Məhkəmə qərarları › İş №2(102)-2541/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2541/2020

19.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2541/2020 19.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)982/2020 saylı qərardadından İddiaçı1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(006)-5287/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim R.Ə.Səmədov) İddiaçı1 cavabdeh “xxxx” ASC qarşı “1.000 ABŞ dolları pul tələbinə dair” iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)982/2020 saylı qərardadı ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) şikayət qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş üzrə icraata xitam verilib. İddiaçı qərardaddan kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq, cavabdeh təşkilatdan onun xeyrinə 1.000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN D ƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı1 məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı1 vəkili İddiaçı2 və cavabdeh “xxxx” ASC məhkəmə iclası nın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, mülki işin icraatına xitam verərkən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına, işə mahiyyəti üzrə baxıb iddianı rədd etməklə birinci instansiya məhkəməsinin prosessual normaların tələblərini pozmasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normala rının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işdən görünür ki, iddiaçı cavabdeh təşkilata qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatdan onun xeyrinə 1.000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib və iddia tələbini onunla əsaslandırıb ki, yaxın dostu Azər Kosayev 2017-ci ilin aprel ayında Portuqaliyanın Lisabon şəhərinə səfərə gedəcəyi ilə əlaqədar olaraq onun adına 1.000 ABŞ dolları pul köçürüb. Həmin pulu Fəhri Hacıyevdən götürüb. Lakin dostu Azər Kosayevin səfəri baş tutmayıb və pulu çıxarmayıb. Pulu cavabdeh təşkilatdan geri tələb etsə də, sonuncu pulu qaytarmaqdan imtina edib və imtinanı onunla əsaslandırıb ki, xx xxxxx 2017-ci ildə Azər Kosayevin adına köçürdüyü 1.000 ABŞ dollarını elə həmin gün guya sonuncu Portuqaliyanın Lissabon şəhərində çıxarıb. Bundan sonra, Fəhri Hacıyev ona, Azər Kosayevə və cavabdeh təşkilata qarşı “pul tələbinə dair” iddia qaldırıb və Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan və Azər Kosayevdən müştərək qaydada 1.000 ABŞ dollarının tutulub Fəhri Hacıyevə ödənilməsi qət edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə qeyd olunan qətnamə qismən, Azər Kosayevə münasibətdə ləğv edilib və ona münasibətdə iddia rədd olunub. Bundan sonra məcburiyyət qarşısın da qalaraq Fəhri Hacıyevə 1.000 ABŞ dolları ödəməklə qətnaməni icra edib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, tərəflərin izahatlarını və mülki iş materiallarını araşdırıb müəyyən etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 “xxxx” ASC qarşı “pul vəsaitinin geri qaytarılması” barədə iddiası təmin edilərək, sonuncudan ödəniş vaxtı milli manata məzənnədə 1.000 ABŞ dollarının tutulub İddiaçı1 ödənilməsi qət edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qə tnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, qeyd olunan qətnamə ləğv edilib, iddia rədd olunub. Qətnamə qanuni qüvvəyə minmişdir. Eyni zamanda həmin qətnamə ilə xx xxxxx 2017-ci il tarixdə 1.000 ABŞ dolları pulu Portuqaliyanın Lissabon şəhərində X5 Forna Tijola 62 ünvanında Azər Kosayev adlı şəxs tərəfindən götürüldüyü, göndərilmiş məbləğin müvafiq nəzarət nömrəsi təqdim edilmədən, yalnız müvafiq sənədlə Azər Kosayev olduğu təsdiq edilən şəxsin alması istisna edilmədiyi, lakin pulun müvafiq nəzarət nömrəsi təqdim edilməklə Azər Kosayev tərəfindən alındığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2690/2018 saylı mülki iş üzrə qəbul etdiyi və q anuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli qətnaməsi üzrə tərəflər və iddianın predmeti eynidir. İddiaçı isə, hazırkı iddianın əsasının həmin qətnamənin qəbul olunmasına səbəb olmuş iddianın əsasından fərqli olduğunu iddia edir. Halbuki, həmin iş üzrə də iddiaçı cavabdeh təşkilatdan 1.000 ABŞ dolları pulu eyni əsasla (yaxın dostu üçün bank vasitəsi köçürmə etməsi, dostunun həmin məbləği götürməməsi və tələbinə baxmayaraq bankın həmin pulu qaytarmaması) iddia etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa məhkəmə iş üzrə icraata xitam verir. Qeyd olunan əsasla iş üzrə icraata xitam verilməsinə o, halda yol verilir ki, barəsində qanuni qüvvəyə m inmiş məhkəmə qətnaməsi olan mübahisə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu, iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilə bilər. İlk öncə nəzərə alınmalıdır ki, mübahisə tərəflərinin eyniliyi o, halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnaməsi olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. Mübahisə tərəflərinin eyni olub-olmaması haqqında məsələ həll olunarkən nəzərə alınmalıdır ki, burada tərəf anlayışına yalnız Azərbaycan Respublikası MPMnin 50.1-ci maddəsinin tələbləri baxımından ya naşmaq olmaz. Həmin maddəyə görə, prosesdə tərəflər yalnız iddiaçı və cavabdeh hesab edildiyi halda, mübahisə tərəfləri daha geniş dairəni nəzərdə tutur. İddianın predmeti isə, iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi- hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə- mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddihüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə- iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin onun həmin cavabdehə qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması başa düşülür. İddianın əsası isə, onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedi kdə- iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə- iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər normativ-hüquqi aktlarla tənzimlənir. Eyni zamanda “Azərbaycan Respublikası MPM-nin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx x 2012-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk n övbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. İddiaçı kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində yeni əsaslarla iddia qaldırdığını- mübahisələndirilən məbləği Fəhri Hacıyevə ödədiyindən reqres qaydasında cavabdeh təşkilatdan ödədiyi pulu geri tələb etmək hüququnun əmələ gəldiyini iddia edir. Halbuki, hər iki iddianın əsasları eynidir. İddiaçının Fəhri Hacıyevdən borc aldığı pul məbləğini məhkəmə qətnaməsi ilə ona qaytarması və iddiaçının öz ərizəsində fərqli maddi hüquq normasına istinad etməsi iddianın əsasının dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. İşin y uxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alıb kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni, əsaslı olduğundan və işdə, qərardadın kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanuni əsaslar olmadığından və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx x xxxxx 2020-ci il tarixli, 2(103)-982/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar