Məhkəmə qərarları › İş №2(102)-2531/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2531/2019

16.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2531/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1,İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 sentyabr 2017-ci i l tarixli qətnaməsi ilə (hakim Z.Əliyev) İddiaçı cavabdeh X qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.İmanov) Səbail rayon Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, və iddia ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın 15 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Əhmədov, hakimlər A.İsgəndərov və İ.Dəmirov) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ( sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Səbail rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, İddiaçı əri X2 vəfat etməsi ilə əlaqədar cavabdeh X 70 000 (yetmiş min) manat sığorta ödənişinin alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər X və X qarşı iddia verərək, mərhum əri X2 Azərbaycan Respublikası DNŞ-nin “Azneft” İB-nin “28 may” Neft və Qazçıxarma İdarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində ölümü ilə əlaqədar olaraq fərdi qəza (bədbəxt hadisə) sığortası məbləğini təşkil edən 70.000 manat və mənəvi zərərin əvəzi olaraq 50.000 manatın cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əri X3 cavabdeh təşkilatda 6-cı dərəcəli dalğıc işləmişdir, X 12 iyul 2009-cu il tarixdə cavabdeh təşkilatda baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı X4 tərəfindən müvafiq təhqiqat aparılmış və bədbəxt hadisə qüvvədə olan qanunvericiliyə uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi “İZ formalı” aktla rəsmiləşdirilərək cavabdeh təşkilatda uçota alınmışdır. Bədbəxt hadisə nəticəsində 21 fevral 2011-ci il tarixli “təhqiqat aktı” tərtib edilərək, təqsirkar müəssisə kimi “xxxx” MMC tanınmışdır. Bu hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli hökmü ilə tə sdiq edilmişdir. Hadisə baş verdikdən sonra “xxxx” MMC və cavabdeh təşkilat tərəfindən iddiaçıya bir sıra ödənişlər edilmişdir. Hazırda iddiaçı mərhum ərinin cavabdeh təşkilatda baş vermiş bədbəxt hadisə nəticəsində ölməsi faktı ilə əlaqədar olaraq cavabdehdən 70.000 manat (bədbəxt hadisə) sığorta məbləği tələb edir. İş materiallarından görünür ki, 04 iyun 2008-ci il tarixdə X5 ilə “xxxx” MMC arasında Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin işçilərinin fərdi qəza (bədbəxt hadisə) sığortası haqqında müqavilə bağlanmış və müqavilənin müddəti 04 iyun 2009-cu il tarixdə bitmişdir. Həmin sığorta şirkəti ilə yeni müqavilə isə 29 aprel 2011-ci il tarixdə imzalanmışdır. Yəni bədbəxt hadisə baş verən vaxt cavabdeh təşkilatın sığorta şirkəti ilə işçilərin icbari sosial sığortası olmamışdır. Azərb aycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinin sığorta hadisəsinin baş verdiyi tarixdə olan redaksiyasına görə, işəgötürən qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlə işçiləri icbari sosial sığorta etməlidir. Göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlə işçiləri icbari sosial sığorta etmək işəgötürənin hüququ deyil, vəzifəsi kimi müəyyən edilmişdir. Lakin X X5 üzərinə düşən vəzifələri yerinə yetirmədiyindən iddiaçı əri X vəfat etməsinə görə ona verilməli olan sığorta pulunu sığorta şirkətindən ala bilməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ərinin ölümünə görə iddiaçıya verilməli olan sığorta məbləği cavabdehdən tutulmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, «Sığorta hadisəsi baş verən zaman qüvvədə olan qanunvericilikdə, o cümlədən Əmək Məcəlləsində işçinin icbari sosial sığorta etməsi işəgötürənin vəzifəsi kimi nəzərdə tutulduğundan, Əmək Məcəlləsində qanunvericinin bu hüququn reallaşdırılmasını başqa bir normativ hüquqi aktın qəbulu şərtləndirməsi, sözügedən qaydaları və şərtləri müəyyən edən normativ hüquqi aktın, yəni “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun isə 11 may 2010-cu ildə qəbul edilməsi iddia tələbinin rədd edilməsi üçün əsas sayıla bilməz. Çünki, əvvəla sözügedən qanun qəbul edilənədək artıq 04 iyun 2008-ci il tarixdə X5 ilə “xxxx” MMC arasında Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsinin işçilərinin fərdi qəza (bədbəxt hadis ə) sığortası haqqında müqavilə bağlanmış və müqavilənin müddəti 04 iyun 2009-cu il tarixdə bitdiyi üçün 29 aprel 2011-ci ildə həmin sığorta şirkəti ilə yeni müqavilə imzalanmışdır. Digər tərəfdən qüvvədə olan milli, beynəlxalq qanunvericilik işəgötürənin sığorta təşkilatları ilə işçilərin fərdi qəza və bədbəxt hadisədən sığortası haqqında müqavilə bağlamasını istisna, qadağan etməmişdir. İşəgötürənin 04 iyun 2009-cu il tarixədək qüvvədə olmaqla “xxxx” MMC ilə işçilərin fərdi qəza və bədbəxt hadisədən sığortası haqqında müqavilə bağlaması da qeyd olunan faktı bir daha təsdiq edir. » Mənəvi zərərin ödənilməsinin rədd edilməsi hissəsində isə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni aşağıdakılarla əsaslandırmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəl ərinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu z aman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İşin halları müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ərinin vəfatı ilə əlaqədar hissə-hissə olmaqla 176 931,83 manat vəsait ödənilmişdir. İddiaçı özü də bu faktı təsdiq etmişdir və bu işin mübahisəsiz halıdır. Buna görə də apellyasiya ins tansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən ödənilmiş 176 931,83 manat vəsait mənəvi zərərin əvəzi hesab oluna bilər. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar