Məhkəmə qərarları › İş №2(102)-253/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-253/2021

15.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-253/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İdiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 İddiaçı qarşı iş üzrə Qarşılıqlı iddiaçı QƏRARİ iş № 2(102)-253/21 (Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması, kooperativin müvəkkillər yığıncağının qərarının, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı “kooperativin müvəkkillər yığıncağının qərarının, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv olunması” tələbinə dair qarşılıqlı iddiası üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1037/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Əliyeva X12 Coşqun Hidayət oğlu və Cavabdeh2 qarşı Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlərin mülkiyyətində olan Mingəçevir şəhəri, Y.Muradov küçəsi, 68/12 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çı xarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırlıb ki, ünvan 2 №-li ünvanda yerləşən qeyri-yaşayış binası iddiaçının mülkiyyətindədir. Həmin binaya iddiaçının tam mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilmişdir.

3. Buna baxmayaraq, mülkiyyətinə verilmiş qeyri-yaşayış binasını cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etmişlər və mülkiyyətinə verilmiş həmin binadan iddiaçının istifadə etməsinə cavabdehlər mane olurlar.

4. İddiaçı dəfələrlə cavabdehlərdən mülkiyyətində olan binanın boşaldılmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Əksinə, cavabdehlər iddiaçıya hədə-qorxu gəlirlər. Bununla bağlı iddiaçı Polis şöbəsinə müraciət etmiş, iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişlər.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan R espublikası Konstitusiyasının 19, 23-cü, Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə istinad etmişdir.

6. Cavabdeh1 da İddiaçı qarşı qarşılıqlı iddia verərək, Mingəçevir şəhər X7 ilə İddiaçı arasında bağlanmış AN-1, № ******* saylı xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçı S. Əliyevanın adına Mingəçevir şəhəri Y.Muradov küçəsi 68/12 №-li qeyri-yaşayış binasına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx xxxx 2019-cu il tarixli Çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Qarşılıqlı iddiaçı Cavabdeh1 sonradan iddiasını artırıb, əlavə olaraq Mingəçevir şəhər X7 müvəkkillər yığıncağının xx xxxxx 2019-cu il tarixli protokolu əsasında çıxarılmış kooperativin balansında olan Yaşar Muradov küçəsi ilə M.Müşfiq küçəsinin k əsişməsində yerləşən 09 saylı mağaza binasının payçı İddiaçı satılması barədə qərarın da etibarsız hesab edilməsini xahiş etmişdir.

8. Cavabdeh1 qarşılıqlı iddianı onun əsaslandırıb ki, İddiaçı qeyd etdiyi qeyriyaşayış binası onun iş yeridir. Əvvəl həmin binadan mağaza kimi istifadə edilmişdir, 2016cı ildən də o, həmin mağazanın müdiri olmuşdur. Sonradan həmin qeyri-yaşayış sahəsindən o,çayxana kimi istifadə edirdi. Qeyri-yaşayış sahəsini öz adına sənədləşdirmişdir.

9. Binanı öz adına özəlləşdirəcəyini nəzərə alaraq onun təmiri ilə əlaqədar xeyli məbləğdə vəsait xərcləmişdir. Öz vəsaiti hesabına binanın dam örtüyünü dəyişdirmiş, bütövlükdə təmir-bərpa işləri aparmışdır.

10. Qeyri-yaşayış sahəsindən çayxana binası kmi istifadə edilməsi üçün Mingəçevir şəhəri X17 bürosu tərəfindən lisenziya verilmiş, plan və smetası hazırlanmışdır. Binadan faktiki və rəsmi olaraq o, istifadə etdiyinə görə binanı özününkü hesab edir, təmiri üçün vəsait xərcləyirdi. Bilirdi ki, həmin qeyri-yaşayış binası özəlləşdiriləcəkdir.

11. Qeyri-yaşayış sahəsinin öz adına özəlləşdirilməsi barədə ərizə ilə kooperativə müraciət etmiş, koopertavin sədri ona bir az gözləməyi tövsiyə etmişdr. Ancaq bu yaxınlarda ona məlum olub ki, işlədiyi, öz vəsiti hesabına təmir etdirdiyi həmin qeyri- yaşayış binası iddiaçı-cavabdeh İddiaçı adına özəlləşdirilmiş, onun mülkiyyətinə verilmişdir.

12. Halbuki İddiaçı həmin qeyri-yaşayış sahəsi ilə heç vaxt əlaqəsi olmamış, həmin binada işləməmişdir. 2016-cı ildən o özü həmin qeyri-yaşayış sahəsinin – mağazanın müdiri təyin edilmiş, həmin vaxtdan da orada işləyir.

12. Cavabdeh İddiaçı qanunsuz yolla onun işlədiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra binanın boşaldılmasını tələb etmişdir.

14. Binanın qeyri-qanuni olaraq İddiaçı adına özəlləşdirilməsi ona pis təsir göstərmiş, buna görə də İddiaçı ilə razılığa gəliblər ki, həmin qeyri-yaşayış sahəsinin dəyərinin və çəkdiyi xərcin əvəzi olaraq İddiaçı ona 20000 (iyrmi min) ABŞ dolları ödəsin, o da obyekti boşaltsın.

15. İddiaçı buna razılaşsa da sonradan həmin pulu ödəməkdən imtina etmişdir.

16. Mübahisələndirilən obyektin İddiaçı adına özəlləşdirilməsi, onun mülkiyyətinə verilməsi qanunsuzdur. Çünki uzun müddətdir ki, obyekt qanuni əsaslarla onun istifadəsindədir, hazırda da o, istifadə edir və obyektin özəlləşdirilməsi ilə bağlı ərizə ilə İddiaçı əvvəl o, kooperativə müraciət etmişdir. Lakin onun və digər kooperativ üzvlərinin məlumatı olmadan obyekt cüzi qiymətə İddiaçı satılmış və alqı-satqı müqaviləsindən sonra İddiaçı obyektə mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır.

17. Kooperativin nizamnaməsinə əsasən əmlakın özəlləşdirilməsi kooperativin ümumi (müvəkkillər) yığıncağının səlahiyyətinə aiddir. Lakin mübahisələndirilən obyektin özəlləşdirilməsi ilə bağlı müvəkkillər yığıncağı keçirilməmişdir.

18. Əldə etdiyi sənədlərdən məlum olmuşdur ki, guya həmin məsələ ilə bağlı müvəkkillər yığıncağı keçirilmiş, o da iclasın katibi olmuş, hətta yığıncaqda iştirak edərək obyektin İddiaçı satılmasına razı olduğunu və bu özəlləşmənin qanuni olduğunu bildirmişdir. Halbuki belə bir yığıncaq keçirilməmiş, yığıncaqda iclas katibi olmamışdır.

19. İclas protokolunda kat ib kimi onun adı qeyd edilmiş olsa da, protokol onun tərəfindən imzalanmamışdır. Ona görə ki, yığıncaqdan onun məlumatı olmamış, bu barədə ona bildirilməmişdir.

20. İclas protokoluna görə 11 nəfər müvəkkildən 7 nəfər müvəkkil (o cümlədən həm də o,) yığıncaqda iştirak etmişdir. Lakin həmin müvəkkillərin kimlər olması məlum deyil.

21. Protokolda göstərilir ki, guya Səkinə Əliyeva özlləşdirilən mağazada satıcı işləyir və payçıdır. Halbuki iddiaçı İddiaçı heç vaxt həmin mağazada satıcı işləməyib, son illərdir qeyri-yaşayış sahəsindən çayxana kimi istifadə olunur.

22. Qarşılıqlı iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad etmişdir.

23. Birinci instansiya məhkəməsi Mingəçevir şəhər X7 iddiaçı C.Əliyevanın tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmiş, Mingəçevir Regional “Asan Xidmət” X14 və DƏDRX-in 17 saylı X20 isə maraqlı şəxslər kimi məhkəməyə çağırmışdır.

24. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuş Mingəçevir şəhər X5 nümayəndəsi (kooperativin sədri) X9 iddiaya etiraz olaraq göstərib ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi zamanı qanunsuzluğa yol verilməmişdir. Mübahisələndirilən qeyri-yaşayış sahəsi əvvəl 09 №-li mağaza kimi qeydə alınmış, mağazanın müdir-satıcısı X10 olmuşdur.

25. İlhamə Şirinova adlı şəxs 2016-cı ilin sentyabr ayında öz ərizəsi ilə mağazanın müdir-satıcı vəzifəsindən azad olunmuş, mağazaya Cavabdeh1 müdir-satıcı təyin edilmişdir.

26. Cavabdeh1 2019-cu ilin aprel ayının əvvəllərində onunla görüşüb bildirib ki, mağazanı özəlləşdirmək i stəyir, ancaq rüsumu ödəmək üçün maddi imkanı yoxdur, ona görə də İddiaçı ilə razılığa gəlmişlər ki, İddiaçı rüsumu, borcları ödəsin, obyekti öz adına keçirsin, sonra o, İddiaçı borcunu ödəyib, obyekti adına sənədləşdirəcəkdir.

27. Razılaşdıqdan sonra İddiaçı əmlakın özəlləşdirilməsi ilə bağlı kooperativə ərizə ilə müraciət edib, xx xxxxx 2019-cu ildə kooperativin müvəkkillər yığıncağı keçirilib.

28. Yığıncağın sədri o özü, katibi isə Cavabdeh1 olmuşdur.

29. Yığıncaqdan sonra sənədləri də götürüb Bakı şəhərinə “Azərittifaq”a getmişdir.

30. Cavabdeh1 iclas protokolunu iclasın katibi olaraq imzalamamış, protokolun bir nüsxəsini imzalamışdır. Lakin protokol əlyazma olduğundan “Azərittifaq da protokoldan kompüter vasitəsi ilə çıxarış çıxarılıb, o da kooperativin idarə heyətinin sədri kimi hə min çıxarışı imzalayıb “Azərittifaq”a verdi.

31. Coşqun sonra kooperativə gəlib protokolu imzalamamışdır. 32. “Azərittifaq”ın X26 xx xxxxx 2019-cu il tarixli qərarı ilə Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativi yığıncağının xx xxxxx 2019-cu il tarixli qərarı ilə razılaşaraq ünvan 3 Mikayıl Müşfiq küçəsinin kəsişməsində yerləşən mağazanın İddiaçı 1000 (bir min) manata satılmasına razılıq verilmişdir.

33. Mübahisələndirilən qeyri-yaşayış sahəsinin ünvanı əvvəl ünvan 3 Mikayıl Müşfiq küçəsinin kəsişdiyi yer kimi göstərilmişdir. Ona görə də ona həmin qeyri-yaşayış sahəsinə dəqiq ünvan olması məsləhət görülüb.

34. Bundan sonra sənədləri Reyestr xidmətinə təqdim edərək mülkiyyət hüququnu təsdiq edən Çıxarış almışdır. Çıxarışda da həmin qeyri-yaşayış sahəsinin ünvanı Mingəçvir şəhəri, Yaşar Muradov küçəsi 68/12 qeyd edilmişdir. Sonradan da İddiaçı ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanaraq qeyri-yaşayış sahəsi İddiaçı satılmışdır. Hazırda da obyekt İddiaçı mülkiyyətindədir. Hesab edir ki, İddiaçı tələbində haqlıdır.

35. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2216/2019 nömrəli 30 dekabr 2019cu il tаrixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin olunmuş, 09 saylı mağazanın payçısı, müvəkkil İddiaçı satılmasına razılıq verilməsi barədə Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativinin müvəkkillər yığıncağının xx xxxxx 2019-cu il tarixli 1 №-li protokol üzrə qəbul edilmiş qərarı, satıcı Mingəçevir şəhər X7 ilə alıcı İddiaçı arasında ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 80,6 kv.m olan q eyri-yaşayış binasının satılmasına dair bağlanmış xx xxxx 2019-cu il tarixli ******* AN İ №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ünvan 2 №-li ünvanda yerləşən qeyriyaşayış binasının İddiaçı tam mülkiyyətinə verilməsi barədə Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması qət edilmişdir. (hakim Məhburə Kərimova)

36. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Mingəçevir şəhəri, Yaşar Muradov küçəsində (əvvəl Y.Muradov küçəsi ilə M.Müşfiq küçəsinin kəsişməsində yerləşməsi göstərilmiş) yerləşən 68/12 №-li 80,6 kv.m sahəsi olan qeyri-yaşayış binası Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativinin balansında olmuşdur. Həmin qeyri-yaşayış binası özəlləşdiril ərək ilk iddia üzrə İddiaçı mülkiyyətinə verilmşdir.

37. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə ilk iddia üzrə İddiaçı kooperativin balansında olan mübahisələndirilən qeyri-yaşayış obyektinin ona satılması barədə ərizə ilə xx xxxxx 2019-cu ildə kooperativinin sədrinə müraciət etmiş, elə həmin gün, xx xxxxx 2019-cu ildə müvəkkillər yığıncağı keçirilmiş, protokola görə iclasın sədri Mahir Eyyubov, katibi Cavabdeh1 olmuş, 11 nəfər müvəkkildən 7 nəfər müvəkkil yığıncaqda iştirak etmiş və qeyri-yaşayış obyektinin İddiaçı satılmasına razılıq verilmişdir. Halbuki yığıncaqda iştirak edən 7 nəfər müvəkkillərin kimlər olması dəqiq müəyyən olunmur. Müvəkkillər yığıncağının xx xxxxx 2019-cu il tarixli iclas protokolunu katib kimi Cavabdeh1 qeyd edilsə də, protokol onun tərə findən imzalanmamışdır.

38. Birinci instansiya məhkəməsi qeyd edib ki, protokolda göstərilir ki, İddiaçı 2014cü ildən kooperativdə payçı olmuş, xx xxxxxxx 2018-ci il tarixli 13 saylı sərəncamla xx xxxxxx 2018-ci ildən 09 saylı mağazanın satıcısı təyin olunmuşdur.

39. Məhkəmə hesab edib ki, işçinin 3 ay əvvəlki tarixə isə təyin olunması qanuna müvafiq deyil və bu, özəlləşdirmənin aparılmasına kömək etmək məqsədi daşımışdır.

40. Birinci instansiya məhkəməsi İddiaçı kooperativə üzv, payçı qəbul olunması barədə kooperativin yığıncağının qərarının olmamasını qeyd etməklə, hesab edib ki, göstərilən qanunsuzluğa yol verildiyinə görə Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinin müvəkkillər yığıncağının xx xxxxx 2019-cu il tarixli qərarı etibarsız hesab edilməlidir.

41. Birinci instansiya mə hkəməsi qeyd edib ki, Mingəçevir şəhər X4 heyətinin xx xxxxxxxx 2016-cı il tarixli sərəncamı ilə Cavabdeh1 Hidayət oğlu kooperativin 09 saylı mağazasına müdir-satıcı təyin edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli 13 saylı sərəncam ilə də İddiaçı kooperativin 09 saylı mağazasına müdir-satıcı təyin olunmuşdur. Lakin Cavabdeh1 həmin vəzifədən azad olunması barədə, eləcə də azad olunmasının səbəbi barədə sərəncam olması iş materialları ilə müəyyən edilmir.

42. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, İddiaçı 09 saylı mağazaya müdir-satıcı təyin olunmuş və həmin mağazada fəaliyyət göstərir. Lakin Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinin ticarət şəbəkələrinin dislokasiyasından görünür ki, Y.Muradov küçəsi 68/12 №-li ünvanda yerləşən qeyri-yaşayış binasından iaşə obyekti kimi istifadə olunur.

43. Bundan başqa, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər binadan 2017-ci ildən çayxana kimi istifadə edirlər və onların fəaliyyəti qanunsuzi olması səbəbi ilə kooperativ tərəfindən dayandırılmamış və ya hər hansı tədbir görülməmişdir.

44. Cavabdeh1 Mingəçevir şəhər X7n idarə heyətinin sədrinə ünvanlandığı xx.xx.2017-ci il tarixli ərizəsində 09 saylı mağazanın ona satılmasına razılıq verilməsini xahiş etmişdir. Lakin Cavabdeh1 ərizəsinə cavab verilməmşdir. İddiaçı isə həmin mağazanın ona satılmasına razılıq verilməsi barədə ərizə ilə xx xxxxx 2019-cu ildə kooperativinin sədrinə ərizə ilə müraciət etmiş, elə həmin gün də (nizamnaməyə zidd olaraq) müvəkkillər yığıncağı keçirilərək obyektin ona satılmasına razılıq verilmşdir.

45. Birinci instansiya məhkə məsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir.

46. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 109.1, 109.3, 111.1, 111.2, 111.6, 337.1, 337.2, 337.4 337.5, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri və Mingəçevir Şəhər X1 müvafiq bəndləri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

47. İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edib.

48. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla, şikayətdə qeyryaşayış sahəsinin qanuni yolla əldə edilməsinə, maddi və prosessual hüquq normalarının pozulmasına da istinad edilib.

49. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1037/2020 nömrəli, xx xxxx 2020-ci il tarixl i qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(051)-2216/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov, Elçin Hüseynov)

50. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun sayaraq qeyd edib ki, işin bütün ziddiyyətli hallarına əsasən Mingəçevir şəhər İstehsal-İstehlak kooperativinin müvəkkillər yığıncağının xx xxxxx 2019-cu il tarixli iclası reallıqda keçirilməmişdir, əgər keçirilmiş olsa belə həmin iclasın qanun pozuntuları ilə qəbul edilən qərarı qanunsuz və əsassız olmuşdur.

51. Apellyasiya instansiyası iş üzrə üçüncü şəxs Mingəçevir ş əhər İstehsal-İstehlak Kooperativinin sədri Mahir Eyyubovun apellyasiya baxışında əl yazısı ilə tərtib edilmiş müvəkkillər yığıncağının tərkibinə dair bir neçə fərqli siyahıda və Kooperativin müvəkkillər yığıncağının xx xxxxx 2019-cu il tarixli 1 №-li protokol üzrə keçirilmiş iclasında iştirak edən müvəkkillərinin siyahısında müvəkkillər kimi göstərilmiş adlarda fərqlər olduğunu, Mahir Eyyubovun isə bu fərqlərin səbəbini əsaslı şəkildə izah edə bilməməsini qeyd etmişdir.

52. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edib ki, İddiaçı kooperativin üzvü (payçısı) olduğunu iddia etsə də, onun kooperativin üzvü (payçısı) olması barədə üzvlük kitabçası yoxdur.

53. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçının və üçüncü şəxs Mingəçevir Şəh ər İstehsal-İstehlak Kooperativinin sədri Mahir Eyyubovun vəsatəti ilə Mingəçevir Şəhər İstehsal-İstehlak Kooperativinin müvəkkillər yığıncağının xx xxxxx 2019-cu il tarixli 1 №-li protokol üzrə keçirilmiş iclasında iştirak edən müvəkkillərin şahid qismində dindirilməsi üçün şərait yaradılsa da, həmin şahidlər (X11 istisna olmaqla) gəlməmiş, X8, X15 və X19 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq göstərilən tarixdə müvəkkillər yığıncağının keçirildiyini və sözügedən daşınmaz əmlakın satılması barədə qərar qəbul edildiyini bildirmişlər.

54. Apellyasiya məhkəməsi adıçəkilən şəxslərin məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərinə və öz mövqelərini şəxsən bildirmədiklərinə görə, habelə teleqramları onların şəxsən göndərməsi də şübhəli olduğundan həmin teleqramlarda əks olunan fikir ləri mötəbər sübut hesab etməyib.

55. X3 eyni məzmunlu şahid ifadəsini isə apellyasiya məhkəməsi sonuncunun Mahir Eyyubovun doğma övladı olması, M.Eyyubovun da işdə maraqlı olması səbəbindən obyektivl ifadə kimi qəbul etməyib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

56. İddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

57. Kassasiya şikayəti belə əsaslandırlıb ki, apellyasiya məhkəməsi yazılı sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri 58.Kassasiya şikayə tinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

59. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər, iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mingəçevir şəhər İstehsal-İstehlak Kooperativi, maraqlı şəxslər Mingəçevir Regional “Asan Xidmət” X14 və DƏDRX-in 17 saylı X18 nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin və qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçıları nın maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Maddə 109.3. Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Maddə 109-3. Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Maddə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Maddə 111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. Mingəçevir şəhər İstehsalat-İstehlak Kooperativinin nizamnaməsinin (yeni redaksiyada) 14.1ci maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağı (müvəkillər yığıncağı), kooperativin idarə heyəti, idarə heyətinin sədri (üzvlərinin sayı 50-dən az olan halda kooperativin sədri) onun idarəedilməsini həyata keçirir. Maddə 111.6. Üzvlərinin sayı 200-dən çox olan kooperativlərdə kooperativ üzvlərinin ümumi yığıncağı kooperativin nizamnaməsinə uyğun olaraq müvəkkillərin yığıncağı şəklində keçirilə bilər. Müvəkkillərin sayı kooperativ üzvlərinin sayı nəzərə alınaraq müəyyənləşdirilir. Müvəkkillər kooperativin nizamnaməsində, aşağıdakılar da daxil olmaqla, nəzərdə tutulmuş qaydada açıq və ya gizli səsvermə yolu ilə seçilir: müvəkkil seçilən kooperativ üzvlərinin sayı; müvə kkillərin səlahiyyətlərinin müddəti; onların seçilmə qaydası. Müvəkkillər öz səlahiyyətlərini başqa şəxslərə, o cümlədən kooperativ üzvlərinə verə bilməzlər. Bu Məcəllənin və kooperativin nizamnaməsinin kooperativ üzvlərinin ümumi yığıncağı barədə müddəaları müvəkkillərin yığıncağına da şamil edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızl ığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

61. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.

63. Birinci instansiya məhkəməsi ilk iddianı rədd etmək üçün digər əsaslarla yanaşı, İddiaçı kooperativə üzv, payçı qəbul olunması barədə kooperativin yığıncağının qərarının olmamasına da istinad etmişdir. Halbuki qarşılıqlı iddiaçının da həmin kooperativin üzvü, payç ısı olması halı müəyyən edilməyib.

64. Apellyasiya məhkəməsi də eyni səhvi təkrarlayaraq, qarşılıqlı iddiaçının özünün də kooperativ üzvlüyü ilə bağlı hallara aydınlıq gətirməmişdir. Belə olan halda, Cavabdeh1 hazırki qarşılıqlı iddianı verməsi üçün subyektiv hüququnun olub-olmaması məsələsi açıq qalmışdır.

65. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə görə isə kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir.

66. Qeyd edilən hal, yəni qarşılıqlı iddiaçı Cavabdeh1 kooperativ üzvü olubolmaması və onun bundan irəli gələn hüquqları çərçivəsində hazırki qarşı lıqlı iddianın əsaslı olub-olmaması müəyyən edilmədən iş üzrə gəlinən nəticə və tətbiq edilən maddi hüquq normaları işin hallarına uyğun hesab edilə bilməz.

67. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

68. Bundan başqa, ilk iddianın rədd edilmə əsasından biri də Mingəçevir şəhər X4 Heyətinin xx xxxxxxxx 2016-cı il tarixli sərəncamı ilə Cavabdeh1 Hidayət oğlunun kooperativin 09 saylı mağazasına müdir-satıcı təyin edildiyi v ə onun həmin vəzifədən azad edilmədiyi halda, xx xxxxxxx 2018-ci il tarixli 13 saylı sərəncamla İddiaçı da həmin mağazaya müdir-satıcı təyin olunması və bu ziddiyyətli halın da qarşılıqlı iddiaçının xeyrinə şərh edilməsi olmuşdur. Lakin istinad edilən xx xxxxxxx 2018-ci il tarixli 13 saylı sərəncamla İddiaçı mağazaya müdir-satıcı yox, adi satıcı kimi təyin edilməsi nəzərə alınarsa, belə nəticəyə gəlmək olar ki, məhkəmələr bu sübutu MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməyiblər.

69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən p ozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, bunun nəticə olaraq da işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

70. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1037/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar