Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2540/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar "xxxx" Məsud Məsuliyyətli Cəmiyyəti və İddiaçı2 Abadulla oğlunun cavabdeh ünvan 8ntoruna, Cavabdeh2 ASC-yə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə (Səbail Rayon İcra Şöbəsi üçüncü şəxs qismində qeyd olunan) QƏRARİ Açar sözlər: ( icra qeydinin, qeydin nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyündə olan mənzilin azad edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlə r Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC və İddiaçı2 Abadulla oğlu - cavabdehlər ünvan 8ntoruna, Cavabdeh2 ASC-yə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Səbail Rayon İcra Şöbəsi üçüncü şəxs qismində qeyd olunan) “icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyündə olan mənzilin azad edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)8852/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 Aç ıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli 24 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial inkişafı dövlət proqramına (2004-2008-ci il)“ uyğun olaraq yeni istehsal sahələri və iş yerləri yaratmaq məqsədi ilə "xxxx" MMC Ağstafa RİH başçısının 20.05.2005-ci il tarixli 93 nömrəli sərəncamına əsasən X6 Zavodunun tikintisinə başlamış və 25.12.2005-ci il tarixdə tikinti işlərini başa çatdıraraq, Moskva şəhərində yerləşən "xxxx" MMC-dən, Odessa mexaniki zavodundan, Türkiyədən və Bakı şəhərində yerləşən müxtəlif firmalardan yeni texnoloji avadanlıqlar alaraq q uraşdırılmışdır. "xxxx" MMC X2rulmasında təsisçinin təsisçi payı və "xxxx" ASC-nin kreditindən istifadə etmişdir. 2. "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 02.11.2005-ci il tarixli, 05 USD nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı2 12 (on iki) ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla 78.000 ABŞ dolları və əlavə razılaşmalara əsasən 15.11.2006-cı ildə 30.000 manat, 24.11.2006-cı ildə 20.000 manat, 13.12.2006-cı ildə 25.000 manat, 13.02.2007-ci ildə 25.000 manat, 21.05.2007-ci ildə 35.000 manat kredit verilmişdir.
2. Azərdəmiryolbank” ASC ilə İddiaçı2 arasında bağlanmış 02.11.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankla "xxxx" MMC arasında bağlanmış «02» noyabr 2005ci il tarixli, 05 USD saylı Kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclu İddiaçı2 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. 3. "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış 15.11.2007-ci il tarixli, 82/2-SKMF nömrəli kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 36 (otuz altı) ay müddətinə 100 000 (bir yüz min) manat məbləğində kredit verilmişdir. 4. “Gəncəbank” X3 ilə "xxxx" MMC-nin rəhbəri İddiaçı2 arasında bağlanmış 11.09.2007-ci il tarixli 249 nömrəli kredit müqaviləsinə əsasən “Gəncəbank” X3 İddiaçı2 24 (iyirmi dörd) aylıq güzəştlə, 60 (altmış) ay müddətinə 100000 (yüz min) manat pulu 11.09.2012-ci il tarixədək illik 7 (yeddi) faiz ödənilməklə heyvandarlığın ink işafı məqsədilə kreditə vermişdir.
5. Bakı şəhəri, 46 saylı Dövlət Notariat Kontorunun 21 may 2011-ci il tarixli icra qeydinə əsasən İddiaçı2 Abadulla oğluna məxsus ünvan 2 ünvanda yerləşən əmlaka tutma yönəldilmişdir. 6. “Daşınar və Daşınmaz Əmlakların satışı X5” MMC-nin 25.09.2013-cü il tarixli, 78/03 nömrəli hərracın yekunları barədə protokoluna əsasən ünvan 8ntoru tərəfindən verilmiş 7E/9735 saylı, 21.05.2011- ci il tarixli icra qeydinə, Səbail rayon İcra şöbəsinin 04.04.2013-cü il tarixli sifariş məktubunu, Cavabdeh2 ASC-nin 05-PKİD/3714 saylı, 30.08.2013-cü il tarixli məktubunun icrasına əsasən borclu İddiaçı2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 114750 (yüz on dörd min yeddi yüz əlli) manata Cavabdeh2 ASC-yə satılmışdır.
7. Bakı şəhəri, Səbail Rayon Məhkəməsini n 11.07.2019-cu il tarixli qərardadına əsasən iddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 Abadulla oğlunun - cavabdehlər ünvan 8ntoruna, Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı (Səbail Rayon İcra Şöbəsi 3-cü şəxs qismində qeyd olunan) “icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək 30 iyun 2008-ci il tarixdən sonra ödənilmiş pul məbləğinin əsas borca hesablanması, hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyündə olan mənzilin azad edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələblərinə dair mülki iş üzrə iddia tələbinin “icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək, 30 iyun 2008-ci il tarixdən sonra ödənilmiş pul məbləğinin əsas borca hesablanması” hissəsinə xitam verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03.09.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.07.2019-cu il tarixli, 2(009)-101/2019 saylı qərardadı ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19.11.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03.09.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 10. "xxxx" MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 21.10.2020-ci il tarixli 335 nömrəli məktubdan görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayı ş massivi döngə 2, 58 a saylı evin qiymətləndirilməsi barədə tərtib olunmuş sənədlərin üzərindən uzun müddət keçdiyi üçün təqdim edilməsi mümkünsüzdür.
11. Daşınar və Daşınmaz Əmlakların satışı X5 MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 18.05.2021-ci il tarixli 865 nömrəli məktubdan görünür ki, İddiaçı2 Abadulla oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 2-ci döngə, 58a saylı evin icra sənədi üzrə keçirilən hərraclarla bağlı tələb olunan sənədlərin təqdim edilməsi uzun müddət keçdiyindən mümkünsüzdür.
12. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № 294264 saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əs asən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi döngə 2, 58 a saylı ev 27.11.2013-cü il tarixdən "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 245 №li reyestr kitabının 27753 №li vərəqində qeydiyyata alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin 19 sentyabr 2013-cü il tarixli 2-1 inz(103)1387/2013 saylı qərardadından görünür ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 25 iyul 2013-cü il tarixli 2-1(81)-2842/2013 nömrəli qərardadı ləğv edilərək İddiaçı2 «Müvəqqəti xarakterli müdafiə tədbiri» barədə ərizəsinin təmin edilməsi, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC və Səbail rayon İcra Şöbəsi tərəfindən satılmasının dayandırılması qərara alınmışdır. 14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2-1(81)981/2014 nömrəli qərarından görünür ki, iddiaçılar "xxxx" MMC və İddiaçı2 05 iyul 2013-cü ildə cavabdeh ünvan 8ntoruna, üçüncü şəxslər Cavabdeh2 ASC və "xxxx" MMC-yə qarşı 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini ləğv edərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi kredit məbləğinin əsas borca hesablanması barədə iddia tələbi rədd edilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 04 noyabr 2014-cü il tarixli 2-1(103)-1224/2014 nömrəli qərardadı ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 981/2014 nömrəli, 27 mart 2014-cü il tarixli qərarı ləğv edilmiş və iddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 cavabdehlər ləğv proses ində olan Cavabdeh2 ASC, ünvan 8ntoru və "xxxx" MMC-yə qarşı 21 may 2011-ci il tarixli icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini ləğv edərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmamışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 iyun 2015-ci il tarixli, 2-1(102)648/2015 saylı qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1224/2014 saylı, 04 noyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
17. Səbail Rayon Məhkəməsinin 8(009)-1000/2014 saylı «icra icraatına xitam verilməsinə dair» 30 iyun 2014-cü il tar ixli qərardadından görünür ki, Səbail rayon İcra Şöbəsinin icra məmuru H.Hüseynlinin Bakı şəhəri, 46 saylı Dövlət Notariat Kontorunun 21.05.2011-ci il tarixli 7E/9735 saylı icra sənədi üzrə başlanmış icra icraatına xitam veriləsinə dair təqdimatı təmin edilərək icra icraatına xitam verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçılar "xxxx" MMC və İddiaçı2 Abadulla oğlu - cavabdehlər ünvan 8ntoruna, Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı (Səbail Rayon İcra Şöbəsi üçüncü şəxs qismində qeyd olunan) “icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyündə olan m ənzilin azad edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini ləğv edərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, kreditlər üzrə "xxxx" MMC tərəfindən hazıradək "xxxx" ASC-yə 275051,54 manat pul vəsaiti ödənilmişdir. Müəssisə istehsal gücündən istifadənin yaxşılaşdırılması məqsədi ilə süd toplama məntəqələrində süd soyutma avadanlıqlarının alınması üçün 22.02.2008-ci il tarixli, 08 saylı müqavilə üzrə bütün öhdəlikləri vax tında yerinə yetirsə də, həmin avadanlıqların Bakıya gətirilərək Türkiyəyə qaytarılması və yenidən "xxxx" ASC-nin köməkliyi ilə 02.06.2008-ci il tarixli, 061M saylı müqavilə əsasında avqust ayında gətirilməsi mümkün olduğundan yay dövründə böyük çətinliklərlə üzləşərək külli miqdarda zərər dəymişdir.
20. Həmçinin, Ağstafa rayonunda güclü sel axını 2009-cu ildə zavodun bir çox avadanlıqlarının sıradan çıxarmasına səbəb olmuşdur ki, bunun da bərpası və yeniləşməsi müəyyən çətinliklərə gətirib çıxarmışdır.
21. Bütün bunlar kredit öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yaratmış və 30 iyun 2008-ci ildən 16.02.2009-cu ilədək 82/2-8 KMF saylı müqavilənin şərtlərini pozaraq heç bir ödəniş etməmişdir. 22. 2009-cu il üzrə həmin müqavilə öhdəliyinə görə "xxxx" MMC 44417 manat ödəməli olması na baxmayaraq, cəmi 16555,44 manat ödəmişdir. Banka ödənilmiş məbləğlərin çox hissəsi faizə və ya cəriməyə hesablanmışdır. Belə ki, ödənilmiş məbləğ düşünülmüş şəkildə əsas borca hesablanmamışdır. Bankdan 78.000 ABŞ dolları və cəmi 235.000 manat pul vəsaiti götürülmüşdür. Bundan 78.000 ABŞ dolları borc tam şəkildə ödənilmiş və borc bağlanılmışdır. Bundan əlavə 275051,54 manat pul vəsaitinin banka ödənilməsinə baxmayaraq, əsas borca 90.000 manat faizə və cəriməyə görə 105 236.55 manat qanunsuz olaraq hesablanmışdır.
23. Yuxarıda qeyd edilən qanunsuz hesablanmış faizlərin, cərimələrin və 30 iyun 2008-ci ildə məlum vəziyyət ilə əlaqədar müqavilə öhdəliklərini pozmağından sonra yaranmışdır.
24. Qeyd etdikləri bank tərəfindən təqdim olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bili diriş və xəbərdarlıqlarda öz əksini tapmışdır. Notariat orqanına təqdim edilən sənədlər də bank tərəfindən düzgün tərtib edilməmişdir. Bunu etməklə yuxarıda qeyd edilən əlavə faiz və cərimələrin yaranmasına səbəb olmuşdur.
25. Eyni zamanda notariat orqanı “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq 21 may 2011-ci il tarixli icra qeydi aparmışdır. Belə ki, 30 iyun 2008-ci il tarixdən bankın tələb hüququ yarandığından, "xxxx" MMC isə müəssisə olduğundan icra qeydi bir il müddətində aparılmalı idi. Həmçinin 21 may 2011-ci il tarixli icra qeydinin məzmununda ödənilməli olan məbləğ, çatası faiz və peniyalar qanunvericiliyin tələblərinə zidd olaraq göstərilməmişdir. Bu səbəbdən də, 21 may 2011-ci il tarixli icra qeydi ləğv edilməlidir.
27. İcra qeydinin icrası ilə əlaqədar Səbail rayon İcra şöbəsinin qərarı əsasında qiymətləndirmə dəvət edilmiş və ona məxsus mübahisəli mənizilin ilkin qiyməti 180000 manat müəyyən olunmuşdur. Ona məxsus mənzilin qiyməti öz dəyərindən çox aşağı müəyyən edilərək satılması üçün Daşınar və Daşınmaz Əmlakların Satışı X5 MMC-yə icra şöbəsi tərəfindən göndərilmişdir.
28. İddiaçı2 Abadulla oğlu məhkəməyə vəsatətlə müraciət edərək, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.
29. Birinci instansiya məhkəməsində iddiaçıların nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin ləğv edilərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul m əbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının etibarsız hesab edilərək, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış mənzilinin ipoteka yüklülüyündən azad edib, mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Daha sonra iddiaçıların nümayəndəsi iddia tələbi həcminin artırılması barədə növbəti ərizə təqdim edərək 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin, bunun nəticəsində aparılmış bütün icra tədbirlərini etibarsız və ləğv edilərək 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması, eyni zamanda hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilərək, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış mənzilinin ipoteka yüklülüyündən azad edib, mülkiy yət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə baxışı dövründə iddiaçıların nümayəndəsi iddia tələbi həcminin artırılması barədə növbəti ərizə təqdim edərək 21 may 2011-ci il tarixli icra qeydini, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərini etibarsız və ləğv edərək, həmçinin Cavabdeh2 ASC-nin mülkiyyətinə verilmiş çıxarışın ləğv olunaraq, eyni zamanda hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilərək, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış mənzilinin ipoteka yüklüyündən azad edib, mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh, ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişd ir ki, icra qeydinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması məsələləri “İcra haqqında” qanunun 9-cu maddəsi ilə tənzimlənir. Belə ki, icra qanunvericiliyin tələblərinə uyğun olmadığı təqdirdə icra məmuru icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir. İcra sənədinin qaytarılması haqqında qərarda onun qaytarılması əsasları göstərilir. İcra məmuru icra sənədini vermiş məhkəməyə və ya digər orqana yol verilmiş pozuntular barədə məlumat verir. Yol verilmiş pozuntular üç gün müddətində aradan qaldırıldıqdan sonra müvafiq orqan tərəfindən icra məmuruna göndərilir.
33. Lakin, məlum olduğu kimi Bank tərəfindən notariat işinə bütün zəruri sənədlər (maliyyə arayışı və digər zəruri məlumatlar) əlavə olunduğundan icra məmuru həmin halı pozuntu kimi təfsir etməmiş və icraata başlamaq haqqında qərar qəbul edərək bununla digər zəruri hərəkətlərin icrasına başlamışdır. İstinad olunan qanunun 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarın surətini onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş orqana göndərir. İcra sənədi ilə bağlı tərəflərin hər hansı bir iradı olduğu təqdirdə onların 10 müddətində həmin qərardan onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət vermə hüququ vardır. Lakin iddiaçı həmin hüquqdan istifadə etməmiş və nəzərdə tutulan prosessual müddəti buraxmışdır.
34. Bununla yanaşı iddiaçılar, hərrac protokolunu n da etibarsızlığını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətləri ötürmüşlər. Azərbaycan Respublikasınnı Mülki Məcəlləsinin 415.5- ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, 2013-cü ildə imzalanmış və icra olunmuş hərrac protokollarının etibarsızlığı barədə iddia məhkəmədə 2017-ci ildə qaldırılmışdır. Digər tərəfdən tələb predmetlərindən biri olan, iddiaçıların 30 iyun 2008-ci il tarixdən sonra ödədiyi 275051,54 manat pul məbləğinin əsas borca hesablanması tələbi də qəbul edilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Göründüyü kimi bank ödənilən borcun silinməsini qanunvericiliyin tələb etdiyi qaydada aparmışdır. İddiaçıların digər tələb predmetləri kimi bu tələbin də heç bir hüquqi əsası yoxdur.
35. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinə digər etiraz təqdim edərək göstərmişdir ki, ilk öncə iddiaçının hərrac protokolları nın etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinə dair onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir.
36. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə b ilər. İşin faktiki hallarından da məlum olduğu kimi mübahisə edilən əmlakın hərracı 25.09.2013-cü il tarixdə həyata keçirilmişdir. Yəni, tərəf məhkəməyə iddia verilməsi üçün tətbiq edilən müddətini ötürmüşdür.
37. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22.10.2020-ci il tarixli, 2(009)-41/2020 nömrəli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
38. Məhkəmə Ekspertiza Mərkəzinin 08 fevral 2021-ci il tarixli, 9/5126 nömrəli rəyinə əsasən "xxxx" MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 15 noyabr 2007-ci il tarixli, 82/2-SKMF nömrəli kredit müqaviləsinin şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 21.05.2011-ci il tarixə (əsas borca illik 7% dərəcəsi ilə hesablanmaqla) Cavabdeh2 ASC-yə olan borcu 136.676,63 manat məbləğində m üəyyən olunur, o cümlədən - əsas borcu 78.847,26 manat, faiz borcu - 10.919,13 manat, cərimə borcu 46.910,24 manat müəyyən edilmişdir.
39. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27.05.2021-cu il tarixli, 2(009)-13/2021 nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, İddiaçı2 Abadulla oğluna məxsus ünvan 7 ünvanda yerləşən əmlaka tutmanın yönəldilməsi ilə bağlı ünvan 8ntorunun 21 may 2011-ci il tarixli icra qeydin ləğv edilməsi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC tərəfindən keçirilmiş 25 sentyabr 2013-cü il tarixli 78/03 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi döngə 2, 58 a saylı evin 27.11.2013-cü il tarixdən "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestr ində 245 №li reyestr kitabının 27753 №li vərəqində qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № 294264 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsi, iddia qalan hissələrdə təmin edilməməsi, məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan 350 (üç yüz əlli) manatın 150 (bir yüz əlli) manat hissəsi iddiaçılar "xxxx" MMC-dən və İddiaçı2 Abadulla oğlundan müştərək qaydada, 200 (iki yüz) manat hissəsinin cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 (yetmiş beş) manat hissəsinin iddiaçılar "xxxx" MMC-dən və İddiaçı2 Abadulla oğlundan müştərək qaydada, 75 (yetmiş beş) manat hissəsinin cavabdeh LPO Cavabdeh2 ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
40. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 30 iyun 2008-ci il tarixdən bankın tələb hüququ yarandığından, "xxxx" MMC isə müəssisə elan olunduğundan icra qeydi bir il müddətində aparılmalı olduğu halda notariat orqanı “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq 21 may 2011-ci il tarixli icra qeydi aparmış, icra qeydinin məzmununda ödəniləsi məbləğ, çatası faiz və peniyalar qanunvericiliyin tələblərinə zidd olaraq göstərilməmiş, fərdi yaşayış evinin “Daşınar və Daşınmaz Əmlakların satışı X5” MMC və Səbail rayon İcra şöbəsi tərəfindən satılması dayandırılaraq qadağan edilməsinə baxmayaraq, 25 sentyabr 2013-cü il tarixdə, saat 10:25-də mülkiyyətçinin və ailə üzvlərinin xəbəri olmadan (17.07.2017-ci il tarixinədək) keçirilmiş hərrac, onun yekunları barədə tərtib edilən 78/03 saylı protokol, beləliklə də, mübahisəli əmlakın 114750 manat dəyərində qiymətləndirilməklə Cavabdeh2 ASC-nin mülkiyyətinə keçirilməsi qanunsuz olmuşdur.
41. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 415.5, 432.4, 375.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
42. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığor talanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
43. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8852/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi) Q.Əsgərov, V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(009)-13/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 04 noyabr 2014-cü il tarixli 2-1(103)-1224/2014 nömrəli qərardadı və Azərbay can Respublikasının Ali Məhkəməsinin 09 iyun 2015-ci il tarixli, 21(102)-648/2015 saylı qərarından görünür ki, “İnzibati icraat haqqında” Qanunun müvafiq olaraq 20.1 və 20.2-ci maddələrinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur.
45. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçılar inzibati orqan olan notariat orqanına qarşı inzibati qanunvericilklə müəyyən edilmiş müddətdə şikayət verməyərək iddia il ə məhkəməyə müraciət edərkən də yenə qanunla müəyyən edilmiş müddəti ötürdüyündən onların iddiası mümkünsüz sayılmışdır.
46. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olmadığı üçün, başqa sözlə, cavabdeh tərəfin istinad etdiyi inzibati kollegiyanın qərarları hazırki işin icraatına xitam verilməsinə əsas deyildir. 30 iyun 2008-ci il tarixdən bankın tələb hüququ yarandıgından, "xxxx" MMC isə müəssisə elan oldugundan icra qeydinin bir il müddətində aparılmalı olduğu halda notariat orqanı “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərini pozaraq 21 may 2011-ci il tarixdə icra qeydi aparmış, icra qeydində "xxxx" MMC-nin borcu haqqında heç bir məlumat əks edilməmiş, məzmununda ödəniləsi məbləğ, çatası faiz və peniyalar qanunvericiliyin tələblərinə zidd olaraq göstərilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini və ya yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Ceyrançöl” MMC ilə "xxxx" ASC arasında 15.11.2007-ci il tarixli müqavilə imzalanmışdır. Tərəfə illik 7% olmaqla, 36 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqavi ləsinin şərtlərinə görə kreditdən istifadənin müddəti 15.11.2010-cu il tarixində, qanunun tələbinə görə verilmiş bir il müddət isə müqavilənin bitdiyi tarixdən bir il sonra 15.11.2011-ci il tarixində bitir. Notarius isə icra qeydini 21 may 2011-ci il tarixində aparmışdır. Mülki Məcəllənin 445.2.1- ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bankın cavabdehə qarşı tələb hüququ müqavilənin müddətinin bitdiyi tarixdən yəni, 15.11.2010-cu ildən yaranmışdır ki, Bank da bu hüququndan istifadə etmişdir. Bundan başqa "xxxx" MMC 21.05.2011-ci il tarixli icra Qeydinin mövcudluğundan xəbərdar olmuşdur. Belə ki, tutma yönəldilməsi barədə bildiriş notarius tərəfindən tərəfə göndərilmişdir. Tərəf icra qeydi barədə məlumatlı olmasına baxmayaraq icra qeydinə etiraz verməmişdir. Həmin icra qeydi üzrə Səbail rayon İcra şöbəsi tərəfindən 10.09.2012-ci il tarixli qərar qəbul edilərək icra icraatı başlanılmış, hərrac 2013-cü il tarixində keçirilmişdir. Həmin ildə də iddiaçı tərəf inzibati məhkəməyə müraciət edərək icra qeydini mübahisələndirmiş, daha sonra “hərracın keçirilməsinin dayandırılması" üçün 2013-cü ilin iyul ayında “müvəqqəti xarakterli müdafiə barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, "xxxx" MMC artıq 2013-cü ildən hərrac barədə məlumatlı idi. Lakin hərracın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı ərizə ilə 2018-ci ii tarixində məhkəməyə müraciət etmişdir. O, 5 il ərzində məlumatlı olduğu halda öz hüquqlarından istifadə etməmişdir. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllə
50. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
51. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun
52. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
53. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet say tında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
54. Maddə 43.1.1. Hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.
55. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
56. Maddə 43.8. İp oteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
57. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
61. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Kassasiya baxışının hədləri
62. Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Həmin Məcə llənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmır.
66. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 67. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.”
68. Kollegiya hesab edir ki, qətnamə qanunun və Plenumun göstərişlərinə əməl edilmədən çıxarıldığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
69. İş materiallarından görünür ki, iddiaçı icra qeydinin və onun nəticəsi olaraq bütün icra tədbirlərinin ləğv edilməsi və s. tələblə hazırkı işdən əvvəl inzibati-iqtisadi məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2014-cü il tarix li qərarı ilə iddia əsassız hesab olunaraq rədd edilmişdir.
70. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 04 noyabr 2014-cü il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2014-cü il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamışdır.
71. Apellyasiya instansiyası məhkəməsi iddianı qeyri-mümkün sayaraq İddiaçı2 21 may 2011-ci il tarixli icra qeydini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin ziddinə olaraq 05 iyul 2013-cü il tarixdə, yəni təxminən 2 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirməsini əsas göstərmişdir.
72. Halbuki qanunun yuxarıda göstərilən normalarına görə (38.1-ci maddə) mübahisələndirilmə haqqında iddia inzibati aktın təqdim olunduğu vaxtdan şikayət instansiyasına şikayət verildiyi ha llarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu gündən 30 gün müddətində qaldırıla bilər.
73. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 09 iyun 2015-ci il tarixli qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 noyabr 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
74. Lakin buna baxmayaraq İddiaçı2 2017-ci ilin iyul ayında, yəni təxminən 2 il sonra hazırkı iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etməklə 21 may 2011-ci il tarixli icra qeydini yenidən mübahisələndirmişdir.
75. Göründüyü kimi iddiaçı 21 may 2011-ci il tarixli icra qeydini iki dəfə -həm inzibatiiqtisadi məhkəmədə, həm də ümumi məhkəmədə mübahisələndirmişdir.
76. İşə baxan apellyasiya instansiyası məhkəməsi işin həmin halına, yəni eyni inzibati aktın mülki məhkəmədə yenidən mübahisələndirilməsinin mümkünlüyünə düzgün qiymət verməmiş və gəldiyi nəticəni bu baxımdan əsaslandırmamışdır.
77. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 04 noyabr 2014-cü il tarixli qərardadında inzibati aktın mübahisələndirmə müddətinin ötürülməsi iddianın qeyrimümkün sayılması üçün əsas kimi qəbul edildiyi halda, hazırkı iş üzrə qəbul edilmiş qətnamədə isə 21 may 2011-ci il tarixli icra qeydinin qanun pozuntusu ilə aparılması əsas göstərilməklə inzibati aktın mübahisələndirilməsi üçün müəyyən olunmuş müddətin ötürülməsi əhəmiyyətsiz sayılaraq icra qeydinin etibarsız hesab edilməsi qanuni və əsaslı sayılmışdır.
78. Apellyasiya instansiyası məhkəməsinə görə icra qe ydi artıq qüvvədə olmadığı üçün heç bir hüquqi nəticə yaratmamış və bununla əlaqədar onun etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmə müddətinin keçməsindən asılı olmayaraq hüquqi qüvvəyə malik olan sənəd olmadığından onun nəticəsi olaraq aparılan tədbirlər və qəbul edilən sənədlər əhəmiyyətsiz olmuşdur.
79. Apellyasiya instansiya məhkəməsinin hansı sübutlar əsasında icra qeydinin qüvvədə olmaması barədə nəticəyə gəlməsi iş materiallarından görünmür və həmin nəticə aydın və anlaşılan şəkildə qətnamədə əsaslandırılmamışdır.
80. Kollegiya hesab edir ki, icra qeydinin qanun pozuntusu ilə aparılması onun mübahisələndirilməsi üçün müəyyən olunmuş müddətin tətbiq edilməməsi üçün əsas vermir.
81. İcra qeydinin qanun pozuntusu ilə qəbul edilib-edilməməsindən asılı olmayaraq onların qanuniliy i yalnız qanunda müəyyən olunmuş müddət çərçivəsində yoxlanıla bilər. Həmin müddətin səbəbsiz ötürülməsi inzibati aktın etibarsız sayılması imkanını aradan qaldırır.
82. Apellyasiya instansiyası məhkəməsinə görə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2013-cü il tarixli qərardadı ilə əmlakın satılması dayandırıldığı üçün hərracın keçirilməsi qanunsuz olmuşdur.
83. İddiaçı2 iddiasının Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının qərardadı ilə qeyri-mümkün sayıldığı halda, həmin iddia üzrə müvəqqəti xarakterli müdafiə tədbiri kimi əmlakın satılmasının dayandırılmasının hazırkı vəziyyətdə hərracın yekunlarının etibarsız sayılması üçün nə dərəcədə əsas verməsinə qiymət verilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi işin həmin halına qiy mət verməmişdir.
84. Apellyasiya instansiyası məhkəməsi tərəfindən icra qeydinin etibarsız hesab edilməsi qanuni sayılarkən həmin qeydin məhz etibarsız sayılması üçün əsas verən maddi hüquq normasına istinad olunmamış və məhkəmə kollegiyasının həmin nəticəsi qanunun tələbinə uyğun olaraq əsaslandırılmamışdır.
85. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10)-8852/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.