Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2541/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçılar x6, x7, x8, x9nın və vəkili Muradov Bəxtiyar İbrahim oğlunun, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Cəlilov Haqqı Elman oğlunun iştirakı ilə, iddiaçılar x1nın, x2nın, x3nın, x4nın, x5nın, x6nın, x7nın, x8nın, x9nın və x11 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2298/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Quliyev) iddia tələbi təmin olunmuş, iddiaçılar x1, x2, x3, x4, x5, x6, x7, x8, x9 və x10nın Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında əmək müqavilələri ilə müəyyən edilmiş müəllimə vəzifəsində vəzifələrinin icrasına buraxılması, iddiaçılar x1, x2, x3, x4, x5, x6, x7, x8, x9 və x10nın işləmədikləri müddət ərzində əmək haqqlarının əvvəlki illərə uyğun olaraq ödənilməsi öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli, 2(103)-11155/2018 saylı qətnaməsi ilə (hakimlər: V.Həsənov, Ş.Məmmədova və N.C əfərov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2298/2018 saylı, 04 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul olunmuş, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçılar x1, x2, x3, x4, x5, x6, x11, x7, x8nın, x9 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli, 2(103)11155/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar x1, x2, x3, x4, x5, x6, x7, x8, x9 və x10 cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «əmək Müqaviləsi üzrə öhdəliyə əsasən müqavilə ilə müəyyən edilmiş vəzifənin icrasına buraxılması öhdəliyinin qoyulması və əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasında əmək müqavilələri ilə müəyyən edilmiş müəllimə vəzifəsində vəzifələrinin icrasına buraxılması və işləmədikləri müddət ərzində əmək haqqlarının ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçılar 1990-cı illərdən Respublika İncəsənət Gimnaziyasında müəllimə vəzifələrinə təyin olunmuşlar. Həmin vaxtdan 2017-ci ilin sentyabr ayına kimi ixtisasları üzrə müəllimə vəzifələrində işləmişlər. x1 1998-ci il tarixdən Gimnaziyada işləməyə başlamış və 2002-ci il tarixindən fizika dərsini tədris etmişdir. x10 2006-cı ildən İncəsənət Akademiyasında işləməyə başlamış, 2010-cu ildən isə Tarix və Həyat bilgisi fənlərini tədris etmişdir. x3 isə 1999-cu ildən Gimnaziyada işləməyə başlamış və 2001-ci ildən fızika dərsindən dərs deməyə başlamış, Diaqnostik qiymətləndirmədən keçmiş və 47.5 bal yığmışdır. x6 2004-cü ildən müəllimə vəzifəsində işləmiş, Gimnaziyada Azərbaycan dilini tədris etmiş, diaqnostik qiymətləndirmədə iki dəfə iştirak etmiş hər ikisində də yüksək ballar yığmışdır. Əmək müqaviləsi onun xəbəri olmadan dəyişdirilmiş 24.01.2015-ci il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişdə onun tərbiyəçi-müəllim kimi işlədiyi qeyd edilmişdir. Belə bir müqavilə onun tərəfindən bağlanmamışdır. Müqavilənin hansı şəraitdə bağlandığı barədə məlumatı olmamışdır. x5 1999-cu ildən Gimnaziyada mü əllimə işləmiş, ingilis dilini tədris etmiş, diaqnostik qimətləndirmədən 47 bal yığmışdır. x9 1996-cı ildən İncəsənət Gimnaziyasında tarix fənni üzrə müəllimə işləyir. Diaqnostik qiymətləndirmədə iştirak etmiş və bal yığmışdır. x4 1996-cı ildən incəsənət Gimnaziyasında riyaziyyat müəlliməsi vəzifəsində işləmiş, diaqnostik qiymətləndirmədə iştirak etmiş və yaxşı nəticə əldə etmişdir. Bundan sonra dərs saatlarının yükü bir hissə də artmışdır. x7 2005-ci ildən İncəsənət Gimnaziyasında Tərbiyəçi müəllim vəzifəsində işləmiş, rus bölməsi üzrə Azərbaycan dilini dərsini tədris etmişdir. x2 1993-cü ildən Respublika İncəsənət Gimnaziyasında işləmiş, əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Biologiya dərsini tədris etmiş, diaqnostik qiymətləndirmədən keçmişdir. 2014-cü ildə Bakı Kadrların İxtis asartırma və Yenidənhazırlanma institutunda bilologiya ixtisası üzrə ixtisasını artırmışdır. x8 2002-ci ildən Respublika Gimnaziya Akademiyasında işləmiş, 2004-cü ildən tarix fənnini tədris etmişdir. Diaqnostik qiymətləndirmədən keçmişdir. Demək olar ki, iddiaçıların hamısının Əmək müqavilələri müddətsiz olaraq bağlanmışdır. Yaxın vaxtlarda Gimnaziyanın rəhbərliyi dəyişmiş, 2016-cı ildən Gimnaziyanın direktoru x12 təyin edilmişdir. Gimnaziyanın rəhbərliyi dəyişdikdən sonra Gimnaziyada şərait heç də yaxşılaşmamışdır. Onlar uzun müddət müəllimə işləmələrinə baxmayaraq, 2017-2018-ci ilin yeni dərs bölgüsündə onlara dərs saatları verilməmişdir. Bununla onların əmək müqavilələrinə dəyişiklik yaxud da xitam verilməsinə dair hər hansı bir əmr yaxud yazılı xəbərdarlıq və ya bildiriş təqdim edilməm işdir. Rəhbərlik onları müxtəlif bəhanələr ilə aldadaraq 4-5 ay dərs saatlarının verilməsini qəsdən yubatmışdır. 2018-ci ilin fevral ayının axırından isə qəti olaraq dərs saatlarının verilməsindən imtina etmişdir. Onlar keçən bu vaxt ərzində müxtəlif orqanlara şikayətlər etmişlər. Lakin, şikayətlərinə ağlabatan cavablar verilməmişdir. Yeni təyin edilmiş direktor onların Diaqnostik Qiymətləndirmədən keçməmələrini səbəb göstərərək müxtəlif orqanlara həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Gimnaziyanın rəhbərinin hərəkətləri qanuna uyğun deyildir. Onlarla Gimnaziya arasında bağlanmış əmək müqavilələrinə hələ ki xitam verilməmiş və həmin müqavilələr qüvvədədir. Müqaviləyə əsasən müəllimə vəzifələri saxlanılmışdır. Hesab edirlər ki, müqavilə üzrə öhdəliyə əməl edilməli və onlar müəllimə və zifəsində işə buraxılmalıdırlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar x1, x2, x3, x4, x5, x6, x11, x7, x8nın, x9 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018ci il tarixli, 2(103)-11155/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçılar x6, x7, x8, x9 və vəkili Muradov Bəxtiyar İbrahim oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh A zərbaycan Respublikası Təhsil Nazirliyinin vəkili Cəlilov Haqqı Elman oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçılar x1, x3, x5, x10, cavabdeh Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının nümayəndəsi x13 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onların iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəkillərini dinləyib, kassas iya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, x14 12.01.1998-ci il tarixdə Respublika incəsənət Gimnaziyasının müəllim vəzifəsinə işə götürülmüşdür. Müqavilənin şərtlərinə əsasən işçinin aylıq əmək haqqının məbləği 272.93 manat müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş 15.09.2009-cu il tarixli əmək müqaviləsinə əsasən x14 tərbiyəçi-müəllim vəzifəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, x9 31.08.1996-cı il tarixdə Respublika incəsənət Gimnaziyasının tərbiyəçi müəllim vəzifəs inə işə götürülmüşdür. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, x8 01.12.2002-cı il tarixdə Respublika İncəsənət Gimnaziyasının tərbiyəçi müəllim vəzifəsinə işə götürülmüşdür. Müqavilənin şərtlərinə əsasən işçinin aylıq əmək haqqının məbləği 421 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, x7 15.09.2005-ci il tarixdə Respublika İncəsənət Gimnaziyasının tərbiyəçi müəllim vəzifəsinə işə götürülmüşdür. Müqavilənin şərtlərinə əsasən işçinin aylıq əmək haqqının məbləği 192.05 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, x2 02.09.1993-cü il tarixdə Respublika incəsənət Gimnaziyasının tərbiyəçi müəllim vəzifəsinə işə götürülmüşdür. Müqavilənin şərtlərinə əsasən işçinin aylıq əmək haqqının məbləği 329.47 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bıldırişındən görünür ki, x6 15.09.2004-cü il tarixdə Respublika İncəsənət Gimnaziyasının müəllim vəzifəsinə işə götürülmüşdür. Müqavilənin şərtlərinə əsasən işçinin aylıq əmək haqqının məbləği 109.82 manat müəyyən edilmişdir. Təqdim edilmiş əmək müqaviləsinə əsasən x6 15.08.2004-cü il tarixli əmək müqaviləsinə əsasən x6 ümumtəhsil bölməsi tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin balanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, x3 01.09.19 99-cu il tarixdə Respublika İncəsənət Gimnaziyasının müəllim vəzifəsinə işə götürülmüşdür. Müqavilənin şərtlərinə əsasən işçinin aylıq əmək haqqının məbləği 328.65 manat müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə əsasən x3 15.09.2009-cu il tarixdən tərbiyəçi müəllim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, x4 15.10.1996-cı il tarixdə Respublika İncəsənət Gimnaziyasının tərbiyəçi müəllim vəzifəsinə işə götürülmüşdür. Müqavilənin şərtlərinə əsasən işçinin aylıq əmək haqqının məbləği 204.70 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, x5 01.09.1999-cı il tarixdə Respublika İncəsənət Gimnaziyasının müəllim vəzifəsinə işə götürülmüşdür. Müqavilənin şərtlərinə əsasən işçinin aylıq əmək haqqının məbləği 155.17 manat müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş 15.09.2009-cu il tarixli əmək müqaviləsinə əsasən x5 tərbiyəçi müəllim vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, x10 23.12.2006-cı il tarixdə Respublika İncəsənət Gimnaziyasının müəllim vəzifəsinə işə götürülmüşdür. Müqavilənin şərtlərinə əsasən işçinin aylıq əmək haqqının məbləği 354.87 manat müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş 06.01.2011-ci il tarixli əmək müqaviləsinə əsasən x10 tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan 2012-2018-ci illər üzrə tərbiyəçi müəllimlərin tarifl əşmə siyahısından görünür ki, siyahıda göstərilən şəxslərin vəzifəsi tərbiyəçi kimi göstərilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar müxtəlif vaxtlarda Respublika İncəsənət Gimnaziyasına tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul edilmişlər. İddiaçıların hər biri müvafiq sahə üzrə ali təhsil almış müəllim ixtisasına malik şəxslərdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasında yalnız tərbiyəçi vəzifəsi qeyd edilmişdir. Qanunla müəyyən edilmiş qaydada təhsil müəssisəsində ştatda müəllim olmayan şəxslərə saathesabı dərs saatının verilməsi həmin şəxslərin daimi olaraq müəllim kimi funk siyalarını yerinə yetirməli olmaları anlamına gəlməməlidir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçılarla əvəzçilik qaydasında fəaliyyət göstərilməsi, tərbiyəçi deyil yalnız müəllim olmalarına dair bağlanmış hər hansı bir müqavilə mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasında” tərbiyəçi-müəllim vəzifəsi öz əksini tapmışdır, lakin həmin vəzifə məktəbəqədər təhsil müəssisələrinə (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, xüsusi uşaq bağçası) aid olmaqla mütəxəssis kateqoriyasına aid edilmişdir. Göründüyü kimi, orta təhsil müəssisələrində tərbiyəçi-müəllim kateqoriyasında vəzifə mövcud deyildir. Orta təhsil müəssisəsində tərbiyəçi vəzifəsi təsis edilməklə, əmək funksiyası kimi göstərilmişdir ki: “Uşaqların tərbiyəsini, harmonik inkişafını təşkil edir, tədris tapşırıqlarının yerinə yetirilməsinə kömək edir. Qrupda hər bir uşağın fərdi-psixoloji xüsusiyyətlərini nəzərə alır. Uşaqlara diqqətlə yanaşır, onların fərdi xüsusiyyətlərini öyrənir. Tərbiyə işinin təşkili ilə bağlı aylıq, illik iş planı tərtib edir. Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir. Uşaqların davranışlarındakı dəyişikliklər və pozuntular, səhhətinin vəziyyəti barədə məktəbin rəhbərliyinə və tibbi heyətə məlumat verir, tibbi heyətin tələblərini yerinə yetirir. Uşaqların ailədə tərbiyəsinə dair valideynlərlə iş aparır.” "Təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati- təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında" Normaların 1-ci bölməsində qeyd edilir ki, təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçiləri tutduqları vəzifə ilə yanaşı öz ixtisaslarına uyğun olaraq işlədikləri müəssisələrdə və ya əsas iş vaxtı istisna olmaqla başqa təlim-tərbiyə müəssisələrində müvafiq qaydada əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə), saathesabı dərs yükü (pedaqoji iş) apara bilərlər. Normalar üzrə dərs ilinin əvvəlində tarifləşmə siyahısına daxil edilməklə təhsil, təlim-tərbiyə müəssisəsinin yuxarıda göstərilən işçiləri tərəfindən tədris edilən dərslərin əmək haqqı ştatda olan müə llimlər üçün mövcud olan qaydalara uyğun ödənilir. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçılar tərbiyəçi (əmək müqaviləsində və əmrdə tərbiyəçi göstərilmələrinə baxmayaraq) vəzifəsinə qəbul edilməklə, onlara qanunla müəyyən edilmiş qaydada öz ixtisaslarına uyğun olaraq işlədikləri müəssisədə müvafiq qaydada əvəzetmə (müvəqqəti əvəzetmə), saathesabı dərs yükü (pedaqoji iş) aparmışlar. Tədris edilən dərslərin əmək haqqı ştatda olan müəllimlər üçün mövcud olan qaydalara uyğun ödənilmişdir. İddiaçıların müəyyən müddət tərbiyəçi vəzifəsində olmaqla əvəzçilik üzrə öz ixtisaslarına uyğun pedaqoji iş aparmaları işin halları ilə təsdiq edilmişdir. Bu baxımından cavabdeh tərəfin iddiaçılara ixtisaslarına uyğun pedaqoji iş verilməsi ilə bağlı vəzifəsi mövcud deyildir. Belə bir vəzifənin iddiaçılara həvalə edilməsi işəgötürənin hüququdur ki, bu hüquqdan cavabdeh tərəfin göstərdiyi kimi zərurət olduğu və təxirəsalınmaz halda istifadə edilə bilər. İddiaçıların uzun illər ərzində pedaqoji işlə məşğul olması, yəni, Gimnaziya tərəfindən onlara bu vəzifələrin icrasının həyata keçirmələrinin həvalə edilməsi təsdiq edilsə də, bu onların müəllim vəzifəsində çalışmaları cavabdehin üzərinə həmin vəzifələrin icrasının daimi olaraq davam etdirilməsi vəzifəsinin qoyulması dair qənaətə gəlinməsi üçün əsaslı deyildir. Cavabdeh tərəf pedaqoji işin qanunla müəyyən edilmiş qaydada keçirilən müəllim üzrə boş ştat cədvəlində olan vəzifəyə uyğun imtahanlarda uğur qazanmış namizədlərin müəllim vəzifəsinə işə qəbul edilməsi, həmçinin pedaqoji yükün də həmin vəzifəyə qəbul edilmiş şəxslərə həvalə edilməsində niyyətli olduğunu bildirmiş, iddiaçılara da müəllim vəzifəsinə imtahan yolu ilə qəbul edillmələri təklif edilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1nın, x2nın, x3nın, x4nın, x5nın, x6nın, x7nın, x8nın, x9nın və x11 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2541/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2541/2019
18.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver