Məhkəmə qərarları › İş №2(102)-2538/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-2538/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2538/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlu Cavabdeh1 MMC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)7738/2020 nömrəli, 22 oktyabr 2020-cı il tarixli qətnaməsindən kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: Cavabdeh1 MMC (Vəkil) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümay əndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyətini təsdiq edən sənəd əlavə edilməlidir. Hazırki kassasiya şikayətini “Cavabdeh1 ” MMC-nin direktoru kimi qeyd edilən şəxs imzalasa da, həmin şəxsin MMC-nin qanuni təmsilçisi olmasını, bu barədə müvafiq sənəd əlavə edilmədiyi üçün müəyyən etmək mümkün deyil. Başqa sözlə, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş qaydaya riayət etməmişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan şikayəti kassasiya instansiyasına göndərməklə həmin Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şi kayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 407, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Cavabdeh1 MMC-nin (Vəkil oğlu) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7738/2020 nömrəli, xx.xx.2020-cı il tarixli nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. AZƏRBAYCAN RESPUBLİKASİ ALİ MƏHKƏMƏSİNİN MÜLKİ KOLLEGİYASİ AZ-1025, AZ-1025 Bakı şəhəri, Yusif Səfərov küç, 26, 1193-cü məhəllə Tel: (012) ***-**-** Faks: (012) 493-18-84, www.supremecourt.gov.az ================================================================ “ 18 ” fevral 2021-ci il № 2(102)-2538/2021 “Cavabdeh1 ” MMC Bakı şəhəri,Dərnəgül qəsəbəsi, ev 108 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2 (102)-2538/21 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad 02 vərəq kassasiya şikayəti 03 vərəq 2 nüsxə Ali Məhkəməsinin hakimi Aqil Abbasov “ 18” fevral 2021-ci il № 2(102)-2538/2021 “Cavabdeh1 ” MMC Bakı şəhəri,Dərnəgül qəsəbəsi, ev 108 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2 (102)-2445/21 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: qərardad 02 vərəq kassasiya şikayəti 03 vərəq 2 nüsxə Ali Məhkəməsinin hakimi Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar