Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2544/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam 10.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Cavabdehin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13130/2019 nömrəli iş üzrə 13 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 iyun 2021-ci il tarixdə Ali Məhkəmən in binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 1ci mərtəbəsindəki 45,3 m2 qeyri-yaşayış sahəsi dövlət mülkiyyətindədir və həmin sahə Cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan istifadə edilir.
2. Həmçinin iş materiallarından görünür ki, cavabdehə 06.02.2019-cu il tarixdə 3 gün müddətində dövlət əmlakının boşaldılaraq təhvil verilməsi barədə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliyin tələbinə uyğun olaraq dövlət əmlakının boşaldılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 9 mərtəb əli binanın 1-ci mərtəbəsindəki 45,3 m2 qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq X təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 45,3 m2 qeyri-yaşayış sahəsi X balansında olmaqla dövlət mülkiyyətində olan əmlak kimi daşınmaz əmlakın dövlət registrində qeydiyyata alınmış, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə X əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı qeyd olunan dövlət əmlakının hər-hansı hüquqmüəyyənedici sənədlər olmadan cavabdeh tərəfindən qanunsuz istifadə edilməsi müəyyən olunmuşdur.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il ta rixli, 2(001)5637/2019 nömrəli qətnaməsi ilə (hakim E.Əliyev) iddia təmin edilərək ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 45,3 m2 qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılaraq X təhvil verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, bu məqsədlə bağlanmış əqdlərin qeydiyyatını aparmaq, 3.0.16-cı bəndinə əsasən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən səmərəli istifadə olunmasına nəzarət etmə k X vəzifəlləri sırasına daxildir
7. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 155.1, 157.2-ci, Mülki Prossesual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13130/2019 nömrəli iş üzrə 13 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(001)- 5637/2019 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qəbul etd iyi qətnaməni onunla əsaslandırmışdır ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
11. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
12. İddia tələbinin faktiki əsası(faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
13. Belə ki, mübahisə predmeti olan qeyri yaşayış sahəsinin dövlət mülkiyyətində olması və iddiaçının da hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olması işin mübahisəsiz halıdır. Çünki, bunu cavabdeh də mübahisələndirmir.
14. İşin mübahisəli halı isə qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsində olmasının hüququ əsasının olub-olmaması ilə bağlıdır.
15. Cavabdeh bir tərəfdən iddiaçı ilə arasında bağlanmış 05.04.2017-ci il tarixli 9502 saylı “Dövlət əmlakının(qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə mü qaviləsi’nə əsasən həmin əmlakın 3 ay müddətinə fiziki şəxs olaraq onun icarəsinə verildiyini, “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edildiyindən, icarə müqaviləsinin müddəti qurtardıqdan sonra icarəyəverən, yada cavabdeh tərəfindən müqaviləyə xitam vermək haqqında təklif olmadığı üçün, həmin müqavilənin bugünədək qüvvədə olduğunu, digər tərəfdən isə X ona ünvanladığı 10.01.2018-ci il tarixli **********83 saylı bildirişlə, həmin qeyri-yaşayış sahəsini 46000(qırx altı min) manata satın almağın ona təklif olunduğunu, lakin bildirişdə göstərilmiş qiymət real olmadı ğı üçün, əmlakın həmin qiymətə alınmasını məqsədəuyğun hesab etmədiyini bildirir.
16. Göründüyü kimi, cavabdeh qeyri-yaşayış sahəsinin hələ 2018-ci ilin yanvar ayında satın almaq üçün ona təklif olunduğunu etiraf edir, lakin qiymətlə razılaşmadığı üçün əmlakın real qiymətinin müəyyən olunmasını iddiaçıdan xahiş etdiyini bildirir. Bu cür vəziyyətdə icarə müqaviləsi uzadılmış hesab edilə bilməz.
17. Belə ki, cavabdeh icarə müqaviləsinə əsasən, həmin əmlakın icarəsində olduğunu, müqaviləyə xitam verilməsi ilə bağlı iddiaçı tərəfindən ona təklif olunmadığını, lakin iddianı təmin etməklə, birinci instansiya məhkəməsi “İcarə haqqında’' Qanunun 13-cü maddəsinin 5-ci bəndinin tələbini pozduğunu göstərsə də bu dəlillər əsassızdır. Çünki, “İcarə haqqında’' Qanunun 13-cü maddəsinin 2-ci bəndinə uyğ un olaraq icarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab edilir.
18. Göründüyü kimi, iddiaçı 10.01.2018-ci il tarixli **********83 saylı bildirişlə, həmin qeyri-yaşayış sahəsini 46000(qırx altı min) manata satın almağı cavabdehə təklif etməklə icarə obyekti özəlləşdirmə üçün açılmış, bununla da qanunun imperativ tələbinə əsasən icarə müqaviləsi ləğv edilmiş hesab olunmuşdur. Məhz həmin vaxtdan da mübahisəli əmlakın cavabdehin qanunsuz sahibliyində olduğu başlanmışdır. Buna görə mübahisə premetini təşkil edən əmlakın 20 ilə yaxın müddətdə cavabdehin qanuni istifadəsində olması hazırkı iddianın əsassızlığına qətiyyən dəlalət etmir.
19. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin teleqramı nəzərə almadan ic lası keçirdiyini (halbuki teleqram 26.08.19-cu il saat 10:04-də poçtdan göndərilmiş, məhkəmə iclası isə həmin gün 11:10-da başlamış, 11:25-də artıq qətnamə elan olunmuşdur; bax.iş.vər.38) iddianı təkzib edəcək sübutları məhkəməyə təqdim etmək imkanını məhdudlaşdırdığını göstərsə də bu dəlillər də əsassızdır. Çünki, cavabdehin həqiqətən də iddianı təkzib edəcək sübutları var idisə, bunları apellyasiya baxışı zamanı da təqdim edə bilərdi. Lakin cavabdeh apellyasiya baxışı zamanı keçirilən üç iclasda hansısa bir sübut təqdim etmədi yaxud belə bir təşəbbüsdə olduğunu nümayiş etdirmədi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
23. İddiaçı X kassasiya instansiyasına yazılı ərizə göndərərək Cavabdeh ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi bağlanıldığı və mülki işin məhkəmədə baxılmasına zərurət aradan qalxdığı üçün iddiadan imtina edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabd ehin vəkili iddiadan imtina ərizə ilə razılaşaraq mülki işin icraatına xitam verilməsini xahiş etdi.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
26. Azərbaycan Respublikası MPM-nin 52.1-cı maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı et iraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası iddiaçı X iddiadan imtinaya dair ərizəsini araşdıraraq belə hesab edir ki, X imtinası başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından onun imtinası qəbul edilməli mülki işin icraatına xitam verilməlidir.
29. Yuxarıda göstərilənlərə əsasən Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara ald ı: İddiaçı X iddiadan imtinaya dair ərizəsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13130/2019 nömrəli iş üzrə 13 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki işin icraatına xitam verilsin Qərardad qəbul edildiyi andan qüvvəyə minir.