Məhkəmə qərarları › İş №2(102)-2550/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2550/2023

19.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2550/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı (maraqlı şəxslər Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi) iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh X1 (maraqlı şəxslər Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notar iat Arxivi) qarşı “alğı-satqı müqaviləsinin qeydə alınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6716/2022 nömrəli, 18 aprel 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X1 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (maraqlı şəxslər Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi), Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş 4Ə/1-218 və reyestr nömrəli, AN-İ nömrəli ******* saylı alğı-satqı müqaviləsinin reyestr kitabında (jurnalında) qeydə alınması öhdəliyinin Bakı şəhəri 25 saylı dövlət notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(003)-2224/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramilə Xəzri) iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv e dilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6716/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinə dair 06 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 25 saylı Dövlət Notariat kontorunun Dövlət notariusu İ.N.Bayramov tərəfindən təsdiq edilmiş 4Ə/1218 reyestr nömrəli, AN-İ nömrəli ******* saylı alğı-satqı müqaviləsinin reyestr kitabında (jurnalında) qeydə alınması öhdəliyinin Bakı şəhəri 25 saylı dövlət notariat ofisinin üzərinə qoyulması qət edilmişdir.

5. Cavabdeh 31 mart 2023-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, apellyasiya instansiyası məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

6. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin ünvanı üzrə, yəni 25 saylı Notariat Ofisinin fəaliyyət göstərdiyi ünvan 1 ünvanına (işdə olan 25 saylı Notariat Ofisinin rəsmi blankındakı ünvan) göndərilmiş və xx.xx.2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Cavabdeh tərəfdən kassasiya şikayəti prosessual mü ddət bitdikdən sonra verilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 405, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərardadının ləğv edilməsi, həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin üzrlü hesab edilməsi və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şikayətdə qeyd edilmişdir ki, 25 saylı notariat kontoru ləğv olunduğundan və qətnamənin icrasının ona aidiyyatı olmadığını hesab etdiyindən, yalnız 06 mart 2023-cü il tar ixdə icra şöbəsi tərəfindən icra vərəqəsi gəldiyindən vaxtında şikayət verməmişlər. Hesab etmişlər ki, bu icra sənədi 25 saylı notariat kontoruna aid olduğundan bunu arxiv idarəsi icra edəcəkdir. Bu səbəbdən də onlar kassasiya şikayəti verilməsi müddətini üzrlü olaraq buraxmışlar.

10. Hazırkı qətnamənin onun şəxsinə qarşı çıxarılması yanlışdır. Belə ki, hazırki iş üzrə onun cavabdeh qismində işə cəlb olunması prosessual pozuntudur. Qətnamənin özündə də ziddiyyət nəzərə çarpır. İddiaçı cavabdeh qismində onu qeyd etsə də, məhkəmə yekunda 25 saylı notariat kontorunun üzərinə vəzifə qoyulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

12. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş mü ddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

14. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılmas ı tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

15. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

16. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

17. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qayta rılır.

18. Maddə 408.1.5. Kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

19. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndiri lməməlidir.

20. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

24. Mübahisələndirilən qərardaddan verilmiş kassasiya şikayətində də cavabdeh qətnaməni vaxtında aldığını, 25 saylı dövl ət notariat kontoru ləğv olunduğundan və qətnamənin icrasının ona aidiyyətı olmadığını hesab etdiyindən vaxtında şikayət vermədiyini qeyd etmişdir. Göründüyü kimi cavabdeh prosessual müddəti ötürdüyünü etiraf etmiş, lakin həmin müddətin üzrlü səbəbdən ötürüldüyü barədə hər hansı ağlabatan dəlil və ya sübut təqdim etməmişdir.

25. Nəzərə alınmalıdır ki, birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin həm qeydiyyatda olduğu ünvana, həmdə xüsusi notarius kimi fəaliyyət göstərdiyi notariat ofisinin ünvanına məhkəmə bildirişləri göndərilmiş, həmin ofisin adından cavabdeh tərəfindən imzalanaraq məhkəməyə göndərilmiş məktubda mülki işin notariat ofisinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Bu baxımdan cavabdehin kasasiya şikayətində istinad etdiyi hallar özü-özlüyündə buraxılmış prosessual müddətin üzrlü səbəbdən buraxıldığı barədə qənaətə gəlmək üçün əsas ola bilməz.

26. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6716/2022 nömrəli, 18 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar