Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2549/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: subyektiv hüquq, əsl olmayan cavabdeh, işin mübahisəsiz halları, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi barədə ilkin, Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8060/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin hüquqi varisi X4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 06 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, hasarının üstündə inşa edilmiş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülərək zəbt olunmuş ərazinin qaytarılması, qarajın uzunluğu 8 metr, eni 4 metr olan örtüyünün cavabdehin hesabına dəyişdirilməsi, zəbt olunmuş 2 sot dövlət torpağının hasarı nın sökülərək avtomobil yolunun bərpa olunması, cavabdehdən dəymiş maddi zərərə görə 3000 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat, 60 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13060 manatın alınaraq ona ödənilməsi, zəbt olunmuş 3 sot sahəsinin boru, dəmir tor və xaotik əkilmiş kol və ağaclardan təmizlənməsinin bələdiyyəyə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixində bağa getmiş, qonşunun bağında qalan İnqilab adlı şəxs iddiaçıya demişdir ki, qonşusu Rafael onun qarajının dəmir örtüyünü mismarla deşik-deşik etmişdir ki, öz mətbəxinə su axmasın. İddiaçı xx.xx.2014-cü il tarixində güclü yağışdan sonra sahə üzrə polis müvəkkilini, damı düzəldən ustanı, qonşuları dəvət etmişdir. İştirakçılar özləri baxış keçirib müəyyən etmişlər ki, qonşu iddiaçıya xəbərdarlıq etmədən qarajın dəmir örtüyünü (3 metr enində) mismar ilə deşik-deşik etmiş. Nəticədə iddiaçının mətbəxinin divarı islanıb. Hasar 30-35 il əvvəl, 40 sm dərinliyində, eninə 40 sm olan əhəng daşının üstündə 2 m hündürlüyündə tikilmişdir. İndi həmin hasarın üstünə ikinci mərtəbənin, damın yükü vurulmuşdur. Hər an fəlakət ola bilər. Mübahisə predmeti kimi, narazılıq yaradan qonşunun mətbəx divarı yenə də tikinti və sanitar normaları pozularaq qarajının divarından istifadə edilərək tikilib. Belə hallar az imiş kimi, cavabdeh küçədə Bələdiyyəyə məxsus 6-7 sot maşın üçün nəzərdə tutlmuş ərazinin 3 sotunu boru dirəkləri betonlamaqla, dəmir torla zəbt etmişdir. Hazırda hasar bərbad halda, necə gəldi, kobud hörgü ilə tikilib, amma iddia çı əlavə xərc çəkərək evlə hasarın arasını yağışdan, qardan qorumaq üçün sink metal vərəqələrdən istifadə edərək, binanın enini ötrmüşdür. Bu xərcdə nəzərə alınmalıdır. Cavabdeh tərəfındən iddiaçıya 3000 manat maddi zərər dəymişdir. Eyni zamanda cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı və ailəsi böyük fiziki və mənəvi əzablar çəkmişlər.
3. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək iddiaçıdan onun xeyrinə dəymiş maddi və mənəvi ziyanın tutulması, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-2003-cü illər ərzində evinin arxasından keçən və onun pəncərələrinin açıldığı küçəni icazəsiz zəbt edərək, eni 3,10 metr, uzunluğu isə 68,9 metr olan sahədə 3 m ərtəbəli ev, qaraj və s. tikdirib. Eyni zamanda cavabdeh iddiaçının bağına aid olan hasarları öz divarı kimi qələmə verir. Cavabdeh 2003-cü ildə eni 5.6 m., uzunluğu isə 14 m. sahəni zəbt edərək darvazasını irəli çəkmişdir. Zərərin kimə vurulduğu dəqiq araşdırılsa, məlum olar ki, dam örtüyünün meyillik istiqamətini iddiaçının evinə yapışdırmış İddiaçı özü tikinti qanunlarını pozaraq, qonşuya külli miqdarda ziyan vurmuşdur. Bu barədə Sabunçu Rayon İca Hakimiyyətinə müraciət edilmişdir. Hazırda iddiaçının evinin arxasında, divara bitişik quyu qazdırıb, üzərində ayaq yolu tikdirib. Heç bir sanitariya normalarına uyğun olmayan bu tikili iddiaçıya və ailəsinə qarşı ancaq düşmənçilik mövqeyini əks etdirir. Cavabdeh bu ilin son 2 ayı ərzində onun və ailəsinin məzuniyyətıni, istirahətini qəsdən po zub. Qısa müddətli yay mövsümündə hər il böhtan xarakterli yazılarla istirahətlərini pozan İddiaçı ailə üzvlərini tanımır, sifətlərini belə görməmişlər. 18 il ərzində müxtəlif təşkilatlara yazdığı böhtan xarakterli ərizələr əsasında daima qapılarına gələn polis dəstələri, bələdiyyə və icra hakimiyyəti nümayəndələri, onun və ailə üzvlərinin müntəzəm stress, iztirab və sarsıntı keçirməsinə səbəb olur. Elmi fəaliyyətlərinə ağır təsir göstərən cavabdeh İddiaçı böhtan və təhqirlərinə son qoyulmalıdır.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-45/2020 nömrəli iş üzrə 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) ilkin və qarşılıqlı iddia ərizələri təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onu nla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı tərəflər öz tələblərini əsaslandıra və tələblərinin əsaslılığı barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər.
