Məhkəmə qərarları › İş №2(102)-254/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-254/2022

26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-254/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5965/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus “X5 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC tərəfindən təmir edilmişdir. İddiaçının sifarişi əsasında cavabdehin tərtib etdiyi 20.11.2018ci il tarixli iş kartında göstərilən xidmətlər, istifadə olunan ehtiyyat hissələri, xidmət haqqı və s. məlumatlar qeyd olunmuşdur.

2. İddiaçı bildirir ki, cavabdeh, avtomobili düzgün təmir etmədiyinə görə maşının mühərriki yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar avtomobili yenidən təmir üçün cavabdehə təhvil vermiş, lakin cavabdeh avtomobili 07.12.2020-ci ilədək özündə saxlasa da, onu təmir etməmiş və maşını mühərrik olmadan ona qaytarmışdır. Cavabdehin bu hərəkətləri nəticəsində düşdüyü zərərin əvəzini tələb edir.

3. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, nəqliyyat vasitəsinin onun təqsirindən qeyri-işlək vəziyyətdə olması və bununla bağlı iddiaçının maddi zərərə uğraması sübuta yetmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə İddiaçı tərəfindən ödənilən 1.011 manat, maddi zərərin əvəzi kimi 10.000 manat, 5000 manat mənəvi ziyan, əldən çıxmış fayda kimi 01.05.2019-cu il tarixdən bu günə qədər aylıq 1550 manat, ümumi olaraq 31.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, habelə “X5 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin cavabdehin vəsaiti hesabına təmir edilməsi və mühərrikin işlək vəziyy ətdə Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, “X5 5 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Avtomobilinin yağ nasosunda nasazlıq olduğu üçün təmir etmək məqsədi ilə cavabdehin göstərdiyi xidmətlərdən istifadə etmişdir. Cavabdeh müəssisə avtomobilin təmir olunduğunu bildirərək ona 20.11.2018- il tarixli arayış təqdim etmişdir. Həmin arayışda qeyd olunur ki, guya avtomobilin уağ nasosu, kalenval şaybası, mühərrik yağı, hava filteri, antifrizi, transmissiya yağı, şpill perexodniki dəyişdirilmişdir. Lakin avtomobil mənə təhvil verildikdən sonra mühərrik sistemində problemlər yaranmış və mühərrik yararsız vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hər əkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh avtomobilin yağ nasosunu və digər ehtiyat hissələrini düzgün təmir etmədiyinə görə mühərrik yararsız vəziyyətə salınmışdır. Avtomobili yenidən onlara təqdim edərək təmir etmələrini və zərəri ödəməklərini tələb etdi. Lakin 07.12.2020-c tarixə qədər avtomobil təmir edilməmiş və ona təqdim olunmamışdır. Artıq 2018-ci noyabr ayından 07.12.2020-ci il tarixə qədər avtomobil servisdə saxlanılmış və təmir edilmədən ona iş materialına əlavə olunmuş 07.12.2020-ci il tarixli təhvil-təslim aktından da göründüyü kimi mühərriksiz olaraq təqdim edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. 20.11.2018-ci il tarixli arayışdan görünür ki, o cavabdehə avtomobil təmiri üçün 1011 manat məbləğində pul ödəmişdir. İddia ərizəsinə əlavə olunmuş 09.10.2019-cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, mübahisəli avtomobilin mühərrikinin təmir xərci 10 000 manat dəyərindədir. Hesab edir ki, 1011 manat pul məbləği ona qaytarılmalı və maddi ziyan əvəzi olaraq 10 000 manat pul cavabdehdən tutulmalıdır. Bundan əlavə olaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin təqsirinə görə o aylardır öz mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, mülkiyyətindəki əmlakdan məhrum olmuşdur. Bu isə növbəsində onun əsəb sarsıntısı keçirməyinə əsas olmuşdur. Ona görə də hesab edir ki, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Ertrans" MMC ilə İddiaçı arasında 01.05.2019-cu il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı mübahisəli nəqliyyat vasitəsinə dair "xxxx" MMC-yə xidmət göstərməli idi. "xxxx" MMC isə bu xidmətlərin qarşılığında iddiaçıya hər ay 1550 manat məbləğində pul ödəməli idi. Lakin cavabdeh nəqliyyat vasitəsini iddiaçıya təhvil vermədiyinə görə həmin müqavilə icra edilməmiş, iddiaçı aylıq 1550 manat məbləğində pulu ala bilməmişdir. Ona görə də hesab edir ki, cavabdehdən əldən çıxmış fayda olaraq aylıq 1550 manat yəni 31.000 (otuz bir min) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir və bu müqavilə davamedici xarakter daşıyır. Belə ki, avtomobil ona təmir edilmədən təhvil verildiyini əsas gətirərək müqavilənin müddətinin bitdiyi tarixə qədər aylıq 1550 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Bundan başqa, mülkiyyətində olan “X5 5 minik" markalı 99 EH 33 dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki də təmir olunmuş və işlək vəziyyətdə Cavabdeh MMC-dən alınaraq İddiaçı qaytarılmalıdır.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsinə qoşulmuş İnşaat Servisez MMC-nin iş kartı vardır. Həmin kartda qeyd olunur ki, görülən işlərə zəmanət verilmir. Çünki ehtiyyat hissələrini müştəri kənardan alıb gətirmişdir. İddiaçıya dəfələrlə deyilməsinə baxmayaraq avtomobili gəlib götürməmişdir.

7. Ba kı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 30 mart 2021-ci il tarixli, 2(009)-496/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilərək iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə Mülki Məcəllənin 21-ci, 1096-cı və 1097-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iddia təmin olunmamalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməy i və ya etməməyi tələb etməyə imkan verir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) 04 avqust 2021-ci il tarixli, 2(103)-5965/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh avtomobilin mühərrikinin yararsız hala düşməsinin məhz iddiaçının servisə təqdim etdiyi ehtiyat hissələrinin səbəb olduğunu bildirmişdir. Avtomobilin ehtiyat hissələri elə bir quruluşa malikdir ki, onlar yalnız zavod tərəfindən istehsal olunur. Əgər iddiaçının təqdim etdiyi ehtiyat hissələrində hər hansı çatışmazlıq olsaydı, nə avtomobili təmir edən servis işçisi ehtiyat hissələrini mühərrikə yerləşdirə bilməzdi, nə də ki mühərrik işə düşməzdi. İş materiallarında avtomobilin mühərrikinin məhz ehtiyat hissələrinin guya keyfiyyətsiz olması səbəbindən yararsız hala düşdüyü barədə heç bir mötəbər sübut yoxdur. Avtomobilin mühərrikinin yararsız hala düşməsi məhz cavabdeh MMC-nin öhdəliklərin icr asına vicdansızcasına yanaşması nəticəsində yaranmışdır. Belə olan halda, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, təmir etdirilməsi üçün servisə təqdim olunmuş avtomobili yararsız hala salmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək qeyd etmişdir ki, iddiaçının sübutları heç biri güvənli hesab edilə bilməz. İddiaçı nəqliyyat vasitəsinin Cavabdeh MMC-nin təqsiri səbəbi ilə qeyri-işlək vəziyyətdə olması və bununla bağlı maddi zərərə uğraması ilə bağlı hər hana bir əsaslı dəlil mövcud deyil. Çünki iddiaçı ** EH *** dövlət qeydiyyat nişanlı, “X5 5 minik” markalı nəqliyyat vasitəsini təmirə artıq nasaz vəziyyətdə gətirmişdir. İddiaçıya kənardan gətirilən ehtiyat hissəsi üçün hər hansı bir zəmanətin verilməməs i xəbərdarlıq edilmişdir və yazılı iş kartında bildirilimişdir. İddiaçı özü ilə gətirilmiş ehtiyat hissələri ilə əvəz olunmasını istəmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi (iddia ərizəsinə əlavə etdiyi) iş kartında göstərilən xidmətlər və zəmanətin olmaması öz əksini tapmışdır. Zəmanətin verilməməsi belə əsaslanmışdır ki, iddiaçı mühərrikin təmiri üçün ehtiyat hissələrini özü ilə kənardan gətirmişdir. Bu barədə məhkəmədə şahid dindirilmişdir və bu halı təsdiq etmişdir. Bundan əlavə iddiaçıya təqdim edilmiş iş kartında qeyd olunub ki, nəqliyyat vasitəsi 20.1l.2018-ci il tarixdə təhvil verilib. Bir müddət keçdikdən sonra ** EH *** dövlət qeydiyyat nişanlı, “X5 5 minik” markalı nəqliyyat vasitəsi yenidən servisə təmir üçün təqdim edilib. İddiaçıya cavabdeh tərəfindən bildirilib ki, mühərr iki yenidən təmir etmək üçün cavabdehin Xidmət mərkəzindən orijinal ehtiyat hissələri ala bilər və ona müvafiq zəmanət verilə bilər (yeni təmir üçün). İddiaçı bu təklifdən imtina edərək, nəqliyyat vasitəsini cavabdehin göstərdiyi Xidmət mərkəzindən müəyyən müddət ərzində geri götürməmişdir. Nəqliyyat vasitəsi iddiaçı tərəfindən 07.12.2020-ci ildə təmir olunmadan təhvil alınmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

18. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtər əfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

23. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddianın hüquqi əsaslarını düzgün şəkildə araşdırmadan qərar qəbul etmişlər.

29. Məlum olduğu kimi hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə b ildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

30. Tərəflərin bildirdikləri faktiki hallara uyğun gələn qanuni əsaslar yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn öhdəliklər (məsələn, podrat müqaviləsi üzrə sifarişçinin zərərinin ödənilməsi), habelə müqaviləyə bənzər öhdəliklər (məsələn, özgə işlərini tapşırıqsız aparma), sonra əşya hüqu qundan irəli gələn öhdəliklər (məsələn, əşyanın özgəsinin qanunsuz sahibliyindən qaytarılması), daha sonra isə qanundan irəli gələn öhdəliklər (məsələn, əsassız varlanma, mülki hüquq pozuntusu) nəzərdən keçirilə bilər.

31. Mülki Məcəllənin 386.1-ci maddəsində (§ 16) sadalanan bu əsaslardan hər hansı biri üzrə tapılan maddi hüquq normasının dispozisiya şərtləri ilə iddiaçının bildirdikləri uyğunluq təşkil edirsə, habelə cavabdehin etirazına və ya müdafiə vasitəsinə görə aradan qalxmırsa iddia təmin olunur.

32. Hazırkı işdə məhkəmələr iddianın hüquqi əsası kimi qanundan irəli gələn öhdəliyi - mülki hüquq pozuntusunu nəzərdən keçirmiş, iddiaçının deliktin şərtlərini sübuta yetirə bilmədiyi qənaətinə gələrək iddianı rədd etmişlər.

33. Bununla belə, məhkəmələr tələbin digər qanuni əsaslarını yo xlamamış, həmin əsaslara görə iddia tələbinin haqlı olub-olmadığına qiymət verməmişlər.

34. Halbuki, işin müəyyən edilmiş faktiki halları nəzərə alındıqda ilk növbədə yoxlanılmalı olan əsas tərəflər arasında müqavilə münasibətinin olub-olmaması, cavabdehin müqavilədən irəli gələn öhdəliklər üzrə iddiaçı qarşısında məsuliyyət daşıyıb-daşımamasıdır.

35. Belə ki, tərəflərin avtomobil təmirinə dair xidmət barədə razılaşmaları, bu razılıq çərçivəsində iddiaçının özünə məxsus avtomobili təmir olunması üçün cavabdehə təhvil verməsi, cavabdeh tərəfindən maşının bir neçə ehtiyyat hissəsi üzrə təmir işi görməsi və əşyanı iddiaçıya qaytarması, bundan sonra mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobilin yenidən cavabdehə təqdim olunması, nəticədə isə nəqliyyat vasitəsinin mühərriksiz iddiaçıya qay tarılması işin mübahisə olunmayan hallarıdır.

36. İddiaçı məhz bu münasibətlər çərçivəsində cavabdehin ona maddi zərər vurduğunu iddia edir. Cavabdeh isə maşında yaranan nasazlıqda özünün təqsirinin olmadığını bildirir.

37. Məlum olduğu kimi, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (§ 17-18).

38. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən iddiaçı ilə cavabdeh arasında etibarlı bir müqavilə bağlanıb -bağlanmadığı, əgər müqavilə bağlanmışsa hansı əqd üzrə tərəflər üçün hansı öhdəliklərinin əmələ gəlməsi, bu öhdəliklərin yerinə yetirilib-yetirilməməsi, o cümlədən cavabdehin göstərdiyi xidmətdə qüsur olub-olmaması, cavabdehin hərəkəti (və ya hərəkətsizliyi) ilə maşının mühərrikinin yararsız vəziyyətə düşməsi arasında səbəbli əlaqə, bu məsələdə cavabdehin təqsiri və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallar tam və hərtərəfli şəkildə araşdırılmalıdır.

39. Bunun üçün tərəflərin bildirdikləri faktiki hallar üzrə işin mübahisəsiz və mübahisəli halları aydınlaşdırılmalı, mübahisəli halları sübut etmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü müəyyənləşdirilməli (§ 20), onlara dair təqdim olunan sübutlar yoxlanılmalı, tərəflərin vəsatəti əsasında zəruri olduqda mütəxəssis və ya ekspert rəyləri alınmalı (§ 21, 23), toplanmış sübutlar hüquq normalarına uyğun qiymətləndirilməklə (§ 22), cavabdehin iddiaçı qarşısında müqavilədən (və ya digər əsasdan) irəli gələn öhdəliyinin olub-olmamasına yekun hüquqi qiymət verilməlidir.

40. Hazırkı işdə apellyasiya məhkəməsi yuxarıda göstərilən maddi hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 19, 24). Bu da iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.

41. Ona görə də qətnamə ləğv edilməli, göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılma sı və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5965/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar