Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2532/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2nə və üçüncü şəxs “X1 Azərbaycan” QSC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1659/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Gəncə şəhəri Nizami Rayon Məkhəməsinin xx xxx 2016-cı il tarixli, 2(044)-2317/2016 saylı qətnaməsinə əsasən, ondan ümumilikdə 86456 manat məbləğində borcun tutularaq “X1 Azərbaycan” ASC-yə ödənilməsi, tutmanın onun mülkiyyətində olan, Gəncə şəhəri Nizami rayonu, İ.Əliyev küçəsində 0,04 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqlı, 98kvm yaşayış, 188,6 kvadrat metr köməkçi sahədən ibarət 58 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 138600 manat müəyyən edilməklə həmin qiymətə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, həmin məbləğ kifayət etmədikdə məbləğin qalan hissəsinin onun d igər əmlakı hesabına təmin edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(104)-127/2017 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək cərimə məbləği dəyişdirilib 50 manat, ümumi məbləğ isə 85866,49 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-nin xx xxx 2018-ci il tarixli, 30/02 saylı “Hərracın nəticələri haqqında yekun protokol”una əsasən İddiaçı mülkiyyətində olan həmin əmlak ilkin satış qiyməti 138600 manat olmaqla açıq hərraca çıxarılmış, sonradan qiyməti 15 faiz, daha sonra isə 25 faiz endirilərək 88357,50 manata “X1 Azərbaycan” ASC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2018-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi, onun icrası nəticəsində əmələ gəlmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və Gəncə şəhəri Nizami rayonu, İ.Əliyev küçəsində 0,04 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqlı, 98kvm yaşayış, 188,6kvm köməkçi sahədən ibarət 58 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə yeni ilkin satış qiymətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandrılmışdır ki, icra məmuru onun xəbəri olmadan ipoteka predmeti olan evini açıq hərraca çıxarmış və xx xxx 2018-ci il tarixdə keçirilmiş hərracda ev cəmi 88357 manata satılmışdır. İcra məmuru ona icra barədə heç bir məlumat verməmiş və hərrac mərkəzi harracın vaxtı barədə ona bildiriş göndərməmişdir. Həmçinin evin satış qiyməti 138600 manat müəyyən edilsə də, hərracda yarı qiymətə, 88357 manata satılmışdır. Halbuki o, həmin evə alıcı taparaq daha baha qiymətə sata bilərdi. Evin bugünkü bazar qiyməti ən azından 500000 manat təşkil edir. xx xxxx 2019-cu il tarixli, 14931 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işə əlavə edilmiş icra işinin 9-cu vərəqəsində olan xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdə “Bildireşe aldım. Qətnamədən Ali Məhkəməyə şikayət verəcəm xx.xx.2017-ci il” yazıları və tarix göstəricisindən yuxarıda olan imza-İddiaçı tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə işin obyektiv həlli baxımından Cavabdeh2ndən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-127/2017 saylı icra sənədi ilə bağlı icra işini tələb etmiş, 104536/17 saylı icra işinin materiallarında İddiaçı tələbin könüllü icrası barədə bildirişdən məlumatı olsa da, hərracın keçirilmə vaxtı və yeri barədə öncədən xəbərdar edilməsinə dair heç bir sübuta rast gəlinməmişdir. İcra işinin materiallarından görünür ki, hərrac təşkilatı tərəfindən göndərilmiş bildirişlərdə İddiaçı adı qeyd edilsə də, onun həmin bildirişləri alması barədə heç bir sübut yoxdur. Həmçinin cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC-yə sorğu verilərək İddiaçı hərracın keçirilməsi ilə bağlı rəsmi qaydada xəbər verilməsi və həmin məlumatın çatması barədə məh kəməyə məlumat verilməsi tələb olunsa da, sorğuya cavab verilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Kənan Hüseynov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhəri Nizami rayonu, İ.Əliyev küçəsində 0,04 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, dörd otaqlı, 98 kvadrat metr yaşayış, 188,6 kvadrat metr köməkçi sahədən ibarət 58 nömrəli fərdi yaşayış evinə dair “xxxx” MMC-nin xx xxx 2018-cı il tarixli, 30/02 saylı hərracın yekunları barədə protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 122 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyy ə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən İddiaçı iddiasının əsası kimi hərracın keçirilmə vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyini, eləcə də əmlakın aşağı qiymətə satıldığını göstərmişdir. Qətnamədən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Azərbaycan” ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Mülki iş Gəncə Apellyasiya Məhkəməsində olarkən iş üzrə İddiaçı oğlu Gəncə Apellyasiya Məhkəməsində məhkəmə iclas katibi vəzifəsində işlədiyindən mülki iş başqa apellyasiya məhkəməsində ba xılması məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə Sədrinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Akif Eyvazov - sədrlik edən və məruzəçi, Rafail Əliyev, İmanverdi Şükürov) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X1 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC-yə iş üzrə obyektiv məhkəmə araşdırılmasının təmin edilməsi məqsədi ilə xx xxx 2018-ci il tarixdə hərracın keçirilməsi barədə İddiaçı məlumatlı olub-olmaması, olduğu təqdirdə həmin məlumatı təsdiq edən sənədlərin surətlərinin Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi barədə müraciət edilmiş, cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC tərəfindən, o cümlədən üçüncü şəxs “X1 Azərbaycan” QSC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı xx xxx 2018-ci il tarixdə keçiriləcək hərracın, o cümlədən əvvəllər də keçirilmiş hərracların yeri və vaxtı barədə məlumatlı olmuşdur. Belə ki, cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC 01/2329 saylı xx xxxx 2017-ci il tarixli məktub ilə xx xxxx 2017-ci il tarixdə saat 11:00-da keçiriləcək h ərracın vaxtı və yeri barədə İddiaçı məlumatı alması 028913 seriyalı xəbarnamə, xx xxxxx 2018-ci il saat 11:00-da keçiriləcək hərracın vaxtı və yeri barədə İddiaçı məlumatı alması 046215 saylı xəbərnamə, o cümlədən cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC 01/1386 saylı xx xxx 2018-ci il tarixli məktub ilə İddiaçı hərracın keçirilməsi ilə bağlı məlumat verilmiş, həmin məktubu İddiaçı almasına dair 048761 seriyalı xəbərnamə iş materiallarına əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs “X1 Azərbaycan” QSC-nin apellyasiya şikayətində qeyd etdiyi “İddiaçı tələbin könüllü icrası barədə bildirişi əldə etdiyi vaxtdan məlum olmuşdur ki, əmlaka tutma yönəldildiyi halda əmlak hərrac yolu ilə satışa çıxarılaraq satılması həyata keçirilicəkdir. Bunda n başqa İddiaçı tərəfindən müxtəlif vaxtlarda məhkəmələrdə banka qarşı əsassız iddialar qaldırmışdır ki, həmin məhkəmə iclaslarında əmlakın bank tərəfindən hərrac yolu ilə əldə olunması barədə məhkəmələrə məlumat verilmişdir və İddiaçı bu barədə məlumatlı olmuşdur. Sonda İddiaçı iddia tələbləri məhkəmələr tərəfindən təmin olunmamışdır..” dəlillərini əsaslı və inandırıcı olması qənaətinə gəlmiş və hesab etmişdir ki, İddiaçı yetərincə hərracın keçirilməsi ilə bağlı məlumatı olmuşdur. Bundan başqa apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, sözügedən hərrac keçirilərkən iş üzrə iddiaçıya hərracda iştirak etmək üçün bildiriş göndərilmiş, iddiaçı həmin bildirişin almasını öz imzası ilə təsdiq etmişdir. Hərracın keçirilməsi barədə iddiaçı məlumatlı olduğundan həmin hərracın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçı onun mülkiyyətində olan fərdi yaşayış evinə dair hərracın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyindən “xxxx” MMC-nin xx xxx 2018-cı il tarixli, 30/02 saylı hərracın yekunları barədə protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənın etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır. Hərracın keçirilməsi və onun yekunu olaraq ipoteka predmetinin “X1 Azərbaycan” QSC tərəfindən əldə edilməsi prosesində hər-hansı bir qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir. Bundan başqa iddiaçı iddianın faktiki əsaslarından digəri kimi hərrac nəticəsində əmlakın aşağı qiymətə satılmasına istinad etmiş və ipoteka predmetinə yeni ilkin satış qiymətinin müəyyən edilməsini tələb etmişdir. Apelly asiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbinin rədd edilməsi barədə gəldiyi qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarına istinad edərək onunla əsalandırmışdır k, iş materialları ilə müəyyən olunur ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxx 2016-cı il tarixli, 2(044)-2317/2016 saylı qətnaməsində İddiaçı məxsus əmlak 138600 manat məbləğində qiymətləndirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, bunun nəticəsi olaraq qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İcra işinin materiallarından görünür ki, hərrac təşkilatı tərəfındən göndərilmiş bildirişlərdə İddiaçı adı qeyd edılsə də, onun həmin bildirişləri alması barədə heç bir sübut yoxdur. Həmçinin cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Harrac Mərkəzi MMC-yə sorğu verilərək İddiaçı hərracın keçirilməsi ilə bağ lı rəsmi qaydada xəbər verilməsi və həmin məlumatın çatması barədə məhkəməyə məlumat verilməsi tələb olunsa da, sorğuya cavab verilməmişdir. Lakin bütün bu sübutlara baxmayaraq məhkəmə yekunda qanuni olan birinci instansiya məhkəməsinin qətnaməsini formal mülahizələrlə ləğv etmiş və əsaslı iddianı təmin etməmişdir, lakin qətnaməsini əsaslandıra bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən iş ə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər və 416.2 maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bila vasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Hazırki işdə bildirişlərin məhz iddiaçıların ünvanına təqdim edilməsi işin mübahisə olunmayan hallarına aiddir. Bu barədə iş materiallarına poçt qəbzləri əlavə edilmişdir. Ona görə də, kassasiya şikay ətinin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1659/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.