7. Birinci instansiya məhkəməsi iş üzrə aparılmış ekspertizalar, verilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən etmişdir ki, tərəflərin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və bir-birinin hüquqlarını pozmur.
8. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 170.1, 170.2, 1096.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın tam təmin olunm asını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş materiallarında olan yəni ilk iddiaçının təqdim etdiyi ƏMDK X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarına hüquqi qiymət verməmiş, onları sübut kimi qiymətləndirməmişdir. Agentliyin direktorunun imzası ilə verilən həmin məktublarda qeyd olunmuşdur ki, cavabdeh tərəfindən göstərilən ünvanda qeyri-qanuni işlərin aparılması və torpaqların zəbt olunması halları vardır və hətta bu işlərin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinə məktub da göndərilmişdir. Yəni torpaqlardan istifadəyə dövlət nəzarətini həyata keçirən dövlət orqanın məktubu ilə də cavabdehin torpaq zəbt etməsi faktı öz təsdiqini tapmışdır. Eləcə də Bakı ŞİH Sabunçi Rayon İcra hakimiyyətinin Maştağa Qəsəbə Nümayəndəliyi də xx.xx.2019-cu il tarixli məktubunda qeyd etmişdir ki, Cavabdeh dövlət mülkiyyətində olan torpağı qanunsuz olaraq zəbt etmişdir. Həmin məktub da iş materiallarına əlavə edilmiş lakin məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. məhkəməyə təqdim edilmiş ƏMDK-nin Bakı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2019-cu il tarixli Aktla da müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh mübahisəli ünvanda təxminən 200 kv.metr torpaq sahəsini zəbt edərək qanunsuz hasarlamışdır. Bu zaman Cavabdeh qazdan istifadə ilə bağlı təhlükəsizlik tələblərini kobud şəkildə pozaraq, ərazidən keçən qaz boru xəttinin istiqamətini özbaşına şəkildə dəyişmiş, bununla da növbəti qanun pozuntusuna yol vermişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3929/2020 nömrəli iş üzrə 02 sentyabr 2021-ci il tarixli, qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” ilkin iddiasını əsaslandıra və iddia tələblərinin əsaslılığı barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Həmçinin, iş üzrə aparılmış ekspertizalar, verilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən olunmuşdur ki, tərəflərin hər birinin bağ sahəsi ayrıca hasara alınmışdır və bir-birinin hüquqlarını pozmur.
13. Apellyasiya məhkəməsinin qənaətinə görə apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda əsaslı sayıla və təmin edilə bilməz.
14. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 385.1, 386.1, 170.1, 170.2, 1096.1 və sair maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyasında birinci icraat
15. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın tam təmin olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tətbiqində səhv nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissəsində düzgün əsaslandırılmamış, həmin hissədə məhkəmə maddi və prosessual səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır; - işə baxan məhkəmə iş materiallarında olan, yəni ilk iddiaçının təqdim etdiyi ƏMDK X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu ıl tarixli məktublarına hüquqi qiymət verməmiş, onları sübut kimi qiymətləndirməmişdir. Bundan başqa məlikəmə ilk iddia tələbinin dəqiqləşmə verilən hissəsini də düzgün araşdırmamışdır. Belə ki, qüvvədə olan tikinti qanunvericiliyinin tələblərini pozaraq Cavabdeh hasarın üstündə evin divarını tikmişdir ki, bu yolverilməzdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinə əsasən mılvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1705/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) qətnamə ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
18. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə, apellyasiya məhkəməsi gəldiyi nəticəni iş materiallarında olan sənədlər, o cümlədən Məhkəmə Ekpertizası Mərkəzinin rəyləri ilə əsaslandırsa da, həmin rəyləri və sübutları MPM-in 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir.
19. Apellyasiya instansi ya məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsini ekspert rəylərinin MPM-in 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirilməməsi nəticəsində müəyyən etmişdir. İlk iddianın zərər hissəsi də tikilinin sökülməsi ilə bağlı olduğundan və zərərlə bağlı iddia məhz tikilinin qanunsuz olmasının sübut edilməməsi əsası ilə rədd edildiyindən kollegiya qeyd edir ki, qətnamə zərər hissəsində də əsaslı sayıla bilməz. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. İşə yenidən apellyasiya məhkəməsində baxılan zaman iddiaçı ərizə təqdim edərək, cavabdehin iddiaçıya məxsus qaraja ziyan vurması nəticəsində dəymiş 3000 manat zərərin tələb edilməsi ilə bağlı iddia tələbindən imtina etdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-8060/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-8060/2021 nömrəli mülki iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən, hasarının üstündə inşa edilmiş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr) sökülməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilmiş, Cavabdeh məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarının Cavabdeh və İddiaçı məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunmuş evin divarının (uzunluğu 25 metr, eni 3,5 metr ) sökülməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh məxsus fərdi yaşayış evinin mansard hissəsinin bir divarının Cavabdeh və İddiaçı məxsus torpaq sahələrinin arasındakı hasarın üzərində inşa olunması, bunun da Azərbaycan Respubİikasnıın Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 5.2-1-ci bəndinin (ara məsafəsinin saxlanmasına dair) tələblərinə zidd olması barədə ekspert rəyi nəzərə alınmalıdır.
23. İddiaçı onun hasarının üzərində inşa olunan cavabdehin mansardının sökülməsi ilə yanaşı zəbt olunmuş torpaq səhəsinin qaytarılması tələbini də irəli sürmüşdür. Kollegiya həmin tələbə münasibətdə qeyd etmişdir ki, hasarın üzərində inşa olunan mansardın qanunsuz olaraq tikilməsi iş materialları ilə öz təsdiqini tapsa da, zəbt olunmuş torpaq sa həsinin iddiaçıya məxsus olması iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə əsassızdır.
24. Kollegiya, həmçinin iddia tələbinin zəbt olunmuş 2 sot dövlət torpağının hasarının sökülərək avtomobil yolunun bərpa olunması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, qeyd edilən ekspert rəyində birinci sual üzrə verilən cavabda göstərilmişdir ki, “Baxış zamanı əldə olunan məlumatlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətində dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, i ddiaçı və cavabdeh tərəfin heç biri tikinti məqsədləri üçün ayrılmayan sahədə tikinti işləri aparmamışdır.”. Ekspert rəyində qeyd edilən hal onu deməyə əsas verir ki, cavabdeh tərəfindən 2 sot dövlət torpağının zəbt edilməsi faktı öz təsdiqini tapmadığından, iddiaçı 2 sot dövlət torpağının hasarının sökülərək avtomobil yolunun bərpa olunmasını iddia etməkdə haqlı olmamışdır.
25. Kollegiya qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixli, 23400 saylı ekspert rəyinin mötəbərliyinə sübhə yaradan hər hansı hal aşkar edilmədiyindən, həmin rəyin sübut kimi nəzərə alınmasına mane olan hər hansı hal mövcud deyildir. Bu səbəbdən də həmin ekspert rəyi sübut kimi nəzərə alınmalı və işin həllində əsas götürülməlidir. Bundan başqa, məhkəmə kollegiyasınn heç bir iclasında cavabdeh tərəf məlumatlı olmasına bax mayaraq iştirak edib öz mövqeyini əsaslandırmamışdır.
26. İddiaçı iddia tələbində mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini tələb etmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçı göstərilən iddia tələbi üzrə mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsinin rədd edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MPM-in 37.1, 101.7, 14.2, 77.1, 88-ci maddələrinə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad etmişdir. Kassasiya şikayətlərinin dəlilləri
28. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə də apellyasiya şikayətinin təmin edilməsi və zəbt olunmuş 2 sot dövlət torpağının hasarının sökülərək avtomobil yolunun bərpa olunması, zəbt olunmuş 0,53 sot həyət sahəsinin boşaldılması, eləcə də vurulmuş mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin torpaq zəbt edilməsi ilə bağlı gəldiyi nəticə tam əsassızdır və iş materiallarında olan sübutlarla ziddiyyət təşkil edir. Belə ki, iş materiallarında ilk iddiaçının təqdim etdiyi ƏMDK X1 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli və xx.xx. 2019-cu il tarixli məktubları vardır və həmin məktublarda Agentliyin direktoru Mohuma Heraçiyevin imzası ilə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən həmin ünvanda qeyri-qanuni işlərin aparılması və torpaqların zəbt olunması halları vardır və hətta bu işlərin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinə məktub da göndərilmişdir. İşə baxan apellyasiya intansiyası məhkəməsi bu məktuba və onun açıq-aydın zəbt faktını göstərən məzmununa düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfin ilk iddiaçıya məxsus ərazini də qanunsuz olaraq zəbt etməsi faktı məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, işdə olan ekspertiza rəyinin 4cü səhifəsində qeyd olunmuşdur ki, cavabdeh iddiaçının ərazisinə 0,53 sot daxil olmuşdur. X3 05 may 2020-ci il tarixli rəyində də cavabdehin ilk iddiaçıya məxsus əra zini zəbt etməsi, eləcə də dövlət mülkiyyətində olan 208 kv.metr sahəni zəbt etməsi açıq-aydın göstərilmiş və bu faktlar dəlillərlə əsaslandırılmışdır. Lakin işə baxan məhkəmə bu rəyi də nəzərə almamış, əsasən xx.xx.2019- cu il tarixli ekspert rəyinə istinad edərək belə bir nəticəyə gəlmişdir ki, cavabdeh tərəf heç bir torpaq sahəsini zəbt etməmişdir. İşə baxan məhkəmə cavabdehin təqsirli hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, zəbt etdiyi torpaq sahəsinə dair sənədlər tələb etməmiş, yerli baxış keçirməmiş, digər ekspert rəylərini nəzərə almamış, vurulan zərərlə bağlı araşdırma aparmamış, ilk iddiaçıya məxsus bağ sahəsini qanunsuz zəbt etməsinə hüquqi qiymət verməmişdir.
30. X4 (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməsində Cavabdeh məxsus fərdi yaşayış evinin mansart hissəsinin bir divarının sökülməsi qeyd olunsa da, hansı fərdi yaşayış evinin divarının sökülməli olması dəqiq göstərilməmiş, ümumiyyətlə Cavabdeh mülkiyyətində hər hansı daşınmaz əmlak mövcud olmamışdır.
32. Cavabdeh onun keçmiş həyat yoldaşı olmuş, onunla 13 fevral 1996-cı il tarixdə rəsmi qaydada nikahı pozulmuşdur. Mübahisəli bağ evini o, öz vəsaiti ilə nikah pozulduqdan 5 il sonra xx.xx.2001-ci il tarixli, 4Ə-3-387 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında almış və xx.xx.2001-ci il tarixdə onun adına dövlət qeydiyyatından keçməklə tam onun mülkiyyətindədir. Buna baxmayaraq, verilmiş əsassız iddiaya xəbəri olmadan və əsl olmayan cavab dehin iştirakı ilə baxılıb qətnamə çıxarılmaqla onun mülkiyyətinə qəsd edilmişdir. Mübahisəli sahə fərdi yaşayış evi deyil, bağ sahəsidir, digər tərəfdən də məhkəmənin elə həmin qətnaməsində qeyd etdiyi kimi hasarın yerləşdiyi torpaq sahəsinin iddiaçıya məxsus olması təsdiq olunmamışdır.
33. Ekspert rəyi, həmçinin əmlakın kadastr sənədləri ilə də müəyyən edilmişdir ki, hər iki qonşu sahənin özlərinə məxsus hasarları olmuş, iki həyətyan; sahənin arasında digər bağlara yol olmuş, lakin İddiaçı məxsus olduğu göstərilən 319 saylı bağ sahəsinin hasarını özləri sökdürərək ona məxsus 318 saylı bağ evinın sahəsinə birləşdirmişlər.
34. Mübahisəli evin texniki pasportu olmaqla həmin evə dair cıxarışın olması, qeyd olunan evin qanuni əsaslarla inşa edilməsini buna müvafiq olaraq da dövlət tərfindən t anınaraq qeydiyyata alınmasını təsdiq edir və hazırda da həmin mənzil və torpağa dair çıxarış qüvvədə olmaqla mübahisələndirilməmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd olunan rəyin mötəbərliyini araşdırmalı olduğu halda həmin rəyi digər sübutlarla müqayisəli şəkildə araşdırmamış, nəyə görə qeyd olunan rəyi sübut kimi qəbul etməsini əsaslandırmamışdır.
35. Digər tərəfdən də məhkəmə kollegiyası bağ sahəsinin hasarında evinin divarının olmasının kimin mənafeyinə zidd olmasını, ümumiyyətlə İddiaçı bununla bağlı iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Belə ki, işin materiallarında İddiaçı qonşu sahənin mülkiyyətçisi olmasını təsdiq edən sənəd mövcud olmadığı halda, məhkəmə kollegiyasının hansı sübuta əsasən qeyd olunan torpağın ona məxsus olması nəticəsi nə gəlməsi aydın deyil.
36. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılarkən əsl olmayan Cavabdeh vəfat etdiyindən onun prosessual hüquq varisinin müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyasının 2(103)-8060/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə icraat dayandırılmış, bundan sonra iddiaçının nümayəndə və vəkili Vəkil2 ərizəsinə əsasən dayandırma üçün əsas olmuş zərurətin aradan qalxması qeyd olunaraq xx.xx.2021-ci il tarixli qərardadla icraat təzələnmiş, lakin hansı qanuni əsasla və hansı qaydada onun prosessual hüquqi varisi kimi tanınmağı qeyd olunmadan qətnamədə cavabdehin prosessual hüquqi varisi kimi onun, yəni X2ması göstərilmişdir.
37. Halbuki, yuxarıda qeyd etdiyim kimi cavabdeh kimi tanınan Cavabdeh ilə yaxın qohumluq münasibəti yo xdur, aralarında olmuş nikah 13 fevral 1996-cı il tarixdə ləğv edilmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətlərinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
39. Maddə Maddə 21.2. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
43. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.
44. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
80. Məhk əmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır
47. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir
49. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respubli kası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı
53. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti i sə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Qətnamədən kassasiya şikayəti verən tərəflər qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən isti fadə etmək hüququna malikdirlər.
57. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə v asitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mö vqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
59. Baxılan iş üzrə iddiaçı öz tələbində yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 319 saylı bağ sahəsinə cavabdeh tərəfindən edilmiş müdaxilələrin aradan qaldırılması, bağ sahəsinin zəbt olunmuş ərizisinin qaytarılması və bununla bağlı dəymiş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir.
60. İşə baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 4.1-ci maddəsinə əsasən iddiaçının belə bir iddia qaldırmaqla bağlı subyektiv hüququnun olub-olmadığına ümumiyyətlə qiymət verməmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı iddiaçı məhkəməyə 319 A saylı bağ sahəsinin xx.xx.2015-ci il tarixdən oğlu X8, 319 b saylı bağ sahəsinin xx.xx.2012-ci il tarixdən qızı X7 mülkyyətində olduğu barədə çıxarışların surətlərini təqdim etmiş, məhkəmələr həmin sənədlərin surətlərini iş materiallarına əlavə etsələr də, həmin sənədlərə ümumiyyətlə qiymət verməmişlər.
61. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbl əri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil ol an tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
63. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
64. Həmçinin qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və ar aşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Lakin bu zaman sübutların mümkünlüyü ilə bağlı MPM-in 81-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Həmin maddəyə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan qanunvericiliyə əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan halların tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi müəyyən edilməsi MPM-in 81-ci maddəsinin tələblərinə ziddir.
65. Baxılan iş üzrə mübahisəli bağ sahələri daşınmaz əmlak olduğu üçün həmin əmlakların mülkiyyətçisi tərəflərin izahatları əsasında işin mübahisəsiz halı ki mi deyil, məhz bunu təsdiq edən hüquq müəyyənedici sübutlarla müəyyən oluna bilər.
66. Bununla yanaşı, işə baxmış məhkəmələr tərəfindən 318 saylı qonşu bağ sahəsinin sahibi kimi cavabdeh qismində işə cəlb edilmiş X6 iddia tələblərinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olan şəxs olub-olmadığı barədə də hüquqi dəyərləndirmə aparılmamışdır.
67. Halbuki iş materiallarına əlavə edilmiş və məhkəmələr tərəfindən tədqiq edilmiş 318 saylı bağ evinə dair xx.xx.2010-cu il tarixli Texniki pasportda hüquq subyekti kimi X4 göstərilmişdir.
68. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən b u Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.
69. İşə yenidən baxılarkən, həmçinin cavabdehin prosessual hüquq varisi kimi X5 ilə əvəz edilməsinin mümkünlüyü ilə bağlı həmin şəxsin kassasiya şikayətinin dəlillərinə də hüquqi qiymət veriməli və aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq qanuni qərar qəbul edilməlidir.
70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8060/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir