Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2558/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-790/2024 nömrəli mülki iş üzrə 15 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 2 tam mü lkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir.
2. Quba Rayon Məhkəməsinin 2(027)- 316/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-2574/2021 nömrəli, 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)316/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş mənzilə payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında ye rləşən mənzilin 1/2 hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)1389/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021ci il tarixli 2(105)-2574/2021 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.875 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 29 iyun 2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, birgə nikah dövründə ünvan 2 ünvanında ümumi sahəsi 41 kv.m, yaşayış sahəsi 28.6 kv.m və yardımçı sahəsi 12.4 kv.m olan 2 otaqlı mənzili əldə etmişlər. 2014-cü ildən qeyd olunan mənzil X2 iki yüz əlli manata kirayə verilmişdir. 2016-cı ilin aprel ayından cavabdeh uşaqları da götürüb faktiki olaraq ondan ayrılaraq valideynlərinin ünvanına köçmüşdür. Həmin vaxt birgə nikah dövründə əldə edilmiş mənzilə görə kirayə haqqını Aynur Mirzəyeva cavabdehə ödəmişdir. Hətta onun ünvan 4əşən mənzilə yaxınlaşmaq cəhdləri cavabdeh və qardaşı Nicat Kazımov tərəfindən onu təhqir etmələri və ölümlə hədələmələri ilə nəticələnmişdir. Bununla bağlı Quba RPŞ-də araşdırma aparılmışdır. O, 2016-cı ilin aprel ayından həmin mənzildən əldə olunan gəlir payını əldə edə bilməmişdir.
7. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, o, əvvəl Rusiyada yaşamış, lakin 2014-cü ildən hazıra kimi ünvan 4əşən mənzil də yaşayır. Göstərilənləri nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Mübahisə həlli məqsədilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 4əşən mənzildə cavabdehin anası, ünvan 3vanında yerləşən mənzildə Yavər Muradova adında qadın 5-6 aydır ki, kirayədə qalır. Həmin qadından əvvəl ünvan 3vanında yerləşən mənzildə cavabdehin qardaşı yaşamışdır.Qonşuluqda yaşayan Xalidə Əliyeva adında xanım bildirmişdir ki, o, 30 ildir ki, qonşuluqda yaşayır. Deməsinə görə Cavabdeh İddiaçı ilə birlikdə əvvəl ünvan 3vanında yerləşən mənzili, sonra ünvan 4əşən mənzili almışlar və 2016-cı illərdə Cavabdeh yaşamışdır. ünvan 3vanında yerləşən mənzildə isə kirayəçi X3 1 il 6 aya qədər yaşamışdır. Ondan sonra Cavabdeh qardaşları yaşamışdır. Onun həmin mənz ildə kirayə yaşadığı müddətdə kirayə haqqınıda ilk, yəni 5-6 ayını Murada şəxsən verdiyini, daha sonra isə mənzilin kirayə haqqını Rəqsanəyə verdiyini bildirmişdir. X1 deməsinə görə 6 ildir ki, özünə məxsus evdə yaşayır.
9. Quba Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(027)-1566/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim-Vüqar Seyidov) iddia tələbi təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir.
12. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 449.1, 1096.1, 1097.1- ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kifayət qədər əsası olan iddianı təmin etməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuzdur. Mübahisəli mənzil 2014-cü ildən X2 iki yüz əlli manata kirayə verilib. (bu hal Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 05 oktyabr 2021-ci il tarixli, 2(105)-2574/2021 saylı qətnaməsi ilə müəyyən edilib.) 2016cı ilin aprel ayından cavabdeh uş aqları ilə birlikdə faktiki olaraq valideynlərinin ünvanına köçüb. Həmin vaxt birgə nikah dövründə əldə edilmiş mənzilə görə kirayə haqqını Aynur Mirzəyeva cavabdehə ödəmişdir. Hətta iddiaçının Quba şəhəri, Fətəlixan küçəsi, ev 77, mənzil 5 ünvanına yaxınlaşmaq cəhdləri cavabdeh və yaxınları tərəfindən məhdudlaşdırılmışdır. İddiaçı faktiki olaraq 2016-cı ilin aprel ayından həmin mənzildən gəlir payını əldə edə bilməmişdir. Tərəflər arasında mövcud olan əvvəlki məhkəmə mübahisəli zamanı müəyyən edilib ki, mənzil tərəflərin ümumiyyət mülkiyyəti olub. Məhkəmə işin bu halını qəbul edib. Həmçinin icraat zamanı mübahisəli mənzildə kirayəçi X1 1 il 6 aya qədər yaşaması müəyyən edilib. Lakin məhkəmə kirayədən əldə olunan gəliri mülkiyyətçilər arasında bölməmişdir. Qətnamə yetərincə əsaslandırılmam ışdır və formal şəkildə sübut yetərsizliyi ilə iddia rədd edilmişdir. Halbuki tələb birgə nikah dövründə əldə olunmuş ümumi əmlaka dair hüquqlarından irəli gəlir. İddiaçı bu hüquqlarını təsdiq edən sübutu məhkəməyə təqdim etmişdir. Həmçinin ümumi mülkiyyətdə olan mənzilin onun deyil, ancaq cavabdehin faktiki sahibliyində olduğunu təsdiq edən sübutlar da məhkəmənin ixtiyarında olmuşdur. Məhkəmə qətnaməsində həmin sübutlar sadalanmış, hətta mənzilə yerli baxış keçirilərək həmin hallar bir daha təsdiq edilmişdir. Mənzilin cavabdeh tərəfindən Aynurə Mirzəyevaya 250 manata kirayəyə verilməsi barədə sübutlar (əvvəlki məhkəmədə A.Mirzəyevanın verdiyi ifadəni əks etdirən məhkəmə qətnamələri) məhkəməyə təqdim edilmişdir. Hətta iddiaçı vəsatət verərək Aynurə Mirzəyevanın şahid qismində dindirildiyi əvvəlki məhkəmə mübahisəsi üzrə mülki işin tələb edilməsini və Aynurə Mirzəyevanın ifadələrinin ətraflı araşdırılmasını xahiş etmişdir. Lakin məhkəmə bu vəsatəti rədd etmişdir. Göründüyü kimi məhkəmə işə birtərəfli qaydada baxmış, təqdim edilmiş sübutları düzgün tədqiq etməmiş və iş üzrə yanlış nəticəyə gəlmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiya məhkəməsi) 2(105)-790/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər– Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1566/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Birinci instansiya məhkəməsinin iş üzrə gəld iyi nəticə ilə razılaşan apellyasiya kollegiyası qeyd etmişdir ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır. Belə ki, kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri nəzərə alaraq tam hüquqlu məhkəmə kimi mübahisənin obyektiv və qanuni həllinin əldə edilməsi üçün hərtərəfli araşdırmanı təmin etmiş, tərəflərin çəkişmə prinsipinə uyğun şəkildə izahatlarını almış, o cümlədən iddiaçının qeyd etdiyi şəxsin mübahisələndirilən mənzildə müvəqqəti kirayədə yaşayıb-yaşamadığını aydınlaşdırmışdır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən mənzilin cavabdeh tərəfindən kirayəyə verilməsi, uzun müddət kir ayə haqqının cavabdehə ödənilməsi müəyyən edilmədən, həmin hissədə tələb aydınlaşdırılmadan iddiaçının formal mülahizələrinə əsasən iddianın təmin edilməsi qəbul edilmiş məhkəmə aktının əsaslılığını və ədalətliliyini şübhə altına ala bilər.
18. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı yekunlaşdıran kollegiya bildirmişdir ki, iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmamasına istinad etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən ba xılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam araşdırmadan yekun qərar qəbul etmişdir. İddiaçı hesab etmişdir ki, şahid qismində dindirilmiş şəxsin ifadəsi nəzərə alınmamışdır. Belə ki, şahid cavabdehə məxsus evdə kirayədə qaldığını bildirmişdir. Cavabdeh evi aylıq 300 manata kirayəyə vermişdir. Məhkəməyə təqdim olunan sübutlar düzgün araşdırılmamış və düzgün qiymətləndirilməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh tərəfində məhkəməyə etiraz daxil olmuşdur. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-790/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
23. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
24. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
25. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
26. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
27. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
28. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
29. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habel ə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir
30. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
31. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
32. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
33. Maddə41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (ar vadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzr ə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. İddiaçı kassasiya şikay ətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Belə ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası qeyd etmişdir ki, qeyd olunan iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır. Belə ki, kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri nəzərə alaraq tam hüquqlu məhkəmə kimi mübahisənin obyektiv və qanuni həllinin əldə edilməsi üçün hərtərəfli araşdırmanı təmin etmiş, tərəflərin çək işmə prinsipinə uyğun şəkildə izahatlarını almış, o cümlədən iddiaçının qeyd etdiyi şəxsin mübahisələndirilən mənzildə müvəqqəti kirayədə yaşayıb-yaşamadığını aydınlaşdırmışdır.
48. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən mənzilin cavabdeh tərəfindən kirayəyə verilməsi, uzun müddət kirayə haqqının cavabdehə ödənilməsi müəyyən edilmədən, həmin hissədə tələb aydınlaşdırılmadan iddiaçının formal mülahizələrinə əsasən iddianın təmin edilməsi qəbul edilmiş məhkəmə aktının əsaslılığını və ədalətliliyini şübhə altına ala bilər.
49. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmamasına istinad etsə də, bu dəl illəri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
50. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2024-cü il tarixli, 2(105)-790/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.