYCE markalı maşının Azərbaycandakı rəsmi distributorudur, məhz bu səbəbdən maşın həmin servis tərəfindən yoxlanışdan keçirilib. Qeyd edilən hadisədən sonra avtomaşın istismar ediləsi vəziyyətdə olmamış, habelə bazar dəyəri 30% aşağı düşmüşdür. Bu məqsədlə, tərəfindən “X2” MMC-nə sorğu olunmuş və MMC-nin rəyinə əsasən 2015-ci il buraxılışlı, “Rolls Royce” markalı, “Wraith” modelli, Kupe tipli, **TR-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 6592 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti - 493762 manat, avtomobilə dəymiş ziyanla əlaqədar təmirbərpa xərci – 67430 manat, avtomobilin qəzadan sonrakı təm irli vəziyyətdə iyun 2022-ci il tarixinə olan bazar qiyməti - 395010 manat, avtomobilin qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə 2022-ci ilin iyun ayına olan bazar qiyməti arasındakı qiymət fərqi - 98752 manat müəyyən edilmişdir.

6. Cavabdeh1 məhkəmə iclaslarında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirib ki, o, digər cavabdehin idarə etdiyi maşının mülkiyyətçisidir. Həmin maşını alğı-satqı aparılmadan baş etibarnamə vasitəsi ilə Cavabdeh2 idarə etməsinə vermişdir. Onlar arasında alqı-satqı müqaviləsinin bağlanmamasına əsas səbəb cavabdehin ona 15000 manat məbləğində borcunun qalması olmuşdur. Həmin maşını 2 il müddətinə aylıq ödənişlər etməklə digər cavabdehin idarə etməsinə vermişdir. Avtomobili digər cavabdehin idarə etməsi üçün verdiyinə gör ə, bu məsələnin onunla bir əlaqəsi yoxdur.

7. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirib ki, maşın üçün ekspert çağırmış və müəyyənləşmişdir ki o, iddiaçıya məxsus maşını arxadan vurmayıb. Əgər maşın arxadan vurulsa idi, onun sağlam yeri qalmazdı. Qəza vaxtı özünün idarə etdiyi maşın səkiyə çıxmış və iddiaçıya məxsus maşına toxunmuşdur. Qeyd olunan qəza nəticəsində nəqliyyat vasitəsinə ekspert rəyində qeyd olunan dərəcədə ziyan dəyməsi mümkün deyil.

8. Məhkəmənin qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 9/2521 №-li ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" MMM tərəfindən verilmiş xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiym ətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Rolls Royce” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 67.656 manat müəyyən edilir.

9. İddiaçı tərəfin sifarişi əsasında verilmiş “X2” MMC-nin xx.xx.2022-ci il tarixli, 138 №-li rəyinə əsasən, aparılmış tədqiqatlar nəticəsində, 2015-ci il buraxılışlı, “Rolls Royce” markalı, “Wraith” modelli, Kupe tipli, **-TR-*** dövlət qeydiyyat nişanlı, mühərrik həcmi 6592 sm3, rəngi qara olan avtomobilin qəzadan öncəki bazar qiyməti - 493762 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində, avtomobilə dəymiş ziyanla əlaqədar təmir-bərpa xərci - 67430 manat, avtomobilin qəzadan sonrakı təmirli vəziyyətdə iyun 2022-ci il tarixinə olan bazar qiyməti - 3 95010 manat, qəzadan öncəki bazar qiyməti ilə qəzadan sonrakı təmirli vəziyyətdə 2022-ci ilin iyun ayına olan bazar qiyməti arasındakı qiymət fərqi - 98752 manat müəyyən edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(010)-173/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin olunaraq, Cavabdeh2 62.799,05 manat məbləğində dəymiş zərər və 299,69 manat avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş xidmət haqqı olmaqla, cəmi 63.098,74 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8 manat pulun Cavabdeh2 iddiaçının xeyrinə tutulması, dövlət rüsumunun qalan 22 manat hissəs inin iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixdə Bilgəh yolu istiqamətində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi 99TJ979 dövlət qeydiyyat nişanlı, “FORD CARGO YÜK” markalı avtomaşının iddiaçıya məxsus X3 etibarnamə əsasında idarə etdiyi **-TR-*** dövlət qeydiyyat nişanlı, ROLLS-ROYCE WRAİTH markalı avtomaşının və X1 idarə etdiyi **-NM-*** dövlət qeydiyyat nişanlı HUNDAİ SONATA MİNİK markalı avtomaşının iştirak etdiyi yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə nəticəsində iddiaçıya məxsus avtomaşına zərər dəymişdir. Zərərin aradan qaldırılması ilə bağlı iddiaçıya 4856,95 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi avtomaşınına vurulan zərərin aradan qaldırılması ilə bağlı təmir-bərpa xərci hadisə baş verən tarixə 67.656 manat təşkil etmişdir.

12. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə etdiyindən, ziyan vuran nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 onu etibarnamə əsasında bilavasitə ziyan vuran üçüncü şəxsin, yəni Cavabdeh2 qanuni olaraq istifadəsinə verdiyi üçün, mülki hüquq pozuntusuna görə yalnız Cavabdeh2 cavabdehlik daşımalı olduğu qənaətinə gəlmişdir.

13. Məhkəmə həmçinin ekspert rəyini mötəbə r sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab etmiş və bu nəticəyə gəlmişdir ki, hadisə ilə bağlı iddiaçıya "xxxx" ASC tərəfindən 4856,95 manat sığorta ödənişi ödənildiyindən həmin məbləğ 67.656 manat kimi müəyyən olunan zərərin ümumi məbləğindən çıxılmalı və son nəticədə Cavabdeh2 iddiaçının xeyrinə 67.656-4856,95=62.799,05 manat tutulmalıdır.

14. Məhkəmə həmçinin avtomaşının təmir edilib hal-hazırda iddiaçının istifadəsində olduğunu, iddiaçının maşını satmaq kimi bir niyyəti olmadığını və sadəcə olaraq maşını zədələndiyi üçün gələcəkdə satacağı təqdirdə həmin fərqin ödənilməsi üçün qabaqlayıcı tədbir görmək istədiyini nəzərə alaraq, hadisə nəticəsində avtomaşının əvvəlki real baza r dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin ödənilməsi tələbini təmin etməmişdir.

15. Məhkəmə avtomaşına dəymiş zərərin qiymətləndirilməsi üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 299,69 manat məbləğində xərcin tutulması hissəsi üzrə qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə buna görə də hesab etmişdir ki, həmin hissədə tələb təmin edilməli və Cavabdeh2 299,69 manat məbləğində pulun tutulması müəyyən edilməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 936.1, 936.2, 936.5, 1096.2, 1097.1, 1099.1, 1108.1, 1114.1 və 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarındakı “maddi şərt”in ödənilmədiyini nəzərə almamamışdır. Qərardakı hüquqi mövqe bundan ibarət olmuşdur ki, “Şəxsin yüksək təhlükəli mənbəyinin sahibi kimi məsuliyyətə cəl b edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.” Göründüyü kimi, etibarnamənin olması (hətta bunu, “yüksək təhlükəli mənbəyinin sahibi” hesab edilmək üçün ilkin şərt kimi qəbul etsək belə) həmin avtomobili idarə edən şəxsi avtomatik olaraq 1108-ci maddədəki zərərin əvəzini ödəməli olan şəxsə aid etmir. Digər zəruri şərt i sə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Hazırkı işdə cavabdeh sahibkar yüksək təhlükə mənbəyindən gəlir əldə edir və faktiki olaraq ondan yararlanır (məhz bu səbəbdən də hər hansı dövrə görə ödəniş edilməyəndə nəqliyyat vasitəsini onu idarə edənin - yəni, ikinci cavabdehin əlindən ala bilir). Belə olan halda hər iki şərtə (həm mülkiyyətçi kimi sahiblik edən və maddi marağı olmaqla gəlir götürən şəxs kimi) cavab verən şəxs sahibkardır. Şərh edilənlərdən də göründüyü kimi, zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh1 məsuliyyət daşıdığı aşkardır. İddiaçı mülkiyyətində olan həmin avtomaşına dair istədiyi zaman sərəncam verə bilər. Bununla da məhkəmə xüsusi mülkiyy əti tənzimləyən normaların tələbini pozmuşdur. Yaranmış qiymət fərqi ilə bağlı isə iş materiallarında ekspert rəyi də mövcuddur. Məhkəmə iş üzrə cavabdehin (mülkiyyətçi) adına 16 ədəd avtomaşının olmasını və onların hər birinə dair bir neçə şəxsə etibarnamə verməsi kimi halları araşdırma predmetinə çevirməmişdir.

19. Apelyasiya instansiyası məhkəməsinin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli rəyinə əsasən müəyyən edilib ki, avtomaşının qəzadan əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 350.000 manat təşkil edir və qəzadan sonra dəyərinin 10 % aşağı, yəni 35.000 manat düşməsi istisna olunmur.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya insta nsiyası məhkəməsi) 2(103)-377/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən – avtomaşının qəzadan əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzi olaraq 170.000 manat məbləğində pulun ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, Cavabdeh2 “Rolls Royce” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomaşının qəzadan əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqə görə 35.000 manat pulun tutulub İddiaçı ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdiri lmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Zərərin əvəzinin ödənilməsi tələbinin təmin edildiyi halda cavabdehin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulmalıdır.

22. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh2 etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə etmişdir. Həmin nəqliyyat va sitəsinin mülkiyyətçisi Cavabdeh1 onu etibarnamə əsasında bilavasitə ziyan vuran üçüncü şəxsin, yəni Cavabdeh2 qanuni olaraq istifadəsinə verdiyi üçün, mülki hüquq pozuntusuna görə cavabdehliyi də məhz sonuncu daşımalıdır. İddiaçı Cavabdeh1 Cavabdeh2 etibarnamə əsasında verdiyi nəqliyyat vasitəsindən gəlir əldə etməsi və yararlanmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf sadəcə Cavabdeh1 sahibkar kimi qeydiyyatda olması barədə çıxarış təqdim etmişdir ki, həmin çıxarışdan da cavabdehin nəqliyyat vasitəsini gəlir götürmək məqsədilə verməsi öz təsdiqini tapmır. Əksinə, Cavabdeh1 məhkəmə iclasında qeyd olunan nəqliyyat vasitəsini digər Cavabdeh2 satdığını, lakin sonuncu borcu tam ödəmədiyindən onun adına rəsmiləşdirmədiyini bildirmişdir. Həmçinin, Cavabdeh2 da məhk əmə iclasında verdiyi izahatında həmin nəqliyyat vasitəsini Cavabdeh1 aldığını, lakin borcu qaldığı üçün nəqliyyat vasitəsinin onun adına keçirilmədiyini və sadəcə olaraq etibarnamə verildiyini bildirmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin əsas dəlilləri Mülki Məcəllənin 21, 1097-ci və s. maddələrinin düzgün tətbiq olunmaması, vurulmuş ziyanın əvəzinin ödənilməsi vəzifəsinin hər iki cavabdehin üzərinə qoyulmalı olduğu halda, yalnız bir cavabdehin üzərinə qoyulması, avtomaşının qəzadan əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzinin ödənilməsi tələbinin əsassız olaraq rədd olunması və s. barədədir.

24. Apellyasiya baxışı zamanı ziyanın əvəzinin hər iki cavabdehin üzərinə qoyulması üçün hər hansı qanuni əsas müəyyən edilmə mişdir. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, ziyan vuran nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 həmin nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh2 qanuni istifadəsinə vermişdir və yol nəqliyyat hadisəsi məhz etibarnamənin qüvvədə olduğu müddət ərzində baş vermişdir. Mülkiyyətçi avtomobili etibarnamə əsasında faktiki olaraq Cavabdeh2 satdığını bildirmiş və sonuncu bunu təsdiq etmişdir. Apellyasiya baxışı zamanı mülkiyyətçinin həmin avtomobildən istifadə ilə bağlı gəlir, mənfəət əldə etməsi müəyyən edilməmiş və iddiaçı tərəfindən bununla bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır.

25. Avtomaşına dəymiş ziyanın məbləği isə Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 9/2521 №-li ekspert rəyi əsasında müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi avtomaşının qəzadan əvvəlki real bazar dəyəri ilə indiki bazar dəyəri arasında yaranmış fərqin əvəzinin ödənilməsi tələbinə dair hissədə düzgün nəticəyə gəlməmiş və əsassız olaraq tələbi həmin hissədə tam rədd etmişdir.

27. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək və işin tam, hərtərəfli, obyektiv araşdırlmasına nail olmaq məqsədilə iş üzrə yuxarıda qeyd edildiyi kimi əlavə ekspertiza təyin olunmuşdur.

28. Məhkəmə kollegiyası bu rəyin istər elmi-nəzəri, istərsə də praktiki cəhətdən kifayət qədər əsaslandırıldığını nəzərə alaraq onun mötəbərliyini qəbul etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, avtomaşının gələcəkdə satılıb-satılmayacağından asılı olmayaraq qəza nəticəsində avtomobilin dəyəri aşağı düşmüşdür və aparılmış təmir-bərpa işləri belə bunun qarşısını ala bilməmişdir.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin olunmaqla qətnamə həmin hissədə ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsasl andırılıb ki, apelyasiya instansiyası məhkəməsi də məhz nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etmiş Cavabdeh2 qanuni sahib olduğunu əsas gətirərək, iddiaçının avtomobilinə dəymiş ziyanın elə qanuni sahib tərəfindən də ödənilməli olduğu qənaətinə gələrək, iş üzrə digər cavabdeh-yüksək təhlükə mənbəyinin mülkiyyətçisi Cavabdeh1 zərərin əvəzinin ödənilməsi vəzifəsindən azad etmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə ünvanlanmış vəkil sorğusuna həmin İdarənin xx.xx.2021-ci il tarixli, №01699672-1221 saylı cavab məktubundan görünür ki, Cavabdeh1 adında 16 nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir və bu avtomaşınların da hər birinə dair bir neçə şəxsə etibarnamə verilmişdir. Məhkəmə isə bu xüsusatla bağlı ümumiyyətlə araşdı rma aparmamış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarındakı “maddi şərt”in ödənilmədiyini nəzərə almamamışdır. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarındakı hüquqi mövqe bundan ibarət olmuşdur ki, “Şəxsin yüksək təhlükəli mənbəyinin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesa b olunması yolverilməzdir.” Göründüyü kimi, etibarnamənin olması (hətta bunu, “yüksək təhlükəli mənbəyin sahibi” hesab edilmək üçün ilkin şərt kimi qəbul etsək belə) həmin avtomobili idarə edən şəxsi avtomatik olaraq 1108-ci maddədəki zərərin əvəzini ödəməli olan şəxsə aid etmir. Hazırkı işdə cavabdeh sahibkar yüksək təhlükə mənbəyindən gəlir əldə edir və faktiki olaraq ondan yararlanır (məhz bu səbəbdən də hər hansı dövr üçün ödəniş edilməyəndə nəqliyyat vasitəsini onu idarə edənin - yəni ikinci cavabdehin əlindən ala bilir). Zərərin əvəzinin ödənilməsi üçün mülkiyyətçi kimi Cavabdeh1 məsuliyyət daşıdığı aşkardır. Apellyasiya instansiyası məhkəməsi isə bu halları nəzərə almamış, qeyd etmişdir ki, Cavabdeh2 etibarnamə əsasında qeyd olunan nəqliyyat vasitəsini idarə etmişdir. Hazırkı işdə həmin nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 onu etibarnamə əsasında bilavasitə ziyan vuran üçüncü şəxsin, yəni Cavabdeh2 qanuni olaraq istifadəsinə verdiyi üçün, mülki hüquq pozuntusuna görə cavabdehliyi də məhz sonuncu daşımalıdır. Bəzərə alınmalıdır ki, nəqliyyat vasitəsi faktiki olaraq Cavabdeh1 mülkiyyətindədir. Digər nəqliyyat vasitələri ilə yanaşı sözügedən nəqliyyat vasitəsini etibarnamə əsasında digər cavabdehin istifadəsinə verməsi elə onun həmin nəqliyyat vasitəsindən istifadə nəticəsində gəlir əldə etdiyini təsdiq edir. Hazırkı işdə məhkəmənin qətnaməsi iddianın təmin edilməmiş hissəsində qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları - kassasiya şikayətinin 5-ci bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b)

33. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsiz likdir).

36. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

37. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

39. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisin dən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

40. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət da şıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı

41. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Şəxsin yüksək təhlükəli mənbəyinin sahibi kimi m əsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

56. Kassasiya şikayətində qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv olunması və iddianın tam təmin olunması tələb edilməsinə baxmayaraq, kassasiya şikayətinin dəlilləri zərərin qəzaya səbəb olmuş avtomobili n mülkiyyətçisi olan Cavabdeh1 da tutulmaması barədədir.

57. Apelyasiya instansiyası məhkəməsi bu dəlili xüsusi olaraq yoxlamış və qeyd etmişdir ki, ziyan vuran nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 həmin nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh2 qanuni istifadəsinə vermişdir və yol nəqliyyat hadisəsi məhz etibarnamənin qüvvədə olduğu müddət ərzində baş vermişdir. Apellyasiya baxışı zamanı mülkiyyətçinin həmin avtomobildən istifadə ilə bağlı gəlir, mənfəət əldə etməsi müəyyən edilməmiş və iddiaçı tərəfindən bununla bağlı hər hansı mötəbər sübut təqdim olunmamışdır.

58. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Bu nəticə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə d air” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə uyğundur.

59. Kollegiya həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət veril diyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-377/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar