Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2534/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakları ilə, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2018ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə (S.B.Mehrəliyev, iş 2(004)-47/2018) ilkin iddia qis mən təmin edilərək, ilkin iddia üzrə cavabdeh Cavabdeh ASC-dən 7630 manat maddi ziyana, əldən çıxmış faydaya görə 6429,60 manat və ödənilmiş dövlət rüsumumun 3 (üç) manat hissəsi olmaqla cəmi 14062,60 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pulun 20 (iyirmi) manat hissəsinin ilkin iddia üzrə Cavabdeh ASC-dən, 180 (yüz səksən) manat hissəsinin ilkin iddia üzrə İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (X. Ə.Sarıyev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.E.Nağıyeva, iş 2(103)-9866/2018) Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(004)- 47/2018 saylı qətnaməsi əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi, cəmi məbləğ hissələrində dəyişdirilməsi, əldən çıxmış faydanın 4383,6 (dörd min üç yüz səksən üç manat altmış qəpik) manat, cəmi məbləğin 12.016,60 (on iki min on altı manat altmış qəpik) manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə-maddi ziyan, dövlət rüsumu, ekspertiza xərci ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və vəkili kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil2 Nusrət oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, İddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh ASC-yə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən maddi ziyana görə 100000 manat, 4 il ərzində əldən çıxmış faydaya görə 10000 manat və mənəvi ziyana görə 100000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC İddiaçı qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Görədil bağlar massivində cavabdehin istifadəsində olan və sahəsi 0,12 ha təşkil edən 76 B saylı bağ sahəsindən keçən “Cavabdeh “ ASC-yə məxsus hər birinin diametri 1200 mm olan 2 ədəd Ceyranbatan-Maştağa magistral su kəmərinin üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikililərin sökülməsi, ağac və kənd təsərrüfatı bitkilərinin çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman sübutlara düzgün hüquqi qiymət verilməmiş, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, y alnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Aparatının X2 və İstismarı Birliyinin 1 saylı orderinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 144 nömrəli, 29.12.2000-ci il tarixli qərarına əsasən Görədil b ağlar sahəsində 194 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 76 B nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki Araşdırma İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş BM seriyalı, 002547 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Görədil kəndində yerləşən 76 B nömrəli bağ sahəsi (0,12 ha) İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə 23 nömrəli reyestr kitabının 3161-ci səhifəsində 20.04.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakln Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin 17.03.2016-cı il tarixli, **********56 saylı arayışından görünür ki, k eçmiş X2 və İstismarı Birliyinin 29.12.2000-ci il tarixli, 44 nömrəli protokoluna əsasən İddiaçı Binəqədi rayonu, Görədil bağlar sahəsində 194 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 76 B saylı bağ sahəsi ayrılmışdır və 20.04.2001-ci il tarixdə Görədil qəsəbəsi, 76 B saylı bağ evi onun adına xüsusi mülkiyyət kimi keçirilmişdir. İşdə olan Cavabdeh ASC-nin X5 idarəsinin rəisi E.Əliyevin Cəmiyyətin sədrinin tikinti işləri üzrə müavini S.Seyidova ünvanlanmış 12.05.2016-cı il tarixli məktubunun surətindən görünür ki, İddiaçı 2016-cı il fevral ayında olan müraciəti cavablandırılıb və qeyd olunub ki, mülkiyyətində olan torpaq sahəsinə X5 idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və həqiqətən də torpaq sahəsinin hasarın sökülmüş hissəsindən Ceyranbatan-Maştağa 2 əsas (sağ və sol) 1220 mm-lik magistral xətləri keçir. Həmin hasarın magistral xətlərə texniki xidmət və qəza vaxtı yaxınlaşmaq mümkün olmadığına görə hasarı sökmək məcburiyyəti yaranmışdır. İşdə olan Abşeron rayonu, Görədil bələdiyyəsinin 02.08.2016-cı il tarixli arayışından görünür ki, həqiqətən İddiaçı xüsusi mülkiyyətində olan Görədil kəndində yerləşən 76 B nömrəli bağ sahəsində (0.12 ha) mövcud olmuş 12-20 il yaşı olan 54 ədəd (5 ədəd qoz ağacı, 6 ədəd fındıq ağacı, 4 ədəd armud ağacı, 3 ədəd xurma ağacı, 6 ədəd nar ağacı, 4 ədəd gilas ağacı, 5 ədəd feyxoa ağacı, 6 ədəd qaysı ağacı, 6 ədəd üzüm ağacı, 5 ədəd şaftalı ağacı, 4 ədəd alma ağacı) çoxillik bar verən meyvə ağacları, 15 ədəd dekorativ ağaclar Cavabdeh ASC tərəfindən məhv edilmişdir. Bu həmin bağ sahəsindən keçən 2 ədəd 1220 mm-lik Ceyranbat an-Maştağa yeraltı magistral su kəmərinin üzərində olan torpağın üst qatının Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qazılması nəticəsində baş vermişdir. Bununla da, İddiaçı kifayət qədər ziyan dəymişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 24.05.2016-cı il tarixli qərardadı ilə Cavabdeh ASC-nin X9 idarəsi tərəfindən aparılmış söküntü işləri nəticəsində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Görədil qəsəbəsində yerləşən 76B saylı bağ sahəsində (tikililərə, meyvə ağaclarına və dekorativ bitkilərə) vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirlirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İşdən görünür ki, 06.09.2016-cı il ta rixli, 13182/83/84 saylı ekspert rəyi ilə Cavabdeh ASC- nin X9 idarəsi tərəfindən aparılmış söküntü işləri nəticəsində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Görədil qəsəbəsində yerləşən 76 B saylı bağ evinin daş hasarının bir hissəsinin və talvarın sökülməsi nəticəsində dəymiş zərərin bazar qiymətlərinə uyğun olaraq təqribən 3030 manat məbləğində, 02.08.2016-cı il tarixli arayışa əsasən İddiaçı məxsus, Görədil kəndində yerləşən 76B nömrəli bağ sahəsində (0.12 ha) mövcud olmuş 12-20 il yaşı olan 54 ədəd çoxillik bar verən meyvə ağaclarının, 15 ədəd dekorativ ağacların Cavabdeh ASC tərəfindən məhv edildiyi, ağacların orta bazar qiymətilə ümumi dəyərinin təxminən 4600 manat, mövcud olmuş 12-20 il yaşı olan 54 ədəd bar verən meyvə ağaclarından 1 ildə əldə edilməsi ehtimal olunan məhsulun ort a bazar qiymətinin 1071,60 manat olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 02.10.2017-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQ idarəsi tərəfindən verilmiş BM seriyalı, 002547 saylı Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Görədil qəsəbəsində yerləşən 76B saylı bağ sahəsinin Cavabdeh ASC-yə məxsus hər birinin diametri 1200 mm olan 2 ədəd Ceyranbatan- Maştağa magistral su kəmərinin mühafizə zonasına və ya üzərinə düşübdüşməməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İşdə olan 10.04.2018-ci il tarixli, 1474 saylı ekspert rə yinə əsasən Bakı şəhəri, Görədil qəsəbəsində yerləşən 76B saylı bağ sahəsindən keçməsi iddia olunan hər birinin diametri 1200 mm olan 2 ədəd Ceyranbatan-Maştağa magistral su kəmərinə dair razılaşdırılmış və təsdiq edilmiş layihə sənədlərinin və bu boruların hansı təşkilatın mülkiyyətində olması barədə mülki iş materiallarında hər hansı sənədlərin olmadığını, eləcə də həmin sənədlərin ekspertiza tədqiqatına təqdim edilmədiyini, bununla yanaşı tədqiq olunan bağ sahəsinin xüsusi mülkiyyətdə olmasını nəzərə alaraq, həmin bağ sahəsinin mühafizə zonasında yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə ojunur. Azərbaycan Respublik ası Konstitusiyanın 29-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cü maddəsinin 4-cü hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqa sına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 101-ci maddəsinə əsasən torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin t əsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödəməlidir.Vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyə n edilən qaydada ödəyirlər. Zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1 -ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacıdır. Həmin Qanununun 4.1 -ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məh kəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1 -ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əs asən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq qeyd etmişdir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərt mövcuddur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir və belə olan halda vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutla rla Cavabdeh ASC (təmsil etdiyi təşkilatlar və vəzifəli şəxslər) tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosedura riayət edilməsini gözləmədən bağ sahəsi üzərində əmlak və qeyri-əmlak hüquqları olan İddiaçı əmlakını söküntülərə və dağıntılara məruz qoyaraq qanunvericiliyin tələblərini pozması, nəticədə iddiaçıya maddi ziyan vurulması təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, birinci iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, dəymiş ziyanın məbləği ekspert rəyi nəzərə alınmaqla müəyyən edilərək Cavabdeh ASC-dən qazıntı və söküntü işləri nəticəsində vurulmuş 7630 manat real maddi ziyan tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya mə hkəməsi əldən çıxmış faydaya ilə bağlı hissədə düzgün nəticəyə gəlsə də, əldən çıxmış faydanın məbləği 6429,60 manat (1 illik məhsulun dəyəri 1071,60 X 6 il = 6429,60 manat) ilə bağlı hissədə düzgün nəticəyə gəlməmişdir. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə cəlb edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Abşeron X6 X1 sektor müdiri X4 mütəxəsis kimi işə cəlb edilməklə, mübahisəli bağ sahəsinə baxış keçirtdikdən sonra yazılı şərhində qeyd etmişdir ki, 19 oktyabr 2013-ci il tarixdə Abşeron rayonu, Görədil qəsəbəsində yaşayan İddiaçı mxəsus 76B saylı bağ sahəsinə baxış keçirtmişdir. Cavabdeh ASC-nin X9 idarəsi tərəfindən aparılmış söküntü işləri nəticəsində ağac və kol bitkilərinin bir qismi məhv edilmiş, bir qismi isə yararsı z hala düşmüşdür. Ağac və kol bitkiləri tamamilə məhv edilmiş ərazinin sahəsi 250 m2-dir (25 X 10). İddiaçının nümayəndəsi Vəkil2 dediyinə görə bu ərazidə (250 m2) 54 ədəd meyvə, habelə dekorativ ağac və kol bitkiləri olmuşdur. Bağa baxış keçirilərkən tərəfindən aşağıdakı hallar müəyyən edilmişdir. 1 Mövcud bağın orta hissəsində 250 m“ sahədə boş sahə müəyyən edildi. 2Mövcud olan bağ sahəsinin 250 m2 hissəsində əkilən ağaclarının sayının müəyyən edilməsi məqsədilə təkrar sayım işləri aparılmış, bu zaman bitki sıxlığı nəzərə alınmaqla bu sahədə 54 ədəd ağac və kol bitkisinin əkilməsinin mümkün olması müəyyən edilmişdir. Abşeron rayonu üzrə orta statistik məlumatlara əsasən məhsuldarlıq aşağıdakı kimi göstərilmişdir. İ.Qoz ağacı - 6-10 kq; 2.Fındıq ağacı - 6-8 kq; 3.Armud ağacı - 5-8 kq; 4.X urma ağacı - 18-22 kq; 5.Nar ağacı - 8-10 kq; 6.Gilas ağacı - 6-10 kq; 7.Feyxoa ağacı - 8-12 kq; 8.Qaysı ağacı - 6-10 kq; 9.Üzüm tənəyi - 5-8 kq; 10.Şaftalı ağacı - 5-8 kq; 11.Alma ağacı - 6-10 kq. İllər üzrə məhsuldarlıq dəyişə bilər. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi qeyd olunan mütəxəsisin yazılı şərhinə qiymət verərək hesab etmişdir ki, mütəxəsis X4 bilavasitə kənd təsərrüfatı sahəsində X8 X3 Sektorunda işlədiyindən, onun köməklik məqsədilə yazılı şərhi əldən çıxmış faydanın müəyyən edilməsi hissəsində nəzərə alınmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi hissəsində və cəmi məbləğ hissəsində qətnamə dəyişdirilməli, əldən çıxmış fayda 4383,6 manat, cəmi məbləğ 12016,6 manat müəyyən edilmə lidir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ikinci iddia üzrə iddiaçı Cavabdeh ASC tələbinin əsaslandırılması üçün ikinci iddia üzrə cavabdeh tərəfindən mülkiyyətində olan bağ sahəsində aparılmış tikililərin özbaşına tikili olması iddia etsə də, araşdırılmış sübutlarla tam olaraq bunun əksi sübuta yetirilmişdir. Bundan əlavə, iddiaçı Cavabdeh ASC mübahisəli bağ sahəsindən keçən boru kəmərlərinin özünün balansında olduğunu iddia etsə də, iddia tələblərini əsaslandırmaq üçün iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir və məhkəmə araşdırılmaları zamanı məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ikinci iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi nin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. M əhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər, (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi.Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən olmuş olsun.Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabata n və ədalətli olmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 05 noyabr tarixli, 2(103)-9866/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. 2018-ci il
Məhkəmə qərarları › İş №2(102)-2534/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2534/2019
24.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver