Məhkəmə qərarları › İş №2(102)-255/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-255/2023

23.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-255/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 cavabdeh (Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı X3 (Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “maddi, mənəvi ziyanın ödən ilməsi və sair” tələbilərnə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6790/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən fərdi avtomobil qarajı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı Sərəncamına əsasən X6 (bundan sonra- iddiaçı) məxsus olmuşdur.

2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil-Kommunal İstismarı Sahəsi xx.xx.2016-cı il tarixdə 34 nömrəli xəbərdarlıq məktubu ilə iddiaçıya müraciət edərək, Va qif prospekti, 987-ci məhəllədə yaşayış binasının tikintisi məqsədilə “İrşad” X4 Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 02 saylı, xx.xx.2015-ci il tarixli 201 saylı, xx.xx.2016-cı il tarixli 135 saylı və xx.xx.2016-cı il tarixli 167 saylı sərəncamlarına əsasən icazə verildiyi barədə məlumat vermiş, müvafiq qanunvericiliyə uyğun olaraq, hazırda həmin ərazidə mövcud qarajların söküntüsünə başlanılması və qeyd olunan ərazidə X3 istifadəsində olan qarajın mövcud olması bildirilmiş, ona məxsus qarajın köçürülməsi ilə əlaqədar olaraq sənədlərini 13 saylı MKİS-ə təqdim etməsi xahiş olunmuş, əks təqdirdə sərəncamın müvafiq bəndinə uyğun olaraq qarajın söküləcəyi qeyd edilmişdir.

3. Sonradan xx.xx.2016-cı il tarixdə iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti müstəqil tələb irəli sürən 3-cü şəxs qismində “İrşad” X8 cəlb edilməklə cavabdeh X6 qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “İrşad” İAM tərəfindən müvafiq kompensasiya ödənilmək şərti ilə Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən, cavabdeh A.Muğanlinskinin adına olan avtomobil qarajının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İş məhkəmənin icraatında olduğu dövrdə Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamı ilə vətəndaş Cavabdeh razılıq ərizəsi, “İrşad” X5 1992 saylı xx.xx.2016-cı il tarixli məktubu və 13 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktları əsas götürərək, Nəsimi RİH Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı sərəncamı öz qüvvəsini i tirmiş hesab olunmaqla ləğv edilmiş, qarajın Nəsimi rayonu, Vaqif prospekti, 11 saylı binanın yaxınlığında yerləşən H.Ələsgərov küçəsi, 20 saylı evin həyətinə köçürülərək vətəndaş X3 adına sənədləşdirilməsi qərara alınmışdır.

5. Bundan sonra xx.xx.2016-cı il tarixdə iddiaçı ailəsi ilə birlikdə şəhər kənarında istirahətdə olduğu müddətdə həmin qarajın qapısı onun icazəsi olmadan açılmış, qarajda olan minik avtomobili qarajdan çıxarılıb həyətə qoyulmuş, digər əşyalar isə it-bata düşmüşdür. İddiaçı hadisə ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PB-nə müraciət etmiş, lakin Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli qərarı cinayət işinin başlanması rədd olunmuş, təhqiqat orqanı hesab etmişdir ki, qaraja ziyan yetirilməsinin, qarajdakı əşyaların itirilməsinin, toplanmış material əsasına cina yət hadisəsinin olmamasının öz təsdiqini tapmaması və məsələ ilə əlaqədar hazırda məhkəmədə mülki işə baxılması nəzərə alınmalıdır. Həmin qərardan iddiaçı şikayət verməmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2(006)-7353/2016 saylı mülki iş üzrə iddiaçının nümayəndəsi, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları təmin edilməklə yerli baxış keçirilmiş və baxış zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllədə yerləşən qaraj yerindən götürülmüş, yerində tikinti işləri aparılmış, qaraj Bakı şəhəri Nəsimi rayonu, Vaqif prospekti, 987-ci məhəllənin ərazisində yerləşdirilmiş, qapısına plom vurulmuşdur. Baxış aparılmasında iştirak edən iddiaçı və üçüncü şəxsin nümayəndələri qarajın yeri dəyişdirilərkən içi ndə olan əşyalara toxunulmadığını və həmin əşyaların qarajın içində olduqlarını bildirmişlər.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin növbəti iclasında isə məhkəmənin xx.xx.2016-cı il tarixli 2(006)-7353/2016 saylı qərardadı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh X6 qarşı “kompensasiya ödənilməklə qarajın sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.

8. Bundan əlavə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş digər mübahisəsiz hallar ondan ibarət olmuşdur ki, iddiaçı X9 cavabdeh Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “mübahisələndirmə haqqında” iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sər əncamının ləğv edilməsi, iddiaçıya məxsus fərdi avtomobil qarajının əvvəlki yerində, əvvəlki vəziyyətə bərpa edilməsi və iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2016-cı il tarixdə 2-1(81)-4025/2016 saylı iş üzrə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakları təmin edilməklə ünvan 3 ünvanında yerləşən əraziyə yerli baxış keçirilmiş və bu zaman məhkəmə tərəfindən müəyyən edilmişdir ki, həyətə daxil olarkən Vaqif prospektindən Mirəli Qaşqay küçəsindən yolun kəsişməsindən yeni tikilmiş binanın altına düşmüş qaraj sökülüb. Protokolda, həmçinin, qeyd edilmişdir ki, iddiaçının dediyinə görə, qaraj qanunsuz olaraq sökülüb və iddiaçının qar ajı evin qarşısına qoyulub. Eyni zamanda, cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçıya mübahisəli qaraj əvəzinə yeni qaraj təklif olunub və həmin təklif olunan qaraja baxış keçirilərkən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçıya məxsus olan qarajda olan əşyalar icra nümayəndəliyi əməkdaşları tərəfindən akt tərtib edilərək təklif olunan qaraja köçürülmüşdür.

9. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə iddia ərizəsinə əlavə təqdim edilərək, cavabdehdən 20000 (iyirmi min) manat məbləğində ədalətli kompensasiya və ya pul kompensasiyası əvəzinə alternativ kimi ikinci qarajın verilməsinə də razı olduğu qeyd edilmişdir. 10. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 21(81)277/2017 saylı qərarı ilə iddiaçı X3 cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyə tinə qarşı 3-cü şəxslər Bakı şəhər İcra Hakimiyyəti və “İrşad” X7 işə cəlb edilməklə, cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti başçısının 03 avqust 2016cı il tarixli 158 nömrəli Sərəncamının ləğv edilməsi, ona məxsus fərdi avtomobil qarajının əvvəlki yerində, əvvəlki vəziyyətdə bərpa edilməsi və ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir.

11. Həmiq qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, xx.xx.2018-ci il tarixdə isə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilmiş və cavabdeh tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamın qanunsuz hesab edilməklə ləğv edilməsi, həmin ərazidə yerləşmiş qarajlara görə 30000 (otuz min) manat ödənildiyini nəzərə al araq, iddiaçıya da 30000 (otuz min) manat maddi ziyan ödənilməsi barədə və 2 ildən artıq qarajsız qaldığına görə, o cümlədən qarajda olan əşyaları bu günədək iddiaçıya qaytarmadığına görə 20000 (iyirmi min) manat mənəvi ziyanın cavabdeh Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ödənilməsinin onun üzərinə həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-77/2018 saylı qərarı ilə iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)277/2017 saylı qərarı ləğv olunmuş, yeni qərar çıxarılmış, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin 03 avqust 2016-cı il tarixli 158 nömrəli sərəncamı ləğv edilmiş, iddiaçı X1 vurulan maddi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pulun ödənilməsi öhdəliyi Nəsimi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus qarajın qapısının məhkəmə qərarı olmadan dağıdılmasının təşkil edilməsi, icazəsi olmadan ona məxsus əmlakın öz qarajında yığması, mülkiyyətindən istifadə hüququndan məhrum etdiyinə görə cavabdehin hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararsız vəziyyətdə old uğu təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunması, Cavabdeh iddiaçının qarajında saxladığı əmlakını ona bu günə kimi qaytarmadığına, onun şərəf və ləyaqətinə toxunduğuna, ona mənəvi və fiziki iztirablar verdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 10000 (on min) manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçının ailəsi şəhərkənarı bağda olarkən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı Sərəncamına əsasən onun adında olan Nəsimi rayonu, Vaqif prospekti 11 ünvanında yerləşən fərdi avtomobil qarajı xx.xx.2016-cı il tarixində dağıdılmış, qarajda olan minik avtomob ili kobud şəkildə qarajdan çıxarılaraq həyətə atılmış və qarajda olan əmlakı yoxa çıxmışdır. İddiaçı hadisə ilə əlaqədar Nəsimi rayon Prokurorluğuna və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Nəsimi rayon Polis İdarəsinin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına görə qarajın dağıdılması cavabdehin rəhbərliyi altında olan “İrşad” X2 əməkdaşları və cavabdehə məxsus tikintidə işləyən fəhlələrin iştirakı ilə həyata keçirilmiş, həmin proses “İrşad” X2 əməkdaşı tərəfindən videokameraya çəkilmiş və qarajda olan mülkiyyət cavabdehə məxsus qarajda yığılmışdır. Minik avtomobili istisna olmaqla, digər əmlakdan məhkəməyə müraciət etdiyi günədək iddiaçının məlumatı olmamışdır. Qarajda qədimi tikiş maşını, kompüter, yeni il şənliyi üçün hündür yolka və onu bəzəmək üçün xaricdən gətirilmiş müxtəlif bəzək əşyaları və evə lazım olan bir çox dəyərli əşyalar var idi. İddiaçı “İrşad” X2 direktoru Cavabdeh qarajda olan mülkiyyəti qaytarmasını tələb etsə də, o, əşyaları qaytarmamışdır. Onun özbaşına, qanunsuz hərəkətlərinə hal-hazıradək hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən qarajda saxlanan əşyalar bu günədək yararsız vəziyyətə düşmüş ola bilər. Cavabdeh qəsdən həmin əşyaları iddiaçıya qaytarmaqdan yayınaraq iddiaçının Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnu kobud şəkildə pozmuşdur. Həmçinin, “İrşad” X2 direktoru olan cavabdeh iddiaçının əmlak üzərindəki sahiblik hüququnu kobud şəkildə pozmuş və bu hal davam etməkdədir. Bu səbəbdən iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh tərəfindən də ymiş ziyana görə kompensasiya ödənilməlidir. Cavabdeh iddiaçıya məlumat vermədən, onu saymadan qarajının qapısını sındıraraq avtomobilini və digər əşyaları çölə tullamaqla onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu təhqir etməklə ona mənəvi zərər də vurmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı əsassız varlanmaq məqsədindədir, eyni tələblə Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı da iddia irəli sürmüş və tələbi təmin olunmuşdur. Həmçinin, iş üzrə əşyaların cavabdeh tərəfindən daşındığını sübut edəcək hər hansı sübut yoxdur, ona görə də iddia tələbləri əsassızdır. Bundan əlavə, Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2016-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından iddiaçı şikayət verməmiş, həmin qərarla razılaşmışdır. Nəhayət, iddiaçıAzərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür, həmin maddə tətbiq olunmaqla da iddia rədd edilməlidir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 13 iyul 2022-ci il tarixli, 2(006)-1837/2022 nömrəli qətnaməsi ilə (hakim G.Abidova) iddia tələbi rədd edilmişdir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehə qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə zərərin cavabdehin qanunsuz hərəkətləri və yaxud hərəkətsizliyi nəticəsində vurulmasına dair sübutlar təqdim edə bilməmiş, iddia tələblərini sübuta yetirə bilməmişdir. İddianın təmin olunması üçün digər əsaslar da məhkəmə tərəfindən müəyyən edilməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin Mülki Məcəllənin 21.1, 21.2, 384, 1096, 1097.1-ci maddələri, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara tam, hərtərəfli və obyektiv baxılmamış, sübutlara düzgün qiymət verilməmi şdir. İddianın təmin olunması üçün kifayət qədər sübutlar təqdim olunmuşdur. Qarajda saxlanılan əmlaklarının cavabdeh tərəfindan götürülməsi barədə akt vardır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 18 oktyabr 2022-ci il tarixli, 2(103)-6790/22 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci, MPM-nin 4.1, 14.2, 77.1, 80, 88 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlill əri Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakı ndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

32. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsi z, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 265.4. Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nət icələnə bilsin. Kassasiya baxışının hədləri

44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissədə ləğv olunmalı, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

46. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbnin məhkəmə qərarı olmadan iddiaçıya məxsus qarajın qapısının dağıdılmasının təşkil edilməsi, icazəsi olmadan ona məxsus əmlakı öz qarajında yığması, mülkiyyətindən istifa də hüququndan məhrum etdiyinə görə cavabdehin hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi və Cavabdeh iddiaçının qarajında saxladığı əmlakını ona bu günə kimi qaytarmadığına, onun şərəf və ləyaqətinə toxunduğuna, ona mənəvi və fiziki iztirablar verdiyinə görə cavabdehdən iddiaçının xeyrinə 10000 (on min) manatın ödənilməsi barədə tələbləri təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, apellyasiya məhkəməsi isə həmin hissədə rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqda düzgün nəticəyə gəlmişdir. Həmin məsələlərin həllində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir.

47. Məhkəmələr haqlı olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən birinci tələb kimi irəli sürülmüş hal, yəni cavabdehin hərəkətlərinə qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi öz mahiyyətinə görə cavabdeh barəsində cinayət təqibinin həyata keçirilməsi barədə xüsusi qərardad çıxarılmasına dair vəsatətdir. Xüsusi qərardadın çıxarılması bu barədə vəsatət verilib-verilməməsindən asılı deyildir, məhkəmənin xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır, məhkəmə öz təşəbbüsü ilə xüsusi qərardad çıxara bilər.

48. Cavabdehdən 10000 (on min) manat mənəvi ziyan tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq Cavabdehnın hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının mənəvi və fiziki iztirablar keçirməsinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir.

49. İddia tələbinin qarajda saxlanılmış əşyaların yararlı vəziyyətdə Cavabdeh tərəfindən ona qaytarılması, həmin əşyalar olmadığı təqdirdə isə 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələnin həlli zamanı apellyasiya məhkəməsi işdə olan sübutlara tam, hərtərəfli və obyektiv baxmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

50. İddia tələbini həmin hissədə rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiçıya məxsus əmlakın ona məxsus olan qarajdan götürülməsi və itirilməsində cavabdehin aidiyyatının olması öz tə sdiqini tapmır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır.

51. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 158 saylı sərəncamı ilə vətəndaş Cavabdeh razılıq ərizəsi, “İrşad” X5 1992 saylı xx.xx.2016-cı il tarixli məktubu və 13 saylı MKİS-in xx.xx.2016-cı il tarixli aktları əsas götürərək, iddiaçıya qaraj sahəsi ayrılması barədə Nəsimi RİH Başçısının xx.xx.1998-ci il tarixli 187 saylı sərəncamı ləğv edilmiş, qarajın Nəsimi rayonu, Vaqif prospekti, 11 saylı binanın yaxınlığında yerləşən H.Ələsgərov küçəsi, 20 saylı evin həyətinə köçürülərək vətəndaş X3 adına sənədləşdirilməsi qərara alınmışdır.

52. Həmin sərəncamın icrası ilə əlaqədar iddiaçıya məxsus qaraj köçürülmüş, bu zaman qarajın içərisində olan və iddiçıya məxsus olan əmlak yaxınlıqda olan 18 nömrəli qaraja yığılmış, həmin işlər rayon icra hakimiyyətiinin, 13 nömrəli MKİS-nin əməkdaşları, habelə “İrşad” İAM-nin işçiləri tərəfindən həyata keçirilmiş, bu barəd akt tərtib olunmuşdur. İddiaçı həm 18 nömrəli qarajdan, həm də özünə məxsus qarajın 18 nömrəli qarajın yerinə quraşdırılmasından imtina etmişdir.

53. İşə baxan məhkəmələr iddiaçıya məxsus əmlakın itməsində cavabdehin aidiyyatının olmaması qənaətinə gələrkən əmlakın yığıldığı 18 nömrəli qarajın kimə məxsus olmasını müəyyən etməmiş, qarajın köçürülməsi və əmlakın 18 nömrəli qaraja yığılması barədə tərtib edilmiş akt əldə edilməklə bu məsələyə hüquqi qiymət verilməsini təmin etməmişdir. Cavabdeh adına olan qarajın texniki sənədlərinin mövcud olmasını, qeyd olunan aktın isə Bakı İ nzibati Məhkəməsinin 2-1(81)4025/2016 saylı iş materiallarında saxlanması barədə Nəsimi rayon İcra hakimiyyətinin 03 iyun 2022-ci il tarixli məktubu nəzərə alınmamışdır

54. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddia tələbinin əmlak, yaxud həmin əmlakın dəyəri olan 10000 manat pul tələbinə dair iddianı rədd edərkən iş materiallarında Nəsimi RPİ 20-ci Polis bölməsinin Cinayət işinin başlanmasının rədd olunmasına dair 20 avqust 2016-cı il tarixli qərarına, İddiaçı iddiası üzrə 1 saylı Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli 2-1(81)-277/2017 saylı qərarına və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 yanvar 2018-ci il tarixli 2-1(103)-77/2018 saylı qərarına, 12 oktyabr 2016-cı il tarixli Baxış protokoluna (i.v.103), Ədliyyə Nazirliyi İcra Baş id arəsinin 16 noyabr 2018-ci il tarixli məktublarına (i.v. 122 və 13-124), Nəsim rayon İcra hakimiyyəti başçısının sərəncamına, “İrşad” İAM-nin rəhbəri Cavabdeh tərəfindən Nəsimi rayon İcra hakimiyyətinə ünvanlanmış 28 iyul 2016-cı il tarixli məktubuna(i.v.126), “İrşad” İAM-nin rəhbəri Cavabdeh Nəsimi rayonu, H.Ələsgərov küçəsi, 20 saylı evin həyətində yerləşən və DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsi 11 fevral 2016-cı il tarixli 11/2136 inventar nömrəsi ilə tərtib edilmiş Texniki pasporta əsasən ona məxsus olan 20 kv metr ölçüdə qarajın iddiaçının adına sənədləşdirilməsinə dair notarial qaydada təsdiqlənmiş ərizəsinə (i.v.127) hüquqi qiymət verməmiş, həmin sənəddlərdə iddia tələbi üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən məlumatların olmasına əhəmiyyət verməmişdir.

55. Şərh edilənlərə əsasən məhkəmə kollegiyiası hesab edir ki, cavabdehdən əmlak, yaxud həmin əmlakın məhv olması nəticəsində vurulmuş 10000 (on min) manat maddi zərər tələbinin rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsi qətnaməsi maddi və düzgün olmayan qətnamənin çıxapılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, ona görə də qətnamə həmin hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının qətnaməsi göstərilən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədb irləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. İddiaçıya ziyan vurulmasında cavabdehin aidiyyatı təsdiq olunduğu təqdirdə, tələb olunan əmlakları dəqiqləşdirməli, onların dəyəri müəyyən edilməli, nəticəsindən asılı olaraq qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6790/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh tərəfindən iddiaçıya məxsus qarajda saxlanılmış əşyaların yararlı və ziyyətdə ona qaytarılması, həmin əşyalar yararlı vəziyyətdə olmadığı təqdirdə isə iddiaçıya dəymiş 10000 (on min) manat dəyərində maddi zərərin cavabdehdən tələb olunmasının rədd edilməsi hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar